Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan daha bir deputat ayrılıb.
Partiyanın sədr müavini, İzmir deputatı Ümit Özlale istefa verib.
O, qərarını sosial şəbəkə hesabında açıqlayıb:
"Bu gündən etibarən partiyadakı vəzifələrimdən və partiyamdan istefa verdiyimi ictimaiyyətə elan edirəm".
Beləliklə, Ümit Özlalenin istefasının ardından İYİ Partiyanın deputat sayı 30-a düşüb. Xatırladaq ki, ötən həftə də partiyanın Kayseridən seçilən deputatı Dursun Ateş istefa verdiyini açıqlayıb.