Ardını oxu...
Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə olunduğunu vurğulayanda dövlətimizin başçısı qeyd edib: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.
 
Ardını oxu...
Ötən gün ABŞ-nin dövlət katibi Entoni Blinkenlə türkiyəli həmkarı Hakan Fidan arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Mettyu Millerin bəyanatında bildirilib.

Bildirilib ki, tərəflər Suriya, Cənubi Qafqaz və Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi ilə bağlı ABŞ-Türkiyə əməkdaşlığını müzakirə ediblər:

“Katib və xarici işlər naziri Birləşmiş Ştatlar və Türkiyə arasında ticarət və sərmayəni genişləndirmək barədə razılığa gəliblər və Rusiyanın Ukraynaya qanunsuz tammiqyaslı hərbi müdaxiləsinə baxmayaraq, Qara dəniz bölgəsinin etibarlı və təhlükəsiz qalmalı olduğunu bir daha təsdiqləyiblər. Onlar həmçinin ABŞ-Türkiyə Fulbrayt proqramının 75-ci ildönümünü qeyd ediblər və İsveçin NATO-nun 32-ci müttəfiqi kimi qəbul olunmasını alqışlayıblar”.

Xatırladaq ki, martın 7-də Hakan Fidan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden Macarıstanın Baş naziri Viktor Orbanı diktaturaya can atmaqda ittiham edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ağ Ev rəhbəri ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşünü şərh edərkən macar siyasətçi haqqında danışıb:

“Bu gün onun Mar-a-Laqoda kiminlə görüşdüyünü bilirsinizmi? Demokratiyanın işlədiyinə inanmadığını birbaşa deyən, NATO-nun yeganə üzvü kimi diktaturaya nail olmağa can atan macarıstanlı Orbanla”, - deyə Bayden bildirib.

Orban və Tramp arasında görüş Amerikanın keçmiş lideri Mar-a-Laqonun Floridadakı malikanəsində baş tutub.

Qeyd edək ki, Viktor Orban bir müddət əvvəl Ukraynadakı münaqişəni dayandırmağa qadir olan şəxsin Donald Tramp olduğu fikrini bildirmişdi.
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko Şahbaz Şərifi Pakistanın baş naziri seçilməsi, ölkə hökumətinin formalaşması münasibətilə təbrik edib və 2024-cü ildə Pakistana səfər etməyə hazır olduğunu təsdiqləyib.

Bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Bu il Pakistana səfər etməyə hazır olduğumu təsdiqləyirəm. Əminəm ki, görüşümüz sənaye, əczaçılıq, kənd təsərrüfatı, neft-kimya, elektrik nəqliyyatı, təhsil, elm və texnologiya sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, - Lukaşenko vurğulayıb. \\Axar.Az
 
 
 
Ardını oxu...
ABŞ prezidentliyinə namizəd və konqresmen Din Fillips də seçki yarışından geri çəkilib.

Bu barədə xarici KİV məlumat yayıb.

Siyasətçi kampaniyanı dayandırarkən Ağ evin hazırkı rəhbəri Cozef Baydeni dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli seçki yarışından geri çəkilib.
qafqazinfo.az
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyini təhdid altına salır.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Qeyd olunub ki, N.Paşinyan zəif siyasətçidir.

Hesabatda yazılıb ki, Kremlə bağlı mənbələr də bu barədə tənqidi fikirlərini davam etdirirlər.

Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir.
pressklub
 
Ardını oxu...
Nikki Heyli Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədən imtina etdiyini açıqlayıb.

O, tərəfdarlarını ABŞ prezident seçkisində Trampı dəstəkləməyə çağırmayıb.

Qeyd edək ki, Heylinin ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizədən geri çəkilməsi Trampı Respublikaçılar Partiyası üçün öncül namizəd edir. ( TASS)
 

       
Ardını oxu...
Azərbaycan Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlığın möhkəmlənməsi Cənubi Qafqazın sabit regiona çevrilməsinə töhfə verə bilər.

Rusiya xarici işlər naziri Serqey Lavrov martın 2-də Antaliya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanla bağlı mühüm bəyanatlar səsləndirib.

