Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Nyu-York şəhərində Ermənistanın baş naziri Paşinyanla görüşüb.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.
 
Ardını oxu...
Kipr adasında iki xalq və iki dövlət mövcuddur, federasiya sistemi artıq qəbuledilməzdir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) adada sülhün və əməkdaşlığın tərəfdarıdır. Ərdoğan, həmçinin, beynəlxalq ictimaiyyəti ŞKTC-ni tanımağa və iqtisadi əlaqələr qurmağa çağırıb.
 

Ardını oxu...
Prezident İlham Əliyev Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxışında sülh istəməyən Ermənistana və Ermənistanı dəstəkləyən dairələrə birmənalı mesajlar verdi, xəbərdarlıq edildi.

Bunu APA-ya açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov bildirib.

Zaur Məmmədov deyib ki, Qərbin Ermənistana dəstəyi təsadüfi deyil. Cənubi Qafqazda tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması hazırda BMT Təhlükəsizlik Şurasında yer alan 5 dövlətdən 4-nün bu və ya digər şəkildə iştirakı ilə baş tutub və həmin dövlətlər Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasında, status-kvonun dəyişməsində maraqlı deyildi: “Vaxtilə ermənilər üçün bölgədə heç zaman mövcud olmayan dövlət quran, Zəngəzuru iki hissəyə parçalayaraq qərb hissəsini Ermənistana verən, Qarabağda muxtar vilayət quran beynəlxalq subyektlər bu gün də anti-Azərbaycan siyasəti apararaq, bölgədə maraqlarını həyata keçirmək üçün əllərindən gələni edirlər. Azərbaycanın sülh təklif etməsi fonunda məğlub və işğalçı Ermənistana silah satmaq, bu ölkəylə hərbi və texniki əməkdaşlığı gücləndirmək təbii ki, sülhə yox, yeni müharibəyə xidmət edir. 21-ci əsrdə işğalçı ölkənin bəzi Qərb ölkələri tərəfindən mükafatlandırılması çox pis bir örnəkdir. Məsələn, tarixə baxsaq, faşist Almaniyasına münasibətdə qlobal cəzalandırma mexanizmi işə düşmüşdü. Ancaq indi Ermənistana fərqli münasibət var. Üstəlik, Azərbaycanı Qarabağın dağlıq hissəsində etnik təmizləmədə günahlandırmaq, öz müqəddəratını təyin etmək məsələsini yenidən gündəmə gətirmək cəhdləri müşahidə edirik. Nəinki müdafiə, hətta Ermənistana hücum təyinatlı texnika və silahlar hədiyyə olunur, müxtəlif vasitələrlə, fondlarla Ermənistana yardımlar, ianələr ayrılır”.

Politoloq qeyd edib ki, bunların fonunda Azərbaycan hərbi gücünü artırır: “Prezident İlham Əliyev də parlamentdə çıxışında bəyan etdi ki, bu istiqamət bundan sonra da əsas prioritet olacaq. O cümlədən Azərbaycanın müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir”.

