Ukrayna Prezidenti Volodimir Zelenski Davos forumunda Çin nümayəndə heyətinin onun səviyyəsinə uyğun gəlmədiyi üçün görüşmək istəməyib.Bu haqda Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.“Çin lideri ilə görüşmək istərdim. Bildiyimə görə, Si Cinpin qərarlar verir, Ukraynada isə mən qərar verirəm”, – deyə o bildirib.Ukrayna lideri əlavə edib ki, onun hər hansı bir dialoqa deyil, bu qərarları qəbul edən liderlərin vacib qərarlarına ehtiyacı var. \\Konkret.Az