Ardını oxu...
“Amerika Birləşmiş Ştatları Çinlə ticarət sazişi bağlamaq istəyir və onun razılaşa biləcəyinə əmindir”.
“Report” xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp bildirib.

“Görək Çinlə işlər necə gedir. Biz razılaşmaq istərdik. Əminəm ki, biz əla anlaşacağıq. Mən Çin Xalq Respublikasının Sədri Si Cinpinə böyük hörmətlə yanaşıram, o, uzun müddətdir mənim dostumdur və inanıram ki, biz ölkələrimiz üçün yaxşı olacaq addımlar atacıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb.

Rəsmi Pekin isə ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, ABŞ-ın daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib.

Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.
 
Ardını oxu...
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Lavrovun aprelin 12-si tarixində Türkiyəni ziyarət edəcək.
Səfər zamanı 4-cü Antalya Diplomatiya Forumuna qatılacaq Lavrov burada bəyanatlar verəcək, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Zaxarova səfərin Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutacağını da bildirib. O, Lavrovun ikili görüşlərində Orta Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Xəzər dənizi regionlarındakı inkişafla yanaşı, müəyyən dövlətlərlə əlaqələrin aktual məsələləri də daxil olmaqla, qlobal gündəmdəki əsas mövzuları müzakirə edəcəyini vurğulayıb.
 
Ardını oxu...
ABŞ-nin tarif siyasəti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) əsas qaydalarını pozur.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.

"Bu, Vaşinqtonun artıq beynəlxalq ticarət qanunlarına riayət etmək istəmədiyini göstərir. ABŞ birtərəfli tarif proteksionizminə üstünlük verdi. Qlobal iqtisadiyyatın artım tempinin yavaşlamasına və istehlakın azalmasına səbəb olan hər hansı bir amil bir çox qlobal proseslərə mənfi təsir göstərir. Dünyanın iki ən böyük iqtisadiyyatına gəlincə, vəziyyət daha da narahatedici olur", - deyə o qeyd edib.
 
Ardını oxu...
  

“İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor yəhudi dövlətinə sabitlik gətirməyəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İsrail öz xarici siyasətində daha məsuliyyətli olmalıdır:

“Seçdiyi strategiya - xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək. Ola bilsin ki, onun həyata keçirdiyi təxribatlar hansısa taktiki məsələləri həll etsin, amma strateji müstəvidə dəyən ziyan bundan qat-qat ciddi olacaq”.

Fidanın fikrincə, İsraildə iki əsas siyasi istiqamət var. Belə ki, birincinin tərəfdarları region ölkələri ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa, ikincisi isə qonşularını zəiflədərək yəhudi dövlətinin təhlükəsizliyini qorumağa çalışır.

“İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu da məhz bu ikinci siyasi istiqamətə aiddir. Biz bu taktikanın əvvəllər dəfələrlə istifadə edildiyini görmüşük və heç vaxt İsrailin özünün və ya bütün regionun xeyrinə olmayıb, lakin bir çox problemlərə səbəb olub”.

Ardını oxu...
“Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, komissiyanın funksiyalarına aşağıdakı bənd əlavə olunub:

- dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin layihələrinə rəy bildirir.

Bununla yanaşı, İdarələrarası Komissiyanın sədrinin vəzifələri artırılaraq aşağıdakı kimi təsnif edilib:

"İdarələrarası Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

İdarələrarası Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;

İdarələrarası Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

İdarələrarası Komissiyanın qərarlarını, iclas protokollarını və İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

İdarələrarası Komissiyaya daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;

İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;

müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri analitik-tədqiqat işlərinin aparılması üçün cəlb edir;

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Katibliyin rəhbərini, Katiblik rəhbərinin təqdimatı əsasında Katibliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

Katibliyin fəaliyyətinə nəzarət edir;

işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, fərqlənən işçiləri İdarələrarası Komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;

qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir".

Bununla yanaşı, Əsasnamənin 9-cu hissəsi də yenilənib:

"İdarələrarası Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir.

Növbədənkənar iclaslar İdarələrarası Komissiya sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.

İdarələrarası Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri yazılı surətdə təqdim edilə bilər.

İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, İdarələrarası Komissiya sədrinin səsi həlledici hesab edilir.

İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir". Musavat.com
Ardını oxu...
“Ukrayna ərazisinə gündəlik hücumları ilə Rusiya ABŞ ilə başladığı danışıqların effektliyində maraqlı olmadığını göstərir”.

Bunu aprelin 7-də Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının mətbuat katibi Anitta Hipper bildirib.

“Rusiyanın hər gün nümayiş etdirdiyi hərəkətlərdən, o cümlədən 9-u uşaq olmaqla azı 20 mülki şəxsin ölümünə səbəb olan son hücumlardan söhbət gedəndə, Rusiya danışıqlara tamamilə hörmətsizliyini göstərir. Rusiya hər gün onlara heç bir marağı olmadığını nümayiş etdirir”, - deyə Hipper vurğulayıb.

