Bu gün, 10:34     Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi, Çin Sədri Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas və BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşlər keçirmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, danışıqlara oktyabrın 22-də Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşlə start veriləcək, ardından Modi, daha sonra isə Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə görüş olacaq. Bundan əlavə, Si Cinpin, eləcə də Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqların aparılması da planlaşdırılır.

“İkinci gün də bir sıra işgüzar görüşlər olacaq. Dar və geniş tərkibdə keçiriləcək görüşlərdən sonra prezidentimiz İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar keçirəcək, ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş baş tutacaq, daha sonra isə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüş planlaşdırılır”, - Uşakov bildirib.

Sammitin üçüncü günündə Putin Abbas, Laos Prezidenti Thonqlun Sisulit, Mavritaniya Prezidenti Məhəmməd uld Qəzvani və Boliviya Prezidenti Luis Arse ilə görüşməyi planlaşdırır. Ardından Quterriş və Vyetnamın Baş naziri Fam Min Çin ilə görüş keçiriləcək.

Uşakov əlavə edib ki, Putin özü BRICS sammitinə gələcək bütün dövlət liderləri ilə görüşmək arzusunu ifadə edib.

 
Ardını oxu...
“​Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək görüşdə qaz qovşağının yaradılması imkanlarını da müzakirə edəcəklər”.

Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qaz sahəsində türk tərəfdaşları ilə səmərəli əməkdaşlıq qurulub, Qara dənizin dibində yerləşən “Mavi axın” və “Türk axını” boru kəmərləri stabil işləyir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 22-dən 24-nə qədər Kazanda BRICS sammiti baş tutacaq. Türkiyə liderinin də toplantıda iştirakı gözlənilir.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanı öz evində qəbul edib.

Publika.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov BƏƏ prezidentinin Putinin evində qəbul edilməsini dostluq münasibətləri kimi izah edib.

Rusiya liderinin mətbuat katibi jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin və BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyan arasında münasibətlər etimad və dostluq xarakteri daşıyır.

Onun sözlərinə görə, münasibətlərin bu səviyyəsi cənab Putinə BƏƏ liderini evində - Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahında qəbul etməyə imkan verib.
 
 
 
Ardını oxu...
İspaniya məhkəməsi Azərbaycanın əvəzinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Mallorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır. İspaniya Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu onları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində ən azı müxtəlif ünvanda dəbdəbəli mülk və torpaq sahələri almaqda ittiham edir. İttiham aktına görə mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub. Təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib.
TEREF yazır ki, buinu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazır. O, daha sonra yazır:
Ardını oxu...
Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına
Seyşel adalarında qeydiyyatdan keçmiş SİNALCO INVESTMENTS LİMİTED şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palm şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iiki mülk alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan Plaza del Comtat del Rosselloda 444,960 avroya alınıb.
Ardını oxu...
Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu Casasayas binasında əldə edib. Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb. Bu mülk Balear Adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır.
Ardını oxu...
2014-cü ilin aprelində, isə Eldar Mahmudovun iki övladı Calviadakı Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar. Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib.
Ardını oxu...
Keçmiş nazirin övladları Londonda yaşasalar da Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər.
Ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb, keçmiş nazirin övladları ittihamları rədd ediblər.
TEREF
Ardını oxu...
“Megaupload” şəbəkəsinin yaradıcısı Kim Dotcom hesab edir ki, Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, X (keçmiş Twitter) sosial platformasının sonu çatacaq.

APA xəbər verir ki, Dotcom bu barədə X-də yazıb.

O bildirib ki, Kamala qalib gəlsə, X öləcək.

Qeyd edək ki, X-in sahibi İlon Mask daha əvvəl Harrisin qələbəsinin ABŞ-da media senzurasının ciddi şəkildə sərtləşdirəcəyini irəli sürmüşdü.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş prezident Donald Tramp, Demokratlar Partiyasını isə ölkənin hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcək.
 
Ardını oxu...
...Moldovada prezident seçkiləri üçün saat 13:00-a seçici fəallığı 25 faizi ötüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının rəhbəri Angela Karaman məlumat verib.

...Bu saata qədər səsvermədə 717 minə yaxın insan iştirak edib (bu, seçicilərin 25 faizdən çoxudur. – Red.). Saat 12:00-a olan məlumata görə, referendumda 442 331 seçici iştirak edib ki, bu da seçicilərin 16,14 faizini təşkil edib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:33-ə olan məlumata görə, seçicilərin 41,17 faizi səs verib ki, onların da demək olar ki, 54 faizini qadınlar, 45faizini isə kişilər təşkil edib.

Qeyd edək ki, bazar günü Moldovada prezident seçkiləri keçirilir. Dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır, o cümlədən respublikanın hazırkı rəhbəri, hakim Fəaliyyət və Həmrəylik partiyası tərəfindən irəli sürülən və Moldovanı Avropa İttifaqına yaxınlaşdırmağın tərəfdarları olan Maia Sandu...

