Ardını oxu...
Kanadaya səfərə gedən ABŞ-nin dövlət katibi Marko Rubio qeyri-adi şəkildə qarşılanıb.

Bu barədə Oxu.Az "The Mirror" nəşrinə istinadla xəbər verir.

Belə ki, onun təyyarə trapının qarşısında sərilən qısa qırmızı xalı asfaltdakı gölməçəni örtməyib.

Jurnalistlər yazırlar ki, ehtiramla qəbulu simvolizə edən qırmızı xalı qəsdən qısaldılıb. Şəkildən görünür ki, xalı təyyarə trapının sonuna çatmır və gölməçənin üstünü açıq qoyur.

Nəşr qeyd edir ki, bu addım Vaşinqton və Ottava arasında bir sıra beynəlxalq məsələlər üzrə fikir ayrılıqları səbəbindən yaranan indiki gərginliyi əks etdirə bilər.

Xatırladaq ki, martın 11-də ABŞ lideri Donald Tramp Kanadaya qarşılıqlı ticarət rüsumları məsələsini tam həll etmək üçün ABŞ-nin 51-ci ştatı olmağı təklif edib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Əhməd əş-Şəraa Suriyanın keçid dövrü üçün əsas hüquqi sənəd olacaq müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb.

Sənədi imzalayarkən əş-Şəraa bildirib ki, bu bəyannamə Suriyanın “yeni tarixi”nin başlanğıcı olacaq.

Bəyannaməyə əsasən, ölkə prezidentinin müsəlman olması və islam hüququnun qanunvericiliyin əsas mənbəyi kimi qalması qüvvədə saxlanılır. Sənəd hakimiyyət bölgüsü, məhkəmə sisteminin müstəqilliyi, qadın hüquqları, söz və media azadlığını da təmin edir. Bundan əlavə, Bəşər Əsəd rejimi dövründə törədilmiş cinayətlərə görə məsuliyyət məsələsinə xüsusi diqqət yetirilir.

Yeni qanunvericiliyə görə, Suriya parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və ya onu vəzifədən uzaqlaşdırmaq hüququna malik olacaq. Lakin mütəxəssislər hesab edirlər ki, bunu praktikada həyata keçirmək çətin olacaq, çünki parlament üzvlərinin əhəmiyyətli hissəsi məhz prezident tərəfindən təyin ediləcək.

Xatırladaq ki, 2024-cü ilin dekabrında islamçı silahlılar Dəməşqə daxil olaraq hakimiyyəti ələ keçirib, Bəşər Əsəd isə Rusiyaya qaçaraq orada sığınacaq tapıb. Yeni hökumətə “Hayat Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əş-Şəraa rəhbərlik edir.

Bu ilin mart ayında Suriyada Əsədin mənsub olduğu ələvi icması tərəfindən üsyan baş verib. Rəsmi məlumata görə, martın 10-da hökumət qüvvələri “devrilmiş rejimin qalıqlarına qarşı hərbi əməliyyatı” başa çatdırıb. Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzi isə 6-9 mart tarixlərində 39 kütləvi edam və yüzlərlə fərdi qətl həyata keçirildiyini, ümumi ölənlərin sayının 1454 nəfərə çatdığını bildirib.
 
Ardını oxu...
  

Qlobal Bakı Forumunun açılışında dövlət başçısı İlham Əliyevin Brüsselin və digər mərkəzlərin ünvanına söylədikləri haqlı fikirlər Qərblə münasibətlərə necə təsir edəcək? - şərh

Prezident İlham Əliyev martın 13-də keçirilən XII Qlobal Bakı Forumunun açılış mərasimində Qərbin ünvanına sərt tənqidlər səsləndirib. “Yeni Müsavat” bildirir ki, dövlət başçısı ilk növbədə ABŞ-ın keçmiş administrasiyasının siyasətinin Azərbaycanla münasibətlərə vurduğu ziyandan söz açıb.

Sitat: “Entoni Blinkenin siyasəti əslində ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə, biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı - red.) tərk edən tərəf olduq”, - deyən prezident vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan bölgədən çıxandan sonra onlar (ABŞ - E.S) bizə sanksiya tətbiq etdi və bu, böyük məyusluq yaratdı. Ölkə başçısı həmçinin onilliklərlə erməni diasporunu dəstəkləyən, korrupsiyaya uğramış amerikalı siyasətçilərdən danışıb. Onun sözlərinə görə, Azərbaycan bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırır: “İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAİD ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni necə deyərlər, bir qaranquşla bahar olmaz. Çünki pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.