Zaur Məmmədov Ermənistanın məqsədyönlü şəkildə sülh prosesini pozduğunu söyləyib: “Sülh sazişi layihəsi ilə bağlı Ermənistanın son cavabının 70 gün sonra Azərbaycana təqdim olunması da bundan xəbər verir. Bu onun göstərir ki, Ermənistan COP29-un keçiriləcəyi bu ildə Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətində deyil, vaxtı uzadır. Son vaxtlar Ermənistanda “Dağlıq Qarabağ” ifadəsinin tez-tez səslənməyə başlaması, Ermənistan Baş naziri və xarici işlər nazirinin Azərbaycanın Qarabağda antiterror əməliyyatları aparmasının ildönümündə etnik təmizləmədən bəhs etməsi, bu ölkədəki siyasi dairələrin Azərbaycan əleyhinə açıqlamaları, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyanın dəyişdirilməməsi, Minsk qrupu ilə bağlı mövqedə dəyişiklik olmaması göstərir ki, bölgədə müharibə riski artmaqdadır. Əgər bu il sülh sazişinə imza atılmasa, o halda gələn ildən başlayaraq şərti sərhəddə vəziyyətin daha da gərginləşməsi müşahidə oluna bilər. Ermənistanın mütəmadi olaraq Azərbaycanla şərti sərhəddə atəşkəsi pozması, kəşfiyyat-diversiya xarakterli addımlar atması, Qərbdən gələn hərbi mütəxəssislər tərəfindən Ermənistan ordusunda təlimlərin keçirilməsi təsadüfi sayıla bilməz. Bundan əvvəl Zəngəzur bölgəsinə Avropa İttifaqının xüsusi missiyası adı altında kəşfiyyatçı və döyüşçüləri gətirən Qərbdəki bəzi dairələr vahid ssenari əsasında hərəkət etdiklərini göstərirlər. Fransa və ABŞ-dakı müəyyən dairələr Zəngəzur dəhlizində möhkəmləndikdən sonra bölgədə geosiyasi maraqlarını həyata keçirmək üçün yeni təxribatlara əl atmaq niyyətindədir. Biz əvvəllər belə planların necə həyata keçirildiyini Avrasiyanın digər yerlərində görmüşük. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin apardığı siyasət Cənubi Qafqazda da qarşıdurmanın kəskinləşməsi ehtimalını yüksəldir. Amma hər kəs, xüsusən Ermənistanın arxasında duran qüvvələr başa düşməlidir ki, heç kəs Azərbaycanı öz yolundan çəkindirə bilməyəcək. Əgər təhdidlər davam edəcəksə, Azərbaycan Ordusu lazımi addımları atacaq. Doğurdan da sülh müqaviləsinin imzalanması üçün real şans var. Bunun üçün Azərbaycanın çox sadə şərti var. Əgər söhbət dayanıqlı sülhdən gedirsə, o zaman Ermənistan Azərbaycana qarşı ərazi iddiasının olmadığını rəsmi şəkildə bildirməli, yeni Konstitusiya qəbul etməlidir. Əgər Ermənistan yeni Konstitusiya qəbul etmirsə, deməli, Azərbaycana qarşı ərazi iddiaları davam edəcək. Vaxtilə Azərbaycan torpaqlarında qurulmuş Ermənistan indi də Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını davam etdirəcəksə, aqibətini düşünsə yaxşıdır”.

Ardını oxu...
Əliyev Milli Məclisdə çıxışı zamanı sərhədin müdafəsinin gücləndirilməsini növbəti vəzifə olaraq qeyd etdi. Sərhədin möhkəmləndirilməsini zəruri edən birdən çox səbəb mövcuddur.
Birincisi, texniki olaraq qiymətləndirmək olar. Qarabağın azad edilməsindən sonra Ermənistanla uzunluğu 500 kilometr olan şərti sərhəddə ordumuzun mövqeləri gücləndirilməli, yeni mühəndislik işləri aparılmalıdır. Dağlıq relyef görülməli olan işləri ikiqat çətinləşdirir.
İkincisi, Ermənistanın mümkün təxribat hücumlarıdır. Hazırda İrəvana Avropadan tutmuş Hindistana qədər müxtəlif ölkələrdən silah partiyaları daşınır. Bununla yanaşı, Ermənistan ordusunun gücləndirilməsi istiqamətdə ABŞ da daxil olmaqla bir sıra ölkələr yaxından iştirak edir. Cəsarətlənən İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək və Qərbin kollektiv dəstəyini əldə etmək üçün eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədə biləcəyi mümkün perspektivdir.
Üçüncüsü, Qərbi Zəngəzur ABŞ, Avropa, Rusiya, Türkiyə, İran, hətta Çinin maraqlarının toqquşduğu geosiyasi hesablaşma poliqonuna çevrilir. Və bəllidir ki, bu hesablaşma məhz Azərbaycan-Ermənistan sərhədində mümkün eskalasiyanı şərtləndirə bilər.
Və bütün bunların fonunda Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi – sərhəd xəttinin Qərbi Zəngəzurun dərinliklərinə doğru çəkilməsi perspektivi də həmişə aktualdır.

Asif Nərimanlı - Dia-az.İnfo
 
Ardını oxu...
Suriya prezidenti Bəşər Əsəd Məhəmməd Qazi əl-Cəlalinin başçılıq etdiyi yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Prezidentinin Aparatı məlumat yayıb.

Əvvəllər Rabitə və Texnologiyalar Nazirliyinə rəhbərlik edən Cəlali baş nazir təyin edilib.

