ABŞ Prezidenti Co Bayden Ukrayna və İsrailə dəstək və Hind-Sakit okean regionunda təhlükəsizliyi müzakirə etmək üçün cümə günü Ağ Evdə Britaniya Baş naziri Keir Starmerlə görüşüb.
“Birləşmiş Ştatlar özünü Rusiyanın aqressiya hücumuna qarşı müdafiə edən Ukraynaya yardım etmək üçün sizin yanınızda olmağa sadiqdir. Aydındır ki, Putin bu müharibədə qalib gəlməyəcək,” Bayden Starmerə deyib.
Görüş Qərb müttəfiqləri Ukarnaya Birləşmiş Ştatlar və Britaniyanın təmin etdiyi uzunmənzilli silahlardan Rusiya ərazisinin dərinliklərində istifadə etməyə imkan vermək üçün siyasəti dəyişməyi nəzərdən keçirdiyi bir vaxta təsadüf edib. ABŞ Dövlət katibi Antoni Blinken və Birləşmiş Krallığın xarici işlər naziri Deyvid Lammi bu həftə Kyivdə görüşüb. Orada Prezident Vladimir Putin bu cür silahların, o cümlədən Amerika istehsalı ATACMS-ın (Ordu Takttiki Raket Sistemi) və Britaniyanın Storm Shadow-larının göndərilməsinə çağırıb.
"Gəlin ən azından bəzi güclü qərarlara arxalanaq. Bizim üçün bu, bu gün çox vacibdir," Zelenski çərşənbə günü Kyivdə müxbirlərin transatlantik müttəfiqlərin onların silahları ilə Rusiyanın daxilindəki ərazilərə hücumlara icazə verib-verməyəcəyinə dair sualına cavab olaraq deyib.
Blinken Ukraynanın paytaxtında ikən bildirib ki, Vaşinqton Moskvanın döyüş meydanında dəyişən strategiyasını qarşılamaq üçün Ukraynaya dəstəyini uyğunlaşdırıb "və lazım olduğu qədər dəyişəcək." O, may ayında da Bayden administrasiyasının Amerika silahlarından sərhədyanı hücumlarda istifadəsinə məhdudiyyətləri yumşaltmasından sonra da bənzər dildən istifadə etmişdi.
Bayden bu həftənin əvvəlində məhdudiyyətləri daha da azaltmağa açıq olduğuna işarə edərək, müxbirə bildirib ki, administrasiyası “hazırda bunun üzərində çalışır.”
Ancaq Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi cümə günü görüşdən öncə müxbirlərə deyib ki, ABŞ-ın Ukraynanın Rusiyanın daxilinə uzunmənzilli hücum qabiliyyəti ilə bağlı siyasətinə dəyişiklik edilməyib. “Mən bugünkü görüşdə bununla bağlı hər hansı açıqlamanın olacağını gözləməzdim,” o deyib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib ki, Ukrayna artıq özünün daxili istehsal sistemləri, o cümlədən dronlarla Rusiya daxilinə zərbələr endirə bilib. Austin ötən həftə müttəfiq müdafiə nazirlərinin görüşündə çıxış edərkən bildirib ki, o, Kyivi uzunmənzilli hücum imkanları ilə təmin etməyin müharibədə “həlledici” olacağına inanmır.
Transatlantik əlaqələr üzrə eksperti Dalibor Rohak deyib ki, ictimai müzakirələr və administrasiyanın müxtəlif hissələrindən gələn ziddiyyətli şərhlər siyasətdə dəyişikliyin ola biləcəyinə işarə edir.
“Düşünürəm ki, biz elə bir nöqtəyə gələcəyik ki, ukraynalılar Rusiya ərazisinin dərinlilklərində raketlərdən istifadə edəcəklər,” deyə o, Amerikanın Səsinə bildrib. “Burada sual odur ki, bu, müharibənin faktiki gedişatı üçün bir fərq yaradacaqmı?”
Moskva xəbərdarlıq edib ki, Kyivi uzunmənzilli silahlarla təchiz etmək münaqişəni Ukraynanın hüdudlarından kənarda eskalasiya edəcək. Rusiya Prezidenti Vladimir Putin cümə axşamı deyib ki, uzunmənzilli zərbələrə icazə vermək “o deməkdir ki, NATO ölkələri, Birləşmiş Ştatlar, Avropa ölkələri Rusiya ilə müharibədədir…Əgər belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq və bizim üçün yaradılacaq təhdidlərə əsaslanaraq, müvafiq qərarlar verəcəyik" deyə, xəbərdarlıq edib. ”
Rusiya prezidentinin NATO-ya qarşı xəbərdarlığı ilə bağlı suala cavabında isə Bayden “Mən Vladimir Putin haqda çox düşünmürəm” deyib.