Regionda yeni konfiqurasiyalar:
Son dövrlərdə Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında qızğın müzakirələr gedir. Azərbaycan bu proseslərin mühüm tərəflərindən biri kimi bölgəmizə dair fikir mübadiləsində fəal iştirak edir. Ötən ilin son günlərində biz mövcud regional konfiqurasiyalar barədə öz fikirlərimizi bölüşmüşdük. Lakin bölgə gündəmində baş verən müəyyən yeniliklər bizi bu mövzuya bir daha qayıtmağa vadar edir.

Hazırda Cənubi Qafqazda cərəyan edən proseslərə nəzər saldıqda, ilk baxışdan Ermənistan ətrafında baş verənlər daha çox diqqəti cəlb edir. Xüsusilə də, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə yaranan boşluqları digər dövlətlər doldurmağa çalışır. Bu kontekstdə Fransa, İran, Hindistan, Yunanıstan, Kipr, qismən də ABŞ və Misir İrəvanın dəstəklənməsi istiqamətində aktivliyini artırıb.

Fransa və Hindistan Ermənistanla hərbi əməkdaşlığı genişləndirərək İrəvan üçün yeni silahlar yollayır. İran öz iddialarını artıq açıq şəkildə bəyan edir. Yunanıstan Ermənistanla çoxtərəfli hərbi əməkdaşlıq formatına qoşulmağa çalışır. Kipr İrəvanda diplomatik nümayəndəlik açmağa hazırlaşır. Misir Ermənistanla ərəb dünyası arasında vasitəçilik edir, hətta ehtimal ki, tərəflər arasında hərbi əməkdaşlığın mümkünlüyü nəzərdən keçirilir. ABŞ isə Ermənistan media məkanındakı anti-Rusiya və anti-İran təbliğatı ilə proseslərə xüsusi informasiya dəstəyini təmin edir.

Bu baxımdan, nəzərə almaq lazımdır ki, Ermənistanın dəstəkçiləri arasında regionda maraqları toqquşan tərəflər də var.

Qeyd edək ki, oxşar proseslər 2019-2020-ci illərdə də müşahidə olunurdu. O zaman Fransa Türkiyəyə qarşı əsasən Aralıq dənizi ölkələrindən ibarət koalisiya formalaşdırmağa çalışırdı. Həmin koalisiyanın aqibətinin necə olduğunu, yəqin ki, hamı xatırlayır.

Ermənistanla bağlı baş verən proseslər bu ölkənin ənənəvi müttəfiqi Rusiya tərəfindən hələ ki, passiv etirazlarla qarşılanır. Digər ölkələrin Ermənistana dəstəyi Moskva ilə hərbi-siyasi müttəfiqliyə zərər verməyənədək Kreml üçün məqbuldur və onun kəskin cavab addımlarına səbəb olmayacaq. Qərb isə İrəvandan məhz Rusiya ilə münasibətləri məhdudlaşdırmağı tələb edir.

Beləliklə də, Ermənistan ətrafında formalaşan konfiqurasiya özündə iki ziddiyyəti daşıyır:

– İlk ziddiyyət Rusiya və Qərb arasında müşahidə olunan maraqların toqquşmasıdır. Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin son açıqlamaları bu ziddiyyətləri aydın şəkildə əks etdirir: “Birləşmiş Krallıq Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarını bu ölkənin suveren hüququ kimi qəbul edir və Rusiyanın cavab tədbirləri təhlükəsi qarşısında İrəvana dəstək vermək üçün öz Avropa-Atlantik müttəfiqlərilə birlikdə çalışacaq”.

– İkinci ziddiyyət isə hələ özünü açıq şəkildə büruzə verməyən, lakin artıq işartıları görünən İran – Qərb toqquşmasıdır. İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin bugünlərdə verdiyi bəyanat məhz bu ziddiyyəti üzə çıxarır: “Bölgədən kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək. Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda bölgə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Regionun əcnəbilərin rəqabət meydanına çevrilməsinə isə icazə verilə bilməz, çünki bu, bölgə ölkələrinin hamısının maraqlarına ziddir”.

Azərbaycan bölgədəki hərəkətliliyi səbrlə müşahidə edir və öz ənənəvi əməkdaşlıq formatlarını (Azərbaycan-Türkiyə, Azərbaycan-Cürcüstan-Türkiyə, Azərbaycan-İsrail, Azərbaycan-Pakistan) gücləndirir. Lakin tərəfdaşlarla münasibətlər baxımından Azərbaycanla Ermənistan arasında iki mühüm fərq var:

– Ermənistandan fərqli olaraq, rəsmi Bakı öz tərəfdaşları və müttəfiqləri arasındakı mövcud zidiyyətləri müvəffəqiyyətlə tənzimləyir və bu ziddiyyətlərin Azərbaycan ərazisinə keçməsinə, ölkəmiz daxilində bu və ya digər şəkildə qarşıdurmalara səbəb olmasına imkan vermir.

– Ermənistandan fərqli olaraq, Azərbaycan ikitərəfli münasibətlərini üçüncü tərəflərin maraqlarının girovuna çevirmir. Ölkəmiz öz tərəfdaşları və müttəfiqlərilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr qurur.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Dünyapress TV

Xəbər lenti