Azərbaycanın xarici siyasət kursunun Rusiya tərəfindən yüksək qiymətləndirildiyini deyən S.Lavrov rəsmi Bakının heç bir anti-Rusiya layihəsində iştirak etmədiyini bildirib. "Bir şeyi açıq bildirim ki, Azərbaycan heç bir anti-Rusiya siyasətində və lahiyəsində heç bir zaman yer almayacaq. Bu bizə lazım olan ən vacib amildir". Rusiyanın XİN rəhbəri Rusiyanın Azərbaycan, Türkiyə və digər türk dövlətləri ilə ortaq tarixi bağlantıların olduğunu da vurğulayıb.

“Rusiyada çoxlu türk xalqları yaşayır. Bu baxımdan Azərbaycan türk dünyası istiqamətində prioritet siyasəti Rusiya Federasiyası üçün müsbət məqamdır.

Çünki türk dövlətləri vahid Avrasiya məkanında Rusiya üçün qardaş və müttəfiq dövlətlərdir”,-deyən S.Lavrov Azərbaycanın Rusiya üçün müttəfiq dövlət olduğunu da qeyd edib:

"Bu baxımdan biz müttəfiqlik münasibətlərinə uyğun olaraq Azərbaycanın maraqlarına, suverenliyinə hörmət edirik və öz siyasətimizdə bu amilləri nəzərə alırıq".

Serqey Lavrovun Antaliya Diplomatiya Forumunda Azərbaycanı regionun önəmli ölkəsi kimi təqdim etməsi regional sülh və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində Azərbaycan-Rusiya tərəfdaşlığının əhəmiyyətini daha da artırır.

Maraqlıdır, iki ölkə arasında tərəfdaşlığın müttəfiqliyə çevrilməsi üçün imkanlar varmı? Xüsusilə, Cənubi Qafqazda hər hansı gələcək təhlükələrin qarşısının alınması, regiondakı problemlərin həlli və regional proseslərin nizamlanmasına təkan verəcək Rusiya-Azərbaycan-Türkiyə əməkdaşlığına nə dərəcə ehtiyac var? Ən əsası da Türk Dövlətləri Təşkilatı ilə Avrasiya İqtisadi İttifaqı arasında vahid Avrasiya konsepsiyasına söykənən qarşılıqlı münasibətlərin qurulması və əməkdaşlığın inkişafı üçün ikitərəfli lazımi addımların atılmasının zamanı çatıbmı?

Məsələ ilə bağlı politoloq Elşən Manafov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, regionda dayanıqlı sülh və sabitliyin bərqərar olması Azərbaycan, Türkiyə və Rusiyanın təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişafından asılıdır:

“2022-ci ildən bəri Azərbaycanın Rusiya ilə münasibətlərinin müttəfiqlik müstəvisinə keçməsi regionun geosiyasi konfiqurasiyasına təsir göstərməklə yanaşı, təhlükəsizliyin təmin olunmasına münasib şərait yaradıb. Azərbaycan regionda təhlükəsizliklə bağlı problemlərin məhz “3+2” formatı çərçivəsində həll olunması və bu model əsasında dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinin tərəfdarıdır. Azərbaycan regiondankənar ölkələrin proseslərə müdaxiləsinə qarşıdır. Təbii ki, bu format çərçivəsində region ölkələri arasında əməkdaşlığın qurulması Qərbin maraqlarına uyğun deyil. Buna görə də Qərb bu formatın reallaşmaması üçün Ermənistan üzərindən müxtəlif manevrlər etməklə regionda hərbi-siyasi vəziyyəti gərginləşdirməyə çalışır. Belə desək, ABŞ da, Fransa da, Avropa İttifaqı da Ermənistandan öz maraqlarını təmin etmək üçün siyasi alət kimi istifadə edir. Azərbaycanın Rusiya ilə münasibətləri Qərbi məmnun etmir. Qərbin təhdidlərinə baxmayaraq, rəsmi Bakı Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Azərbaycan ilə Rusiya arasında diplomatik-siyasi, iqtisadi-ticari və enerji münasibətləri daha da inkişaf edib. Münasibətlərin şaxələnməsi digər sahələrdə də özünü göstərir. Azərbaycan logistik baxımdan da Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir”.

