Ardını oxu...
Demokratlar Partiyasının namizədi Kamala Harris və ABŞ-ın hazırkı prezidenti Co Bayden Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə telefonla təbrik etmək niyyətindədirlər.

Azpost.info bildirir ki, bu barədə məlumatlı mənbələrə istinadən NBC News məlumat yayıb.

Kanal qeyd edir ki, zəngin dəqiq vaxtı hələ müəyyən edilməyib. Telefon təbrikləri ilə yanaşı, Harris və Bayden də ictimaiyyətə açıqlamalar verməyi planlaşdırırlar.

Mənbələr bildirir ki, Bayden Trampın qələbəsinə fərqli yanaşma nümayiş etdirməyə, o cümlədən Trampın vaxtilə qaçdığı jestlərdən- qalibi təbrik etmək və andiçmə mərasimində iştirak etmək istəyir.
 
Ardını oxu...
Ermənistanın Seçki Məcəlləsinə dəyişiklik və əlavələr layihəsi noyabrın 8-də parlament dinləmələrində müzakirə olunacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumat Ermənistan Milli Məclisinin rəsmi saytında yerləşdirilib. Dinləmələrə parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyan sədrlik edəcək.

Bundan əvvəl parlament Ədliyyə Nazirliyinin təklif etdiyi dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Dəyişikliklərə əsasən, səslərin hesablanması başa çatana və nəticələr rəsmiləşənə qədər fövqəladə və ya hərbi vəziyyət tətbiq edilərsə, sonradan yeni səsvermə təşkil edilməklə seçkilər dayandırıla bilər.

Layihədə həmçinin tələb olunur ki, seçkilərdə iştirak edən partiya və bloklar siyahıların qeydə alındığı andan seçkilərdən sonrakı üçüncü günə qədər hər üç iş günündən bir bank hesablarındakı vəsaitlərin hərəkəti barədə məlumatları Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim etsinlər.

Məlumatı ümumiləşdirdikdən sonra komissiya hesabatı öz internet səhifəsində dərc etmək öhdəliyi daşıyır. Müxalifət təklif olunan düzəlişlərin hakim partiyaya hakimiyyətdə qalmaq müddətini uzatmasına imkan verə biləcəyindən ehtiyat edərək ona qarşı çıxıb.

Xatırladaq ki, Ermənistanın Seçki Məcəlləsinə sonuncu dəfə cəmi üç il əvvəl, 2021-ci ildə dəyişiklik edilib. Lakin hakim qüvvə 2026-cı il seçkilərinə qədər ona əlavə dəyişikliklər etmək qərarına gəlib.

Qeyd edilən məlumat Nikol Paşinyanın növbəti seçkilərə yeni hüquqi normalar əsasında getmək istəyindən xəbər verir. Bu isə hakimiyyətin siyasi dayaqlarını möhkəmlətməyə hesablanıb. Yəni, 2026-cı ildə Paşinyan yenidən seçkilərdə qalib gəlməkdə israrlı görünür. Lakin səsvermənin nəticələri Paşinyanın istədiyi kimi olmaya da bilər.

Xüsusilə də onun siyasi reytinqini xeyli itirməsi seçkilərdə məğlub olmasını şərtləndirən əsas amillərdən birini təşkil edir.

“Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sonuncu sorğuların nəticələrinə görə, Ermənistan vətəndaşlarının 57,6 faizi Nikol Paşinyanın fəaliyyətini bəyənmir. Paşinyanın fəaliyyətini tam bəyənələrin sayı respondentlərin 14,1 faiz təşkil edib. Rəyi soruşulanların 41,5 faizi isə Baş nazirin işini qətiyyən bəyənmir.

Göründüyü kimi, vəziyyət Paşinyan üçün heç də ürəkaçan deyil. Qeyd edilən göstəricilərlə seçkiyə getmək Paşinyanın postunu itirməsinə səbəb ola bilər. Ona görə də Ermənistanın Baş naziri seçki qanunvericiliyini sərtləşdirməklə siyasi mövqeyini möhkəmlətməyə çalışır. 2016-cı ilin parlament seçkilərində müxalifətin xarici dəstək hesabına onu hakimiyyətdən salmaq üçün bütün siyasi resursları səfərbər edəcəyi aydındır. Ona görə də parlamentə təqdim olunan düzəlişlər Paşinyanın seçkinin ilkin nəticələrinə uyğun hərəkət edəcəyini deməyə əsas verir.

