Ardını oxu...
“Son bir il yarım ərzində Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər”.

Gununsesi.info-nun Vaşinqton bürosu xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib.

A.Blinken hər iki nazirə səylərinə görə təşəkkür edib:

“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam. ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”.
Ardını oxu...
Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı 3 gün ərzində 1 sentyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacaq.
Hakim partiyanın namizədləri ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.

Qeyd olunur ki, hazırkı deputat korpusunda ciddi dəyişikliklər gözlənilir, paytaxtda və iri şəhərlədə YAP yeni simaların namizədliyini irəli sürəcək. Hakim partiyanın və ümumilikdə parlament tərkibinin təxminən 30-40 faiz yenilənəcəyi gözlənilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) dünən açıqladığı məlumata görə, cəmi 156 şəxs namizədliyini irəli sürmək üçün Dairə Seçki Komissiyalarına müraciət edib. Bu, seçkilərə 50 gün qaldığı müddətdə olduqca kiçik göstəricidir.

Məlumdur ki, millət vəkili seçilmək arzusunda olan bitərəflər, hətta özünü müxalifət adlandıran bəzi partiyaların nümayəndələrinin əksəriyyəti YAP-ın namizədlərinin açıqlanmasını gözləyir. Bu zaman hansı seçki dairələrində hakimiyyət üçün prinsipial, yaxud “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkün olacaq. Seçki yarışı, bitərəf namizədlərin təbirincə desək, hakim partiyanın “boş buraxdığı” dairələrdən seçilmək uğrunda gedəcək.

Bəzi iddialı şəxslərin “səhhətim yaxşı deyil, həkimin rəyindən sonra qərarımı verəcəm”, “namizəd olmaq istəyirəm, amma qəti qərar hələ verməmişəm”, “yaxın günlərdə bir qərarım olacaq” tipli açıqlamaları da YAP-ın siyahısının açıqlanmasına hesablanmış bəhanələrdir. Əsas gözlər iqtidar partiyasının namizədlər siyahısı ilə bağlıdır.

Qeyd edək ki, YAP ötən seçkilərdə Milli Məclisdə 68-75 deputatla təmsil olunub. Hakim partiya üçün prinsipial məsələ əsas qanunların qəbul olunması üçün tələb olunan 63 səsə malik olmaqdır. Bu, hakimiyyət üçün vacib baryerdir, onun təmin olunmasından sonra qalan seçki dairələrində partiya rəhbərliyinin məqbul bildiyi müstəqil namizədlərə şərait yaradılır.
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a gedib.

Modern.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Zelenski Vaşinqtonda iyulun 9-11-də keçiriləcək NATO sammitində iştirak edəcək.
 
 
 
Ardını oxu...
NATO-nun 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir.

Üzv ölkələr sammit çərçivəsində aparılan danışıqlardan sonra Ukraynaya əhəmiyyətli dəstək paketini açıqlayacaqlar.

Qeyd edək ki, NATO sonuncu dəfə 2012-ci ildə 50 illik yubileyini qeyd edərkən ABŞ-də sammit keçirib.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.

Dia-az.İnfo xəbər verir ki, bu məlumatı “TRT Haber” yayıb.

Ərdoğanın səfəri iki gün davam edəcək. O, Vaşinqtonda iki gün davam NATO sammitinə qatılacaq. Sammit çərçivəsində Ərdoğanın digər dövlət başçıları ilə görüşləri olacaq.

“CNN Türk” yazır ki, Vaşinqtonda Ərdoğanın əsas müzakirə edəcəyi məsələ Qəzza sektoru, Ukrayna müharibəsi olacaq.

Vaşinqton sammitinə ABŞ Qafqaz ölkələrini də dəvət edib. Gürcüstan və Ermənistan artıq sammitə qatılacaqlarını bəyan ediblər, lakin Azərbaycan hələlik Ceyhun Bayramovun Vaşinqtona yollanıb-yollanmayacağına aydınlıq gətirməyib.

