Ardını oxu...
Sentyabrın 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası açılıb.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, iclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Programı (2023-2027)” ilə bağlı müzakirələr aparılır.

Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib ki, təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il 9 milyard dolları ötüb, bu ölkələr Azərbaycan iqtisadiyyatına 18,2 milyard dollar, Azərbaycan isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyub.

Nazir enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında "əlaqələrin strateji sütunu" kimi dəyərləndirib.

“Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarları 41 milyon ton neft və 37 milyard kubmetr qazla təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur”, o qeyd edib.

Nazir deyib ki, Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.

Onun fikrincə, Türk dövlətləri ilə enerji əməkdaşlığı nəinki yüksələn xətt üzrə inkişaf edir, eyni zamanda regional əhəmiyyətli yeni layihə və təşəbbüslərin reallaşmasına impulslar verir.

“Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Qazaxıstan-Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri layihələri türk dövlətlərini Avrasiyada təmiz enerji təchizatında və enerji keçidində mühüm rol oynayan ölkələrə çevirəcəkdir. Ölkələrimizin zəngin enerji potensialını və elektrik enerji sistemlərini əlaqələndirməkdən əlavə Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı təmin etməklə bu dəhlizlər vahid “yaşıl enerji platforması” olmağa iddialıdır”, nazir əlavə edib.

Onun fikrincə, “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in yaxın vaxtlarda imzalanması planlaşdırılır, Qırğızıstanla bərpa olunan enerji sahəsində əməkdaşlıq da gündəmdədir.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.
 

Bu gün, 00:14           
Ardını oxu...
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.

Səsvermədə iştirak edən seçicilərin sayı 2395510 nəfər olub. Heç bir dairə ləğv olunmayıb. Səsvermə nəticələrinin ləğv olunduğu məntəqələrin sayı 46 olub.

"AzPolitika" xəbər verir seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.

Proses bu gün başa çatıb. Ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən, seçki dairələri üzrə deputat seçilmiş şəxslər aşağıdakılardır:

- 1 Saylı Şərur-Sədərək Seçki Dairəsi – Ziyafət Əsgərov;

- 2 Saylı Şərur-Kəngərli Seçki Dairəsi – Siyavuş Novruzov;

- 3 Saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi – Səttar Möhbalıyev;

- 4 Saylı Naxçıvan Şəhər Seçki Dairəsi – Eldar İbrahimov;

- 5 Saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi – Ülviyyə Həmzəyeva;

- 6 Saylı Ordubad-Culfa Seçki Dairəsi – Vüqar Rəhimzadə;

- 7 Saylı Səbail Seçki Dairəsi – Nigar Arpadarai;

- 8 Saylı Binəqədi Birinci Seçki Dairəsi – Azay Quliyev;

- 9 Saylı Binəqədi İkinci Seçki Dairəsi – Kəmaləddin Qafarov;

- 10 Saylı Binəqədi Üçüncü Seçki Dairəsi – Elşad Musayev;

- 11 Saylı Binəqədi-Qaradağ Seçki Dairəsi – Səbinə Xasayeva;

- 12 Saylı Xəzər Birinci Seçki Dairəsi – Soltan Məmmədov;

- 13 Saylı Xəzər İkinci Seçki Dairəsi – Gülşən Paşayeva;

- 14 Saylı Xəzər-Pirallahi Seçki Dairəsi – Günay Əfəndiyeva;

- 15 Saylı Yasamal Birinci Seçki Dairəsi – Ülvi Quliyev;

- 16 Saylı Yasamal İkinci Seçki Dairəsi – Erkin Qədirli;

- 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsi – Göydəniz Qəhrəmanov;

- 18 Saylı Nərimanov-Nizami-Binəqədi Seçki airəsi – Rasim Musabəyov;

- 19 Saylı Nərimanov Birinci Seçki Dairəsi – Hikmət Məmmədov;

- 20 Saylı Nərimanov İkinci Seçki Dairəsi – Samir Vəliyev;

- 21 Saylı Nəsimi-Binəqədi Seçki Dairəsi – Məlahət İbrahimqızı

- 22 Saylı Nəsimi-Yasamal Seçki Dairəsi – Asim Mollazadə;

- 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi – Ziyad Səmədzadə;

- 24 Saylı Nizami Birinci Seçki Dairəsi – Könül Nurullayeva;

