Ardını oxu...
 

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri olduqca mühüm qərar və anlaşmalarla yekunlaşdı. Musavat.com Bu səfər barədə tanınmış politoloq Elxan Şahinoğlunun şərhini təqdim edir:

"Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi.

Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı.

İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir.

Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı.

Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşa keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrısa dəstəklərinin artırılmasına ehtıyac var.

İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir."
Musavat.com


Ardını oxu...
Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi.
Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı.
İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir.
Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı.
Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşa keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrısa dəstəklərinin artırılmasına ehtıyac var.
İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Elxan Şahinoğlu - dia-az.info


Ardını oxu...
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezidentliyə namizəd Donald Trampın Ağ Evə dönəcəyi təqdirdə Vaşinqtonu NATO- dan çıxaracağı ilə bağlı xəbərdarlıq edib.

O, Respublikaçıların bəyanatlarını ciddi qəbul etməyə çağırıb

Klinton bildirib ki, “Donald Tramp haqqında açıq mesaj” odur ki, o, hərfi mənada və ciddi qəbul edilməlidir. Onun fikrincə, Trampın bəyanatlarını rədd edən insanlar “alternativ reallıqda yaşayırlar”.

“O, imkan verərsə, mütləq avtoritar lider olmaq üçün əlindən gələni edəcək. Və o, bizi NATO-dan çıxaracaq, baxmayaraq ki, Konqres Konqresin dəstəyi olmadan bunu edə bilməyəcəyini bildirən qətnamə qəbul etsə də, o, sadəcə olaraq bizi NATO-dan çıxaracaq”, - deyə Klinton bildirib.

Xatıeladaq ki, Fevralın 11-də Amerikanın Cənubi Karolina ştatında tərəfdarlarının seçkiqabağı mitinqində Tramp NATO-ya üzv olan bir sıra ölkələri müdafiə proqramı üzrə maliyyə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. O, həmçinin əlavə edib ki, Rusiyanın bu cür dövlətlərə hipotetik hücumlarını təşviq etməyə hazırdır .
Fox News
Ardını oxu...
İsrail fələstinlilərlə məskunlaşma sazişi və Fələstin dövlətinin birtərəfli qaydada tanınması ilə bağlı beynəlxalq diktələri tamamilə rədd edir.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun təqdim etdiyi və bir gün ərzində təsdiqlənməsi gözlənilən deklarativ qərar layihəsində deyilir.

"İsrail fələstinlilərlə daimi razılaşma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir. İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək", - qərar layihəsində bildirilir.
 
Ardını oxu...
Ukraynada döyüş meydanında vəziyyət 3 ay ərzində “həll olunacaq”.

Bunu Münxen Təhlükəsizlik Konfransında Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel bildirib.

Cozep Borel Ukraynaya yardımın artırılmasına vacib sayıb: “Üç ay ərzində döyüş meydanında vəziyyət müəyyənləşəcək. Biz artıq “Avropa seçkilərini gözləyək” və ya “daha çox təfərrüatları bilmək istəyirik” deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, hərbi vəziyyətdə yaşayırıq. Kiyevə daha çox yardım göstərməyə çağırıram”.

Cozep Borel Ukraynaya yardımın artırılmasına vacib sayıb: “Üç ay ərzində döyüş meydanında vəziyyət müəyyənləşəcək. Biz artıq “Avropa seçkilərini gözləyək” və ya “daha çox təfərrüatları bilmək istəyirik” deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, hərbi vəziyyətdə yaşayırıq. Kiyevə daha çox yardım göstərməyə çağırıram”.
TASS
Ardını oxu...
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Ümumilikdə görüşlə bağlı bir sıra məqamlar diqqət çəkir.

Şolts masası

İlk öncə onu qeyd edim ki, görüş Almaniya Kansleri Olaf Şoltsun xahişi ilə baş tutub. Almaniyanın təşəbbüsü ilə keçirilən görüş Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi kimi xarakterizə edilə bilər.