Prezident çıxışında Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətinə də toxunub. “Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”, - deyə dövlət başçısı bəyan edib. Dövlət başçısı eyni zamanda qeyd edib ki, Avropanın monitorinq missiyası əslində Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir”, - deyə Prezident əlavə edib.

İ.Əliyev COP29-la bağlı da xatırladıb ki, bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu. Prezident Əliyev bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb. Qeyd etmək lazımdır ki, prezidentin səsləndirdiyi tənqidlər kifayət qədər əsaslıdır. Onu da diqqətdən qaçırmaq olmaz ki, ölkə başçısı ABŞ-ın yeni rəhbərliyinin addımlarını təqdir edir. Bu açıqlamalar Bakının Qərblə münasibətlərinə necə təsir edəcək? Azərbaycan Aİ və ABŞ ilə əlaqələrinin gələcəyinə hansı prizmadan baxır?

Suallarımızı cavablandıran YAP-ın deputatı Elman Nəsirov bildirdi ki, dövlət başçısı Vaşinqton-Bakı münasibətləri haqda acı həqiqətləri dilə gətirib. Onun sözlərinə görə, məhz Bayden iqtidarının obyektivlikdən uzaq siyasəti münasibətlərdə ziddiyyət yaratdı. “Xüsusən də Blinkenin çıxışları və addımları bu əlaqələrə mənfi təsir edib. Xatırladım ki, ötən il Şuşada keçirilən media forumunda prezident Amerikada keçiriləcək seçkilərdən danışmışdı və düzgün proqnoz vermişdi. Eləcə də Rusiya mediasına müsahibəsində də oxşar mövqedən çıxış edərək demişdi ki, Trampın ilk rəhbərliyi dövründə əlaqələrimiz normal olub, strateji məsələlərdə mövqelərimiz üst-üstə düşüb. Yəni ABŞ-Azərbaycan münasibətlərini korlayan keçmiş administrasiyadır”, - deyə parlamentin üzvü “Yeni Müsavat”a açıqladı.

Ardını oxu...

Elman Nəsirov

E.Nəsirov vurğuladı ki, prezident o zaman açıq mətnlə Vaşinqtona mesaj vermişdi və gözləntilərini çatdırmışdı: “Azərbaycan istəyir ki, Trampın ilk iqtidarı dövründə Birləşmiş Ştatlarla formalaşmış münasibətlər bu gün də inkişaf etsin. Çünki həmin dönəmdə əlaqələrimiz yaxşı idi”. Deputat söylədi ki, prezident forumda Brüsselin İrəvana verdiyi dəstəyi qeyd etməklə daha bir əhəmiyyətli məsələyə toxunub: “Ermənistan Bayden iqtidarından sonra Avropa İttifaqına bel bağlayır. Halbuki Qərbin Ermənistanı silahlandırması və digər təxribatçı addımları regionda sülhə xidmət etmir. Prezidentin Brüsselin addımlarını vurğulaması da xüsusi məsələdir. Çünki Ermənistan Tramp hakimiyyətindən o dəstəyi gözləmir. Ermənistanın əsas maliyyə mənbəyi USAİD idi, son dəfə 200 milyon dollar ayırmışdı, o da bağlandı. Bu təşkilatın ləğvindən sonra İrəvan maliyyə problemi yaranacağı üçün üzünü Vaşinqtona deyil, Brüsselə tutub. Lakin Paşinyan hakimiyyəti bir məqamı unudub ki, Aİ özü ABŞ-dan asılıdır”.

Deputat əlavə etdi ki, prezident Cənubi Qafqazda sülh prosesinə xələl gətirən Aİ-nin “mülki missiyası”nın da adını çəkdi: “Dövlət başçısı açıq formada dedi ki, adını mülki missiya qoyduqları əslində kəşfiyyat missiyasıdır. Cənab prezident onu da dedi ki, casus missiyası gecə-gündüz kəşfiyyat aparır, çalışırlar ki, haradansa girə bilsinlər. Onu da vurğulayaq ki, bu missiyanın adını təkcə Avropa Birliyi ilə bağlamaq olmaz. Onun tərkibinə Kanada da qoşulub. Halbuki bu ölkə NATO üzvüdür. Deməli, kəşfiyyat missiyası sözügedən alyansın missiyasına çevrilib. Eləcə də NATO üzvü Niderland da Ermənistanla strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu isə bölgədə sülhə müsbət heç nə vəd etmir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Ermənistan və Azərbaycan artıq qarşılıqlı şəkildə təsdiqlənmiş ilk beynəlxalq sənədə malikdir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib.

