Ardını oxu...
Avropa İttifaqının Ali Nümayəndəsi Kaia Kallas Macarıstanın ikitərəfli məsələləri əsas gətirərək Ukraynanın Aİ-yə inteqrasiya prosesinə maneə yaratmasını tənqid edib.

"Bizimxeber" bildirir ki, estoniyalı diplomat bu barədə “Ukrinform”a verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Ukraynanın Macarıstanla danışıqlar apararaq ikitərəfli məsələləri həll etməsi müsbət haldır, lakin bu problemlər namizəd ölkənin islahat proqramını yerinə yetirməsinə baxmayaraq Aİ-yə inteqrasiyasına əngəl yaratmamalıdır.

“Əgər bir ölkə Aİ-nin tələb etdiyi islahatları yerinə yetiribsə, ikitərəfli məsələlər bu prosesə mane olmamalıdır”, – Kallas bildirib.

O, həmçinin Aİ-nin qərar qəbuletmə mexanizmlərinin dəyişdirilməsinin zəruriliyini vurğulayıb: “Əgər 26 dövlət lehinə, bir dövlət əleyhinədirsə, bu, qalan ölkələri girov saxlamaq demək olmamalıdır”.

Kallasın bu çıxışı, Macarıstanın Ukraynanın Aİ-yə inteqrasiya yolunda tez-tez veto hüququndan istifadə etməsi fonunda səslənib. Xüsusilə Macarıstan Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin Budapeşt hökumətini dəyişdirməyə çalışdığını iddia edərək, gərginliyi daha da artırıb.
 

Ardını oxu...
 

Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə səfər edib.

Musavat.com xəbər verir ki, məlumatı DPA agentliyi yayıb.

Bildirilir ki, siyasətçilər Polşanın baş naziri Donald Tusk ilə birlikdə mayın 10-da Vladimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Onların Ukraynaya gələcək dəstək məsələlərini müzakirə edəcəyi gözlənilir. Birgə bəyanatda onlar ABŞ prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəkləyiblər. Onlar hesab edirlər ki, bu, “ədalətli və davamlı sülh haqqında müzakirələr üçün əsas yaratmalıdır”.

Mayın 8-də Merz Trampla telefon danışığı aparıb. Mayın 9-da Almaniya kansleri Aİ və NATO-nun Brüsseldəki missiyalarına baş çəkib. Qatarla Kiyevə yola düşməzdən əvvəl o, Ukrayna ilə sərhədə yaxın Polşa hava limanında Makron, Starmer və Tusk ilə növbəti görüş keçirib.

Musavat.com

Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp gələn həftə Yaxın Şərqə edəcəyi səfər zamanı Rusiya lideri Vladimir Putinlə görüş planlaşdırmır.

Referans xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt brifinq zamanı açıqlama verib. Onun sözlərinə görə, Tramp Putinlə görüş məsələsinə artıq aydınlıq gətirib.

“Prezident dünən bu suala cavab verdi: bu baş verməyəcək”, – deyə Livitt bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Putinin mayın ortalarında Yaxın Şərqə səfər planının olmadığını bildirib.

Xatırladaq ki, Tramp ötən ay Putinə görüş təklifi göndərdiyini və bu görüşün Yaxın Şərq səfərindən dərhal sonra baş tuta biləcəyini istisna etmədiyini demişdi. Onun mayın 12-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi gözlənilir./globalinfo.az
 
Ardını oxu...
İran ABŞ ilə əvvəllər təxirə salınmış nüvə danışıqlarının dördüncü raundunu Omanda keçirməyə razılaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, bu məlumatı İranın danışıqlar qrupunun üzvü təsdiqləyib.

İran və ABŞ nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda baş tutacaq.
 
Ardını oxu...
ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasına Çinin yardım edə biləcəyini deyib.

Tribunainfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. O, Çin tərəfinin bu məsələdə vasitəçilik etməsinin mümkünlüyünü bildirib və ümidvar olduğunu vurğulayıb.

“Əgər biz döyüşləri dayandıra bilsək, bu, böyük uğur olacaq. Bu istiqamətdə çox çalışırıq və düşünürəm ki, sülhə yaxınıq”, – deyə Tramp qeyd edib.
 
 
 
Ardını oxu...
Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə olunsa da, tərəflər yekun sazişlə bağlı masaya oturmayıblar. Son günlərdə isə ümumiyyətlə tərəflər arasında sülh müzakirələrinin səngidiyi, görüşlərin əvvəlki intensivlikdə olmadığı müşahidə olunur. Hansısa müddəa üzərində danışıqların getmədiyi görüntüsü yaranır.

Ancaq ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, müzakirələr aktiv şəkildə davam edir. Simonyan tərəflərin müstəqil şəkildə 17 bəndi razılaşdırmağa nail olduqlarını xatırladıb və prosesin tamamlanacağına ümid etdiyini bildirib. Həmçinin, qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur: "Proses davam edir, indi onun hansı sahələrdə davam edəcəyi müzakirə olunur. Lakin birmənalı olaraq o, Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Almatı Bəyannaməsi əsasında baş verəcək". O, Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndi yaxınlığındakı sərhəd sahəsi razılaşmasını "böyük qələbə" adlandırıb: "Bu sahənin delimitasiyası sayəsində biz Ermənistanın müstəqilliyinin əsaslarından birini əldə etdik. Bura iki tərəfin də tanıdığı sərhəddir. Orada sərhədçilər dayanır və delimitasiya aparılmayan sahələrə nisbətən daha təhlükəsizdir". Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan da yeni Konstitusiya layihəsinin mətninin işlənmə mərhələsində olduğunu açıqlayıb. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılması məsələsinə gəlincə, nazir bildirib ki, mətnin hazır hissəsini yaxın vaxtlarda Konstitusiya Şurasının üzvləri ilə müzakirə edəcəklər.

Sülh müzakirələrini "Sherg.az"a dəyərləndirən Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib ki, həm Ermənistan, həm də Azərbaycan tərəfindən danışıqların dayanmadığı, davam etdiyi barədə məlumatlar verilir. Professorun sözlərinə görə, heç şübhəsiz, aparılan danışıqların, davam edən prosesin müəyyən nəticəsi olmalıdır:

"Hazırda sülh danışıqları prosesi ilə yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası prosesi də gedir. Ermənistan parlamentinin rəhbəri A.Simonyanın açıqlamaları buna dəlalət edir. Simonyan Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin getdiyini vurğuladı. Ancaq sülh müqaviləsinin imzalanması istiqamətində hələlik bir dayanma, tormozlanma hiss olunmaqdadır. Ermənistan tərəfi Azərbaycanın demək olar ki, əksər tələbini qəbul etsə də, hələ qəbul olunmayan iki əsas tələbimiz var. Onlardan biri Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarla bağlı müddəanın çıxarılması, Konstitusiyada Müstəqillik Aktına istinadın aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Minsk qrupunun öz fəaliyyətini dayandırması üçün müraciət həm Ermənistan, həm də Azərbaycan tərəfindən eyni vaxtda edilməlidir. Bu iki tələblə bağlı İrəvan konkret addımlar atmayıb, amma digər məsələlərlə bağlı az da olsa irəliləyişlər var".
Ə.İbrahimov düşünür ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisindən sonra Konstitusiyada dəyişiklik edilməsinin şahidi olacağıq: "2026-cı ildəki seçkilərdən sonra sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı barədə qəti proqnoz vermək mümkündür. Fikrimcə, Ermənistan hökuməti indiki şəraitdə, seçkilər ərəfəsində bu məsələyə yaxın durmayacaq. Yəni Konstitusiyada dəyişiklik edilməsinə getməyəcək. Məhz o səbəbdən sülh sazişinin 2026-cı ildən sonra imzalanması mümkün ehtimaldır. Azərbaycan haqlı olaraq Konstitusiyada yer alan ərazi iddialarını sülhə əsas maneələrdən biri sayır. Ermənistan Konstitusiyasında dəyişiklik olmazsa, istənilən vaxt hakimiyyət dəyişikliyi nəticəsində yenidən Azərbaycan ərazilərinə iddialar başlaya bilər. Danışıqların sürətinin aşağı olmasına baxmayaraq, prosesin ümumən davam etdirilməsi inam yaradır ki, gələcəkdə, hardasa iki ildən sonra sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atılacaq. Nəzərə alaq ki, regionda və qlobal səviyyədə baş verən hadisələrin də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına ciddi təsirləri danılmazdır".
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb.

TNS TASS-a istinadən xəbər verir ki, Rusiya-Çin yüksək səviyyəli danışıqları ümumilikdə təxminən 7,5 saat davam edib.

Putin və Si Cinpin mətbuat qarşısına çıxıblar və təntənəli şəraitdə iki birgə bəyanat imzalayıblar. Nümayəndə heyətləri həmçinin dövlətlərarası saziş daxil olmaqla sənədlər paketinə imza atıblar.

Çin lideri təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan, eləcə də çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi söhbətdən sonra Kremlin binasını tərk edib.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Rusiyada dörd günlük rəsmi səfərdədir.
 
Ardını oxu...
Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çinin Sədri Si Cinpin arasında görüş başlayıb.
Məlumata görə, Çin lideri cümə axşamı gününün çox hissəsini rusiyalı həmkarı ilə danışıqlarda keçirəcək, cümə günü isə Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak edəcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir qədər əvvəl dediyi kimi, Putin və Si Cinpinin danışıqları Çin nümayəndə heyətinin sayına görə, prinsipcə, həm də kifayət qədər izdihamlı olacaq dar formatda başlayıb.
Eyni zamanda Si Cinpin Kremldə deyib ki, Çin İkinci Dünya müharibəsi tarixi ilə bağlı həqiqəti müdafiə etmək üçün Rusiya ilə işləməyə hazırdır.
“Birtərəfli hərəkətlərin və zorakı diktələrin mənfi tendensiyası altında Çin İkinci Dünya müharibəsinin tarixi ilə bağlı həqiqətləri müdafiə etmək vəzifəsi və cəsarət hissi ilə böyük dünya dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya ilə birlikdə xüsusi məsuliyyət daşımağa hazırdır”, - Çin dövlət başçısı bildirib.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Kreml uzun müddətdir ki, Çinin dəstəyini almaq üçün əlindən gələn hər şeyi edir:

"Çin Ukrayna savaşında formal olaraq Rusiyanın yanında yer alsa da, lakin birbaşa heç bir müdaxilə göstərmədi. Çünki Kremlin savaş hədəflərinin məsuliyyətini öz üzərinə götürmək, bu dövlətin problemlərini bölüşmək niyyətində deyil. Ona görə də Rəsmi Pekin Ukrayna savaşına münasibətdə mümkün qədər tərəfsiz mövqe tutmağa və Rusiya ilə məsafə saxlamağa çalışır. Son bir neçə ayda Rusiya hesab edirdi ki, artıq Çinə ehtiyac qalmaya bilər. Çünki Vaşinqton və Moskva arasında müəyyən yaxınlaşmalar müşahidə olunurdu. Hətta ABŞ-nin davamlı güzəştləri Kremldə şirniklənmə əhval-ruhiyyəsi də yaratmışdı. Ona görə də Rusiya rəsmiləri Ukrayna müharibəsinin dayandırılması ilə bağlı prosesdə daha çox Kremlin mövqeyinə uyğun şərtləri sərtləşdirərək ön plana çıxarırdı. Bu baxımdan ABŞ və Rusiya arasında münaqişə barədə ciddi ziddiyyətlər yaranıb. Donald Tramp münaqişənin sülh prosesi ilə yekunlaşdırılması qarşısında Putini əsas əngəl olaraq gördüyünü bəyan edib. Bu da onu göstərir ki, ABŞ-Rusiya münasibətlərində yaxın vaxtlarda ciddi gərginlik və qarşıdurmalar yarana bilər. Belə bir situasiyada Vaşinqtonla problemləri olan Çinin Rusiya ilə danışıqlara başlaması Kreml üçün böyük əhəmiyyət daşıyır. Həmçinin Rusiya yenidən Çinə, onun dəstəyinə ehtiyac duymağa başlayır".

Politoloq vurğulayıb ki, Putin və Si Cinpin görüşündə qlobal iqtisadi-ticari savaşıa bağlı məsələlər ciddi şəkildə müzakirə olunacaq:
"Üstəlik, Rusiya və Çinin ABŞ-a qarşı ortaq mövqedən çıxış etməsinin vacibliyi Kreml tərəfindən qabardılacaq. Təsadüfi deyil ki, Pekinin də bu məsələdə maraqları var. Amma Çin ABŞ ilə situasiyanı həddindən artıq gərginləşdirmək istəmir. Ümumiyyətlə Kremlə keçirilən görüş gələcəyə yönəlik strateji problemlərin və hədəflərin müzakirə olunması ilə diqqəti çəkəcək. Lakin orta və uzaq perspektiv üçün Rus və Çin arasında prinsipial anlaşmaların əldə edilməsi ehtimalı yüksək deyil".
 

Ardını oxu...
 

ABŞ “Tiflis kartı”na üz tutur; sabiq deputat: “Birləşmiş Ştatlar Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri artıracaq”

ABŞ-da son 50 ildə ilk dəfə eyni şəxs həm ölkə diplomatiyasına, həm də təhlükəsizliyinə rəhbərlik edəcək.

“Politico”nun xəbərinə görə, Ağ Evin üç yüksək rütbəli məmuru Marko Rubionun ən azı 6 ay həm dövlət katibi, həm də milli təhlükəsizlik üzrə müşavir vəzifələrində çalışacağını bildirib.

Mənbələrə görə, prezident Donald Trampın bir neçə müşaviri Rubionun hər iki vəzifəni daimi əsasda tutmasında maraqlıdır. Onlardan biri qeyd edib ki, məmurun bu yaxınlarda təyinatı müvəqqəti tədbir kimi görünmür.

“Politico” hesab edir ki, bu təyinat Trampın 2016-cı il praymerizlərindəki keçmiş rəqibi Marko Rubio üçün əhəmiyyətli təkan olub. O vaxt Rubio Trampa şəxsi müstəvidə kəskin hücumlar etmişdi...

Deyirlər, siyasətdə daimi dostlar yox, daimi maraqlar olur. Rubio Trampın etibarını nə dərəcədə doğruldacaq? İki strateji postu eyni şəxsin tutması konkret olaraq Güney Qafqaza, Azərbaycana, Azərbaycan-Ermənistan danışıqlarına nə vəd edir?

Ardını oxu...

Sona Əliyeva

Keçmiş millət vəkili Sona Əliyeva Tramp administrasiyasının gələcəkdə gözlənilə biləcək siyasətindən söz açdı: “Marko Rubionun yarım il ərzində həm dövlət katibi, həm də milli təhlükəsizlik müşaviri kimi fəaliyyət göstərməsi ilə bağlı yayılan xəbərlərə dair deyə bilərik ki, əgər bu baş verərsə, o zaman Tramp administrasiyası daha sxematik və funksional fəaliyyət göstərəcək. Yəni Tramp Amerikası qarşıdakı dörd il ərzində geosiyasi strateji xətti vahid əldə cəmləşdirmək, bununla da mobilliyi və operativliyi artırmaq niyyətindədir. Eyni zamanda Amerika üçün taleyüklü məsələlərlə bağlı məxfi məlumatların qorunma radiusunu bir qədər məhdudlaşdırmaq istəyirlər. Hadisələrin axarı onu göstərir ki, qarşıdakı dörd il ərzində Tramp Amerikası bütün regional savaşları bitirərək diqqəti Çinə yönəltmək və bu istiqamətdə fəaliyyətdə qeyd-şərtsiz baş aktor olmağa çalışır. Marko Rubio qarşıdakı altı ay ərzində Orta Asiyaya fokuslanmağa cəhd göstərəcək. Oradakı dövlətləri Çinin iqtisadi asılılığından qorumaq və türk ölkələrini buna inandırmaq üçün "Şərqi Türküstana müstəqillik kartı"nı işə salacaq. Eyni zamanda Türkiyədən Orta Asiyaya uzanan və Zəngəzur dəhlizini də içərisinə alan bir yolun işləkliyini və intensivliyini artırmaq üçün Anadoluya və Güney Qafqaza səfərlər edəcək.  Yəni Tramp Amerikasından gözlənilən siyasi xətt budur. Güney Qafqazda hələlik bir qədər arxa planda qalacaq ölkə Gürcüstandır. Vaşinqton “Tiflis kartı”nı hər zaman Moskvaya qarşı istifadə edib. Hələlik Birləşmiş Ştatlar Rusiyaya qarşı genişmiqyaslı həmlələr baxımından  “taym-aut” götürüb. Çox güman ki, gələcək perspektivləri nəzərə alaraq Birləşmiş Ştatlar yuxarıda sadalanan amilləri nəzərə alaraq Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqləri artıracaq. Eyni zamanda İran məsələsi də ABŞ üçün aktual və açıq qalan məsələdir. İran məsələsində də Ermənistanın platsdarm rolunu oynaması ehtimalı az deyil. Bir sözlə, qarşıdakı altı ay ərzində Rubionun Güney Qafqaz dəftəri bir çox punktlarla zəngin olacaq".