O.Şoltsun görüşə öncədən hazırlandığı açıq şəkildə sezilir. Bunu tərəflərin əyləşdiyi masalara qədər bütün nüanslara diqqət edilməsi də sübut edir. Misal üçün, tərəflər üç fərqli masada əyləşsə də masaların ümumi duruşu “bərabərtərəfli üçbucaq” formasındadır. Bu həndəsi nüansla rəsmi Berlin qurulan bu masanın tərəfsiz olduğunu, habelə masa arxasında əyləşənlərin də Berlin nəzərində eyni olduğu mesajı verilir.

Görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirak etmədiyi, habelə Almaniyanın burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısı qismində iştirak etməsi də diqqət çəkirdi.

Emmanuel Makronun görüşdə iştirak etmədiyi Berlinin Bakının qırmızı cizgilərinə hörmət etdiyini göstərir. Belə ki, Fransanın sərgilədiyi təktərəfli, qərəzli və destruktiv mövqe Bakının Parisin iştirak etdiyi platformalarda iştirakını mümkünsüz edir.

Azərbaycan Almaniyanın da qərəzli mövqeyi unutmayıb. Lakin bununla belə, rəsmi Bakı sülhə sadiqdir və Cənubi Qafqazda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına, sülh gündəminin inkişaf etdirilməsinə xidmət edəcək görüşlərdən geri durmur. Bunu da görüşdə iştirak edərək bir daha qeyd etmiş oldu.
17 fevral 2023-cü il. İlham Əliyev, Olaf Şolts və Nikol Paşinyanın birgə görüşü

Əldə edilən razılıq

Almaniya kanslerinin görüşə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması görüşün ümumi atmosferi kimi əldə edilən razılaşmaya da müsbət təsir edib. Belə ki, görüşdə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi ilə bağlı da tapşırıq verilib.

Əldə edilən razılıqları ümumi mənada müsbət hesab etmək olar. Təbii ki, qeyd edilən məqamların şifahi olması, yazılı bir sənəddə əksini tapmaması Ermənistanın yayınma cəhdlərini mümkün edir. Lakin bütün hallarda bu görüş Bakının lazımi şərtlər və tərəfsizlik qorunacağı təqdirdə Qərb platformasına qayıtmasının mümkünlüyündən xəbər verir.

Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ən azından ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir. Bundan başqa Qərb platformasına qayıdış həm də Rusiyanın sülh prosesində dominantlığının qarşısını almaq baxımından önəmlidir. Təcrübə göstərir ki, Qərb platformalarında əldə edilən razılıqları Kreml də qəbul etməli olur.

Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan faydalanmaq üçün isə ilk növbədə Azərbaycan kimi Ermənistanın da maraqlı olması və prosesi çıxılmaz vəziyyətə salmaması vacibdir.//Globalinfo
 
 


 
Ardını oxu...
Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü olub.
Hakan Fidan dövlət başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik vurğulanıb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Amos Hoxşteyn COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı.

Görüşdə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olundu, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparıldı.

19:13

Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
Ardını oxu...
 
Ardını oxu...
Ukrayna Prezidentinin saytında Kiyevlə Tehran arasında diplomatik münasibətlərin kəsilməsinin zəruriliyi ilə bağlı petisiya qeydə alınıb.

“Etiraf etmək lazımdır ki, bu ölkə uzun müddətdir Ukraynaya düşmən münasibət bəsləyir. Bu, Ukrayna Prezidentinin Xarici İşlər Nazirliyinə və Nazirlər Kabinetinə Ukrayna və İran arasında diplomatik münasibətlərin dayandırılmasının məqsədəuyğunluğu üzrə təkliflər hazırlaması ilə bağlı göstəriş verməsi üçün kifayət qədər arqumentlər təqdim edir. Ukrayna Prezidentindən xahiş edirəm, bu təşəbbüsü dəstəkləsin və öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görsün”, - deyə müraciətin mətnində deyilir.

Bildirilib ki, İran Rusiyanı silahlarla, Ukraynada döyüş əməliyyatlarında istifadə edilən pilotsuz uçuş aparatları ilə təmin edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətə cavab verməsi üçün cümə axşamı qeydə alınan petisiya 25 min səs toplamalıdır.

oxu.az

Dünyapress TV

Xəbər lenti