Sözügedən məsələni “Sherg.az”a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, NATO-nun Vaşinqton toplantısında əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı vəziyyət olacaq:

“Rəcəb Tayyib Ərdoğanın iki mövzu ilə bağlı çıxışları olacaq. Rəcəb Tayyib Ərdoğan daha çox diqqəti Qəzza müharibəsinə yönəldəcək. Eyni zamanda, savaşın dayandırılması vacibliyinə toxunacaq və Fələstinin müstəqillik məsələsi də müzakirə obyekti olacaq. Rusiya və Ukrayna savaşı ilə bağlı da müxtəlif fikirlər səsləndiriləcək. Bu toplantıdan əvvəl də Rəcəb Tayyib Ərdoğan Ukrayna müharibəsi ilə əlaqədar müxtəlif təşəbbüslərlə çıxış edib və vasitəçilik təklifi irəli sürüb. Amma çox təəssüf müharibə elə vəziyyətə çatıb ki, tərəflər eyni masa arxasında oturmağa maraq göstərmir. Azərbaycanla Ermənistan arasında sülh sazişi isə müzakirə mövzusu olmayacaq. Çünki sülh sazişi ilə bağlı birbaşa danışıqlar gedir”.
Ardını oxu...
Azərbaycanda müxalifətdə olan Müsavat və Respublikaçı Alternativ (REAL) Partiyaları noyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə deputalığa namizədlərini elan edib.

Müsavat Partiyasının məlumatına görə, iyulun 8-də partiyanın Divanı (İdarə Heyəti-red.) 27 seçki dairəsi üzrə deputalığa namizədlərini elan edib. Namizədlər arasında bu partiyanın sədri İsa Qəmbərin və Məclisin sədri Arif Hacılının adları yoxdur. Bununla yanaşı, namizədlər arasında bu partiyanın aparatının rəhbəri Gülağa Aslanlı, Məclisin keçmiş sədri Nüşabə Sadıxlı var.

Partiyanın məlumatında bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.

REAL Partiyasının Siyasi Komitəsi isə 13 seçki dairəsi üzrə bu partiyanın namizədlərini elan edib. Namizədlər arasında partiyanın lideri İlqar Məmmədov, siyasi komitənin üzvü Natiq Cəfərli, əvvəlki çağırış Milli Məclisin deputatı Erkin Qədirli, vəkil Rəsul Cəfərov, memar Elçin Əliyevin və digərlərinin adı var.

Deputatlığa namizəd kimi seçki dairəsində qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülən şəxslər təmsil olunduğu seçki dairəsindən 400 seçicinin imzasını toplamalıdır.

Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
Ardını oxu...
“Putin Ukraynada atəşkəs təklifini rədd etdi, çünki bu, Ukrayna Silahlı Qüvvələri üçün faydalı olardı”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya səfərindən sonra, Çinə səfərindən əvvəl Almaniyanın "Bild" nəşrinə geniş müsahibəsində Macarıstan Baş naziri Viktor Orban bildirib.

“ABŞ seçkilərinə yaxın 2-3 ayda cəbhədə nələr baş verəcək? Vəziyyət daha da pisləşəcək. Orada daha çox silah var və rusiyalılar qərarlıdırlar. Qarşıdurmanın enerjisi və itkilərin sayı son yeddi ayda olduğundan daha pis olacaq. Baxmayaraq ki, onlar əvvəllər də dəhşətli idilər. Qarşıda olacaqlar düşündüyümüzdən də pisdir. Hər iki tərəf bunun üçün çox səy göstərir. Hətta ukraynalılar da çoxlu yüksək keyfiyyətli silah aldıqları üçün daha optimist olublar. Ona görə də əsas arqument insan itkiləridir. Bu, ən vacib mənəvi motivasiyadır. Amma bununla yanaşı, Avropanın da maraqları var. Çünki baş verənlər bizim üçün çox pisdir”, - Orban vurğulayıb.

Macarıstan lideri qeyd edib ki, vəziyyət göz qabağındadır: “Putin və Rusiya Ukraynanı işğala başlayıb. Amma kimin nəyə görə məsuliyyət daşıdığını ölçmək istəmirəm. Mənim vəzifəm sülhə necə nail olacağına diqqəti yönəltməkdir.