Səsvermənin yekunları və “exitpoll” sorğuları müxalifətin xeyrinə olarsa, yaxud ölkədə inqilabi situasiya yaranarsa, Paşinyan fövqəladə vəziyyət elan etməklə məğlubiyyətin qarşısını ala bilər. Hətta Ermənistan hakimiyyətinin hər hansı hərbi təxribatı bəhanə edib ölkədə hərbi vəziyyət elan edəcəyi də istisna edilmir.

Ancaq seçkilərə qədər Azərbaycanla sülh müqaviləsi imzalansa, hərbi vəziyyətin tətbiqi üçün əsas qalmayacaq. Bütün hallarda seçki prosesinin dayandırılması və ya təxirə salınması Paşinyana hakimiyyətinin ömrünü uzatmaq üçün arqument yaradır. Seçki Məcəlləsinə partiya və blokların maliyyə fəaliyyəti ilə bağlı təqdim edilən əlavə və dəyişikliklər Ermənistan hakimiyyətinə müxalifətin bank hesablarını nəzarətə götürmək, lazım gələrsə, korrupsiyada ittiham etməklə təziyq göstərmək imkanı verəcək.
 
Ardını oxu...
 

Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq.

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir:

“Razılaşmaların əldə edilməsinə maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son qərarlar (delimitasiya) bu proqressin bariz nümunəsidir”./Axar.az/

Ardını oxu...
ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanmaqdadır.

Axar.az xəbər verir ki, ölkənin şərq sahil ştatlarında artıq nəticələr elan edilir.

Respublikaçıların namizədi Donald Trampın qalib gəldiyi ştatlar:

1. İndiana - 11 səs

2. Kentukki - 8 səs

3. Tennesi – 11 səs

4. Missisipi – 6 səs

5. Alabama – 9 səs

6. Florida – 30 səs

7. Cənubi Karolina – 9 səs

8. Qərbi Virciniya – 4 səs

9. Oklahama – 9 səs

10. Arkanzas - 6 səs

11. Şimali Dakota - 3 səs

12. Cənubi Dakota - 3 səs

13. Ohayo - 17 səs

14. Nebraska - 2 səs

15. Vayominq - 3 səs

16. Luiziana - 8 səs

17. Texas - 40 səs

Demokratların namizədi Kamala Harrisin qalib gəldiyi ştatlar:

1. Merilənd – 10 səs

2. Vermont – 3 səs

3. Masaçusets – 11 səs

4. Rod-Aylend – 4 səs

5. Konnektikut – 7 səs

6. İllinoys - 19 səs

7. Nyu Cersi - 14 səs

8. Nyu York - 28 səs

Qeyd edək ki, ABŞ-da prezident ştatlar üzrə qələbəsinə görə aldığı səslərlə seçilir. Prezident ən azı 270 səs toplamalıdır.

Hazırda bəzi ştatlarda seçki qutuları açılıb və səslərin sayılması davam edir.
 
 
 
Ardını oxu...
ABŞ-da keçirilən seçkilərdə respublikaçı namizəd Donald Tramp və həyat yoldaşı Melaniya Floridada keçirilən prezident seçkilərində səsvermədə iştirak ediblər.

Azpost.info bildirir ki, bu barədə “The Times Of Israel” xəbər agentliyi məlumat yayıb.

Məntəqədə o, jurnalistlərə bildirib ki, seçkilərin ədalətli keçirilməsi şərti ilə məğlubiyyətini etiraf etməyə razıdır. O, həmçinin seçkilərdə uğur qazanacağına inamını qeyd edərək, apardığı seçki kampaniyasının ən səmərəli kampaniyalardan biri olduğunu vurğulayıb.

“Əgər bu ədalətli seçki olsa, bunu ilk mən etiraf edəcəm. Özümü çox əmin hiss edirəm. Bu, mənim ən yaxşı kampaniyamdır. Bu, mübahisəli olmayacaq” deyə Tramp vurğulayıb.

