b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_ac71c73b890672a189e461e0be68e37f.jpg
  

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır.

100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdir.

Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır.

Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın, və davamlı inkişafın təşviqinə daim sadiqik.

Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.

Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!

Azərbaycana hər zaman güvənə bilərsiniz!".

 
 
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib
25 Aprel 2025 İlham Əliyev Firidun Sinirlioğlunu qəbul etdiFOTO
25 Aprel 2025 Yerdən göyə qədər tərəfdaşlıq... - Azərbaycan Çinlə necə və nədə anlaşdı?
25 Aprel 2025 Mühüm səfərin pərdəarxası: Pezeşkiandan sonra Netanyahu Bakıya gəlir? - NƏ BAŞ VERİR?
24 Aprel 2025 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində
24 Aprel 2025 TÜRK BİRLİYİ ARXA PLANA KEÇİR? - Türkiyə, Pakistan, Azərbaycan ittifaqı YENİDƏN GÜNDƏMDƏ...
23 Aprel 2025 Azərbaycanla Çin arasında mühüm sənədlər imzalandı
23 Aprel 2025 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi oldu
23 Aprel 2025 Şahbaz Şərif Türkiyədə - Ərdoğanla görüşdü
23 Aprel 2025 Kaya Kallas Azərbaycana səfər edəcək
23 Aprel 2025 Bakının “düşməni” bu dəfə İsraili qəzəbləndirdi – Milyonlarla müsəlmana görə…
22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"

Dünyapress TV

Xəbər lenti