Bundan başqa, kadr dəyişiklikləri nəticəsində Miqdadın yerinə onun müavini Bassam Sabbah Xarici İşlər Nazirliyinin rəhbəri olub. Miqdad Suriyanın vitse-prezidenti təyin edilib.
 

Ardını oxu...
  

ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə ikitərəfli münasibətləri, habelə regional və qlobal mövzuları müzakirə edib.

Türkiyə Prezidentinin mətbuat xidməti xəbər verir ki, görüş Nyu-Yorkdakı Türk Evində baş tutub.

“Görüşdə Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi üçün çalışmağa davam edəcəklərini bildirib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Türkiyə lideri “İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada törətdiyi qırğınların regional və qlobal sülhə zərər verdiyini, insan haqları və beynəlxalq hüququn pozulmasına son qoyulmalı olduğunu, dünya dövlətlərinin hamılıqla sülhyönümlü hərəkət edəcəyi təqdirdə, İsrailin dayanmaq məcburiyyətində qalacağını” vurğulayıb.//Report

 
 
 

Ardını oxu...
Yaxın günlərdə “3+3” platformasının növbəti iclası Türkiyədə baş tuta bilər.

Rusiya Xariciş İşlər Nazirliyinin məbtuat katibi Mariya Zaxarova son mətbuat konfrasında bildirib ki, Türkiyədə “3+3” formatında xarici işlər nazirlərinin görüşü gözlənilir.

Platformanın növbəti görüşündə Rusiya, İran, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri iştirak edəcəklər.

Maraqlıdır, Türkiyədə bu görüşün baş tutma ehtimalı nə qədərdir? Əgər belə bir görüş baş tutacaqsa, regionla bağlı hansı məsələlər müzakirə olunacaq?

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az” -a şərhində qeyd edib ki, “3+3” formatında görüş baş tuta bilər:

“Ola bilsin ki, önümüzdəki aylarda “3+3” platformasının növbəti görüşü baş tutsun. Əgər təşəbbüs iştirakçı ölkələr tərəfindən müsbət qarşılanarsa, bu görüş baş tutacaq.

O ki qaldı görüşdə hansı məsələlərin müzakirə olunacağına, bu, bir qədər qaranlıq qalır. İnanmıram ki, görüşdə ciddi bir nəticə əldə etmək mümkün olsun. Ola bilər ki, tərəflərin müzakirə gündəminə regiondakı münaqişələr, nəqliyyat kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər daxil olacaq.

Çünki altılıq platformanın içərisindəki bəzi dövlətlər üçün iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Rusiya regionda yeni kommunikasiyaların açılmasında maraqlıdır. İran da regional əməkdaşlığı dəstəkləyir, amma Tehran bu kimi məsələlərdə daha çox öz maraqlarına üstünlük verir.

Eyni zamanda, bu görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi də müzakirə predmentinə çevrilə bilər. Amma növbəti görüşün ciddi nəticə verəcəyini indidən proqnozlaşdırmaq bir qədər çətindir.

Ümumi götürəndə əsas odur ki, “3+3” platformasının növbəti görüşü baş tutsun və platforma tam olaraq fəaliyyətə başlasın. Ondan sonrakı mərhələlərdə regionla bağlı bir çox önəmli məsələləri müzakirə etmək olar”.
Ardını oxu...
ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harris bəyan edib ki, Donald Trampla CNN-də yeni teleduelə hazırdır. "Çox gecdir", - Tramp cavab verib.

Bu barədə Harrisin seçkiöncəki kampaniyası sentyabrın 21-də məlumat verib. CNN teleduelin oktyabrın 23-də keçirilməsini təklif edib. Məlumatı "dw.com" nəşri yayıb.

ABŞ vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CNN telekanalının Respublikaçılar Partiyasından öz opponenti Donald Trampla yeni debatlara dəvətini qəbul edib.

Donald Tramp bu dəvətdən imtina edib. "Növbəti debatların problemi ondadır ki, həddən artıq gecdir, səsvermə artıq başlayıb", - o, bu barədə Şimali Karolina ştatında mitinqdə bəyan edib və qeyd edib ki, artıq üç ştatda vaxtından əvvəl səsvermə keçirilir.