ABŞ prezidentliyinə namizəd məğlub olacağı təqdirdə tərəfdarlarına nə deyəcəyi ilə bağlı sualı cavablandırarkən, tərəfdarlarının sakit olduğunu və aqressiyaya əl atmadıqlarını vurğulayıb. O qeyd edib ki, onlar zorakılığı dəstəkləmir, bu da onların davranışları ilə bağlı bəzi ehtimalları təkzib edir.
 
Ardını oxu...
  

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

Musavat.com xəbər verir ki, “Manas” 2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

Ardını oxu...
 

İranın azərbaycanlı prezidenti COP29 konfransında iştirak edəcək, onun yəhudi həmkarı Hersoq da ölkəmizə təşrif buyurur - Azərbaycan iki düşmən ölkənin barışığı üçün etibarlı dost məkanına çevrildiyini sübut etdi

İran prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək. APA-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinə prezident Məsud Pezeşkian rəhbərlik edəcək. İranın Azərbaycandakı səfirliyindən məlumatı təsdiqləyiblər. COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. 

Qeyd edək ki, İranın radikal “Bəsic Tələbə Hərəkatı” Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində İran prezidenti Məsud Pezeşkiandan açıq şəkildə bu sammiti boykot etməsini istəmişdi. Bu barədə İranın SNN xəbər agentliyinin Telegram səhifəsi məlumat yaymışdı. “Sionist rejim (İsrail nəzərdə tutulur - red.) son bir ildə bir sıra beynəlxalq toplantılarda aldadıcı şəkildə iştirak etməklə Fələstin və Livana hücumları ört-basdır etməyə səy göstərib. İsrail son fəaliyyətində Azərbaycanda keçiriləcək COP29 konfransının gedişatını öz maraqlarına uyğun dizayn etməyə hazırlaşır. Bu rejimin konfransda legitimləşdirilməsi İranın iqtisadi və siyasi suverenliyini zəiflətməklə yanaşı, bəlkə də İsrailin Qərbi Asiya bölgəsində maraqlarını təmin etmək və varlığını möhkəmləndirmək üçün bir yoldur”, - Pezeşkiana müraciətdə vurğulanırdı. İddia edilirdi ki, sionist rejimə dəstək vermək üçün Azərbaycanın son bir ildəki “düşmən mövqeyi” və konfransın arxasında duran məqsədlər nəzərə alınaraq, İran prezidenti səfərdən imtina etməli və rəsmi Bakıya “sanksiya tətbiq edilməlidir”.

Amma göründüyü kimi, SEPAH-ın arzusu ürəyində qaldı və İranın azərbaycanlı prezidenti Bakıya gəlir. Maraqlıdır ki, Bakıdakı 11-22 noyabr COP29 sammitinə qatılacaq liderlər arasında İsrail prezidenti İsaak Hersoq da var. Hazırda İsrail və İran arasında qarşıdurma olsa da, göründüyü kimi, Azərbaycan həm dost ölkə İsrail, həm cənub qonşu İran üçün etibarlı məkandır. Hətta niyə də İsrail və İran prezidentləri konfrans çərçivəsində bir araya gəlməsinlər və danışıqlar aparmasınlar?! Yada salaq ki, bu ilin iyulunda Azərbaycanın dövlət başçısı İran prezidentini COP29-da iştiraka dəvət edib.

