Ardını oxu...
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də saat 14:00-da püşkatma keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilib ki, MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.
 
Ardını oxu...
Tayvanda prezident seçkilərinin nəticələri açıqlanıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Demokratik İnkişaf Partiyasından (DPP) namizəd olan 64 yaşlı Lai Çinq-te Tayvanın yeni lideri olub.

Bildirilib ki, 40 faiz səs toplayan Lai Çinq-te 4 il ölkəni idarə edəcək.
 
 
 
Ardını oxu...
Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Qeyd olunnub ki, türkiyəli nazir Ədən körfəzindəki gərginliyin azaldılmasına diqqət çəkib, ölkəsinin bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib.

Bundan əlavə, Qəzzadakı son vəziyyət də müzakirə olunub.

H.Fidan Qəzzada müharibə və fələstinlilərə qarşı zorakılıqların ən qısa zamanda sona çatmasının lazım olduğunu, gərginliyin artmasının regional təhlükəsizlik və beynəlxalq sabitlik üçün ciddi risk yaratdığını vurğulayıb.
 
Ardını oxu...
“ABŞ Prezidenti Co Baydenin Tehranla bağlı siyasəti İrana öz mövqelərini möhkəmləndirməyə imkan verib”.

Bunu 2024-cü il prezident seçkisində respublikaçılardan namizəd olmaq istəyən Florida qubernatoru Ron Desantis deyib.

“İran HƏMAS-ı, “Hizbullah”ı maliyyələşdirir... Problemin kökü Baydenin İrana qarşı sanksiyaları yumşaltmasıdır. Onların ölkəsinə böyük pul axınları yönəlib”, - deyə Desantis bildirir.

Siyasətçi debatda Respublikaçılar Partiyasından prezident seçkisində iştirak etmək niyyətində olan ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli ilə birlikdə iştirak edib.//Oxu.az
 
Ardını oxu...
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın dövlət olaraq xarici və daxili idarəetmədəki yeniliklər konsepsiyasını əhatə edən zəngin tezisləri gündəmə gətirdi.
Bu, Azərbaycanın strateji müdafiə qabiliyyətini zəiflətmək üçün ona qarşı kəskin mövqedə duran rəqiblərlə mübarizə aparmaq imkanlarını nəzərdə tutan məqamlara aydınlıq gətirir.
Prezident regionda mövcud reallıqlardan narazı qalan iddialı gündəliklərin mahiyyətini açdı, regional təhlükəsizliklə risklər arasındakı sərhəd nişanlarını göstərdi.
Konseptual şəkildə yanaşdığımız bu hissələri ayrıca bəndlərlə izah etməyə çalışaq.
Azərbaycan-Ermənistan münasibətləri
Prezident Azərbaycanın Ermənistan üzərində şərtləri fonunda getdikcə daha çox təsəvvür ediləbilən sülh gündəliyinin məğzini və Bakının prinsipial perspektiv strateji çərçivələrini göstərdi.
Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası konteksti və sülh müqaviləsinin konturları Bakı-İrəvan münasibətlərinin gələcəyinin necəliyi barədə mümkün variantları nəzərdən keçirir.
Əliyev prinsipial olaraq bildirir ki, Ermənistanla sərhədlərin delimitasiyası məsələsi ilə sülh müqaviləsinin imzalanması prosesi iki ayrı mərhələ kimi qalmalıdır və İrəvan konstruktiv mövqeyə köklənməlidir.
Əks təqdirdə, Azərbaycanın artan hərbi imkanları mövqeyinin yekuna çatması məramı üçün meydana çıxacaq və İrəvan depressiv vəziyyətdə olacaq.
İlham Əliyev bu məsələni üç məsələyə nisbətdə daha aydın ifadə etdi:
- Zəngəzur dəhlizi Bakının maraqları nəzərə alınaraq Azərbaycan vətəndaşları, yükləri, nəqliyyat vasitələrinin quru yolla Naxçıvana keçidi üçün “Azərbaycandan-Azərbaycana yoxlanış olmadan” prinsipi ilə reallaşmalıdır. Bu nöqtədə “Azərbaycandan-Azərbaycana” marşrutunun nəhəng strateji maraqlar kontekstindəki mənası da qeyd edilə bilər;
- Bu qeydlərin narrativləri Azərbaycan-Ermənistan münasibətlərindəki delimitasiya mübahisələrinin həlli müstəvisində gündəmə gəlir. Belə ki, Ermənistan sərhədlərin delimitasiyasında Azərbaycanın strateji iradəsinin ziddinə qarşı şəkilləndirmə ideyalarına üstünlük versə, daha geniş bir təzyiq dalğası ilə üzləşəcək. Bu, delimitasiya üzrə kritik məqamları açıqlayır və sərhəd müəyyənləşməsinin hansı xəritələr üzərində aparılacağını dəqiqləşdirən nüansları diqqətə çatdırır.
Bu məsələ Əliyevin tarixi faktlar olan Ermənistana torpaq bəxşişləri, o cümlədən İrəvanın verilməsi ilə əlaqədar xatırlatmalar etməsinin işığında aydınlaşır;
- Ermənistanın revanşist kimliyini geri qaytarmaq cəhdlərinə qarşı Azərbaycan preventiv müdafiə zərurətlərindən irəli gələn tədbirlər həyata keçirəcək - təbii ki, real təhdid və təhlükə olarsa.
Prezident Ermənistanın arxasında duran əsas obrazı açıqladı və Fransanın üzərinə xeyli vurğular etdi.
Əgər Ermənistan şirnikləndirmələrə aldanıb təhdidlərini region üfüqlərinin rəngini tündləşdirən səviyyəyə çatdırmağa çalışsa, Azərbaycan birtərəfli qaydada bölgənin strateji cizgilərini yeni fazaya çıxaracaq.
10 Noyabr Bəyanatı
Prezidentin müsahibə zamanı İkinci Qarabağ müharibəsini yekunlaşdıran 10 noyabr tarixinə “10 noyabr hadisəsi də bir dövr idi” deməsi iki məqamı açıqlayır.
- Əliyev çıxışı zamanı feilin keçmiş zamanından istifadə etdi. Bu, müharibəni bitirən 10 Noyabr Bəyanatının bir çox müddəasının Azərbaycan tərəfindən icra edilməsi fonunda onların qüvvədən düşməsini təsvir edir;
- Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentinin regionda fəaliyyəti üçün əsaslar qalmır, çünki nə münaqişə, nə hərbi insidentlər, nə də separatçılıq mövcuddur;
- Rusiya ilə sülhməramlıların çıxarılmasını özündə ehtiva edən cədvəlin hazırlanması üçün müzakirələr başlanıla bilər.
Növbədənkənar prezident seçkisi
İlham Əliyev növbədənkənar prezident seçkisinin Azərbaycanın suverenliyini bərpa etməsindən sonraya təsadüf etməsinin sirrini açarkən vacib bir məqama toxundu.
Prezidentin “gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki” deməsi növbədənkənar seçkidən sonrakı istiqamətləri müəyyən etməyə imkan verir. Bu, Azərbaycanın xarici siyasət cinahlarındakı mövqelərinin möhkəmləndirilməsini və bunun təşviqi üçün daxili siyasətdəki mümkün dəyişikliklər sferasını əhatə edir.
Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə münasibətlərdə növbəti səhifələri vərəqləyərək regiondakı ambisiyaları zəiflətmək planları onun böyük strateji muxtariyyətə yiyələnməsini təyin edən faktora çevriləcək.
Daxili idarəetmədəki dəyişiklik modeli ilə bağlı məsələyə gəlincə, Azərbaycanın dövlət kuluarlarında müvafiq planların olduğuna şübhə yeri qalmır.
Çünki seçkidən sonra Azərbaycan regiondakı çəkindirmə qabiliyyətini artırmaq üçün daxili siyasi konyunktura həm hüquqi, həm də regional reallıqların tələb etdiyi çərçivədə format verə bilər.
NƏTİCƏ
Göründüyü kimi, Əliyev Ermənistanla münasibətlər zəminində sülh, bu olmazsa, güc tətbiq etmək gündəliyi ilə çəkindirmə bacarıqlarını təkmilləşdirəcəyini bəyan edir.
Yeni reallıqların nəzdində ən üstün səviyyədə uğurlu siyasi kursu saxlamaq üçün növbədənkənar prezident seçkisi aktuallıq kəsb edir.
Aqşin Kərimov
Teref: Xocanın Blogu
 
