Ardını oxu...
Ərdoğan Qırğızıstana dövlət səfərinə gedib.
Bakupost.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə liderini Manas Beynəlxalq Hava Limanında ölkə Prezidenti Sadır Japarov qarşılayıb.
Məlumata görə, səfər çərçivəsində prezidentlərin sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın iclası keçiriləcək.
Ərdoğanın noyabrın 6-da Türk Dövlətləri Təşkilatının Bişkekdə keçiriləcək sammitində də iştirakı gözlənilir.
 

Ardını oxu...
 

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub. İlkin nəticələrə görə, Sandunun opponenti Stoyanoqloya seçicilərin 45 faizi güvənib.

Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.

Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb – 57,38 %.

Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə – 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub.

Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.

Eyni gündə, oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum baş tutmuşdu. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Aİ-yə üzvlüyü seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu.

Oktyabrın 21-də Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirilmiş brifinqdə Rusiya və onun nümayəndələrinin Moldova səsvermələrinə misli görünməmiş müdaxiləsi barədə bəyanat vermişdi. Oktyabrın 22-də Moldova hüquq-mühafizə orqanlarının seçkilərin birinci turu və referendum zamanı 400-dən çox seçici satınalınması halını araşdırdığı məlum olmuşdu.

Oktyabrın 31-də Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılmışdı.

Eyni zamanda, noyabrın 2-də “Euronews” Moskvanın erməniəsilli Ruben Vardanyan və moldovalı İlan Şor kimi “oliqarx agentlərinin” vasitəsilə regionda təsir gücünü artırmaq niyyətində olduğunu bildirmişdi.

 
 
 
Ardını oxu...
Finlandiya Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Finlandiyanın Rusiyadakı səfiri Marja Liyvala bildirib ki, noyabrın 1-də Moskvadakı diplomatik missiyanın hasarında isveç dilində “Aland adaları bizimdir” yazısı peyda olub.

Onun sözlərinə görə, səfirliyin ərazisinə yumurta atılıb.

Qeyd edək ki, Baltik dənizində yerləşən Aland arxipelaqı Finlandiyanın tərkibindədir.
 
Ardını oxu...
“Əgər Respublikaçı Donald Tramp ABŞ prezidenti olsa və sülh danışıqları naminə Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Avropa Ukrayna münaqişəsinin yükünü tək daşıya bilməyəcək və o, sülh yolu tutmalı olacaq”.
“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.

O xatırladıb ki, Avropa Siyasi Birliyinin sammiti noyabrın 7-də Budapeştdə baş tutacaq:

“Bu tədbirdə biz Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmalıyıq. Çünki indi onun yeri küncdədir, taburedə oturur, amerikalılar və ruslar isə taxtlarda oturub söhbət edirlər. Əgər ABŞ-da hakimiyyətə sülh tərəfdarı gəlsə, o zaman Avropa müharibə siyasətini davam etdirə bilməyəcək.

Məncə, məsuliyyətsizcəsinə girdiyi, daha doğrusu, Avropa qurumlarının rəhbərlərinin sürüklədiyi bu müharibənin yükünü Avropa tək çəkə bilməyəcək. Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin həlli üçün dinc yolla getsə, o zaman Avropa buna uyğunlaşmalı olacaq”.
 
Ardını oxu...
Kim Gürcüstan hakimiyyətini istənilən qanunun hüquqi prinsiplərə uyğun gəlmədiyinə inandırarsa, onu nəzərdən keçirməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Əgər kimsə bizi konkret qanunun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun gəlmədiyinə inandırsa, biz istənilən qərarı nəzərdən keçirməyə hazırıq, baxmayaraq ki, bu, vicdanlı müzakirələr tələb edir”, - Kobaxidze bildirib.

Qeyd edək ki, Gürcüstan hakimiyyətinin qəbul etdiyi - LGBT-nin təbliğatına qarşı və xarici agentlər haqqında iki qanun Qərblə münasibətlərinin kəskinləşməsinə səbəb olub.
 
Ardını oxu...
Mərkəz sədri: “O hesab edir ki, dövlətləri tədricən yaxınlaşdırmaqla gələcəkdə vahid dövlətə çevirmək planını reallaşdırmaq olar”

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

“Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq”, - o qeyd edib.

Baş katibin sözlərinə görə, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun inkişaf edir.

O həmçinin vurğulayıb ki, MDB müşahidəçilər missiyası Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək niyyətindədir.

MDB dövlət başçılarının sammiti yenicə-ötən ay keçirilib. Bəs, Rusiyanın son zamanlar MDB-yə bu qədər önəm verməyə, onu dirçəltməyə çalışması nə ilə bağlıdır?

Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirib ki, Qərbin prezident Vladimir Putini sıxışdırıb çıxdaş vəziyyətinə salmaq, təcrid eləmək siyasəti uğursuzluqla nəticələndi: "Əksinə, Rusiya Qərbə qarşı müəyyən təşkilatları səfərbər eləyə bildi. Xüsusilə BRICS-in ötən ay Kazanda keçirilən son sammiti dünya kütləvi informasiya vasitələrində Vladimir Putinin zəfəri kimi qiymətləndirildi. Bu sammit BRICS-in ən geniştərkibli sammiti oldu və orada 36 dövlətin başçısı, hökumət rəhbəri iştirak elədi. Ukrayna cəbhəsində Rusiyanın hücumları ləng də olsa davam edir. Ardıcıl olaraq yaşayış məntəqələri ələ keçirilir. Son dövrlər Rusiya kifayət qədər uğurlu hərbi əməliyyatlar həyata keçirib. Ukrayna ordusunun Kurska daxil olmasının da bir yanlış olduğu getdikcə hamıya aydın oldu.Ukrayna prezidenti Zelenski Qərbin davranışına artıq açıq şəkildə etiraz edir".

Mərkəz sədri qeyd edir ki, Putinin də məqsədi və özü üçün missiya hamıya məlumdur. Yaxınlarda gənc sahibkarlarla görüşdə o, açıq şəkildə dedi ki, Pyotr digər ölkələrin torpaqlarını işğal eləmədi, Rusiya torpaqlarını birləşdirdi, toparladı: “Putin dedi ki, o missiya indi bizim üzərimizə düşür. Yəni Vladimir Putin hesab edir ki, onun da missiyası Rusiya torpaqlarını yenidən birləşdirməkdən ibarətdir. Çox təhlükəli bəyanat idi. Biz daim bunu nəzərdə saxlamalıyıq. Putinin məqsədi Rusiyanın özününkü saydığı torpaqları yenidən bir dövlət halında birləşdirməkdir. Burada Müstəqil Dövlətlər Birliyi ciddi rol oynaya bilər. Görünür, Putin hesab edir ki, tədricən dövlətləri yaxınlaşdırmaqla, MDB-nin əhəmiyyətini artırmaqla gələcəkdə vahid dövlətə çevirmək planını reallaşdırmaq olar. Hesab edirəm ki, Putinin nəzərində məhz belə bir plan var. Və bu çox təhlükəli plandır. Azərbaycanda və digər MDB öıkələrində hər kəs Putinin gənc sahibkarlarla görüşdə səsləndirdiyi bəyanatı yadında saxlamlıdır. Biz buna imkan verməməliyik. MDB sammitlərinin belə sıxlaşmasının kökündə də hesab edirəm ki, Putinin keçmiş sovet respublikalarını daha sıx şəkildə Rusiya ətrafında birləşdirmək məqsədi dayanır”.
 
 
 
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İranın infrastruktur layihələrinə sərmayə qoymasının vacibliyini vurğulayıb.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Pezeşkian ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətinin nəzərdən keçirildiyi Yol Nazirliyinin rəsmiləri ilə görüşdə bu fikri bildirib.

İclasda yol naziri Fərzaneh Sadiq İranın Rusiya tərəfləri ilə davam edən danışıqlarına işarə edərək, nəqliyyat infrastrukturu və regional dəhlizlərin həyata keçirilməsi üzrə Moskva ilə əməkdaşlıq haqqında razılaşma və sənədlərin son vəziyyəti haqqında hesabat təqdim edib.

Ölkənin beynəlxalq avtomobil və dəmiryolu dəhlizlərinin vəziyyəti ilə bağlı yol nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub dəhlizi dəmir yolu xəttinin başa çatdırılmasını vurğulayıb.

"Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır", - Pezeşkian qeyd edib.
 
Ardını oxu...
İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Türkiyədə səfərdədir.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir qəbul edib.

Görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.

Ərdoğan başda İnkişaf Yolu layihəsi olmaqla tarixi köklərə malik Türkiyə-İraq əlaqələrinin inkişaf etdirilməsinin hər iki ölkə üçün saysız faydalarının olacağını və bunun üçün zəruri addımları qərarlılıqla atmağa davam edəcəklərini bildirib.
 
Ardını oxu...
Avropa İttifaqı ölkələrinin liderləri qarşıdan gələn sammitində Macarıstan Prezidenti Viktor Orbanı “bloklamaq” qərarına gəliblər.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Dövlət başçılarının görüşü Orbanın Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə görüşündən bir həftə sonra Budapeştdə baş tutacaq.

Məlumata görə, əvvəlcə bəzi ölkə liderləri sammiti boykot etməyi təklif edib, lakin sonradan bunu yanlış fikir hesab edərək 8 noyabr iclasında Orbanı “təcrid etmək” qərarına gəliblər.

Bundan əlavə, bu qərara səbəb Orbanın noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampı sammitə dəvət etmək istəyi olub. Belə ki, oktyabrın 31-də Orban Trampa zəng edib və bu barədə sosial şəbəkədəki “X” səhifəsində məlumat verib. O, Respublikaçı təmsilçiyə uğurlar arzuladığını bildirib.
 
Ardını oxu...
2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər.

Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.

Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar.

Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər.

Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.
 
 
 

Dünyapress TV

Xəbər lenti