Ardını oxu...
Ermənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb.

Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin Baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.

Ermənistan iyun ayında Fələstin dövlətini tanıdığını elan edib.
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib.

Müraciətin mətnini təqdim edir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında səmimi-qəlbdən salamlayıram.

Yüzə yaxın ölkənin, eləcə də BMT-nin ixtisaslaşmış qurumlarının da daxil olduğu beynəlxalq təşkilatların təmsilçilərini, habelə prokurorlar, hakimlər, hüquqşünaslar, ekspertlər və digər nüfuzlu şəxsləri bir araya gətirən belə bir mötəbər tədbirə ev sahibliyi etmək bizim üçün əlamətdar hadisə, eyni zamanda, ölkəmizə olan ehtiramın təzahürüdür.

Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür.

Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlər, həmçinin aidiyyəti beynəlxalq təşkilatlarla birgə dünyanın ekoloji sisteminin yaxşılaşmasına töhfələr verməyə çalışacaqdır. Təsadüfi deyildir ki, COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda tədbirin keçirilməsi planlaşdırılır.

Azərbaycan uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qalmışdır. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir.

Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir.

Hörmətli qonaqlar,

Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik.

Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir.

Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.

Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır.

Mən sizləri bir daha Azərbaycanda salamlayır, ən xoş arzularımı yetirir, konfransın işinə isə uğurlar diləyirəm".
 
 
 
Ardını oxu...
"Azərbaycanla dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir".

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

Ölkə başçısı türk xalqlarının birliyinin zəruriliyinə diqqət çəkib və Azərbaycanın ölkə başçısı Prezident İlham Əliyev arasında çox səmimi, məhsuldar münasibətlər olduğunu bildirib: "Prezident İlham Əliyev məni iki dəfə Bakıya dəvət edib. Azərbaycanla möhkəm dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir. Mən bu münasibətlərə çox böyük dəyər verirəm".

"Güclü türk dünyasına ehtiyacın olduğunu", - deyən Ersin Tatar Prezident İlham Əliyevin də onunla görüşlərində hər zaman buna vurğu etdiyinə diqqət çəkib:

"İlham Əliyevin "Türk dünyası, türk birliyi güclü olsa, biz də güclü ola bilərik" fikri ilə tamamilə razıyam. Hər iki lider - Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyevin birgə səyləri nəticəsində türk dünyası sözün əsl mənasında güclənib. Mən hər iki prezidentlə söhbətlərimdə deyirəm ki, biz bir millət, üç dövlətik. Biz bir-birimizi xalqımızın daha gözəl və parlaq gələcəyi üçün dəstəkləyirik. Şimali Kipr Türk Cümhuriyyəti olduqca kritik bir bölgədədir, resursların sonu, hərbi və təhlükəsizlik məsələlərinin bir qədər qarışıq olduğu problemlərlə sərhədlənib. Bizim türk dünyasının dəstəyinə ehtiyacımız var".

Prezident BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsindəki görüşlərində Kipr məsələsinin həlli üçün apardığı danışıqlardan söz açıb: "Təəssüf ki, bir çoxu reallıqları görmək istəmir. Onlar düşünürlər ki, Kipr Respublikası bütöv adadan ibarətdir. Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir. Ona görə də, Türkiyənin lideri bu məsələdə hər zaman narahatlığını və həssaslığını dilə gətirir. Onlar Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğunu anlamalıdırlar. Biz azlıq təşkil edən hansısa bir xalqın nümayəndəsi deyilik. Biz Şimali Kipr Türk Cümhuriyyətinin qurucuları və vətəndaşlarıyıq. Bizi ölkə və respublika kimi tanımaları üçün sonadək mübarizəmizi davam etdirəcəyik. Hər iki toplumun birlikdə yaşamasını təklif edən federal həll yolu çözüm deyil. Bu məsələdə hər hansı bir həll yolundan söhbət gedirsə, o ikidövlətli həll yolu olmalıdır. Bütün görüşlərimizdə bunu vurğuladıq və bundan sonra da mübarizəmizi davam etdirəcəyik".
 
Ardını oxu...
"Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində "Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək" mövzusunda çıxış edərkən deyib.

XİN rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında çoxtərəfli münasibətlərin təhrif olunduğu dövrdə beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara kollektiv cavabın aktivləşdirilməsi üçün qətiyyətli addımlar atılıb.

"Heç kimi geridə qoymayaq" nəcib çağırışını rəhbər tutaraq Azərbaycan, ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərmişik", - ölkənin baş diplomatı vurğulayıb.
 

Ardını oxu...
  

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp ilə görüşüb.

Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin spektrini nəzərdən keçirmək və gələcək əməkdaşlığın yeni istiqamətlərini araşdırmaq üçün vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidinə qarşı mübarizə tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində görülən işlərə təhdid törədən əsas amillər, o cümlədən Ermənistanın Konstitusiyası və digər qanunverici sənədlərində ölkəmizə qarşı ərazi iddialarının mövcudluğu, habelə bu ölkənin sürətli silahlanması diqqətə çatdırılıb.

