Ardını oxu...
Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl jurnalistlər vasitəsilə ABŞ-yə müsaj göndərib.
Mar 3, 2025 - 01:52

SAVASHMEDİA.az xəbər verir ki, o, ölkəsinin ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa hazır olduğunu bildirib.

“Bizim məqsədimiz keçmişdə baş verənləri müzakirə etmək deyil, biz konstruktivik. Əgər biz mədən sazişi imzalamağa razılaşmışıqsa, onu imzalamağa hazırıq. Əgər tərəflər hazır olsa, masa üzərində olan müqavilə imzalanacaq”.
 
 
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2 mart 2025-ci il tarixində Londonda keçiriləcək Ukrayna mövzulu sammitə dəvət olunmuşdur. Lakin Prezident Ərdoğan sammitdə şəxsən iştirak etməyəcək; onu Türkiyənin xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Sammitə, Ukrayna Prezidenti Vladimir Zelenski də daxil olmaqla, Almaniya, Fransa, İtaliya, Danimarka, Hollandiya, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri dəvət edilmişdir. NATO və Avropa Birliyi nümayəndələri də tədbirdə iştirak edəcəklər.
Bu sammit, ABŞ Prezidenti Donald Trump’ın Rusiya və Ukrayna liderləri ilə apardığı birbaşa danışıqlar və ABŞ ilə Rusiya xarici işlər nazirləri arasında keçirilən görüşlərdən sonra Avropada başlanan diplomatik prosesin davamıdır. 
Xarici işlər naziri Hakan Fidan, sammitdə Türkiyənin Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə dəstəyini təsdiqləyəcək və 2022-ci ilin mart ayında Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin gələcəkdə də bu rolu üstlənməyə hazır olduğunu vurğulayacaq.
Sarvan Səmədoğlu
TEREF
Ardını oxu...
“Avropa böyük və tarixi sınaq qarşısındadır”.

“Report” xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala “X”də yazıb.

O bildirib ki, Avropa təhlükəsizliyinin qayğısına qalmaqlıdır: “Bunu bizdən başqa heç kim etməz. Rusiyanın evlərimizdən cəmi bir neçə yüz kilometr aralıda genişlənməyə davam etməsini istəmiriksə, Ukraynaya hərbi dəstəyi artırmalıyıq. Davamlı və uzunmüddətli sülh istəyiriksə, yaxşı silahlanmalıyıq. Müdafiə xərclərini Ümum Daxili Məhsulun azı 3 %-nə çatdırmadan bu mümkün olmayacaq. Əksini deyən hər kəs Çexiyanın milli təhlükəsizliyini təhdid edir”.

Baş nazir bildirib ki, Avropa səylərini birləşdirməsə, şərtləri diktə etməsə, sonu yaxşı olmayacaq.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Zelenski Ukraynaya dəstək üçün Avropa liderlərinin sammitində iştirak edəcək.
 
Ardını oxu...
Almaniyanın xarici işlər naziri Annalena Barbok ölkəsini Ukraynaya dəstəyini dərhal artırmağa çağırıb.

Bu haqda “Reuters” məlumat yayıb.

“Mən Bundestaqda təmsil olunan bütün demokratik partiyaları əvvəllər bloklanmış Ukrayna üçün 3 milyard avro ayrılmasını təsdiqləməyə çağırıram”, - XİN rəhbəri bildirib.
 
Ardını oxu...
Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Vens arasında canlı efirdə qızğın mübahisə yaşanıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Zelenski De Vance-ə Ukraynanın hələ də özünü müdafiə etmək və Rusiyaya müqavimət göstərmək iqtidarında olduğunu bildirib, eyni zamanda, ölkənin bir çox problemlərinin olduğunu iddia edib.
Daha sonra onların arasında yüksək tonlarda mübahisə başlayıb.

Tramp söhbətə qarışaraq deyib ki, Zelenski onlara minnətdar olmalıdır. Çünki onun "əlində heç bir kart yoxdur" və Vaşinqtona "mən bunu istəyirəm - bunu istəyirəm" deyə bilməz.

Buna cavab olaraq Ukrayna prezidenti deyib ki, o, ABŞ-a “kart oynamaq” üçün gəlməyib.
 
Ardını oxu...
Qapalı görüş başa çatıb, Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evi erkən tərk edib və Trampla birgə mətbuat konfransı ləğv edilib.
Bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə az öncə başlayan görüşün ictimaiyyətə açıq hissəsi kifayət qədər gərgin olub və mübahisələr yaşanıb.

Daha sonra isə jurnalistlər otaqdan çıxarılıb və görüş qapalı davam edib.
 
 
 
Ardını oxu...
ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski Ağ Evdə görüşüblər.
Bu barədə “RBC Ukraina” məlumat yayıb.
Onların mediaya açıqlamaları və iki ölkə arasında faydalı qazıntılar üzrə çərçivə sazişinin imzalanma mərasimi olacaq.

 
Ardını oxu...Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampı Ukrayna lideri Vladimir Zelenskini ABŞ-a görüşə dəvət etməkdən çəkindirib.

Demokrat.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Nəşr qeyd edir ki, görüş demək olar ki, uğursuz alınıb. Amerika tərəfi Zelenskinin fevralın 28-i cümə günü baş tutmalı olan Vaşinqtona səfərini ləğv edib. Məlumata görə, Makronun çağırışından sonra vəziyyət dəyişib. Dünən Ukrayna prezidenti Vladimir Zelenskinin cümə günü Vaşinqtona gələcəyi bildirilirdi.
 
Ardını oxu...
PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışını dəstəkləyib.

"Biz silahı yerə qoymağa hazırıq. Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, bu çağırışı qəbul edirik", - deyə Salih Müslim qeyd edib.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Bəs PKK-nın diplomatik həllə meyillənməsi realdırmı, yoxsa bu, vaxt qazanmaq üçün taktiki addımdır?

Politoloq Zeynal Əmrəliyev mövzunu bu cür şərh edib:

"PKK diplomatik yolla bitə bilməz. Bu adamları bağışlasalar onların məclisə yolu açılacaq. Leyla Zana, Pərvin Buldanı qəbul etmək olmur, digərləri necə qəbul ediləcək? Əgər bu məsələ siyasi müstəvidə qəbul ediləcəkdisə niyə Səlahəddin Demirtaşa həbsdədir? Niyə Demokratik Toplum Partiyası, Barış və Demokratiya Partiyası kimi siyasi kürd partiyalarının fəaliyyətinə qadağa qoyuldu? Öcalanın sağında əyləşmiş Ahmet Türkə baxın, adam hər bələdiyyə seçkilərində Mardin Böyükşəhər Bələdiyyəsinin sədri seçilir, sonra hökumət onun sədrliyini PKK ilə yaxınlıq səbəbindən ləğv edir, yerinə qəyyum təyin edir. PKK - nın siyasi yolla bitirilməsi xülyadan başqa bir şey deyil. İdeoloji olaraq zərbə vurulması da boş söhbətdir. PKK kənar dövlətlər və Türkiyənin şərqində formalaşmış feodal tayfa qruplarının hökumətə təzyiq vasitəsi kimi istifadə etdiyi, maddiyyat üzərində fəaliyyətini davam etdirən silahlı qrupdur.

21 mart 2013 - cü ildə Diyarbəkirdə Novruz mərasimində Abdullah Öcalanın məktubu oxunmuşdur. Məktubda PKK Türkiyə sərhədlərini tərk etmək çağırışı edilirdi. Həmən ilin 25 aprelində təşkilatın faktiki lideri Murad Karayılan jurnalistlərlə böyük bir mətbuat konfransı keçirir və 8 maydan etibarən geri çəkiləcəklərini bildirir. 26 iyunda Ərdoğan Türkiyə Ziyalılar Fondunun üzvləri ilə Baş Nazirlik binasındakı görüşündə PKK - nın onları aldatdığını, sadəcə 15 faizinin geri çəkildiyini bildirir. PKK isə 9 sentyabrda geri çəkilməni dayandırır. Bundan sonra PKK - nın liderlərindən olan Cəmil Bayık verdiyi açıqlamada "Öcalan orda çarmıxa çəkilmiş vəziyyətdədir. Onun hansısa plan qurmaq, danışıq aparmaq gücü yoxdur. Onun hər hərəkəti, danışığı, sözü kamera vasitəsi ilə izlənilir. Əgər olan qurulacaqsa bunu biz edəcəyik, Öcalan deyil" şəklində açıqlama vermişdir".

Politoloqun fikrincə, kürdlər içində Öcalanın nüfuzu, böyük gücü olsa da, ona əsir kimi baxırlar:

"Öcalan öz siyasi varlığını sonlandırıb, tarix olub. Artıq Abdullah Öcalan yoxdur. PKK üçün o, ölü kimi bir şeydir. Onun şəxsiyyətinə hörmət edirlər, onun haqqında əfsanəvi rəvayətlər danışırlar, lakin tarixi şəxsiyyət kimi baxırlar. 26 ildir həbsdə olan birinin sözünə heç kim etibar etməz. Bir kürd siyasi hərəkatı var, bu gerçəyi heç kim dəyişdirə bilməz, açıq etiraf edək, onun rəhbəri Abdullah Öcalan deyil, onun rəhbəri hazırda həbsdə olan Səlahəddin Demirtaşdır. 2019 - cu ili xatırlayın, Əkrəm İmamoğlu İstanbulu necə qazandı? Əgər PKK siyasi səhnəyə dönərsə bu Demirtaşın gücünə güc qatacaq.

Ümumiyyətlə, Türkiyənin siyasi həyatında bundan sonrakı rolu Hakan Fidan və Əkrəm İmamoğlu, müəyyən qədər də Fateh Ərbakan və Səlahəddin Demirtaş kimi şəxslər oynayacaqlar. Bu 4 şəxsi ciddi şəkildə izləmək lazımdır". \\Musavat.com
 

Dünyapress TV

Xəbər lenti