Qərb ölkələri Gürcüstanla əlaqələri kəsir –
ABŞ, Kanada və İsveç Gürcüstanda parlament seçkilərindən sonrakı durumu tənqid edib.

Rusiyayönümlü "Gürcü arzusu" partiyası qələbəsini açıqlasa da, bu, müxalifətin kütləvi nümayişləri və pozuntular barədə dolaşan bilgilər fonunda baş verir. Müxalifət düşərgəsi isə seçkilərin saxtalaşdırılmasından, rəsmi Moskvanın seçki prosesini yönləndirməsindən danışır.

İsveç Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırdığını, Kanada isə ikitərəfli əlaqələri yenidən nəzərdən keçirəcəyini bildirib.

Rəsmi Stokholmun Gürcüstandakı "həyəcanlı" siyasi olaylardan "uzunmüddətli təlaşı" vardı. İsveçin inkişaf və xarici ticarət naziri Benyamin Dousanın fikrincə, pozuntular barədə bilgilər həmin təlaşın əsassız olmadığını təsdiqləyib. Gürcüstan hökuməti ilə birbaşa əlaqələri dayandırsa da, İsveç bu ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinə 2 milyon 300 min dollar ayıracaq. Kanada Xarici İşlər Nazirliyi də öz bəyanatında "seçicilərin geniş miqyasda qorxudulmasına, səslərin satın alınmasına və başqa pozuntulara görə" narahatlığını dilə gətirib və bildirib: "Kanada Gürcüstan hakimiyyəti … demokratiya baxımından ölkədəki geriləməni aradan qaldırandan dərhal sonra ikitərəfli əməkdaşlığa açıqdır".

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri, senator Ben Kardin (Ben Cardin) seçkilərdəki pozuntuları "məyusedici" sayaraq deyib: "Mən seçkisonrası ortamı yaxından izləyəcək və ABŞ - Gürcüstan münasibətlərinə dair yerində sayılacaq cavabı müəyyənləşdirmək üçün Bayden-Harris administrasiyası ilə işləyəcəyəm".

Qərb ölkələri Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 28-də on minlərlə vətəndaşı etiraza səsləyəndən sonra bu açıqlamaları verib. Hakim "Gürcü arzusu" ilə arası dəymiş S.Zurabişvili seçki sonuclarını tanımaqdan boyun qaçıraraq hakim partiyanı Rusiyanın hibrid savaş üsullarından yararlanmaqda suçlayıb. Rəsmi nəticələrə görə, "Gürcü arzusu" səslərin 54 faizini toplamaqla hökumətə nəzarəti əlində saxlayıb.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək

Dünyapress TV

Xəbər lenti