Ötən həftə Tramp həmçinin öz rəqibi ilə yeni debatlardan imtina edib. "Üçünçü debat olmayacaq!" (ilk debat Baydenlə, ikincisi Harrislə olub-red.), - o, "Truth Sosial" platformasında böyük hərflərlə yazıb.

Bu telekanalın təklif etdiyi debatlar studiyada tamaçıların iştirakı olmadan saatyarım davam etməlidir. Görüş zamanı namizədlər moderatorların suallarını cavablandırmalıdır.

Bu təklif bu yaxınlarda, sentyabrın 11-də "ABC News" telekanalında Tramp və Harris arasında baş tutan debatlar fonunda verilib. Bu debatlardan sonra hər iki namizəd özünün qalib olduğunu bəyan edib.

Lakin bu debatları 67 milyondan çox adam izləyib və teledueldən sonra keçirilən sorğular göstərib ki, Harris bir qədər üstünlüklə qalib gəlib. Ekspertlər də eyni fikirdədir.

İyunun 27-də Trampın prezident Baydenlə teledebatları keçirilib, tamaşaçılar və ekspertlərin dəyərləndirmələrinə görə, bu teledebatlar Bayden üçün uğursuz olub.

Bir neçə həftədən sonra Ağ Ev rəhbəri öz namizədliyi geri götürüb və vitse-prezident Kamala Harrisin namizədliyini təklif edib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
 
Ardını oxu...
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-nin Beynəlxalq hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb, ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Xatırladaq ki, daha öncə Azərbaycanın xarici siyasət idarəsi Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar Tehrana başsağlığı vermişdi.
 
Ardını oxu...
Azərbaycan və Ermənistan Sovet İttifaqının dağılmasından sonra ilk dəfə münasibətlərinə yenidən baxmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini tanımaq imkanı əldə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti “Ermənistan və Azərbaycanın böyük sülh şansı var” sərlövhəli məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, iki hərbi əməliyyat – 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrındakı birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan de-fakto Ukraynanın Qərbin milyard dollarlarla ölçülən maliyyə və siyasi dəstəyinə sahib olmaqla 2014-cü ildən uğrunda mübarizə apardığı şeyi əldə edib – 1991-ci ildə SSRİ-nin dağılmasından sonra beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz milli suverenliyini bərpa edib.

Məqalə müəllifi vurğulayıb ki Azərbaycan postsovet dövründə ilk dəfə bütün ərazisi üzərində suverenliyini həyata keçirir.

Müəllif həmçinin Birinci Qarabağ Müharibəsinin 1988-ci ildə – hələ Sovet İttifaqı dağılmamış, Sovet Vətəndaş Müharibəsi kimi başladığını da xatırladır. “1994-cü ildə müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistanın işğalı altında qalmışdı”, – o yazır.

“Sovet İttifaqının dağılmasından sonra ilk dəfə tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz qonşuluqlarını yenidən nəzərdən keçirmək imkanı əldə edib. Bakı və İrəvan hökumətləri, deyəsən, bunu başa düşür: tərəflər arasında dialoq gedir. Dövlət təhlükəsizlik xidmətlərinin rəhbərləri, habelə baş nazirin müavinləri, xarici işlər nazirlikləri və xarici siyasət məsələləri üzrə baş müşavirlər səviyyəsində təmaslar saxlanılır. İki ölkənin hökumət nümayəndələri artıq yeddiyə yaxın görüş keçiriblər”, – məqalədə deyilir.

Müəllif rəsmi açıqlamalara istinad edərək, Aİ və ya ABŞ-nin iştirakı olmadan Bakı ilə İrəvan arasında aparılan ikitərəfli danışıqlar formatının effektiv olmasına diqqət çəkir.

“Bildirilir ki, yaxınlarda Berlində daha bir görüş olacaq. Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi dialoqa da, görünür, təmin edilib”, – qəzet yazır.

Qeyd edilənlərin yekunu olaraq müəllif vurğulayır ki, noyabrda Bakıda keçirilməsi planlaşdırılan COP29 iqlim konfransına qədər sülh sazişinin imzalanıb-imzalanmayacağı hələ dəqiq deyil. “Lakin hər iki tərəf artıq diplomatik münasibətlərin qurulmasını müzakirə edir”, – o yazır.
 

Dünyapress TV

Xəbər lenti