Ardını oxu...
“Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirəm ki, bizim böyük siyasi uğurumuzdur”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib ki, əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı.
 
Ardını oxu...
“İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ifadə edib.

Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
 
Ardını oxu...
“Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
 
Ardını oxu...
İtaliyanın keçmiş baş naziri Mario Dragi Avropa İttifaqı Şurasının prezidenti postuna namizəd kimi nəzərdən keçirilir.

Bu barədə “Financial Times” Avropa İttifaqındakı mənbələrinə istinadla xəbər verib.

Nəşrin həmsöhbətlərinin fikrincə, Draginin hazırkı sədr Şarl Mişelin varisi olmaq üçün bütün şansları var.

“Dragi elə bir fiqurdur ki, onun arxasında real hərəkətverici qüvvə varsa, ona qarşı çıxmaq çox çətin olacaq. Bununla belə, Aİ-nin onu, həqiqətən, dəstəkləməyə hazır olub-olmadığı hələ aydın deyil”, - deyə mənbədən vurğulanıb.
Qeyd edilir ki, Avropa İttifaqının qaydaları, Avropa Şurasının sədri seçilənədək heç bir namizədin razılaşdırılmadığı təqdirdə, tanınmış avroskeptik olan Macarıstanın baş naziri Viktor Orbanın bu vəzifəni tutmasına imkan verəcək. Mişelin varisinin tapılmasının aktuallığı da qismən bununla əlaqədardır.

Nəşr xatırladır ki, Macarıstan iyulun 1-dən altı ay müddətinə Aİ-yə sədrlik edəcək.

Xatırladaq ki, Ş.Mişel daha əvvəl Avropa Parlamentinin üzvü olmaq üçün yayda vəzifəsini tərk edəcəyini bildirmişdi.
 
Ardını oxu...
Prezidentliyə namizədlərdən 7 nəfər vaxtında sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib və onların hamısı qeydə alınıb.

Tribunainfo.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O bildirib ki, qeydə alınan namizədlərdən 5-i siyasi partiyalardan, 2-si isə öz təşəbbüsü ilə namizədliyi irəli sürülənlərdir.
Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;
 

Dünyapress TV

Xəbər lenti