Onun sözlərinə görə, daimi və hərtərəfli sülh əldə etmək üçün atəşkəsi təmin etmək həqiqətən çox vacibdir: “Ancaq məsələ Putinə aid olanda və onun qanlı hücumlarını hər gün görəndə sadəlövh ola bilmərik”.

Avropa Komissiyasının sözçüsü bildirib ki, sülh danışıqlarının nəticəsi daha güclü Ukrayna olmalıdır, çünki Putin zəifliyə hörmət etmir. 

“Ona görə də biz Ukraynanı güclü mövqeyə qoymalıyıq. Məhz buna görə də bu münasibətdə biz müdafiə dəstəyimizi və bununla bağlı imkanlarımızı artırmaq öhdəliyi götürmüşük”, - deyə Anitta Hipper söyləyib.

Xatırladaq ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Ukraynanın mülki əhalisinə zərbə endirməklə danışıqlar təkliflərini ələ salır.

Qərbin Ukraynadakı bir sıra səfirlikləri aprelin 6-da Krivoy Roqda həlak olan mülki şəxslərin, o cümlədən 9 uşağın xatirəsinə bayraqlarını endiriblər.
Ardını oxu...
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.

Bu barədə “Halk TV” məlumat yayıb.

“CHP-nin <…> təşkil etdiyi 21-ci Fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı. Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi”, – məlumatda bildirilib.
 
Ardını oxu...
Namiq Bilal

ABŞ-nin İranla bağlı planlarında iki prioritet məsələ var. Bunlardan birincisi İslam Respublikasının nüvə potensialının məhv edilməsidir. Burda Ağ Evin geri addım atması mümkünsüzdür. İkinci prioritet məsələ isə molla rejiminin ayaqda saxlanmasıdır.

İlk baxışda ziddiyyətli görünür. Lakin ABŞ-nin və onun yanındakı İsrailin bu günə qədər reallaşdırdıqları Böyük Orta Doğu siyasəti ziddiyyətli kimi görünən bu iki xəttin yan-yana aparılmasıdır. Yol xeyli uzun oldu, amma sonuna yaxınlaşılır. Çoxdan gözlənilən qaynar hesablaşma gününün doğuracağı nəticələri hesablamaq üçün tərəflərin hansı qırmızı xəttlərinin olduğunu araşdırmağa çalışaq.

ABŞ - İsrail cütlüyü üçün qırmızı xətt İranın nüvə silahına sahib olmasıdır. Buna əsla imkan verməyəcəklər. İranın nüvə silahına sahib olması Birləşmiş Ştatların on illər boyunca qurduğu Böyük Orta Doğu arxitekturasını və İsrailin təhlükəsizliyi məsələsini darmadağın edərdi. İran atom bombası yaradacaqsa, Türkiyə və Səudiyyə Ərabistanı da avtomatik olaraq nüvə silahı əldə edəcəklər. Bir anlığa təsəvvür edək: İranın, Türkiyənin və Səudiyyə Ərabistanının əlində atom bombası var. Belə şəraitdə ABŞ - İsrail tandeminin Orta Doğudakı strateji üstünlüyündən söhbət belə gedə bilməz.

Yuxarıda deyildiyi kimi, ABŞ üçün İranla bağlı ikinci prioritet məsələ fars-molla rejiminin hakimiyyətdə qalmasıdır. Birləşmiş Ştatlar üçün fars rejimli İran iki mühüm funksiyanı yerinə yetirib. Bunlardan birincisi məzhəb düşmənçiliyi və İran - İsrail düşmənçiliyi üzərində qurulmuş idarə olunan konfliktlərdir. Bu kontrollu konfliktlər vasitəsi ilə Ağ Ev Böyük Orta Doğunu on illər boyunca bölüb və öz nəzarətində saxlayıb. İkinci mühüm funksiya isə odur ki, fars rejimli İran böyük Türk dünyasına qarşı ˝protivoves˝ rolunu oynayır. Türk dünyasını buxovlamaq üçün Qərb bu funksiyadan əsrlər boyu yararlanıb.

Qayıdaq molla rejiminin ABŞ ilə münasibətlərindəki qırmızı cizgiyə. Rəsmi Tehranın ən böyük qorxusu İranda iç toqquşmaların vüsət alması və dövlətin parçalanmasıdır. Bu məsələdə əsas təhlükə İran türklərindən gəlir. Son günlərin Urmiya hadisələri İrandakı türk faktorunun fars rejimi üçün nə qədər təhlükəli olduğunu bir daha aşkar şəkildə göstərdi. Çeşidli kəşfiyyat qurumlarının açıqladığı məlumatlara görə, fars rejimi nüvə bombası yaratmanın bir addımlığındadır. Deməli, manevr üçün əlavə vaxt yoxdur, İran nüvə silahı yaratmaqdan və raket texnologiyalarını inkişaf etdirməkdən vaz keçməsə, nüvə potensialı ağır bombalarla məhv ediləcək.

Planı həyata keçirmək üçün Pentaqon real hazırlıq işlərinə start verib. Hind okeanında, İrandan 4 min km məsafədə yerləşən və İngiltərənin nəzrətində olan Diyeqo Qarsiya adasına çox böyük ölçüdə silah-sürsat yığılır. Adaya yeraltı obyektləri dağıda bilən xüsusi bombalar və ağır bombardman təyyarələri yerləşdirilir.

