Ardını oxu...
“Baltikyanı ölkələrin tutduğu düşmənçilik mövqeyi səbəbindən regional dövlətlərarası münasibətlər dayandırılıb”.

Bizim.Media RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, ölkəsi heç vaxt hazırda yaranmış vəziyyətin tərəfdarı olmayıb.

Zaxarova qeyd edib ki, baş verənlərə görə məsuliyyət Latviya, Riqa və Estoniya hakimiyyətlərinin üzərinə düşür.
 
Ardını oxu...
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər naziri Məhəmməd Həsən Mahmud ilə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini, müasir şəraitdə mövcud təhlükələr və çağırışların aradan qaldırılması kontekstində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi, humanitar və sosial sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər. Bununla yanaşı, nəqliyyat, səhiyyə, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
 
 
Ardını oxu...
Baydenin həftə ərzində qatıldığı seçki kampaniyası tədbirinin kameraya qapalı hissəsində ölkəsinin mühüm müttəfiqi Yaponiya ilə bağlı söylədiyi fikirlər gündəm olub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, rəsmi "Kyodo" agentliyinin hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, Yaponiya hökuməti ABŞ prezidentinin sözlərinin “məyusedici” olduğunu bildirib.

Tokio hökuməti Baydenin bəyanatlarını "Yaponiyanın siyasətinin düzgün başa düşülməməsi" kimi dəyərləndirib.

Bayden tədbirdə ölkəsinin iki mühüm müttəfiqi olan Yaponiya və Hindistan haqqında açıqlamalar verdi. Daha sonra Ağ Evin dərc etdiyi tam nitq mətni ilə ictimaiyyətə çatdırılan bu qiymətləndirmələr beynəlxalq mediada geniş işıqlandırılıb və mübahisələrə səbəb olub.

Mətnə görə, Bayden çıxışında: “Siz və sizin kimi insanlar iqtisadiyyatımızın böyüməsinin səbəblərindən birisiniz, çünki biz (ABŞ) immiqrantları qəbul edirik. Fikir verin, Çin niyə iqtisadi cəhətdən bu qədər dayanır? Yaponiya niyə problem yaşayır, niyə Rusiya, Hindistan bu problemlərlə üzləşmirlər? Onlarda ksenofobiya olduğu üçün mühacir istəmirlər", - deyib.

Məsələ ilə bağlı rəyi soruşulan Ağ Evin sözçüsü Karine Jean-Pierre, prezidentin sözlərinin aydın olduğunu və əlavə şərhə ehtiyac olmadığını bildirib. "Prezident bir millət olaraq kim olduğumuzu, bizm mühacir xalqı olduğumuzu bildirib və bu bizim DNT-mizdə var", - deyə bildirib. Eyni zamanda, mətbuat katibi Jean-Pierre ABŞ-Yaponiya münasibətlərinin mühüm, dərin və daimi müttəfiqlik olduğunu vurğulayıb.

Bayden aprelin 10-da Ağ Evdə dövlət mərasimi ilə qarşıladığı və ən yüksək səviyyədə ev sahibliyi etdiyi Yaponiyanın Baş naziri Kişida Fumio ilə görüşləri zamanı Hind-Sakit Okean regionunda birgə fəaliyyət və “Çinə qarşı birlik” mesajını verib.
 
Ardını oxu...
“İstəyirəm ki, Türkiyədə siyasətin yumşalma prosesinə başlayaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu ziyarət edən müxalifət lideri Özgür Özəllə görüşdən sonra deyib.

“Cənab Özələ dedim ki, ilk fürsətdə cavab səfəri edəcəyəm. İstəyirəm ki, ilk fürsətdə bu səfəri həyata keçirim və Türkiyədə siyasətin yumşalma prosesinə başlayaq”, - deyə Ərdoğan bildirib.

Ölkə liderinin sözlərinə görə, Türkiyənin buna ehtiyacı var.

Ərdoğan dünən uzun müddətdən sonra ilk dəfə Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özellə qapalı görüş keçirib. Türkiyə prezidentinin sözlərinə görə, ölkə siyasəti daha yumşaq dövrə daxil olub. (Mənbə: TRT Haber)
 
Ardını oxu...
Mayın 2-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan və Tacikistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Tacikistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sodiq İmomi rəhbərlik edib.