COP29 sədrlik fəaliyyətindən bəhs edən nazir Ceyhun Bayramov, mümkün əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə hazır olduğumuzu diqqətə çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Ardını oxu...
İsrail Qəzzadan sonra Livana hücuma başlayıb. Bu gəlişmə bölgəni böyük müharibəyə doğru apardığı deyilsə də, işarələr bunun əksini göstərir.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

“İran açıq çağırışlarına baxmayaraq Qəzzada hərəkətə keçə bilmədi. Komandirləri öldürülərkən də səssiz qaldı. Dəməşqdəki konsulluğu hədəfə alınanda gərginliyi azaldacaq mövqe tutdu. İsmayıl Haniyə Tehranda öldürüləndə mümkün cavab addımlarını zamana buraxdı. Livana hücumdan sonra İrandan verilən açıqlamalar bizə deyir ki, Tehran “diplomatiya”ya şans verib.

Tehran niyə bu mövqedən çıxış edir? Arxa planda ABŞ və İran arasında razılaşma varmı? İşarələr çox güclü səslə “Bəli” deyir”, – məqalədə qeyd olunur.

Türk nəşri ABŞ-ın prosesdəki roluna da diqqət çəkir:

“ABŞ-ın əsas məqsədi regionda mövcudluğunu minimuma endirmək və diqqətini Çinə yönəltməkdir. Hər şey bunun ətrafında fırlanır. Çıxış strategiyası iki sütuna əsaslanır: birincisi İsrailin təhlükəsizliyini təmin etməkdir. Buna nail olmaq üçün İranın İsrail (Livan və Suriya) ətrafındakı təsiri azaldılmalıdır. Buna görə də Qəzza, Livan və Suriyanın cənubunda İsrailin nəzarəti istənilir. İkincisi, ərəb ölkələrini bir araya gətirməklə İranı balanslaşdırmağa çalışırlar. Bu, bölgəni gərgin və parçalanmış vəziyyətə gətirməlidir”.

Bəs, İran öz nüfuzunu yerlə-yeksan edən bu qədər hücum qarşısında niyə susur?

“Yeni Şafak”a görə, Tehrandakı sükut Vaşinqtonla razılaşmadan irəli gəlir:

Birinci, ABŞ-ın noyabrın 5-də keçiriləcək seçkilərdən sonra Tehrana nüvə danışıqlarına yenidən başlamağa söz verdiyi bildirilir. Hətta “hərtərəfli siyasi müzakirələr”dən danışılır. İran nüvə danışıqlarından sonra sanksiyaların ləğvini tələb edir. İran Prezidenti Pezeşkian Nyu-Yorkda verdiyi açıqlamada nüvə müzakirələrinə qayıtmaq istədiklərini deyib.

“Əgər nüvə sazişinin öhdəlikləri tam yerinə yetirilərsə, digər məsələlərlə bağlı danışıqlara başlaya bilərik”, – Pezeşkian vurğulayıb.

İkinci, altı aylıq danışıqlardan sonra ABŞ bu yaxınlarda İraqdan çəkilməyə razılıq verdi. ABŞ onsuz da bölgədən çıxmaq istəyirdi, amma İraqı İranla sövdələşmə obyektinə çevirdi. Bu xəbərdən bir neçə gün sonra Pezeşkian “əzələ nümayişi” olaraq ilk səfərini İraqa etdi. Hətta Bafel Təlabani ilə selfi də çəkdirdi.

Üçüncü, Qəzza və ya İordan çayının qərb sahili İran üçün önəmli deyil, amma “Hizbullah” önəmlidir. “Hizbullah”a yaxın bir media qurumu təşkilatın niyə İsrailə cavab verməməsini İrandan heç bir razılığın olmaması ilə əlaqələndirib. Pezeşkian da söyləyib ki, “Hizbullah” təkbaşına İsrailə qarşı dura bilməz. İran “Hizbullah”ın Livandakı varlığına toxunulmasını istəmir. Amma baş verənlər qarşısında bu susqunluq təşkilatın Livanın cənubundan (İsraillə sərhəddən) şimala çəkilməsinə dair razılaşmanın olub-olmaması sualını yaradır.

Dördüncü, “Hizbullah” İsrail və ABŞ üçün problemdir. Amma Yəməndə İranı dəstəkləyən qruplar problem deyil, ona görə də heç vaxt gündəmə gəlmir. Səudiyyə Ərəbistanına qarşı balans üçün Yəməndəki qüvvələrin qalması ABŞ-ın da marağındadır”.

Beşinci amilə gəlincə, Türkiyə qəzeti qeyd edir ki, Suriya dosyesi ABŞ-İran danışıqlarında açıq qalır:

“Əslində, İran Suriyanın Səudiyyənin rəhbərlik etdiyi konsorsiuma inteqrasiyasına qarşıdır. Tehran bu ölkədəki mövcudluğunu davam etdirmək istəyir. Görünür, buna görə də həm ABŞ, həm də Rusiyanın Suriya dosyesini Türkiyə ilə müzakirə etmək istəyir. Başqa sözlə, ABŞ PKK üzərindən mərcə girir, ruslar Əsədlə dialoq prosesinin təşəbbüskarı kimi önə çıxırlar. Suriya dosyesi açıq qalsa, növbəti toqquşma zonası bura olacaq”.

