Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.

Gununsesi.info xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
“VİP “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib”, – bəyanatda deyilir.
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev idi.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı “Vaqner”in hərəkətləri fonunda Rusiyadakı vəziyyətin inkişafını müzakirə edib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

“Danışıqlar zamanı Rusiyada baş verən son hadisələr müzakirə edilib. Bildirilib ki, Rusiyada gərginliyin azalması Ukrayna arenasında geri dönüşü olmayan humanitar fəlakətlərin qarşısını alıb”, - Türkiyə liderinin ofisindən jurnalistlərə bildirilib.

Bundan əlavə, tərəflər İsveçin NATO-ya daxil olması məsələsini müzakirə ediblər: “Türkiyənin İsveçin üzvlüyünə müsbət yanaşdığı bildirilib, lakin PKK terror təşkilatının tərəfdarları bu ölkədə sərbəst şəkildə aksiyalar təşkil etdiyi müddətcə dəyişikliyin mənasının olmadığı diqqətə çatdırılıb”.
 
Ardını oxu...
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər Rusiyanın bəzi regionlarındakı vəziyyəti müzakriə ediblər.

İran xarici işlər naziri bütün dövlətlərdə, o cümlədən Rusiyanın qonşusu və dostu olan dövlətlərdə qanunun aliliyini dəstəkləsiyini bildirib. Nazir ölkələrin daxili işlərinə hər hansı xarici müdaxiləni tənqid edib.

Sergey Lavrov Rusiya Prezidentininin bəyanatlarına toxunaraq ölkənin ərazi bütövlüyü ilə bağlı qanunun aliliyinin tam tətbiqini vurğulayıb. Lavrov əlavə edib ki, Rusiya bu vəziyyətdən tez bir zamanda çıxacaq.

Rusiyanın XİN başçısı iki ölkə arsında münasibətləri yüksək qiymətləndib və ikitərəfli razılaşmaların əldə olunmasına çalışıldığını vurğulayıb.
 
Ardını oxu...
Rusiya hakimiyyəti nüvə silahının quldurlar tərəfindən idarə olunmasına imkan verməyəcək.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, üsyanı ölkədə hakimiyyəti ələ keçirmək üçün planlaşdırılmış əməliyyat adlandırıb və çevrilişin hazırlanmasında xarici mütəxəssislərin iştirak etdiyini iddia edib.

“Biz ən böyük nüvə dövlətində dövlət çevrilişinin nəticələrini başa düşürük. Bəşəriyyət tarixində heç vaxt belə bir şey olmayıb ki, ən böyük nüvə silahı arsenalı quldurların nəzarəti altında olsun. Belə bir böhran təbii ki, bir ölkə ilə məhdudlaşmayacaq. Dünya məhv olmaq həddinə gətiriləcək. ...İşlərin belə getməsinə imkan verməyəcəyik", - Medvedev vurğulayıb.

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
Ardını oxu...
Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb.
Kosovo və Metohiya məsələsində Serbiya hakimiyyəti yalnız kollektiv Qərblə danışır, rəsmi Belqrad böyük xarici təzyiq altındadır. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Vuçiç Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə Brüsseldə görüşə gedəcəyini, lakin "Kosovo" respublikasının "baş naziri" Albin Kurti ilə görüşməyəcəyini bildirib.
Kurti çərşənbə günü Serbiya rəhbərliyi ilə görüşmək üçün Brüsselə gedəcəyini bildirib. Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb.
"Bütün bunlarda biz təkik, öz güclü tərəflərimizi dərk etməliyik. Kimsə ən çətin şəraitdə vətəndaşların adından ağır işi görməlidir. İnsanlardan xahiş edirəm ki, ölkənin çətin vəziyyətdə olduğunu başa düşsünlər. Biz bu vəziyyətdəyik. Ən şiddətli təzyiq altındayıq. Biz Kosovo və Metohiya məsələsindən yalnız kollektiv Qərblə danışırıq", - Vuçiç Serbiya Radio və Televiziyasının efirində deyib.
"Qərb düşünür ki, serblərə qarşı terror davam etdirilə bilər", - Serbiya lideri vurğulayıb.
Bundan əvvəl Borrell Serbiya və Kosovo liderlərini iyunun 22-də Brüsseldə danışıqların yeni raundunu keçirməyə çağırıb. Kurti cavab verdi ki, təklifi nəzərə alacaq. Prezident Vuçiç daha sonra Priştina hakimiyyəti həbs edilmiş bütün serbləri azad edənə qədər özünü elan etmiş "Kosovo" respublikasının "baş naziri" ilə danışmaqdan imtina edib.
Sputnik
 
Ardını oxu...
“Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Əks halda Ankara bu ölkənin alyansına qoşulmağına razı olmayacaq”.

Bunu çərşənbə günü TRT-nin efirində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş bildirib.
“Türkiyə İsveçdən memorandumun öhdəliklərini konkret olaraq yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik”, - Türkiyə parlamentinin spikeri bəyan edib.
 
Ardını oxu...
Ermənistan mətbuatı Nikol Paşinyanı anti-Rusiya təbliğatı aparmaqda ittiham edib.

