Paşinyanın konstitusiya oyunları: Hədəfdə kilsə də var - ARAŞDIRMA
2018-ci ildə Sorosun dəstəyi ilə Ermənistanda hakimiyyətə yiyələnən Nikol Paşinyan dövlətin atributlarını bəyənmədiyini hər vəchlə büruzə verib. İlk olaraq ölkənin konstitusiyasına “əl gəzdirməyin” vacib olduğunu bildirən baş nazir sonradan Ermənistan gerbinin də dəyişdirilməsinin zəruriliyindən danışıb. O bildirib ki, gerbin müasir respublika ilə heç bir əlaqəsi yoxdur. Bu yaxınlarda hay ölkəsinin ədliyyə nazirliyində keçirilən görüşdə baş nazir bildirib ki, təmsil etdiyi dövlətin konstitusiya dəyişikliyinə yox, yeni konstitusiyaya ehtiyacı var.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Ermənistanda 1995, 2006 və 2015-ci illərdə ciddi konstitusiya dəyişikliyi baş tutub. Məqsəd hakim elitanın, bəzən də hansısa nüfuzlu siyasi fiqurun maraqlarını təmin etmək olub. Heç bir halda bu dəyişiklik ölkədəki problemləri həll etmək, sadə erməninin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi daşımayıb. Bu səbəbdən, Nikol Paşinyanın “yeni konstitusiyaya ehtiyac var” fikrini də şəxsi siyasi planları prizmasından dəyərləndirmək mümkündür.

Yeni Konstitusiyanın qəbulu ilə bağlı Paşinyan komandasının ilk cəhdi 2020-ci ilin 6 fevral tarixində qeydə alınıb. Onun təşəbbüsü ilə “Mənim addımım” bloku tərəfindən parlamentdə Ermənistan n Konstitusiyasına dəyişiklik təklifi ilk oxunuşda qəbul edilib. 9 fevralda isə prezident Armen Sarqsyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Sonradan baş verən hadisələr bu dəyişiklik və referendum təklifini təxirə salıb.

Təbii ki, baş naziri “yeni konstitusiyaya ehtiyac var” fikrini səsləndirməyə məcbur edən digər səbəblər də var. Məsələn, Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyası Dağlıq Qarabağla birləşmə haqqında 1 dekabr 1989-cu il tarixli deklarasiyaya əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin intensivləşdiyi, erməni tərəfinin parlament spikeri Alen Simonyanın dili ilə ikitərəfli danışıqlara müsbət yanaşıldığı bir dövrdə, təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi lazımdır. Baş nazir anlayır ki, sülh müqaviləsini imzalamaq üçün qondarma “miatsum” fikrini erməni cəmiyyətinin təfəkküründən silmək lazımdır. Belə bir maddənin ölkənin əsas qanununda qalması ciddi problemlərə səbəb ola bilər.

İki ilə yaxındır ki, erməni siyasi elitası Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılışa hazır olması barədə fikirlər səsləndirir. Amma Türkiyə tərəfi hər dəfə də Azərbaycanla münasibətlərin əsas şərt olduğunu dilə gətirir. Eyni zamanda, Ermənistan qondarma erməni soyqırımı iddiasından da əl çəkməlidir. Bu səbəbdən, konstitusiya dəyişikliyi ilə birlikdə hakim partiyanın qondarma erməni soyqırımı məsələsinə də düzəliş etməsi mümkün görünür. Çünki Ankara və Bakı ilə münasibətləri normallaşdırmadan erməni dövləti nə inkişaf edə, nə də daxili sosial problemləri həll edə bilər.

Ehtimal edilir ki, baş nazir təklif etdiyi yeni konstitusiya ilə Kilsə ilə də münasibətlərinə aydınlıq gətirəcək. Uzun müddətdir “Vətəndaş müqaviləsi”nin Eçmiədzinlə də arası sərindir. Kilsə konkret olaraq Paşinyanın hakimiyyətinə qarşı çıxır və onu müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi göstərir. Eyni zamanda, I Qaregin, erməni kilsəsinin müxtəlif iri ranqlı ruhaniləri müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyiblər. Heç nəyi unutmayan və məqamı yetişəndə qisas almağı üstün tutan Paşinyan təbii ki, yeni konstitusiya ilə kilsədən də intiqamını alacaq. Ehtimallara əsasən, kilsə ilə bağlı maddə yeni konstitusiyadan çıxarıla və ya onun əsas səlahiyyətlərinə xitam verilə bilər.

Erməni siyasi dairələrindəki müzakirələrə görə, konstitusiya dəyişikliyi Paşinyana dördüncü respublikanı elan etməyə şərait yaradacaq. Dəyişiklikdən sonra baş nazir siyasi mühiti yeniləməyə cəhd göstərəcək. Eyni zamanda, inqilabdan sonra həll edilməmiş məsələ kimi qalan əvvəlki hakimiyyətin hərəkətlərinə hüquqi qiymət verilməsinə də nail olmaq mümkündür.

Həmçinin, konstitusiyada məhkəmələrlə bağlı maddəyə də dəyişiklik edilə bilər. Çünki ədalət sistemini və qəbul edilən qərarları özünə bağlamaq mövcud siyasi vəziyyətdə baş nazir üçün vacibdir. Bu günə qədər məhkəmə sistemində hələ də keçmiş Ermənistan rəhbərləri Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləyənlərin sayı az deyil. Zaman-zaman məhkəmələrdə məhz bu şəxslərin lehinə qərarların çıxması da Nikolun diqqətindən yayınmayıb.

Göründüyü kimi, Ermənistanın baş naziri yeni konstitusiya ilə bir sıra hədəflərinə çatmağı təmin etməyi düşünür. Əsas hədəfi təbii ki, hakimiyyəti möhkəmlətməkdir.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Dünyapress TV

Xəbər lenti