Mən hər iki dövlətin və hökumətin başçılarına bir sual verdim: sülh danışıqlarını sürətləndirəcək müddətlə məhdudlaşan atəşkəs haqqında razılaşmaq olarmı? Atəşkəsdən sonra sülh danışıqlarına getmək... Çünki indi hamı bunun əksini düşünür. Əvvəlcə sülh müqaviləsi bağlanılsın, sonra silahları yerə qoyulsun. Hər iki tərəf buna əmin deyil. Həm ukraynalılar, həm də rusiyalılar eyni cavabı verdilər: atəşkəs düşmənin maraqlarına uyğundur, çünki bu müddət ərzində o, yenidən toparlana və müharibəni davam etdirməyə hazırlaşa biləcək".

Orban deyib ki, Putinin nə baş verəcəyi və Rusiyanın necə qalib gələcəyi barədə aydın təsəvvürü var: “Eyni şey Zelenskiyə də aiddir. Putin üçün hər şey sadədir: faktlara, enerji mənbələrinə, əhaliyə baxın. Putin məğlub ola bilməz, bu, çox məntiqlidir. Müharibədə istifadə olunan əsgərlərə, silahlara və texnologiyalara nəzər salsanız, o zaman Rusiyanı məğlub etməyi təsəvvür etmək belə çətindir. Ümumiyyətlə, Rusiyaya qalib gəlmək ehtimalını hesablamaq mümkün deyil”.
Ardını oxu...
“Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, ikinci yeri 168 mandat qazanan “Respublika Naminə Birlikdə” prezident koalisiyası tutur.
Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə “Milli Mitinq” olacaq.

Nəşrin məlumatına görə, “Respublikaçılar” da 45 yer alaraq parlamentin aşağı palatasına daxil olublar. Bundan əlavə, Milli Assambleyanın yeni tərkibində müxtəlif kiçik hüquqi və solçu birliklərin 39 nümayəndəsi də təmsil olunacaq.

Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini ala bilməyib ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirir. Fransanın baş naziri Qabriel Attal bu gün – iyulun 8-də istefa vermək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.
Ardını oxu...
Macarıstanın baş naziri Viktor Orbanın Çinə səfər edəcəyi və bazar ertəsi Pekinə gələcəyi gözlənilir.

APA xəbər verir ki, bu iddialar Macarıstanın “444.hu” portalı tərəfindən dərc olunub.

Portal yazır ki, bundan əvvəl Orban Ukraynada, Rusiyada və iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin keçirildiyi Azərbaycanda səfərdə olub. İndi isə o Pekinə gedir və orada bazar ertəsi səhər tezdən olacaq.

Macarıstan hökuməti hələlik məlumatı təsdiqləməyib. Saytın yazdığına görə Baş nazirin təyyarəsi “Dassault Falcon 7X” artıq Budapeşti tərk edib və Pekinə gedir. Orbanın da təyyarədə olduğu ehtimal olunur.
 
Ardını oxu...
NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə təkcə Ukraynadakı müharibə, Rusiyadan gələcək təhlükə və Avropada artan hərbi xərclər deyil, həm də bu yaxınlarda Çinin “təhlükəli ölkələr siyahısı”na salınması daxildir.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşrində dərc olunan məqalədə deyilir.

Nəşr yazır ki, blok ölkələrinin diplomatlarının fikrincə, yekun kommünikedə NATO Çini Ukraynada hərbi əməliyyatların aparılmasında Rusiyaya dəstək verdiyinə görə qınayacaq.

Məqalədə qeyd edilir ki, alyans rəhbərliyinin diqqətinin Çinə yönəlməsi əvvəlcə yekdilliklə qəbul olunmayıb, Cənubi Avropa ölkələri bunun əvəzinə Yaxın Şərqdən gələn təhdidlərə və qeyri-qanuni miqrasiyaya diqqət yetirməyə çağırıblar.

Nəşrin məlumatına görə, Çinin ikili məqsəd daşıyan tədqiqat gəmilərinin ölkə haqqında məlumat topladığını görən Kanada, NATO üzvləri arasında Çinə münasibəti ən çox dəyişən ölkədir.

NATO-nun baş katibi Yens Stoltenberq iyunun sonunda bildirib ki, Çin Rusiyanı dəstəkləməklə yanaşı, eyni zamanda Qərblə iqtisadi əlaqələri saxlamaq istəyir, lakin Pekin “hər iki kürsüdə” otura bilməyəcək.
 

Dünyapress TV

Xəbər lenti