“Unutmayaq ki, Ermənistan və Azərbaycan artıq qarşılıqlı şəkildə təsdiqlənmiş ilk beynəlxalq sənədə malikdir. Bu sənəd həm də iki ölkənin sərhədin delimitasiyası komissiyalarının əsasnaməsidir. Bu əsasnamə hər iki ölkənin komissiyaları tərəfindən imzalanmış və ölkələrimizin mövcud prosedurlarına uyğun olaraq təsdiqlənib. Bu sənəddə açıq şəkildə göstərilir ki, sərhədlərin müəyyənləşdirilməsinin əsas prinsipi Almatı bəyannaməsidir. Almatı bəyannaməsi 1991-ci ildə imzalanıb və mövzumuz kontekstində burada iki məsələdə müəyyənlik var. Birincisi, Sovet İttifaqının artıq mövcud olmamasıdır. İkincisi, Sovet İttifaqı ölkələrinin inzibati sərhədlərinin dövlət sərhədlərinə çevrilməsidir”, - baş nazir bildirib.
 
Ardını oxu...
Avropa Parlamenti Avropa İttifaqının Ukraynanın təhlükəsizliyinin təmin edilməsində daha fəal rol alması ilə bağlı qətnamə layihəsini səsə qoyub.

Teleqraf xəbər verir ki, qanun layihəsi lehinə 442, əleyhinə 98 və bitərəf 126 səslə təsdiq edilib.

Qanun layihəsində vurğulanır ki, Aİ ölkəyə hərbi və maliyyə dəstəyini artıraraq, Ukraynanın ən böyük strateji müttəfiqi olmağa davam etməlidir.

Bundan başqa, sənəddə parlamentarilərin martın 11-də əldə edilən 30 günlük atəşkəs təklifini alqışladıqları və Rusiyanın bu razılaşmanı qəbul edib həyata keçirməli olduğu qeyd edilir, Ukraynada mülki şəxsləri, infrastrukturu və əraziləri hədəf alan hücumların dərhal dayandırılması tələb olunur və ABŞ-nin Rusiyanın təcavüzkar müharibəsinə münasibətində nəzərəçarpacaq dərəcədə dəyişikliyə, o cümlədən davam edən müharibədə Ukraynanı açıq şəkildə günahlandırmasına diqqət çəkilir.

Qanun layihəsində bildirilir ki, Aİ Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün konkret addımlar atmalıdır.
 
Ardını oxu...
Qrenlandiyanın biznesyönlü müxalifət partiyası olan Demokraatit çərşənbə axşamı diqqətlə izlənilən parlament seçkilərində qələbə qazanaraq, səsvermədə hakim solçu koalisiyanı məğlub etdi. Seçkilər ABŞ prezidenti Donald Trampın adanı nəzarətə götürmək vədi ilə bağlı debatlarla müşayiət olunurdu.

Danimarkadan müstəqilliyə doğru tədrici yanaşmanı dəstəkləyən Demokraatit partiyası bütün səslər hesablandıqdan sonra 29.9% səs toplayaraq 2021-ci ildəki 9.1%-lik nəticəsini xeyli üstələdi. Partiya sürətli müstəqilliyi müdafiə edən müxalif Naleraq partiyasını (24.5% səs) geridə qoydu.

Yanvar ayında vəzifəyə gəldikdən bəri Donald Tramp, Danimarkanın yarı-muxtar ərazisi olan Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək niyyətində olduğunu bəyan edib və bunun ABŞ-ın təhlükəsizlik maraqları üçün vacib olduğunu bildirib. Lakin bu ideya qrenlandiyalıların əksəriyyəti tərəfindən rədd edilib.

Cəmi 57 min nəfər əhalisi olan nəhəng ada Arktikada geosiyasi nüfuz uğrunda yarışın mərkəzindədir. Əriyən buzlaqlar onun təbii sərvətlərinə çıxışı asanlaşdırır və yeni gəmiçilik marşrutları açır. Həm Rusiya, həm də Çin regionda hərbi fəaliyyətlərini gücləndiriblər.

“İnsanlar dəyişiklik istəyirlər… Biz rifahımızı maliyyələşdirmək üçün daha çox biznes istəyirik”, Demokraatit lideri və keçmiş sənaye və mineral ehtiyatlar naziri Yens-Frederik Nielsen bildirib. “Biz sabah müstəqillik istəmirik, biz yaxşı bir təməl istəyirik,” – o, əlavə edib.

İndi Nielsen digər partiyalarla koalisiya hökuməti qurmaq üçün danışıqlar aparacaq. Hakim İnuit Ataqatigiit partiyası və onun tərəfdaşı Siumut, hər ikisi müstəqilliyə doğru tədrici keçidi dəstəkləyən partiyalar, birlikdə 36% səs qazanıb. Bu, 2021-ci ildəki 66.1%-lik nəticə ilə müqayisədə əhəmiyyətli bir geriləmədir.