Sadəcə, bunun baş tutmaması üçün son bir həftədə İran mediası, əsasən də SEPAH-a bağlı agentlik və qəzetlər Azərbaycan əleyhinə yenidən təbliğata start verməklə yanaşı, həm də təhdidə başlamışdılar. İsrailin İrana son hücumundan sonra Azərbaycanın bəyanat vermədiyini bildirən Tehran mediası, SEPAH-dan aldığı təlimata əsasən təhdid dilinə keçmişdi. İlk öncə “Khabarfori” saytı bununla bağlı geniş yazı dərc edərək, Azərbaycanı “İsrailin tərəfini tutmaqda” ittiham edib. Sayt bir qədər də irəli gedərək, Zəngilandakı camış fermasını yenidən “İsrailin hərbi bazası” kimi təqdim etmişdi. Bunun ardından “Seda Sima” telekanalı ekspert Rəhiminin dilindən Azərbaycana təhdid yağdırıb. O efirdə birbaşa bildirib ki, SEPAH generalları İsrailə dəstək verən Azərbaycanı cəzalandırmalıdır. Lakin SEPAH-ın ürəyi bununla da soyumayıb: “Pelikan.media” və ardından “Fərhixteqan” qəzetləri də antri-Azərbaycan təbliğatına qoşulublar. “Fərhixteqan” qəzeti iddia edib ki, Azərbaycanın İsrailin İrana hücumunu qınamaması “Azərbaycanın İsrailə təslim olmasının əlaməti”dir. “İndi Tel-Əviv rejiminin İran ərazisinə təcavüzündən sonra öz təhlükəsizliyini işğalçılara həvalə edən, hərbi və təhlükəsizlik bazalarını onlara icarəyə verən ölkələr hər kəsdən çox qorxu içində olmalıdır. Çünki onlar İranın mümkün cavabından ehtiyatlanmalıdırlar”.

Ardını oxu...

 Məhəmməd Əsədullazadə

SEPAH-a yaxın medianın apardığı bu kampaniyaya baxmayaraq, Pezeşkian BMT konfrasında iştirak üçün ölkəmizə gəlir. Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran prezidenti Pezeşkian Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür. Amma SEPAH və mühafizəkar kəsim bunun qarşısını alır. Siyasi ekspert Ramiyə Məmmədova isə deyir ki, SEPAH-a yaxın media və Telegram kanallarının davamlı olaraq Azərbaycan əleyhinə çıxış etməsinə rəğmən, Pezeşkian Bakıya gəlir: “Bu konfrans BMT-yə aiddir, ev sahibi Bakıdır. Yəni Tehranın Azərbaycanın ev sahibi olduğu konfransı boykot etməsi mümkün deyildi, uzaqbaşı BMT-yə qarşı gedə bilərdi. Ancaq Pezeşkian Azərbaycanı sevdiyini göstərdi. O, Şahin Mustafayevlə görüşdə də demişdi ki, münasibətlərin pisləşməsində İranın da səhvləri olub”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 


Ardını oxu...
  

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.

Mətndə deyilir:

"Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.

İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.

Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.

Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.

Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.

Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.

Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.

Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

Hörmətli dini liderlər!

Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".

Ardını oxu...
Ərdoğan Qırğızıstana dövlət səfərinə gedib.
Bakupost.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə liderini Manas Beynəlxalq Hava Limanında ölkə Prezidenti Sadır Japarov qarşılayıb.
Məlumata görə, səfər çərçivəsində prezidentlərin sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın iclası keçiriləcək.
Ərdoğanın noyabrın 6-da Türk Dövlətləri Təşkilatının Bişkekdə keçiriləcək sammitində də iştirakı gözlənilir.
 

Ardını oxu...
 

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub. İlkin nəticələrə görə, Sandunun opponenti Stoyanoqloya seçicilərin 45 faizi güvənib.

Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.

Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb – 57,38 %.

Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə – 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub.

Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.

Eyni gündə, oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum baş tutmuşdu. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Aİ-yə üzvlüyü seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu.

Oktyabrın 21-də Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirilmiş brifinqdə Rusiya və onun nümayəndələrinin Moldova səsvermələrinə misli görünməmiş müdaxiləsi barədə bəyanat vermişdi. Oktyabrın 22-də Moldova hüquq-mühafizə orqanlarının seçkilərin birinci turu və referendum zamanı 400-dən çox seçici satınalınması halını araşdırdığı məlum olmuşdu.

Oktyabrın 31-də Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılmışdı.

Eyni zamanda, noyabrın 2-də “Euronews” Moskvanın erməniəsilli Ruben Vardanyan və moldovalı İlan Şor kimi “oliqarx agentlərinin” vasitəsilə regionda təsir gücünü artırmaq niyyətində olduğunu bildirmişdi.

 
 
 

Dünyapress TV

Xəbər lenti