Türkiyənin xarici işlər naziri Hakan Fidan AzərbaycandadırYaradılıb 15.03.2024 08:44 | Baxış sayı: 131Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib.Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir. Facebook-da paylaş