Bundan əlavə, ölkədə Avropaya inteqrasiya ilə bağlı referendum keçirilib. Sakinlər “Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?” sualına cavab verməlidirlər.

Onu da qeyd edək ki, həm seçkilərin, həm də referendumun baş tutmuş sayılması üçün onların hər biri üzrə seçici fəallığı 33,3 faizdən çox olmalıdır. Səsvermə saat 21:00-a qədər davam edəcək - bundan sonra seçki məntəqələri bağlanacaq.

 
Ardını oxu...
“Hindistan, Braziliya və Afrika nümayəndələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, dünya çoxluğunun təmsilçiliyinin BMT Təhlükəsizlik Şurasında təmininin önəmli olduğunu söyləyib.

Qeyd edək ki, BMT TŞ-nin hazırda 5 daimi üzvü var. Bunlar Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyadır. Bir çox ölkələr bu siyahının genişləndirilməsini istəyirlər. Onların bir qismi siyahıya Yaponiya, Almaniya, Hindistanın daxil edilməsini istəyirlər. BMT TŞ-nin genişləndirilməsini ABŞ və Fransa da dəstəkləyib. Bununla belə tərəflər növbəti üzvlərin kim olacağı fikrində ortaq nöqtə tapa bilməyiblər. Fransa BMT TŞ-nin daimi üzvlüyününü Almaniya, Yaponiya, Hindistan və Braziliyaya verilməsini istəyib, lakin ABŞ bu ölkələr sırasında Afrika ölkələrini də görmək istədiyini açıqlayıb.

Türkiyə də son illərdə BMT TŞ ilə bağlı iddialarını artırıb. Ankara bu təşkilatın daimi üzvü olmaq haqqına sahib olduğunu bildirsə də onun bu məsələdə mövqeyini yetərli dəstək verənlərin sayı kifayət qədər deyil. Maraqlıdır ki, Türkiyə ilə münasibətlərin sıxlığına önəm verən Moskva da bu məsələdə Türkiyəni dəstəkləmir.
 
Ardını oxu...
NATO-dan müttəfiqimiz olan Almaniya ilə iki böyük dövlət arasında ola biləcək ən sıx əlaqələrimiz var.

Son dövrdə ölkələrimiz arasındakı yüksək səviyyəli ziyarətlər bunun açıq göstəricisidir. Bu əlaqələrin lokomotivi insan bağlarımız və ortaq maraqlarımızdır.

Almaniyada 3,5 milyondan çox insanı əhatə edən bir türk icması yaşayır. Hər il ölkəmizi 6 milyondan çox alman turist ziyarət edir. Təbii ki, biz bu sayın daha da artmasını arzulayırıq. Bugünkü görüşlərimizi bu kimi əhatəli gündəm məsələləri üzərində qurduq. Ölkələrimiz arasındakı əlaqələri bütün ölçüləri ilə geniş şəkildə müzakirə etdik. İki ölkə arasında ticarət həcmi 50 milyard dollara çatıb. Hədəfimiz bu rəqəmi 60 milyard dollara çatdırmaqdır. Bu hədəfi həyata keçirmək üçün səylərimizi artırmışıq.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniyanın Federal Kansleri Olaf Şolts ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında bildirib.

Avropada islamofobiya və irqçiliyin artdığına diqqət çəkən Türkiyə Prezidenti bu məsələnin xaricdə yaşayan soydaşlarını narahat etdiyini vurğulayıb.

Almaniyanın da dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradan PKK və FETÖ başda olmaqla bütün terror təşkilatları ilə birgə mübarizə istiqamətində razılığa gəldiklərini qeyd edən Ərdoğan bu sahədə atılacaq konkret addımlara dair gözləntilərini Federal Kansler ilə bir daha bölüşdüyünü deyib.

Olaf Şolts Türkiyə Prezidenti ilə görüşdə ikitərəfli, regional və qlobal məsələləri müzakirə etdiklərini bildirərək, regionda baş verən son hadisələrə toxunub.

İsrail ilə Fələstin arasında davam edən münaqişəyə diqqət çəkən Şolts mövcud gərginliyin azaldılması və atəşkəsin bu münaqişənin yayılmasının qarşısını almaq üçün şərt olduğunu bildirib və qarşıdurmada ikidövlətli həllin zəruriliyini ifadə edib.
 
Ardını oxu...
İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammitində iştirakı çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə ikitərəfli danışıqlar aparacaq.

Bu barədə "Mehr" agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb.

"BRICS sammitində çıxış etməklə yanaşı, Pezeşkian digər ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə ikitərəfli görüşlər keçirmək niyyətindədir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti