![]() |
![]() ![]() ![]() |
|
Suriyada son günlər davam edən döyüşlər nəticəsində, xüsusilə ələvilərin çox olduğu Latakiya bölgəsində 250-dən çox insan həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər Suriya İnsan Haqları Müşahidə Qrupuna istinadən məlumat yayıb.
Onlardan 162-nin mülki şəxslər olduğu bildirilib.
Şahidlərin sözlərinə görə, ələvi əhalisi arasında hazırda çox ciddi bir qorxu var və onlar öz təhlükəsizlikləri ilə bağlı narahatdırlar.
Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) isə, ən azı 225 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, bu Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra qeydə alınan ən güclü toqquşmadır.
Şiddətli qarşıdurmaların baş verdiyi Homs, Latakiya və Tartus bölgələrində komendant saatı tətbiq olunur.
Bu məqamda isə Ərdoğan Suriya məsələsində həm Amerikanın, həm də Rusiyanın planlarını dağıtdı. Bundan sonra nələr olacaq? Masaya hansı yeni plan gəlir?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.42-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Musavat.com xəbər verir ki, İlham Əliyevin 22 il əvvəl, yenicə Baş nazir təyin olunandan sonra Ərdoğanla görüşünün videosu yayılıb.
9 sentyabr 2003-cü il... Sonu Zəfərlə bitəcək 44 günlük Vətən müharibəsinə hələ 17 il var. Və böyük siyasi səhnəyə Baş nazir kimi baş rolda çıxan İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edir. O dövrdə Türkiyə Prezidenti Əhməd Necdət Sezərdir. Kosmik fiqur kimi bir şey...
Yenicə iqtidara gəlmiş AK Parti isə öz qurucu rəhbərini mürəkkəb manevrlərlə Baş nazir postuna gətirib. Ərdoğanın gənc və enerjili dövrləridir.
O zaman yenicə tanış olan Ərdoğan və İlham Əliyev birlikdə mətbuata açıqlama verirlər. Buyurun, özünüz də bu qiymətli kadrlara baxın…
İlham Əliyevin söylədiklərinə təkrar-təkrar baxaq. Nə deyir, hansı kursu bəyan edir və ən əsası, indi o söylədikləri nə yerdə, nə haldadır?..
Bu videoda diqqəti çəkən məqamlar:
Onun Türkiyə ilə daha da yaxınlaşma kursuna dair söylədikləri;
Qarabağın azad olunması proqramını gələcək fəaliyyətində əsas prioritet seçdiyini elan etməsi.
Hələ o zaman, Azərbaycanda yüksək vəzifəyə təyin olunandan cəmi 1 ay sonra (həm də prezidentliyə namizəd kimi) səsləndirdiyi bütün fikirləri olduğu kimi həyata keçirib.
Bu xronika bir daha göstərir:
İlham Əliyev söz adamıdır, verdiyi vədi yerinə yetirir
Strateji düşünərək, 20 il sonranın çağırışlarına uyğun planlar qurur.
Musavat.com ANS-in arxivindən götürülən həmin qiymətli reportajı təqdim edir.
Zəruri qeyd: Bu videoda əks olunan reportajı mərhum jurnalist, sonradan millət vəkili olan Qənirə Paşayeva hazırlayıb.
R.A.
Musavat.com
Mülki təyyarəmizin vurulmasından sonrakı bir aydan artıq müddətdə Rusiya-Azərbaycan münasibətlərində soyuqluq qismən yerini müsbət tendensiyaya verməkdədir. Son günlər bu istiqamətdə baş vermiş müsbət hadisələrdən biri Rusiyanın “Alfa Sığorta” şirkətinin təyyarə qəzası ilə bağlı sığorta ödənişlərini tam şəkildə həyata keçirməsini xatırlamaq olar. Bildirilib ki, şirkət həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb.
Bu arada Moskvada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacağı ilə bağlı Moskva hökumətinin hərəkətə keçməsi də diqqət çəkməyə bilməz. Abidə Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək. “Yeni Müsavat” qeyd edir ki, təntənəli mərasimdə Rusiya yüksək səviyyədə təmsil olunub: Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev tədbirdə iştirak və çıxış ediblər. O da faktdır ki, Rusiyanın mərkəzi telekanalları və rəsmi agentlikləri bu mövzuya xüsusi diqqət ayırıblar. “Rusiya Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir”, - Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova belə deyib. “Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq möhkəm ənənələrə və çoxillik qarşılıqlı fəaliyyətə əsaslanır. Biz mədəniyyət müəssisələrimiz və yaradıcı kollektivlərimiz arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirərək, onu daha da inkişaf etdirməyə çalışırıq”, - Lyubimova bildirib.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Novruz bayramı ərəfəsi Azərbaycana səfər edəcəyi xəbəri də bu qəbildəndir. Çünki məlum qəzadan sonra Matviyenko Azərbaycana səfər edəcək ən yüksək vəzifəli şəxs olacaq. Məlumata görə, Rusiya parlamentinin yuxarı palatasının sədri, ölkənin siyasi iyerarxiyasında təmsil olunan Matviyenko Bakıda Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparacaq. Matviyenko Rusiyanın təcrübəli dövlət xadimlərindən biridir, 2011-ci ildən də Rusiya Federasiya Şurasının sədridir. Matviyenkonun Azərbaycanla münasibətləri hər zaman normal olub və güman ki, onun gözlənilən səfəri də münasibətlərdəki soyuqluğu aradan qaldırmağa köməyi olacaq.
Doğrudur, onun İrəvana da səfəri nəzərdə tutulub. Hətta bu gediş “Rusiya-Ermənistan münasibətlərinin inkişafına təkan vermək məqsədi daşıyır”, - deyə xarakterizə olunub. Habelə, Federasiya Şurasının sədrinin Türkiyə səfərini qeyd etmək olar. Lakin bu siyasi marşruta baxmayaraq, Matviyenkonun Azərbaycana gəlişi xüsusi əhəmiyyətə malikdir. Yuxarıda da deyildiyi kimi, mülki təyyarənin vurulmasından sonra Rusiyadan ölkəmizə gələn ən yüksək ranqlı rəsmi şəxs olacaq. Buna qədər də bəzi addımların atılması müşahidə edilirdi. Misal üçün, Çeçenistan liderinin təyyarədə rəşadət göstərənləri təltif etməsindən, rəsmi Moskva adından danışan Mariya Zaxarovanın və Kreml sözçüsü Dmitri Peskovun yumşaq diplomatiya ritorikasından hiss olunurdu ki, Rusiya Azərbaycanla yaranmış gərginliyi daha da dərinləşdirməyə həvəsli görünmür. Sözsüz ki, Bakının tələbləri qalır - Rusiyanın özünün təzminat ödəməsi və atəş açanların, əmri verənlərin məsuliyyətə cəlb edilməsi. Lakin bu tələblərdən ziyadə sadalanan addımların atılması göstərir ki, Moskva Bakı ilə “buzları əridir”. Matviyenkonun səfərinin isə münasibətlərdə nə kimi təsir oyadacağı növbəti addımlarda bilinəcək.
Münasibətlərdə gərginliyin əlamətlərindən biri də Rusiyaya məxsus informasiya-mədəniyyət mərkəzi - Azərbaycandakı “Rossotrudniçestvo” nümayəndəliyi olan “Rus evi”nin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi və Azərbaycanın qanunvericiliyini pozduğu barədə Rusiya tərəfi məlumatlandırıldıqdan sonra, 3 fevral 2025-ci ildə Rusiya tərəfinə “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı nota göndərilməsi idi. Daha sonra “Rossiya Seqodnya” (Sputnik) agentliyinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər. Bundan əlavə, Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də “xor”a qoşulmuşdular. Son bir aydan artıq müddətdə isə Rusiya rəsmiləri loyal bəyanatlar verməklə diqqət çəkirdilər.
Elşad Musayev
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayev “Yeni Müsavat”a dedi ki, Azərbaycan təyyarəsinin vurulmasından dövlət rəhbərliyinin və ictimaiyyətin mövqeyi qətiyyətli, haqlı idi. Deputatın sözlərinə görə, Azərbaycan kompensasiya ödənilməsini, günahkarların cəzalandırılmasını tələb edib: “Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi. Ancaq geri çəkilmədik və haqlı mövqeyimizi müdafiə etdik. Bizim Rusiya ilə gərginlikdə heç zaman marağımız olmayıb. Sadəcə, problemin üzərinə getdik. İndi isə Matviyenkonun səfəri və digər addımların atılması ondan irəli gəlir ki, Rusiya Azərbaycanla gərginliyin dərinləşməsində maraqlı deyil. Bunun da bir sıra siyasi-iqtisadi səbəbləri var. Bunun davamını gözləyirik və təyyarəni vuranların məsuliyyətə cəlb edilməsi mütləqdir”. E.Musayev bildirdi ki, Azərbaycan-Rusiya əlaqələrində təyyarənin vurulmasına qədər dinamik inkişaf müşahidə edilirdi, indi bu əlaqələrin qaldığı yerdən davam etməsi üçün rəsmi Moskva tələbləri tam icra etməlidir.
Arzuxan Əlizadə
Deputat Arzuxan Əlizadə də “Yeni Müsavat”a bildirdi ki, iki ölkə arasında gərginliyin ən pik dövründə belə Rusiyanın Azərbaycana yönəlik bəzi jestlər edəcəyini proqnozlaşdırmışdı: “Çünki Rusiya Qərblə müharibə vəziyyətindədir. Hazırkı şəraitin nə zaman normallaşacağı qeyri-müəyyəndir. Ukraynada gedən müharibə Avropa ilə Rusiyanın əlaqələrini pozub. Bu kontekstdə Türkiyə və Azərbaycan Rusiya üçün nəfəslik rolu oynayır. Rusiya da heç zaman bu nəfəsliyi bağlamaq istəməz. Ona görə də münasibətlərdə yumşalmaya gedəcəyi gözlənilən idi”. Deputat əlavə etdi ki, Azərbaycanın haqlı tələbləri gec-tez yerinə yetirilməlidir: “Ona görə həm Matviyenkonun səfəri, həm sığorta ödənişi, həm mərhum Heydər Əliyevə Moskvada abidə qoyulması Rusiyanın əlaqələri yumşaltmaq istiqamətində atdığı addımların bir hissəsidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Türkiyə və Azərbaycandan güc və birlik mesajı – “Biz sülh, inkişaf və tərəqqi istəyirik!”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün ardından tarixi paylaşım edib. Ərdoğan qardaş ölkənin liderini Türkiyədə qəbul etməkdən böyük məmnuniyyət duyduğunu bildirərək, Bakı və Ankaranın sarsılmaz birliyinin hər sahədə gücləndiyini vurğulayıb.
Ərdoğan paylaşımında “Bir millət, iki dövlət” ifadəsinin təkcə bir şüar olmadığını, bu qardaşlığın hərbi, iqtisadi və enerji sahələrində möhtəşəm layihələrlə gerçəkliyə çevrildiyini qeyd edib.
“Biz ticarətdən müdafiəyə, xüsusilə enerji sektorunda bir çox strateji layihələrə imza ataraq əlaqələrimizi daha da möhkəmləndiririk. Gələcəyə birlikdə addımlayırıq.”
Türkiyə lideri bəyan edib ki, Ankara və Bakı bölgədə sabitliyin, sülhün və rifahın qarantıdır:
“Türkiyə-Azərbaycan barışın, huzurun, rifahın tərəfdarıdır. Biz bölgədə yalnız sülh, əməkdaşlıq və birlik istəyirik. İnşallah, bundan sonra da regional sabitlik və inkişaf naminə bütün addımları birlikdə atacağıq.”
Bu möhtəşəm mesaj, Azərbaycanın və Türkiyənin bölgədəki rolunun gücləndiyini və sarsılmaz qardaşlığın yeni zirvələrə yüksəldiyini bir daha sübut edir.
Musavat.com