Sual yarana bilər: ABŞ-nin Orta Doğu ölkələrində çox sayda hərbi bazası olduğu halda əməliyyatlar nə üçün belə uzaq adadan aparılacq?

Cavab sadədir. Tehranın cavab zərbələrindən ehtiyyat edən Orta Doğu ölkələri öz ərazilərindəki bazalardan İrana zərbə endirilməsinə izn vermirlər. Diyeqo Qarsiya detalı ABŞ-nin İranla bağlı planlarının gerçəkliyini göstərən faktor kimi nəzərdən keçirilə bilər.

Tərəflərin qırmızı cizgiləri bilinirsə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini də təxmin etmək olar. ABŞ real müharibə hazırlığı başladaraq öz qırmızı xəttindən geri addım atmayacağını göstərir. Birləşmiş Ştatlar üçün maksimum plan İranın nüvə potensialını yox etmək və fars rejimini hakimiyyətdə saxlamaqdır. İran üçünsə maksimum plan, nüvə potensialı da daxil, bütün hərbi strukturunu qoruyub saxlamaq, ölkəni iç toqquşmalardan və parçalanmaqdan qorunmaqdır.

Ağ Ev stavkasını edib, top İran tərəfdədir. Fars rejimi öz hərbi obyektlərinin vurulması halında İsraili və ABŞ-nin regiondakı bazalarını sərt şəkildə vürmaqla hədələyir. Bu, molla rejiminin blefidir. Belə ki, fars rejimi ABŞ bazalarını və İsraili həqiqətən vurarsa, qarşı tərəfin zərbələri yalnız nüvə obyektləri ilə məhdudlaşmayacq, İranın neft-qaz sənayesi başda olmaqla bütün infrastruktur obyektləri, həkimiyyət quruluşları və.s. çox ağır bombardmanlara məruz qalacaq. Həmin obyektlər yer altında gizlədilməyib, onları yerlə yeksan etmək üçün adi aviabombalar da yetərlidir. Belə ağır bombalama nə fars hakimiyyətinə, nə də İran adlı dövlətin bütöv qlmasına şans tanımaz.

Bu gün ABŞ və İran arasında bir sinir müharibəsi gedir. Tərəflər gərginliyi ən yüksək həddə qaldırırlar. Lakin fars rejimi Ağ Evin bombalama qərarının real olduğunu gördüyü anda, böyük ehtimalla, danışıq masasına oturacaq. İran qarşısında qoyulan şərtlər çox ağır və alçaldıcıdır. Ölkə həm nüvə silahı potensialından, həm də raket texnologiyalarından imtina etməlidir. Tehran gərginliyi o həddə qədər artırıb ki, təslimçi danışıqlar masasına oturması molla rejiminin ˝qorxudulduğu və sındırıldığı˝ anlamına gələcək. Bu səbədən, nisbətən daha kiçik ehtimal kimi, fars rejiminin bu texnologiyalardan imtina etməyəcəyi versiyası da nəzərdən keçirilməlidir.

İran məğlubiyyət masasına oturmayacaqsa, ABŞ İranın nüvə potensialına zərbələr endirəcək. Həmin zərbələrin nə dərəcədə effektli olacağı bilinmir. İstənilən halda molla rejimi nə İsrailə, nə də ABŞ-nin regiondakı bazalarına öldürücü zərbələr endirməyəcək. Çünki belə zərbələrin fars rejimi və İranın bütövlüyü üçün ölüm hökmü olduğunu rəsmi Tehran çoxdan hesaba alıb.

Nüvə potensialının məhv edilməsi isə fars rejiminin və İranın bütövlüyünün məhv edilməsi demək deyil.

azpolitika.info
 

 

Ardını oxu...
  

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır.

“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: “Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik”.

Nazir, həmçinin söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: “Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq”.

Xəzər dənizindən təbii qazın əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin dünya miqyaslı layihə olduğunu vurğulayan Bayraktar bunun iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində həyata keçirildiyini qeyd edib.

"Məqsədimiz 16 milyard kubmetr tutumlu TANAP-ı 31 milyard kubmetrə çatdırmaqdır. Türkiyə hər zaman olduğu kimi həm mühüm bazar, həm də təbii qaz mərkəzi olaraq üzərinə düşəni etməyə hazırdır. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə üzərindən nəqli dünya neft bazarlarına əhəmiyyətli töhfələr verir”

Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin tarixi hələ müəyyən edilməyib.

TEREF "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə ölkə lideri özü məlumat verib.

“Ancaq eyni zamanda xarici işlər nazirim (Hakan Fidan) və ticarət nazirim (Ömər Bolat) ABŞ-la bağlı görüşləri və ya səyahət planları ola bilər”, - Ərdoğan bildirib.

Ərdoğan həmçinin "Türkiyəyə qarşı gördükləri müsbət yanaşmanın konkret hərəkətlərə çevriləcəyinə" ümid etdiyini bildirib./publika.az
 

Dünyapress TV

Xəbər lenti