Macarıstanın baş naziri Viktor Orbanın Çinə səfər edəcəyi və bazar ertəsi Pekinə gələcəyi gözlənilir.
APA xəbər verir ki, bu iddialar Macarıstanın “444.hu” portalı tərəfindən dərc olunub.
Portal yazır ki, bundan əvvəl Orban Ukraynada, Rusiyada və iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin keçirildiyi Azərbaycanda səfərdə olub. İndi isə o Pekinə gedir və orada bazar ertəsi səhər tezdən olacaq.
Macarıstan hökuməti hələlik məlumatı təsdiqləməyib. Saytın yazdığına görə Baş nazirin təyyarəsi “Dassault Falcon 7X” artıq Budapeşti tərk edib və Pekinə gedir. Orbanın da təyyarədə olduğu ehtimal olunur.