Ardını oxu...
Azərbaycanla Ermənistan arasında sülhlə bağlı heç bir əngəl qalmayıb. Artıq Qarabağ deyilən bir məsələ gündəmdə yoxdur. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Bundan sonra həmin mövzunun gündəmə gətirilməsinə imkan verilməyəcək.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Ermənistanın tərkibində Azərbaycanla bağlı bir məsələnin qoyulması nəzərdə tutulmursa, ölkəmizin ərazisində də hansısa bir məsələnin ermənilər üçün imtiyaz, xatırlatma olaraq qeyd edilməsi absurddur” – deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, qaçqınların, ayrı-ayrı köçkünlərin, bu prosesdə 30-40 il öncə yurdundan didərgin düşmüş insanların Ermənistana qayıdışı məsələsi təmin edilməlidir:

“Eyni zamanda buradan getmiş ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, ölkəmizə qayıdışına təminat verilə bilər”.

Fazil Mustafaya görə, burada heç bir problem yoxdur:

“Azərbaycan bunu siyasi bir xətt olaraq elan edib. Ermənistan isə bununla bağlı mövqeyini açıqlamayıb. Erməni tərəfi bunu etsə, qarşılıqlı şəkildə bu məsələ imzalanacaq sülh müqaviləsində nəzərdə tutula bilər. Ona görə də, hazırkı mərhələdə sülh müqaviləsinin imzalanmaması üçün heç bir əsas yoxdur. Bəhanələr getdikcə arxada qalanda məsələ öz həllini tapacaq”.
 
Ardını oxu...
Rusiya Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycan Səfirliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib.

"Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanması üzrə Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflərimiz Ermənistan və Azərbaycandan olan tərəfdaşlarımız üçün açıqdır. Ümid edirik ki, İrəvan və Bakı bunu xatırlayır və başa düşürlər", - deyə rusiyalı diplomat üç ölkənin xarici işlər nazirlərinin Moskvada görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavab olaraq bildirib.
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə maliyyə yardımının davam etdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ Konqresinə gəlib.

Bu barədə Ukrayna liderinin gəlişini əks etdirən görüntülərini CNN yayımlayıb.

Onu Demokratlar və Respublikaçıların liderləri Çak Şumer və Mitç Makkonel müşayiət edib.

Siyasətçinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşü nəzərdə tutulub.
 
Ardını oxu...
Ermənistan və Fransa xarici işlər nazirləri Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə ediblər.

Bu barədə Ermənistan XİN məlumat yayıb.

Ararat Mirzoyan və Ketrin Kolonna arasında baş tutan danışıqlar Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyətdən danışıb.

Nazirlər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Ardını oxu...
Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam.

Bu barədə Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə "X" hesabındakı paylaşımında bildirib.

Nazir bildirib ki, Belçika Azərbaycanla Ermənistan arasındakı sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir.

Görüşdə həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.
 
Ardını oxu...
Boris Conson Mühafizəkarlar Partiyasından olan deputatların hazırladığı heyrətamiz plana uyğun olaraq Böyük Britaniyanın baş naziri postuna qayıda bilər.
Axar.az xəbər verir ki, bu barədə "Deyli Meyl" məlumat yayıb.

Bir neçə mühafizəkar parlamentari keçmiş baş nazirin geri qayıtmasının partiyanı seçkilərdəki məğlubiyyətdən xilas etməyin yeganə yolu olduğuna inanır. Eyni zamanda, bildirilib ki, parlamentarilər Mühafizəkarlar Partiyasına dəstəyin azaldığını və seçicinin İslahatçılar Partiyasına üz tutduğunu göstərən sorğuya görə panikaya düşüblər.

Consonun sözçüsü isə onun siyasi ambisiyaları haqda danışmayıb:

"Boris Conson hazırda kitab yazır və hökuməti dəstəkləyir".
 
Ardını oxu...
Gələn il fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Dekabrın 7-də bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dekabrın 9-dan başlayaraq seçkidə iştirak etmək istəyən şəxslər namizədliklərini irəli sürə bilərlər.