Belə ki, “Yerkramas” nəşri Paşinyan və ona yaxın dairələrin aqressiv şəkildə anti-Rusiya təbliğatı apardığını və bu istiqamətdə müvafiq addımlar atdığını önə sürüb.

Nəşrin iddiasına görə, Ermənistanın Baş naziri Qərbin planlarını reallaşdırmağa çalışır.

Maraqlıdır, Rusiya ilə Qərb Ukraynadan sonra Ermənistanda müharibə aparacaq?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistanın Fransanın razılığı və iştirakı ilə atdığı addımlar regionun təhlükəsizliyini təhdid etməkdədir:

“İstər Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) üzvü olmaq, istərsə də Ermənistan daxilində Rusiyanın 102-ci həri bazasının olması bu dövlətin müdafiə və təhlükəsizliyinin vacib elementidir.

Rəsmi İrəvanın nə KTMT-dən ayrılmaq, nə də 102-ci həri bazanı ölkədən çıxarmaq niyyəti yoxdur. Çünki Ermənistan üçün bu müdafiə imkanlarının alternativi mövcud deyil.

Nəzərə almaq lazımdır ki, 102-ci hərbi baza bu iki ölkənin Müdafiə Nazirliklərinin müştərək qoşun bölmələri kimi Ermənistanın dövlət müdafiə və təhlükəsizlik təchizatlarıdır. Paşinyan iqtidarının KTMT və Rusiyadan istəyi Qarabağda baş verən toqquşmalarda onların da iştirak etməsidir”.

Politoloq diqqətə çatdırıb ki, son ildə isə Gümrüdəki 102-ci hərbi baza Ermənistan ərazisində daha da genişlənib və Rusiya ölkənin müxtəlif hissəsində 7 əlavə baza tikib:

“Amma Ermənistan Qərb ölkələrindən, Avropa İttifaqının bir sıra ölkələri və ən əsası da Fransa və Yunanıstanla, qonşu ölkələrdən isə İranla müdafiə potensialını inkişaf etdirməyə çalışır.

Həmçinin, Yunanıstanla da 2023-cü ilin mart ayından başlayaraq regionlar arası hərbi təlimlərdə iştiraka başlayıblar. Eyni zamanda Fransa ilə Ermənistan münasibətlərini hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verib. Bu ilin aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyəti İrəvana səfər edib və s. halları da xatırlamaq olar.

Ümumiyyətlə, qlobal konfrantasiyada olan güclərin hərbi mövcudluğunu ölkədə yerləşdirməklə Ermənistana özünü, ümumilikdə isə regiona ciddi təhlükələr və risklər yaradır. Onlar Ukraynadakı müharibədən sonra regionu təhlükəyə atmaq və yaxud da Cənubi Qafqaz regionunda nüfuz bölüşdürülməsi istiqamətində addımlar atırlar.

Yəni burada qlobal konfrantasiyada olan güclərin Ermənistan vasitəsi ilə Cənubi Qafqaza yerləşməsi məqsədilə addımlar atılır”.
 
Ardını oxu...
Serbiya Prezidenti Aleksandr Vuçiç yenidən Kosova lideri Albin Kurti ilə danışıqlar aparmaqdan imtina edib.
Bakupost.az xəbər verir ki, Vuçiç Priştina hakimiyyətinin saxlanılan bütün serbləri azadlığa buraxmayana, alban bələdiyyə başçılarını və bölgənin şimalından olan xüsusi polis qüvvələrini geri çağırmayana qədər danışıqlar aparmayacağını bildirib.
“Saxlanılan hər bir serb azad edilmədiyi, bölgənin şimalından saxta bələdiyyə başçıları geri çağırılmadığı, onların xüsusi təyinatlıları geri çəkilmədiyi və hər gün serbləri saxlamağı dayandırmadığı müddətcə Kurti ilə danışmağa getməyəcəyəm. Və sonra biz imzalanmış müqaviləyə uyğun olaraq serb icmalarının ən sürətli şəkildə necə formalaşdırılması barədə danışacağıq”, – Vuçiç bildirib.
 
Ardını oxu...
Gürcüstan Qərbin vədlərindən bezib və postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin XİN başçıları ilə görüşündə deyib.

“Siz onların siyasətində müəyyən dəyişiklik görürsünüz, çünki heç kim sizi süd, ət və ya şərabla öz bazarlarına buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üzərində sərt mübarizə gedir”, - o bildirib.

O qeyd edib ki, Qərbdə nəsə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya onlar üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq:

“Tələsməyə, bir-birimiz üçün vəziyyəti daha da pisləşdirməyə və uzaqlaşmağa çalışmaq lazım deyil. Xüsusilə də bu çətin zamanda bir yerdə olmalıyıq”.
 
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinken bazar günü Pekinə gəlib.

Məlumata görə, amerikalı diplomatın səfəri iki gün davam edəcək.

Bildirilir ki, bu, Dövlət Departamenti rəhbərinin 2018-ci ilin oktyabrından bəri Çinə ilk səfəridir.
Xatırladaq ki, ilk öncə səfər fevral ayına planlaşdırılırdı. Daha sonra ABŞ hava məkanında raketlə vurulan Çin şarı ilə bağlı insident səbəbindən təxirə salınmışdı.

Mənbə: TASS
 

Dünyapress TV

Xəbər lenti