Siyasi məsələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.

Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

İclas zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Eyni zamanda, 2 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri də keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Baş idarəsinin rəisi Safarzoda Bahodur rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Tacikistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparıılıb. Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə görüşüb.

APA-nın verdiyi xəbərə görə, görüş zamanı Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Ermənistan mətbuatının məlumatına görə, ABŞ tərəfi Ermənistanda aparılan müdafiə islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib.

Papikyan və Kuin, həmçinin “Ermənistan hökuməti ilə ABŞ hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” sazişin müddətinin uzadılmasına dair saziş imzalayıblar.
 

Ardını oxu...
Kolumbiya İsraillə əlaqələri kəsəcək

"DogruXeber.az" xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro söz verib ki, mayın 2-də ölkəsi İsraillə diplomatik münasibətləri kəsəcək.

“Budur, sizin qarşınızda keçid hökuməti, respublika prezidenti xəbər verir ki, sabah İsrail Dövləti ilə diplomatik əlaqələr kəsiləcək”, - deyə Petro Boqotada Beynəlxalq Əmək Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da ABŞ-nin Mormon Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib.

Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.
 
Ardını oxu...
Türkiyə prezidenti Ərdoğanın Vaşintona 9 may üçün nəzərdə tutulan səfərinin ləğv edilməsi iki müttəfiq ölkə arasında ciddi anlaşmazlıqlara işarə edir Bu anlaşmazlıqların başında Türkiyə-Rusiya münasibətlərində ABŞ-ın, Avropa Birliyinin və NATO-nun bəzi tələblərinə Ankaranın istənilən səviyyədə riayət etməməsi gəlir.

Ukraynaya 61 milyard dollarlıq yardım paketinin prezident Bayden tərəfindən təsqid edilməsi Rusiya-Ukrayna cəbhəsində yeni bir səhifə açarkən Çin banklarına tətbiq edilən sanksiyalar Ankaraya, Moskva ilə münasibətlərini önəmli dərəcədə korrektə etmə zərurətini də xatırladır.

İkinci Dünya Müharibəsindən sonra, xüsusilə, 1960-ci illərin ikinci yarısından 1970-ci illərin axırına qədər yaşanmış ziqzaqlara baxmayaraq, iki ölkə arasındakı müttəfiqliyin tələbləri həmişə yerinə yetirilib.

Cənab Ərdoğanın prezidentliyinin 2-3 ilində mövcud olmuş umu-küsülərin bir müddət sonra aradan qaldırıldığı və münasibətlərin yenidən irəliləyiş mərhələsinə daxil olduğu düşünülərkən Türkiyə dövlət başçısının səfərinin ləğv edilməsi təəccüb doğurur.

Səfərin Ankara tərəfindən ləğv edildiyini hesaba qatanda Vaşinqtondan çox ciddi, hətta bəlkə yerinə yetirilə bilməyəcək tələblərin gəldiyini təxmin etmək çətin olmur.

Ukraynaya qarşı müharibənin praktiki addımlarının Almaniyaya həvalə edilməsindən sonra prezident Ştaynmayerin Türkiyədə təkcə idarəçilərlə yox, həm də ana müxalifət lideri və İstanbulun bələdiyyə sədrilə görüşməsi gözlənilən proseslərdə Türkiyənin oynaya biləcəyi və oynamasının tələb edildiyi rolu oynaması və başqa sözlə desək, Türkiyənin iqtidarıyla-müxalifətilə Rusiya-Ukrayna savaşının həlledici mərhələsində dəqiq pozisiya tutmasının istənməsilə bağlıdır.

Siyasi islamçı iqtidarın bütün cəhdlərinə baxmayaraq, İsrail ilə HƏMAS arasındakı atəşkəs təşəbbüslərindən, Qəzzaya humanitar yardım göndərilməsindən və ümumilikdə Yaxın Şərq probleminin həllindən, ən azından, hazırda kənarda saxlanılması AKP-nin və cənab Ərdoğanın xoşuna gəlməzkən, CNN İnternational kanalına açıqlamasında “HƏMAS terror təşkilatıdır” deyən İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun bu sözlərini hansı kontekstdə analiz etməli? Müharibənin taleyi baxımından həlledici silahlardan biri olan ATACMS raketlərinin Ukraynanın əlinə keçməsindən sonra Krıma çox ciddi həmlə ediləcəyini hamı proqnozlaşdırırkən Ankaranın mövqeyi necə olacaq?