Əslində növbədənkənar seçki beyinləri dumanlandırıb. Heç kəs belə qərar gözləmirdi. Əsas gözlənti referendumun keçiriləcəyi ilə bağlı idi. Müəyyən qədər də parlament seçkiləri haqda söz-söhbət dolaşırdı. Amma heç kimin gözləmədiyi oldu.

İndi hər kəsi bir sual düşündürür: İlham Əliyevin seçkidə rəqibləri kimlər olacaq? Ona kimlər alternativ olmağı düşünür?

Bu suala avtomatik olaraq belə cavab verilə bilər ki, 2008-ci ildən bəri namizəd olan şəxslər bu seçkidə də iştirak edəcəklər.

Globalinfo.az bu mövzuda yeni məlumatlar əldə edib. Məlumatda olduqca maraqlı, hətta sensasion adlar var.

Saytımızın əldə etdiyi məlumata görə, indiyə kimi prezident seçkilərində namizəd olan bir neçə şəxs bu dəfə də kampaniyaya qatılacaq. Ancaq namizədlər korpusuna yeni adların əlavə edildiyi də bildirilir.

Favorit namizədlərdən biri kimi deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucun adı çəkilir. Xatırladaq ki, Z.Oruc son 3 seçkidə namizəd kimi iştirak edib. O, 2018-ci il seçkilərində rəsmi məlumatlara əsasən seçki ikincisi olub.

Sərdar Cəlaloğlunun, Hafiz Hacıyevin, Razi Nurullayevin də namizəd kimi seçkiyə qatılacağı istisna deyil. Fərəc Quliyevin namizəd olub-olmayacağı isə hələlik dəqiq bilinmir.

Namizədlər siyahısında yeni adların olduğu da deyilir.

Ağ Partiya sədri Tural Abbaslının bu seçkidə namizəd olacağı haqda məlumat əldə etmişik. T.Abbaslı hazırda Azərbaycanda müxalifət liderləri arasında ən potensiallı və populyar siyasətçi hesab edilir. Bildirilir ki, onun başqan olduğu partiya üzvlərinin sayına görə YAP-dan sonra ikincidir.

Politoloq, keçmiş jurnalist Elxan Şükürlünün də namizədlər sırasında olacağı deyilir. E.Şükürlü son illər öz siyasi baxışı, müxtəlif mövzularda orijinal yanaşması və təhlilləri ilə ictimai rəydə özünə yer etmiş siyasətçilərdəndir. Onun da namizədliyi maraqlı qarşılanar və debatlara rəng qatar.

Namizədlər arasında Milli Məclisin vitse-spikerlərindən birinin də adı çəkilir. Bəzi dəqiqləşdirmələr etmək zərurəti yarandığı üçün onun adını hələlik qeyd etməyi uyğun bilmədik.

Bu siyahıda başqa sürpriz adların olacağı istisna deyil. Qarşıda Azərbaycanı olduqca maraqlı seçki kampaniyası, gərgin debatlar gözləyir.
Ardını oxu...
Rumıniya ilə həmsərhəd olan bütün ölkələr yaxın illərdə NATO və Avropa Birliyinin bir hissəsi olacaq.

Axar.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coane deyib.

Yaxın illərdə Rumıniyanın bütün qonşuları olan Ukrayna, Moldova, Gürcüstan və Balkanlar Avropa ailəsinin və Avro-Atlantik ailənin bir hissəsi olacaqlar. Rumıniya artıq Qərbin şərq sərhədi olmayacaq”, - Coane bildirib.

Onun sözlərinə görə, bu, çətin də olsa, dönməz prosesdir və Ukrayna münaqişəsinin buna ciddi təsiri var.
 
Ardını oxu...
HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirib, biz bunu dərhal qınamışıq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.

S.Lavrov qeyd edib ki, HƏMAS-ın Dohada yerləşən siyasi qanadı var, Moskva da məhz onlarla əlaqə saxlayır.

"Bu təmaslar girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə imkan verdi və İsrail buna müsbət reaksiya verdi", - nazir bildirib.
 
 
 
Ardını oxu...
Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılıb.

“Report”un məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.

Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.
Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında seçkilərin 2024-cü il fevralın 7-də təyin olunması haqqında qərar qəbul edilib.
 

Dünyapress TV

Xəbər lenti