“Biz seçkilərin nəticəsinə hörmət edirik,” – baş nazir Mute Egede (İnuit Ataqatigiit) Facebook paylaşımında bildirib və qarşıdan gələn koalisiya danışıqlarında hər hansı təklifləri dinləyəcəyini vurğulayıb.

Qrenlandiya keçmiş Danimarka müstəmləkəsi olub və 1953-cü ildən bəri onun ərazisi hesab olunur. 1979-cu ildə ilk parlamenti formalaşdıqdan sonra müəyyən muxtariyyət qazansa da, xarici siyasət, müdafiə və pul siyasəti hələ də Kopenhagendən idarə olunur və Danimarka Qrenlandiya iqtisadiyyatına ildə təxminən 1 milyard dollar maliyyə yardımı göstərir.

2009-cu ildə Qrenlandiya referendum yolu ilə tam müstəqillik elan etmək hüququ qazandı, lakin Danimarkanın iqtisadi dəstəyinin olmaması səbəbindən həyat səviyyəsinin aşağı düşəcəyindən narahat olaraq hələlik bu addımı atmayıb.

Arktika adasındakı 72 seçki məntəqəsindən keçirilən səsvermədə 40,500 nəfərin səsvermə hüququ var idi. Yekun seçki fəallığı haqda dərhal məlumat verilməyib.
 
Ardını oxu...
“2 aprel çox böyük gün olacaq. Hal-hazırda bizimkilər Rusiyaya gedir. İndi əsas iş Rusiyadan asılıdır.”

Bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

Bundan başqa Tramp Avropa Birliyinin ABŞ-dən öz maraqları üçün istifadə etməyə yaradıldığını deyib.

“Aİ-nin cavab olaraq əlavə rüsum tətbiq etməsinə də cavab verəcəyik.”, - o bildirib.
 
Ardını oxu...
Tacikistan və Qırğızıstan arasındakı sərhəd martın 13-də açılacaq.

İndex.az xəbər verir ki, bu barədə Tacikistan KİV-ləri xəbər verir.

Hazırda sərhəddə Soqd və Batken vilayətlərinin rayon rəhbərləri görüşür, onlar dövlət sərhədlərinin açılmasına hazırlaşırlar.

“Sərhəd keçidinin hər iki tərəfdən rəsmi açılışı iki ölkənin yüksək səviyyəli hökumət rəsmiləri və sərhəd xidməti əməkdaşlarının iştirakı ilə baş tutacaq”, – mənbə bildirib.

Bu məlumatı İsfara administrasiyası da təsdiqləyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrından münaqişə səbəbindən iki respublika arasında sərhəd bağlanıb.

Dövlət sərhədləri haqqında sazişin Bişkekdə şəxsi görüş zamanı Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rahmon və Sadır Japarov tərəfindən imzalanacağı gözlənilir. E.Rahmonun səfəri martın 12-13-də baş tutacaq.
Ardını oxu...
Ukraynada seçkilər müharibə başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra keçiriləcək.

Tribunainfo.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski deyib.

“Heç kim heç nəyi təxirə salmayacaq. Biz ilk addımlara diqqət yetirməliyik ki, sakitlik olsun”, – düyib.

Zelenski vurğulayıb ki, münaqişə bitdikdən sonra hərbi vəziyyət aradan qaldırılacaq, bundan sonra Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək.

Zelenski həmçinin bildirib ki, Rusiya ilə mümkün 30 günlük atəşkəsdən münaqişənin həlli üçün daha geniş sülh sazişinin hazırlanması naminə istifadə edilə bilər.
Ardını oxu...
Bir müddət əvvəl istefa verən Castin Trüdo hakim Liberal Partiyasının yeni lideri və Kanadanın növbəti Baş naziri ilə görüş keçirib, öz səlahiyyətlərini ona təhvil verib.

Görüş dünən Ottavada İcmalar palatasında baş tutub.

Görüşdə ən yaddaqalan an isə Trüdonun İcmalar palatasından öz kreslosu ilə birgə çıxması olub. Bu zaman o, fotoqraflara təbəssüm edərək dil çıxarıb.

Bu anın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bəziləri Trüdonu vəzifəsini yumor hissi ilə tərk etdiyinə görə təbrik etdiyi halda, digərləri onun bu davranışını tənqid ediblər.

Qeyd edək ki, Trüdo 2015-ci ildən Kanada hökumətinə rəhbərlik edib. O, yanvarın 6-da postunu tərk edəcəyini açıqlamışdı.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti