Ardını oxu...
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səslərin 93,3 faizinin nəticəsini elan edib.

23:16

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

“Report”un xəbərinə görə, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.

O, qeyd edib ki, bülletenlərin 54,47 faizi hesablanıb.

M.Pənahov bildirib ki, indiyə qədər respublika üzrə 2 milyon 715 min 680 nəfər səs verib, sayılmış bülletenlərin sayı 2 milyon 715 min 667-dir.

“Ötən seçkilərlə müqayisədə bu seçkilərdə 1 milyondan çox seçici iştirak edib. Bu da çox yaxşı nəticədir”, - Məzahir Pənahov qeyd edib. Onun sözlərinə görə, hazırda 3 561-dən çox nəticə daxil olub. “Məntəqələrdən nəticələr daxil olmaqdadır. Hesab edirik ki, bu axşam 90 faizdən artıq məntəqələrdən daxil olan nəticələri elan etmək imkanımız olacaq”, - MSK sədri vurğulayıb.
 
Ardını oxu...
Prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.

APA xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi yenidən prezident seçilməsi münasibəti ilə İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

Məktubda vurğulanıb ki, Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ilk dəfə bütün ərazilərdə seçkilərin keçirilməsi daha böyük əhəmiyyət kəsb edir.

"İki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasındakı qədim tarixi, dini və ortaq mədəni cəhətlər, dərin mənəvi bağlar, iki ölkənin müxtəlif sahələr üzrə birgə maraqları ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaqlar yaratmışdır. Əmin olduğumu bildirirəm ki, Zati-alinizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq. Allah-Taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram", - deyə məktubda bildirilib.
 
Ardını oxu...
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.

Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dost Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm".

 
 
 
Ardını oxu...
Böyük Quruluş Partiyası Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

“07.02.2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Böyük Quruluş Partiyası partiyanın sədri Fazil Mustafanın namizədliyi ilə təmsil olunub. Seçki öncəsi imzaların toplanması prosesinə aktiv şəkildə qatılan partiya fəalları MSK tərəfindən müəyyən ediləndən daha çox sayda vətəndaş imzaları toplayaraq aidiyyəti üzrə təhvil vermiş və Fazil Mustafanın namizədliyinin qeydə alınmasına nail olub. Partiyanın vahid namizədi Fazil Mustafanın təbliğat-təşviqat prosesi də aktiv şəkildə qurulmuş və maneəsiz şəkildə ölkənin müxtəlif regionlarında fərdi və kollketiv şəkildə seçicilərlə görüşləri keçirilib.

Bu görüşlərdən əlavə mətbuat, televiziya, radio, internet televiziyaları və saytlar, sosial şəbəkələr və canlı təmaslarla aparılan təbliğat-təşviqat işi məhsuldar şəkildə başa çatdırılıb. Prezidentliyə namizəd Fazil Mustafa və onun vəkili, səlahiyyətli nümayəndələri, partiyamızın aktiv üzvləri tərəfindən keçirilən görüşlərdə və təbliğat işlərində minlərlə vətəndaşla təmas qurulmuş, onların problemləri dinlənilmiş və namizəd tərəfindən canlı debatlarda, sosial şəbəkələrdə vətəndaaş müraciətlərindəki problemlər ictimailəşdirilib.
Ətraflı

Seçkidən əvvəlki prosesdə Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd Fazil Mustafanın aktiv təbliğat işinə dövlət qurumları tərəfindən hansısa maneə yaradılmamış və təzyiqlər göstərilməmişdir.

Böyük Quruluş Partiyası seçkini yüzlərlə müşahidəçi ilə canlı müşahidə etmiş, həmçinin veb-kameralar quraşdırılmış məntəqələr partiyamızın üzvləri tərəfindən davamlı izlənilmiş və müşahidəçilərin gün ərzində verdiyi məlumatlar namizədimiz Fazil Mustafanın Seçki qərargahında analiz edilmişdir. Müşahidə apardığımız 6 mindən çox məntəqədə və ölkənin bütün seçki dairələrində seçkinin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntuları tərəfimizdən qeydə alınmamışdır. Lakin çox az sayda seçki məntəqələrində müşahidəçilər arasında konfliktlərə, korlanmış seçki bülletenlərinin seçicilər tərəfindən dəyişdirilməsi tələbi ilə baş verən mübahisələrə və MnSK protokolunun surətinin müşahidəçilərə gec təqdim edilməsi hallarına rast gəlinmişdir. Bu kimi halların seçkinin nəticələrinə təsir etmədiyi qənaətinə gələn Partiyanın seçki qərargahının üzvləri seçki prosesini ümumilikdə müsbət və qanunauyğun xarakterizə etmişdir.

Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu Prezident seçkiləri demokratik rəqabət mühitində keçirilmiş və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmamışdır. Biz, Böyük Quruluş Partiyasının sədri prezidentliyə namizəd Fazil Mustafanın seçki qərargahı olaraq bu Prezident seçkilərinin ilkin nəticələrini tanıyır, səsvermənin ilkin nəticəsini qanuni hesab edir və Azərbaycan xalqının böyük etimadını qazanaraq Prezident seçilən İlham Əliyevi qələbə münasibətilə təbrik edirik.

İnanırıq ki, xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini qısa zamanda göstərəcək”.
 
Ardını oxu...
Baltikyanı ölkələrin nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkili Moskvanın prezident seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı dəfələrlə etdiyi müraciətlərə hakimiyyət tərəfindən cavab verilmədiyi üçün dəvət edilib.

Söhbət ölkəmizin Vilnüs, Riqa və Tallinndəki səfirliklərində seçki məntəqələrinin təşkilindən gedir, - Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, əgər seçkilər zamanı maneələr yaranarsa, bu, “bu ştatlarda yaşayan Rusiya vətəndaşları arasında ciddi etiraza səbəb olacaq”.
 
Ardını oxu...
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkilərində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
 
Ardını oxu...
Rusiya Federasiyası parçalanacaq.

Bunu ukraynalı tarixçi Aleksandr Alfyorov deyib.

Onun fikrincə, Rusiyanın parçalanmasının necə baş verəcəyi ilə əlaqəli yekdil düşüncə və ya təsəvvür yoxdur.

Bununla belə, Alfyorov federasiyanın üç yerə bölünə biləcəyini ehtimal edir:

"İndi belə bir anlayış var ki, Rusiya üç böyük zonadan – Avropa, Sibir və Uzaq Şərqdən ibarət olacaq”.

Tarixçi əlavə edib ki, bunlar ayrı-ayrı logistik və iqtisadi zonalardır.

Alfyorov hesab edir ki, Ukraynaya Rusiyanın xarici fəaliyyətini donduracaq vətəndaş müharibəsi kimi xaosa girməsi lazımdır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da iddia edir ki, dünya Rusiyanın dağılmasına hazırlaşmalıdır.

Ukraynalı jurnalist Vitali Dimarskinin bununla bağlı fikri isə fərqlidir. Onun sözlərinə görə, Qərb Rusiyanın parçalanması halında Moskvanın əlindəki nüvə silahlarının nəzarətdən çıxacağından qorxur.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin yeni görüntüləri gündəm olub.

O, beynəlxalq tədbirlərin birində İsrailin Baş naziri Benyamin Netanyahuya hörmətsizlik edib.

Belə ki, bir neçə dövlət başçısı ilə əl sıxaraq görüşən Putin Netanyahunu görməzdən gəlib.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Seneqal Prezidenti Maki Sall ölkədə fevralın 25-də keçiriləcək prezident seçkisinin təxirə salındığını açıqlayıb.

Dövlət başçısı xalqa televiziya müraciətində deyib: “Mən seçki qanununu namizədlərlə bağlı mübahisələrə görə ləğv edirəm”.

O, səsvermə üçün yeni tarix açıqlamayıb.
Qeyd edək ki, Seneqal Konstitusiya Şurası prezident seçkisində iştirak etmək üçün 20 namizədi təsdiqləyib. Bununla belə, namizədlərdən birinin ikili vətəndaşlığa malik olması ilə bağlı qızğın mübahisə yaranıb.

Mənbə: TASS
 

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

“Unikal”ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.
 
Ardını oxu...
Korsika müstəqillik tərəfdarlarının “Nazione” partiyasını yaratmasından qısa müddət sonra və daxili işlər naziri Jerald Darmanənin Korsikaya səfərindən bir neçə gün əvvəl Fransa polisinin iki fəalımıza qarşı törətdiyi zorakılıq aktı qəbuledilməzdir. Biz onların, ailələrinin yanındayıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Korsika Assambleyasının deputatı Jozefa Ciakometti Piredda səsləndirib.

O bildirib ki, son bir neçə ayda baş verən hadisələr Fransa hökuməti ilə vəziyyətin çox kritik olduğunu bir daha göstərir. Fransa ilə Korsika arasında real həll yolları tapmaq lazımdır. “Son vaxtlardakı hadisələrdən danışsaq, bəlkə də mərkəzsizləşdirmə sahəsində müəyyən kiçik irəliləyiş olub, ancaq əsl inkişaf yoxdur. Əsl siyasi həll istiqamətində inkişaf olmayıb. Xalqımızın öz torpaqlarında hüquqlarının, dilinin tanınması istiqamətində irəliləyiş yoxdur. Bizim üçün əsl siyasi həll lazım olan sahələrdə inkişafdan söhbət belə getmir”, - deyə deputat vurğulayıb.

 

Dünyapress TV

Xəbər lenti