ABŞ-nin vitse-prezidenti Kamala Harris ABŞ-də noyabrda keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətindədir.
Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilir.
"Prezident tərəfindən dəstəkləndiyimə görə şərəf hissi duyuram və namizədliyimi irəli sürmək niyyətindəyəm", - Harris bildirib.
Qeyd edək ki, bu gün Co Bayden prezidentlik yarışından geri çəkildiyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib. ABŞ prezidenti həmçinin həftənin sonunda xalqa müraciətində qərarı barədə daha geniş danışacağına söz verib. TASS