E.Manafov Türk Dövlətləri Təşkilatı ilə Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı əməkdaşlığın qurulmasını vacib hesab edib:

“Bu, həm geosiyasi anlamda əhəmiyyətlidir, həm də region ölkələri arasında iqtisadi-ticari münasibətlərin genişlənməsinə töhfə verə bilər. Qeyd edim ki, Mərkəzi Asiyanın türk dövlətləri, xüsusilə Qazaxıstan və Qırğızıstanın KTMT və Avrasiya İqtisadi İttifaqı daxilində Rusiya, TDT daxilində isə Azərbaycan və Türkiyə ilə münasibətləri var”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev də həmkarı ilə eyni fikirləri bölüşüb. A.Məsiyev qeyd edib ki, TDT ilə Aİİ arasında əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir:

“Cənubi Qafqazın sabit və təhlükəsiz regionuna çevrilməsi Türkiyə, Azərbaycan və Rusiyanın xarici siyasətində prioritet məsələ hesab olunur. Təəssüflər olsun ki, başda ABŞ olmaqla Qərb koalisiyası hər vəchlə Azərbaycan ilə Ermənistan arasında münaqişənin yenidən alovlanmasına çalışır. Məqsədi də gərginlikdən istifadə ilə Cənubi Qafqazda proseslərə müdaxilə etmək imkanı qazanmaqdır. Vaşinqtonun prinsipal strateji hədəfi Rusiyanın cənub cinahını bağlamaqdır. Bu baxımdan, ABŞ, o cümlədən Fransa Ermənistan üzərində Cənubi Qafqazda möhkəmlənməyə və təsir imkanlarını artırmağa can atır. Həm Vaşinqton, həm də Paris, həqiqətən Cənubi Qafqazın üç ölkəsini Rusiya ilə qarşıdurmaya sövq edir. Halbuki bu, ölkəmizin dövlət və milli maraqları ilə ziddiyyət təşkil edir. Azərbaycan heç vaxt Qərbin əlində alət olmayacaq. Azərbaycan müstəqil və balanslı xarici siyasətini bundan sonra da davam etdirəcək. Rusiya-Azərbaycan, həmçinin Rusiya-Türkiyə münasibətlərinin bugünki yüksək səviyyəsi Cənubi Qafqazda sülh, əmin-amanlıq və təhlükəsizliyin dayanıqlı olmasına müsbət təsir göstərəcək. Bu gün Moskva və Ankara Azərbaycanın regionun lider dövləti olduğunu qəbul edir. Moskvada çox yaxşı başa düşürlər ki, Rusiyanın İrana və Afrikanın cənub ərazilərinə, o cümlədən Türkiyəyə və oradan Şimali Afrikaya çıxış imkanları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından asılıdır. Ona görə də Cənubi Qafqazda sülh və sabitliyin olması Moskvanın maraqları üçün məqbuldur. Onu da əlavə edim ki, Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək potensialı var. Rusiya da geostrateji təhlükəsizlik baxımından Türk Dövlətləri Təşkilatı ilə münasibətlər qura bilər”.
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə olunub.
 
Ardını oxu...
Proseslər sürətləndikcə, ritorika da sərtləşir və (Rusiya XİN başçısı - red.) Lavrov artıq bu dəfə konkret hərəkətlərdən danışır.

TEREF axşam.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda Ermənistanla münasibətlərə Kremlin yenidən baxmağa məcbur edildiyi və İrəvanın KTMT ilə bərabər, digər inteqrasiya qurumları haqda da qərar verməsinin vacib olduğu haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil:

"Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və s. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq".

O qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də təşkil edə bilər.

Politoloq xatırladıb ki, Nikol Paşinyanın Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etdiyini deməsi təsadüfi deyildi.
 

Dünyapress TV

Xəbər lenti