Türkiyə dövlət başçısının səfərinin ləğv edilməsi “Əcəba, Vaşinqton münasibətlərin bundan sonrakı mərhələsini ana müxalifət partiyası ilə əlaqələr üzərindən inkişaf etdirəcəkmi?” sualını da gündəmə gətirir. Bunu görmək üçün bir az vaxta ehtiyac var…

Şübhəsiz, xarici siyasətdə bu cür “ləğv etmələrə” məcbur qalınmasının əsas səbəbi – 31 mart bələdiyyə seçkisində iqtidar partiyasının ikinci yerə düşməsidir.

Bu nəticənin mərkəzi hökumətin istər daxili, istərsə də xarici siyasətdəki durumuna ciddi təsir edəcəyini proqnozlaşdırmaq üçün münəccimliyiə ehtiyac yox idi.

Seçkidən 1 ay keçməsinə baxmayaraq, mərkəzi iqtidarı əlində saxlayan partiyanın məğlubiyyətin səbəbləri barədə hələ də ciddi bir raport açıqlaya bilməməsi qurum içindəki problemləri, Türkiyə siyasətinin və dövlət idarəçiliyinin ən güclü şəxsiyyətinin proseslərə əvvəlki kimi yerində və vaxtında təsir edə bilmədiyini göstərir.

Gündəlik prosesləri izləyənlər seçkidən qalib çıxan ana müxalifət partiyası lideri Özgür Özelin fəaliyyətindəki dinamizmi təqib etməkdə çətinlik çəkərkən iqtidar partiyası öz üstündəki süstlüyü Məclisin sədri Numan Kurtulmuşun “yeni konstitusiya” təklifilə atmağa çalışır. Əslində bu, iqtidar partiyasının 15 ildən bəri sıxıntıya düşərkən izlədiyi taktikanın növbəti səhnəciyidir.

Ancaq indiki durumun dünənkindən əsas və həlledici fərqi Məclisdəki koalisiya çoxluğuna baxmayaraq, iqtidar partiyasının toplumdakı reytinqinin hər gün aşağı düşməsindədir.

Yəni, yeni konstitusiyanın mətni heç kimə bəlli deyilkən, professor Numan Kurtulmuşun müxalif partiyaları bəri başdan oyunun içinə çəkməyə çalışması, Türkiyənin dünya miqyasında tanınan konstitusiya hüququ mütəxəssisi, professor Süheyl Batumun da “Cumhuriyet” qəzetinə müsahibəsində (29/04/2024) ifadə etdiyi kimi, tələ ola bilər və təşəbbüsün havada qalması durumunda iqtidar günahı müxalifətin üstünə atmağı fürsət hesab edər.

Xəzinə və maliyyə naziri Mehmet Şimşəkin keçən ilin iyunundan bəri ölkəyə təxminən 17 milyard dollarlıq investisiya portfelinin gəlməsinə dair verdiyi açıqlama heç bir həyəcan yaratmır.

Çünki o portfellər kimi yeni pul axtarışları da başda inflyasiya olmaqla, makroiqtisadi göstəricilərin düzəlməsi üçün dərdə çarə olmur.

İnflyasiyanın qabağı alınıb qiymətlər aşağı düşmədiyi müddətcə toplum nə yeni konstitusiyaya meyl göstərəcək, nə də iqtidar partiyasını yenidən dəstəkləmək barədə düşünəcək.

Bax, bu “əhval və şərait içində” iqtidar partiyasının lideri və dövlət başçısı mayın 2-də ana müxalifət liderilə görüşəcək…(Turan)
 
 
 
Ardını oxu...
Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.

"Report” "Sputnik-Kazaxstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız xoşməramlı xidmətlər təqdim edirik – necə deyərlər "good office”, - o bildirib.
Məlumatda o da bildirilib ki, Qazaxıstan XİN məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Danışıqların tarixi hələlik məlum deyil.

"Əgər bu iki tərəf sülhə nail olarsa və müvafiq razılaşma əldə oluarsa, müsbət təsir təkcə Qazaxıstana deyil, bütün regiona təsir edəcək”, - A.Smadiyarov qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti