Ardını oxu...
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
 

  
Ardını oxu...
“Azərbaycanın Ermənistan Konstitusiyasının guya sülh müqaviləsinin imzalanmasına mane olması ilə bağlı iddiaları iki ölkə liderlərinin ən azı ilkin səviyyədə razılaşdığı prinsipləri təkzib edir”.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalyada keçirilən diplomatik forumun sessiyasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə cavab verərkən belə deyib.

Qeyd edək ki, Hikmət Hacıyev öz çıxışında Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasının məzmununa aydınlıq gətirilməsini gözlədiyini bildirib.

“Ermənistanın Konstitusiyası və hüquqi bazası bizim daxili işimizdir. Bunun sülhə nail olmaq üçün gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və bu, hətta Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin birgə bəyanatlarında dəfələrlə qeyd edilib.

Danışıqlar gedən sülh sazişi layihəsində ikitərəfli səviyyədə razılaşdırılmış ən azı ilkin iki məqam var. Birincisi, ağ-qara yazılıb ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. İkincisi, ölkələr bu sazişə əməl etməməkdə öz daxili qanunvericiliklərinə istinad etməyəcəklər. Ərazi məsələlərində bir-birimizdən heç nə tələb etmədiyimizə və etməyəcəyimizə inandırmağın ən yaxşı yolu sülh müqaviləsi imzalamaqdır”,-Rubinyan belə deyib.

Qeyd edək ki, Rubinyanın açıqlaması Azərbaycan-Ermənistan sülh danışıqlarının siyasi və hüquqi mahiyyətinə ziddir. Çünki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmadığına dair Paşinyan hakimiyyətinin verdiyi bəyanatlar şifahi xarakter daşıyır. Ermənistanın ali hakimiyyət orqanlarının Azərbaycana qarşı ərazi iddialarını qadağan edən hər hansı rəsmi qərarı yoxdur.

Üstəlik, iki ölkə arasında sülh müqaviləsi imzalanmadığına görə Ermənistan Azərbaycan qarşısında ərazi iddialarının qarşısını alan siyasi və hüquqi öhdəliyə də malik deyil. Bu baxımdan, Rubinyanın söylədiyi fikirlər sadəcə, şifahi məzmun daşıyır və hüquqi qeyri-müəyyənlik yaradır.

Reallıqda isə Ermənistanın konstitusiyası və digər hüquqi-normativ aktları həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutur. Ermənistan Ali Sovetinin və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurasının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə 1989-cu il 1 dekabr tarixli qanunsuz qərarı Ermənistanın Müstəqllik Bəyannaməsinin 11-ci bəndində yer alıb. Hazırda Ermənistan konstitusiyasının preambula hissəsində həmin bəyannaməyə istinad edilir. Yəni Ermənistanın ali qanunu Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutur. Ona görə də Ermənistan konstitusiyası artıq bu ölkənin daxili məsələsi olmaqdan kənara çıxaraq regional sülhə və sabitliyə təhlükə yaradan problemə çevrilib.

Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün ilk növbədə, Müstəqillik Bəyannaməsinə istinad hissəsini konstitusiyanın mətnindən çıxartmalıdır. Ermənistanın konstitusiya islahatından yayınması Azərbaycanla sülh sazişinin imzalanmasını qeyri-mümkün edir. Bu isə Ermənistanın özünü təcrid vəziyyətində saxlaması deməkdir. Lakin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yalnız Müstəqillik Bəyannaməsi və Konstitusiyanın preambula hissəsi ilə yekunlaşmır.

Konstitusiyanın 47.8-ci maddəsində qeyd edilir ki, Ermənistan Respublikasından kənarda yaşayan ermənilər Ermənistan Respublikasının müdafiəsindədir. Bu maddə 1995-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalına hüquqi əsas yaratmaq üçün konstitusiya mətninə daxil edilib. Halbuki, Azərbaycanda yaşayan bütün milli azlıqların, o cümlədən erməni vətəndaşların müdafiəsi və təhlükəsizliyi məhz Azərbaycan Konstitusiyası ilə təmin edilir. Ona görə də Ermənistan həmin maddəyə düzəliş etməlidir.