“Yeni Şafak” bundan öncə İraqın Süleymaniyyə şəhərindəki PKK-nın terror qruplaşmalarına rəhbərlik edən Bafel Təlabaninin əsas dəstəkçilərindən birinin İran olduğunu yazmışdı. Türkiyədən müxtəlif səviyyələrdə İranın bu pozucu fəaliyyətlərinə etiraz edilib. Analitiklərə görə, İraqdan geri çəkilən ABŞ-ın yerini İrana verməsi həm də Tehranı Ankara ilə üz-üzə qoymaq məqsədi daşıyır. Həmçinin bu, İraqda ABŞ tərəfindən PKK-ya nəzarətin İrana ötürülməsi anlamına gələ bilər. Türkiyənin bu durumla da razılaşacağı inandırıcı görünmür. Artıq Türkiyə İraqla terrorizmə qarşı birgə mübarizəyə dair müqavilə imzalayıb. İraqda mövqelərini gücləndirməyə çalışan İranın bunu pozmağa cəhd edəcəyi ehtimalı da yüksəkdir.
 
Ardını oxu...
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Livanda atəşkəslə bağlı təkliflərin müzakirəsini davam etdirəcək.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Sentyabrın 25-də ABŞ və Fransa Livan-İsrail sərhədində dərhal 21 günlük atəşkəsə çağırıb.

B.Netanyahunun sözlərinə görə, İsrail nümayəndə heyəti ABŞ-nin atəşkəs təkliflərini müzakirə etmək üçün artıq dünən görüş keçirib və yaxın günlərdə müzakirələri davam etdirəcək. O, İsrail tərəfinin ABŞ-nin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

"Komandalarımız ABŞ-nin təşəbbüsünü və insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması kimi ümumi məqsədə necə töhfə verə biləcəyimizi müzakirə etmək üçün bir araya gəldi. Bu müzakirələri yaxın günlərdə davam etdirəcəyik", - baş nazir bildirib.//Report
 
Ardını oxu...
ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanın dayanıqlı və ləyaqətli sülh yolunda əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin Nyu-Yorkda Blinkenlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

"Dövlət katibi Antoni Blinken bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə üçtərəfli görüş keçirib. Katib Blinken Ermənistan və Azərbaycanın əldə etdiyi tərəqqini yüksək qiymətləndirib. Dövlət katibi vurğulayıb ki, sülh sazişi regiona sabitlik və firavanlıq gətirəcək”, - bəyanatda deyilir.

Qeyd edək ki, görüşün yekunlarına görə tərəflər sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında Sazişin tezliklə bağlanması üçün əlavə səylər göstərməyə razılaşıblar. Azərbaycan və Ermənistan dövlət katibinə görüşün təşkili
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

Paylaşımda "Şəhidlərimizə ehtiramla" sözləri yazılıb.
https://x.com/azpresident/status/1839349239882871219?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1839349239882871219%7Ctwgr%5E224fb97f608f85affce3989321e00b2383296d5c%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fazpolitika.info%2F%3Fp%3D769279
 
 
Ardını oxu...
ABŞ Dövlət Katibi xatırladıb ki, dünyada çoxları “nüvə qılıncı ilə hədə-qorxu gəlib”.
Blinken Putinin nüvə silahı ilə bağlı Qərbə verdiyi açıqlamanı qınadı
ABŞ dövlət katibi Antoni Blinken Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı təhdidlərinin “məsuliyyətsizlik” olduğunu deyib. Onun fikrincə, dünyaya daha çox tərksilah lazımdır.
Tribunainfo.az xəbər verir ki, Blinken MSNBC telekanalına müsahibəsində Putinin nüvə silahları ilə bağlı Qərbə açıqlamasını “məsuliyyətsiz” və “vaxtında olmayan” elanı qınayıb. Dövlət katibi xatırladıb ki, dünyada çoxları “nüvə qılıncını yellədib”.
Putinin yeni nüvə təhdidləri
Bir gün əvvəl Putin Rusiya Federasiyasının nüvə qarşısının alınması sahəsində Dövlət Siyasətinin Əsaslarına dəyişikliklər təklif edib. O, bu barədə Təhlükəsizlik Şurasının nüvə qarşısının alınması üzrə iclasında bildirib. Putin deyib ki, silahlardan gələn kritik təhlükə də nüvə cavabı üçün əsas ola bilər.
Bundan əlavə, o, Rusiyaya qarşı qeyri-nüvə dövlətinin, lakin nüvə dövlətinin dəstəyi ilə təcavüzünü birgə hücum kimi nəzərdən keçirməyi təklif edib.
Həmçinin nüvə qarşısının alınmasının həyata keçirilməli olduğu dövlətlərin və hərbi ittifaqların siyahısını genişləndirmək təklif olunub. Putin konkret ölkələrin adını çəkməyib.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki , nüvə doktrinasında elan edilən dəyişikliklər “dost olmayan ölkələrə” mesaj vermək məqsədi daşıyır.
 

Dünyapress TV

Xəbər lenti