Ardını oxu...

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, ABŞ Prezidentinin Milli Təhlikəsizlik Məsələləri üzrə müşaviri olmuş Maykl Uoults kifayət qədər ciddi siyasətçidir və respublikaçılar arasında böyük nüfuzu var: “Onun istefaya getməsinin əsas səbəbini Ağ Ev rəsmilərinin məxfi məsələləri müzakirə etdikləri internet qrupuna səhvən Demokratlara yaxın bir jurnalisti əlavə etməsi ilə əlaqələndirsələr də, hesab edirəm ki, əsas səbəb bu deyil. O, Respublikaçıların "şahin" qanadına malik bir siyasətçidir. Çox zaman da fikirlərini, düşündüklərini açıq söyləyən birisidir. Eyni zamanda indiyədək ölkə prezidenti olmaqla bağlı iddiaları da olmayıb. Görünür, hazırda vəziyyət o haldadır ki, onun digər sahədə fəaliyyəti daha məqsədəuyğun hesab olunub və özü də bununla razılaşıb. Marko Rubio isə prezidentliyə iddiası olmuş və bu gün də o fikrindən geri çəkilməmiş bir siyasətçidir. Hazırda həm də milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini ilkin olaraq 6 aylıq daşıması onun bu istiqamətdə karyerasına ciddi təkan verə biləcək bir hadisədir. Növbəti prezident seçkilərində Tramp namizəd olmayacağı halda vitse-prezident Vensin namizəd olacağı ilə bağlı fikirlər dolaşırdı. Amma o da artıq sirr deyil ki, onun prezident olması ilə bağlı Respublikaçıların yüksək eşelonunda fərqli düşünənlər var. Hazırda iki vəzifəni daşımaqla və bunu layiqincə yerinə yetirəcəyi halda Marko Rubionun namizəd olacağı perspektivi daha şanslı görünür. Amma bu, Donald Trampın istəyindən asılı bir məsələ olacaq. 6 aydan sonra yeni müşavir təyin edə də bilər, müddəti uzada da bilər. Belə görünür ki, bu cür ssenarinin olması Trampı da qane edir. Rubionun zamanında Trampla rəqib olması, hətta ona hücumlar etməsi belə bir ssenarinin olması ehtimallarını arxa plana atmır. Sonunda Rubio Donald Trampın müəyyənləşdirdiyi xətt üzrə fəaliyyət göstərəcəyi ilə dövlət katibi təyin olunanda razılaşıb. Digər tərəfdən, təcrübə göstərir ki, vaxtilə rəqib olan siyasətçilər sonradan eyni hədəflər uğrunda birgə mübarizə aparıblar. Düşünürəm ki, Marko Rubioya Donald Tramp inanır, iki vəzifəni daşımaqla onun səlahiyyətlərinin və nüfuzunun artmasından çəkinmir. O səbəbdən Rubio Cənubi Qafqazla bağlı Trampın siyasətini həyata keçirtməklə məşğul olacaq. Bu isə eyni zamanda Rusiya-Ukrayna məsələsinə yanaşmadan asılı olacaq. Bu siyasət hansı istiqamətdə olursa-olsun nəticədə Trampın müəyyənləşdirəcəyi siyasət olacaq. Hesab edirəm ki, fors-major hadisələr baş verməsə, böyük ehtimalla indiyədək olan yanaşmadan ciddi fərqlənəcək bir münasibətin şahidi olmayacağıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Ardını oxu...
Sabah Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək.

Bu barədə İsrailin “Kan” nəşri məlumat yayıb.

Görüşdə Təl-Əviv Suriya sərhədi yaxınlığında İsrail üçün təhlükə yaradan silahlı birləşmələrin çıxarılması, eləcə də Suriya ərazisində strateji silahların yerləşdirilməmsi məsələsini müzakirə etmək istəyir.

Qeyd edək ki, bir müddət öncə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılmışdı.

Lakin bu səfər regionda, xüsusilə Qəzza zolağında genişlənən hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb.

Xatırladaq ki, aprelin 9-da da Azərbaycanda Türkiyə və İsrail arasında görüş baş tutub
 

Dünyapress TV

Xəbər lenti