Bundan başqa, Ermənistanın Hərbi Doktrinası və Milli Təhlükəsizlik Strategiyasının xeyli hissəsi Azərbaycana qarşı ərazi iddialarından ibarətdir. Hərbi Doktrinada qeyd edilir ki, Ermənistan Respublikası “Dağlıq Qarabağ Respublikası xalqı”nın təhlükəsizliyinin təminatçısıdır və onun seçdiyi inkişaf yolunu təmin edir. Yəni Ermənistanın işğalçılıq siyasəti qanunvericilik səviyyəsində rəsmiləşdirilib və bu, mürtəce arqumentlərlə əsaslandırılıb. Məsələn, Hərbi Doktrinada Ermənistanın Qarabağı və digər əraziləri işğal etməsini əsaslandıran belə ifadələr yer alıb:

- müasir Azərbaycan ərazisində “soyqırım” yaşamış erməni xalqının yeni “etnik təmizləmə”lərinin təzahürünün reallıqları (1980-90-cı illərdə Sumqayıtda, Bakıda və başqa yerlərdə);

- 1988-1994-cü illərdə Dağlıq Qarabağ “xalqı”nın qanuni və sülh yolu ilə öz müqəddəratını təyin etmək istəklərinə qarşı Azərbaycan Respublikasının hərbi gücdən istifadə etmək və onları məcburi müharibəyə cəlb etmək siyasəti;

- daimi “fiziki məhv” təhlükəsi ilə üzləşən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi zərurəti. Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etmək istəyi;

- Ermənistan Respublikasının və “Dağlıq Qarabağ Respublikası”nın və onların əhalisinin tarixi-ərazi, mənəvi-dini, etnik və mədəni kimliyi;

- Dağlıq Qarabağ “xalqı”nın öz tarixi vətənində öz müqəddəratını təyinetmə faktının mübahisəsiz siyasi və hüquqi əsasları;

- “Dağlıq Qarabağ Respublikası”nın demokratik, sosial, hüquqi dövlət kimi formalaşması reallığının dönməzliyi;

- Ermənistan Respublikası və “Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizliyini təmin etmək vəzifələrinin qarşılıqlı əlaqəsi və ümumi qəbul edilməsi.

Göründüyü kimi, Ermənistanın Hərbi Doktrinası Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutmaqla yanaşı, ölkəmizdə separatçılığı dəstəkləməyə yönəlmiş və birbaşa müharibəyə səbəb ola biləcək sənəddir. Bu halda, hər hansı sülhdən danışmaq mümkün deyil.
Yaxud Ermənistanın Milli Təhlükəsilik Strategiyasında Azərbaycanın Ermənistana və “Dağlıq Qarabağ Respublikası”na qarşı silahlı qüvvədən istifadə ilə bağlı açıq tədhdidlərin səsləndirildiyi qeyd edilir.

Ermənistanın Milli Təhlükəsilik Strategiyasının “Dağlıq Qarabağ Respublikası” adlı 3-cü hissəsi xüsusilə diqqəti cəlb edir. Orada qeyd edilir:

“Hər hansı yekun razılaşmanın və ya yekun sənədin Qarabağ tərəfinin də razılığını alması prinsipindən daima çıxış edərək Ermənistan yalnız “Dağlıq Qarabağ Respublikası”nın faktiki mövcudluğunun dönməz reallığını möhkəmləndirməyə yönələcək həll variantlarını məqbul hesab edir. “Dağlıq Qarabağ”ın Ermənistanla ərazi əlaqələri olmalıdır. Təhlükəsizliyə zəmanət verilməlidir”.

Ermənistanın Milli Təhlükəsilik Strategiyası da Azərbaycanda separatçılığın dəstəklənməsi və ərazi iddialarını özündə əks etdirir.
Həmiçinin, Ermənistan Ali Sovetinin 1992-ci il iyul ayının 8-də qəbul etdiyi qərarda qeyd edilir:

““Dağlıq Qarabağ Respublikası”nı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyan istənilən beynəlxalq və daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməzdir”.

Bu qərar hələ qüvvədə qalır və Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradır.

Ona görə də Ruben Rubinyanın dedikləri reallığa ziddir. Ermənistan konstitusiyasını və digər qanunvericilik bazasını yeniləməyənə qədər ərazi iddialarının ortadan qalxmasından danışmaq mümkün deyil. Vyana Konvensiyasının 27-ci maddəsinə görə, Ermənistan beynəlxalq müqavilənin yerinə yetirməməsi üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. Bunu Nikol Paşinyan da deyir. Amma Ermənistanın konstitusiyasında və qanunvericiliyində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının qalması perspektiv üçün təhlükədir.

Çünki Ermənistanda perspektivdə hakimiyyətə gələcək başqa bir siyasi qüvvə həmin hüquqi bazaya istinad edərək, sülh sazişinin imzalanmasından və ya müqavilə üzrə öhdəliklərin icrasından yayınaraq Azərbaycana ərazi iddiası irəli sürə bilər. Bu səbəbdən Ermənistan konstitusiyasının preambula hissəsi ilə yanaşı, 47.8-ci maddəsinə, Türkiyəyə ərazi iddiası təsvir edilmiş dövlət gerbi haqqında 21-ci maddəsinə, Ermənistanın Dövlət Gerbi haqqında qanunu və digər hüquqi-normativ sənədlərə yenidən baxmalıdır.
 
Ardını oxu...
Finlandiyanın yeni prezidenti Aleksandr Stubb vəzifəsinin icrasına başlayıb.

Qeyd olunur ki, Stubbun andiçmə mərasimi Finlandiya televiziyası ilə canlı yayımlanıb. Yeni prezident ölkə parlamentində təntənəli nitq söyləyib.

Xatırladaq ki, Finlandiya prezidenti altı il müddətinə seçilir. Sauli Niinistö ardıcıl olaraq maksimum mümkün olan iki müddət ərzində dövlət başçısı vəzifəsində işləyib.
Mənbə: gazeta.ru
 
Ardını oxu...
Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.

Bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, o istefa ərizəsini təqdim edib.

“Son zamanlar bir sıra fundamental məsələlərdə yaranan fərqlər mənim xarici siyasət cəbhəsində iştirakımı mümkünsüz edir”, deyə o bildirib.
 
Ardını oxu...
Bakı Avropa Şurası Parlament Assambleyasının alman deputatların təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum etməsinə qəzəblənib. Bu qərar alman deputat, kansler Şoltsun partiyasının üzvünün təşəbbüsü ilə qəbul edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev çərşənbə günü bir qrup alman biznesmeni qəbul edərkən bildirib.

“Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir”, deyə Əliyev qəzəbini bildirib.

“Biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”, deyə Əliyev qeyd edib.

Daha sonra o, Almaniya KİV-lərində Azzərbaycanın guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim olunmasına qəzəblənib.

“Bu, tamamilə yalandır”, deyən Əliyev Azərbaycanda işləyən Almaniya səfirinin Azərbaycandakı proseslərin şahidi olduğunu qeyd edib.

Daha sonra o, Qərbi Azərbaycan hərbi yolla öz torpaqlarını azad etdikdə Bakıya təzyiq göstərilməsində ittiham edib. Bu zaman o, Fransa və ABŞ-ın adını çəkib.

“Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq”, deyə Əliyev bildirib.
 
Ardını oxu...
Ermənistan Xarici İşlər Nazirliyi 2 ölkə arasında media kommunikasiyaları sahəsində sazişin pozulması hallarının davam etməsi ilə bağlı Rusiyaya nota verib.

APA xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
 
Ardını oxu...
Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, o, uzun müddətdir ki, KTMT-nin yüksək və yüksək səviyyəli tədbirlərində iştirak etmir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirərkən deyib.

"Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq", - Baş nazir əlavə edib.

Onun sözlərinə görə, KTMT təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirmək əvəzinə, Ermənistan Respublikasının təhlükəsizliyinə problemləri yaradır və bu mövqe, Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdiddir.

“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure də bunu edəcəyik”, - Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.//APA//
 
Ardını oxu...
Prezident İlham Əliyev "Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməli və ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir" - mesajını bir daha xatırlatdı. Azərbaycan Prezidentinin Xocalı şəhərində bu mövzuya toxunması qarşı tərəfə açıq xəbərdarlıq idi. Əslində, bu prinsipial mövqeni dövlət başçısı dəfələrlə təkrar edib.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Xocalıda ölkə başçısının bir daha bu mesajı verməsinin anlamı odur ki, Ermənistan tərəfinin törətdiyi faciə, soyqırımı göz qabağındadır. Azərbaycan bunun üzərindən keçib sülh şəraitində, normal, yanaşı yaşamaq təklif edir”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir:

“Erməni tərəfi Azərbaycana qarşı düşmənçilik niyyətini öz daxilində boğmalıdır. Bundan sonra nəhayət bölgədə dinc yaşamaq mümkün ola bilər. Çünki hər bir xalqa şübhə ilə yanaşan, haqqını tapdalayan “anlayış"la erməni toplumu heç nəyə nail ola bilməyəcək”.

Partiya sədri sülhlə bağlı Azərbaycanın 5 şərti irəli sürdüyünü bildirib:

“Erməni tərəfi bu şərtlər üzərində düşünüb, başqa ölkənin ərazisinə göz dikmək kimi yanlış “anlayış"lardan uzaq durmağı qəbul etməlidir. Əslində Ermənistan bununla ən ağıılı qərarlarını vermiş olar”.

Fazil Mustafaya görə, Ermənistan Azərbaycanın şərtləri əsasında normal münasibət sərgiləsə, düşdüyü durumdan xilas olacaq:

“Çünki bölgədə təhlükə mənbəyi kimi qalanda başqaları ayıq-sayıqlığını qoruyur. Nəticədə təhlükəyə qarşı birlik yaranır. Beləliklə müqavimət daha güclü olur. Ermənistan nəhayət kimi bu reallığın əsasında düşüncəsini formalaşdırmalıdır. Özünü təhlükəli dövlət, xalq kimi göstərmək “ənənəsindən” uzaqlaşmaq lazımdır. Bu normal gələcək üçün ən başlıca şərtlərdən biridir”.
 
Ardını oxu...
Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.

"Report" xəbər verir ki, Macarıstan parlamenti bundan əvvəl Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaşa Şuyoku ölkənin yeni prezidenti seçib.

Yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub. Belə ki, 67 yaşlı Şuyok namizədliyi hakim partiyalar olan FİDES - Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb.

Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib.
 
Ardını oxu...
Donald Tramp Cənubi Karolina ştatında keçirilən praymerizdə qalib gəlib.

Qaynarinfo ABŞ mətbuatına istinadən xəbər verir ki, bülletenlərin 99%-ni hesabladıqdan sonra o, səslərin təxminən 60%-ni, Nikki Heyli isə təxminən 40%-ni toplayıb.

Nikki Heyli 2017-ci ilə qədər Cənubi Karolinanın qubernatoru olub. "Associated Press" qeyd edir ki, bu, onilliklər ərzində prezidentliyə namizəd olmaq istəyən bir siyasətçinin öz ştatında ilkin səsverməni uduzması halıdır.

Qələbə nitqində Donald Tramp "Respublikaçılar partiyasını heç vaxt bu qədər birləşmiş görmədiyini” söyləyib. Xarici media siyasətçinin son uğurunun mübarizəni daha da gücləndirdiyini yazır.

CNN-in məlumatına görə, ştatlar arasında erkən səsvermə demək olar ki, başa çatıb. Əsas mübarizə Super Çərşənbə axşamı günü keçiriləcək, o zaman nümayəndə heyətinin 36%-nin taleyi müəyyən olunacaq. Prezidentliyə namizədliyini irəli sürmək üçün Trampa 1215 partiya üzvünün dəstəyi lazımdır. O, bu məqsədə cəmi bir neçə həftə ərzində nail ola bilər. Belə ki, Cənubi Karolinada o, bütün səsləri əldə edib.

Belə uğuru təəccüblü adlandırmaq çətindir: bu ştat ölkənin ən mühafizəkarlarından biridir. Ancaq bu praymerizdəki qələbə on ildən az müddətdə nə qədər dəyişikliyinin olduğunu göstərdi. Tramp rəqiblərinə nə qədər düşmən olsa da, respublikaçı seçicilərin əksəriyyəti onu tam dəstəkləyir.
Ətraflı

"The New York Times" qeyd edir ki, Nikki Heyli vətənində Trampa uduzubsa, o zaman onun ölkə miqyasında dəstəyi daha da zəif olmalıdır. Lakin Cənubi Karolinanın keçmiş qubernatorunun tərəfdarları onun adının geniş şəkildə tanınmasının bu geriliyi kompensasiya edəcəyinə inanırdılar. İndi isə ümid öldü.

Digər ştatlarda səsvermə qaydaları da Trampın lehinədir: məsələn, Kaliforniyada 169 nümayəndənin hamısının dəstəyini təmin etmək üçün 50% səs toplamaq kifayət edəcək. Lakin bütün ölkə üzrə siyasətçiyə dəstək səviyyəsi artıq 70%-dən yuxarıdır, Heylidə bu rəqəm 20%-dən azdır.

Beləliklə, Tramp Nyu-Yorkda ona qarşı cinayət işi başlamazdan əvvəl rəsmən prezidentliyə namizəd ola bilər.

Heyliyə gəlincə, bu məğlubiyyət onun namizəd olmaq şansını azaldıb. Bubu "The Guardian" yazır.

Bununla belə, o, yarışda iştirak etməyə davam edəcək: onun seçki qərargahı televiziya reklamına artıq 7 rəqəmli pul xərcləyib və Super Çərşənbə axşamı ərəfəsində siyasətçi bir neçə ştata səfər edəcək. Tramp seçki qərarganı artıq Heylini yalnız qaçılmaz olanı gecikdirməyə çalışmaqda və respublikaçıların praymerizlərində "Co Baydenin surroqatı” rolunu oynamaqda ittiham edib.
 

Dünyapress TV

Xəbər lenti