- 25 Saylı Nizami İkinci Seçki Dairəsi – Əli Əhmədov;

- 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi – Fazil Mustafa;

- 27 Saylı Sabunçu İkinci Seçki Dairəsi – Arzuxan Əlizadə;

- 28 Saylı Sabunçu Üçüncü Seçki Dairəsi – Eldar Quliyev;

- 29 Saylı Sabunçu Dördüncü Seçki Dairəsi – Azər Allahverənov;

- 30 Saylı Suraxanı Birinci Seçki Dairəsi – Sevinc Fətəliyeva;

- 31 Saylı Suraxanı İkinci Seçki Dairəsi – Qaya Məmmədov;

- 32 Saylı Suraxanı Üçüncü Seçki Dairəsi – Afət Həsənova;

- 33 Saylı Xətai Birinci Seçki Dairəsi – Zahid Oruc;

- 34 Saylı Xətai İkinci Seçki Dairəsi – Mixail Zabelin;

- 35 Saylı Xətai Üçüncü Seçki Dairəsi – Pərvanə Vəliyeva;

- 36 Saylı Xətai-Suraxanı Seçki Dairəsi – Qüdrət Həsənquliyev;

- 37 Saylı Qaradağ Seçki Dairəsi – Aydın Hüseynov;

- 38 Saylı Gəncə Birinci Seçki Dairəsi – Naqif Həmzəyev;

- 39 Saylı Gəncə İkinci Seçki Dairəsi – Pərvin Kərimzadə;

- 40 Saylı Gəncə Üçüncü Seçki Dairəsi – Musa Quliyev;

- 41 Saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsi – Müşfiq Cəfərov;

- 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsi – Hicran Hüseynova;

- 43 Saylı Sumqayıt İkinci Seçki Dairəsi – Tahir Mirkişili;

- 44 Saylı Sumqayıt Üçüncü Seçki Dairəsi – Mehriban Vəliyeva;

- 45 Saylı Sumqayıt Dördüncü Seçki Dairəsi – Səbinə Salmanova;

- 46 Saylı Sumqayıt Beşinci Seçki Dairəsi – Elnarə Akimova;

- 47 Saylı Sumqayit-Abşeron-Qaradağ Seçki Dairəsi – Zaur Şükürov;

- 48 Saylı Abşeron Birinci Seçki Dairəsi – Nigar Məmmədova;

- 49 Saylı Abşeron İkinci Seçki Dairəsi – Rizvan Nəbiyev;

- 50 Saylı Abşeron Üçüncü Seçki Dairəsi – Ramid Namazov;

- 51 Saylı Şirvan Seçki Dairəsi – Heydər Əsədov;

- 52 Saylı Yevlax Seçki Dairəsi – İlham Məmmədov;

- 53 Saylı Yevlax-Mingəçevir Seçki Dairəsi – Əli Hüseynli;

- 54 Saylı Mingəçevir Seçki Dairəsi – Aydın Mirzəzadə;

- 55 Saylı Siyəzən-Quba-Xizi Seçki Dairəsi – Müşfiq Məmmədli;

- 56 Saylı Şabran-Xaçmaz Seçki Dairəsi – Mahir Süleymanlı;

- 57 Saylı Xaçmaz Şəhər Seçki Dairəsi – Ağalar Vəliyev;

- 58 Saylı Xaçmaz Kənd Seçki Dairəsi – Sevil Mikayılova;

- 59 Saylı Quba Seçki Dairəsi – Əlibala Məhərrəmzadə;

- 60 Saylı Quba-Qusar Seçki Dairəsi – Anatoliy Rafailov;

- 61 Saylı Qusar Seçki Dairəsi – Azər Badamov;

- 62 Saylı Kürdəmir Seçki Dairəsi – Əminə Ağazadə;

- 63 Saylı Haciqabul-Kürdəmir Seçki Dairəsi – Rafael Hüseynov;

- 64 Saylı Salyan Seçki Dairəsi – Sadiq Qurbanov;

- 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi – Günay Ağamalı;

- 66 Saylı Saatli Seçki Dairəsi – Əziz Ələkbərov;

- 67 Saylı Sabirabad Seçki Dairəsi – Əhliman Əmiraslanov;

- 68 Saylı Sabirabad-Şirvan Seçki Dairəsi – Kamal Cəfərov;

- 69 Saylı Biləsuvar Seçki Dairəsi – Bəhruz Məhərrəmov;

- 70 Saylı Neftçala Seçki Dairəsi – Tənzilə Rüstəmxanlı;

- 71 Saylı Cəlilabad Şəhər Seçki Dairəsi – Malik Həsənov;

- 72 Saylı Cəlilabad Kənd Seçki Dairəsi – Elman Nəsirov;

- 73 Saylı Masalli-Cəlilabad Seçki Dairəsi - Fəzail İbrahimli;

- 74 Saylı Masalli Seçki Dairəsi – Məşhur Məmmədov;

- 75 Saylı Yardimli-Masalli Seçki Dairəsi – Musa Qasımlı;

- 76 Saylı Lənkəran-Masalli Seçki Dairəsi – Cavanşir Paşazadə;

- 77 Saylı Lənkəran Şəhər Seçki Dairəsi – Fariz İsmayılzadə;

- 78 Saylı Lənkəran Kənd Seçki Dairəsi – Anar İsgəndərov;

- 79 Saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov;

- 80 Saylı Lerik-Astara Seçki Dairəsi – Vasif Qafarov;

- 81 Saylı İmişli Seçki Dairəsi – Razi Nurullayev;

- 82 Saylı İmişli-Saatli Seçki Dairəsi – Səyyad Salahlı;

- 83 Saylı Beyləqan Seçki Dairəsi – Şahin İsmayılov;

- 84 Saylı Füzuli Seçki Dairəsi – Vüqar Bayramov;

- 85 Saylı Füzuli-Ağcabədi Seçki Dairəsi – Aqil Abbasov;

- 86 Saylı Ağcabədi Seçki Dairəsi – Tahir Rzayev

- 87 Saylı Qobustan-Şamaxi-Ismayilli Seçki Dairəsi – Şahin Seyidzadə;

- 88 Saylı Şamaxi Seçki Dairəsi – Tamam Cəfərova;

- 89 Saylı İsmayilli Seçki Dairəsi – Novruzəli Aslanov;

- 90 Saylı Ağsu Seçki Dairəsi – Elçin Mirzəbəyli;

- 91 Saylı Göyçay Seçki Dairəsi – Samir Hacıyev;

- 92 Saylı Göyçay-Ağdaş Seçki Dairəsi – Məzahir Əfəndiyev;

- 93 Sayli Ağdaş Seçki Dairəsi – Sahib Alıyev;

- 94 Saylı Ucar Seçki Dairəsi – Ramil Həsən;

- 95 Saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi – Jalə Əliyeva;

- 96 Saylı Goranboy-Naftalan Seçki Dairəsi – Bədəl Bədəlov;

- 97 Saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi – Anar Məmmədov;

- 98 Saylı Bərdə-Tərtər Seçki Dairəsi – Xanlar Fətiyev;

- 99 Sayli Bərdə Seçki Dairəsi – Fatma Yıldırım;

- 100 Saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi – Kamran Bayramov;

- 101 Saylı Samux-Şəmkir Seçki Dairəsi – Mübariz Qurbanlı;

- 102 Saylı Şəmkir Şəhər Seçki Dairəsi – Sahibə Qafarova;

- 103 Saylı Şəmkir Kənd Seçki Dairəsi – Nurlan Həsənov;

- 104 Saylı Gədəbəy Seçki Dairəsi – Sevinc Hüseynova;

- 105 Saylı Tovuz-Gədəbəy Seçki Dairəsi - Arzu Nağıyev;

- 106 Saylı Tovuz Seçki Dairəsi - Nizami Səfərov;

- 107 Saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi – Ülviyyə Ağayeva;

- 108 Saylı Ağstafa Seçki Dairəsi – Azər Əmiraslanov;

- 109 Saylı Qazax Seçki Dairəsi – Səməd Seyidov;

- 110 Saylı Balakən Seçki Dairəsi – Nəsib Məhəməliyev;

- 111 Saylı Zaqatala-Balakən Seçki Dairəsi – Azər Kərimli;

- 112 Saylı Zaqatala Seçki Dairəsi – Asif Əsgərov;

- 113 Saylı Qax-Şəki Seçki Dairəsi – Əli Məsimli;

- 114 Saylı Şəki Şəhər Seçki Dairəsi – Vüqar İsgəndərov;

- 115 Saylı Şəki Kənd Seçki Dairəsi – Cavanşir Feyziyev;

- 116 Saylı Qəbələ Seçki Dairəsi – Elşən Musayev;

- 117 Saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi – Eyvaz Qurbanov;

- 118 Saylı Ağdam-Xocalı Seçki Dairəsi – Elman Məmmədov;

- 119 Saylı Ağdam Seçki Dairəsi – Bəxtiyar Əliyev;

- 120 Saylı Cəbrayil-Qubadli Seçki Dairəsi – Ceyhun Məmmədov;

- 121 Saylı Laçin Seçki Dairəsi – Rövşən Muradov;

- 122 Saylı Xankəndi Seçki Dairəsi – Tural Gəncəliyev;

- 123 Saylı Kəlbəcər Seçki Dairəsi – Mircəlil Qasımlı;

- 124 Saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi – Polad Bülbüloğlu;

- 125 Saylı Zəngilan-Qubadli Seçki Dairəsi – İmamverdi İsmayılov.
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden Ukrayna və İsrailə dəstək və Hind-Sakit okean regionunda təhlükəsizliyi müzakirə etmək üçün cümə günü Ağ Evdə Britaniya Baş naziri Keir Starmerlə görüşüb.

“Birləşmiş Ştatlar özünü Rusiyanın aqressiya hücumuna qarşı müdafiə edən Ukraynaya yardım etmək üçün sizin yanınızda olmağa sadiqdir. Aydındır ki, Putin bu müharibədə qalib gəlməyəcək,” Bayden Starmerə deyib.

Görüş Qərb müttəfiqləri Ukarnaya Birləşmiş Ştatlar və Britaniyanın təmin etdiyi uzunmənzilli silahlardan Rusiya ərazisinin dərinliklərində istifadə etməyə imkan vermək üçün siyasəti dəyişməyi nəzərdən keçirdiyi bir vaxta təsadüf edib. ABŞ Dövlət katibi Antoni Blinken və Birləşmiş Krallığın xarici işlər naziri Deyvid Lammi bu həftə Kyivdə görüşüb. Orada Prezident Vladimir Putin bu cür silahların, o cümlədən Amerika istehsalı ATACMS-ın (Ordu Takttiki Raket Sistemi) və Britaniyanın Storm Shadow-larının göndərilməsinə çağırıb.

"Gəlin ən azından bəzi güclü qərarlara arxalanaq. Bizim üçün bu, bu gün çox vacibdir," Zelenski çərşənbə günü Kyivdə müxbirlərin transatlantik müttəfiqlərin onların silahları ilə Rusiyanın daxilindəki ərazilərə hücumlara icazə verib-verməyəcəyinə dair sualına cavab olaraq deyib.

Blinken Ukraynanın paytaxtında ikən bildirib ki, Vaşinqton Moskvanın döyüş meydanında dəyişən strategiyasını qarşılamaq üçün Ukraynaya dəstəyini uyğunlaşdırıb "və lazım olduğu qədər dəyişəcək." O, may ayında da Bayden administrasiyasının Amerika silahlarından sərhədyanı hücumlarda istifadəsinə məhdudiyyətləri yumşaltmasından sonra da bənzər dildən istifadə etmişdi.

Bayden bu həftənin əvvəlində məhdudiyyətləri daha da azaltmağa açıq olduğuna işarə edərək, müxbirə bildirib ki, administrasiyası “hazırda bunun üzərində çalışır.”

Ancaq Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi cümə günü görüşdən öncə müxbirlərə deyib ki, ABŞ-ın Ukraynanın Rusiyanın daxilinə uzunmənzilli hücum qabiliyyəti ilə bağlı siyasətinə dəyişiklik edilməyib. “Mən bugünkü görüşdə bununla bağlı hər hansı açıqlamanın olacağını gözləməzdim,” o deyib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib ki, Ukrayna artıq özünün daxili istehsal sistemləri, o cümlədən dronlarla Rusiya daxilinə zərbələr endirə bilib. Austin ötən həftə müttəfiq müdafiə nazirlərinin görüşündə çıxış edərkən bildirib ki, o, Kyivi uzunmənzilli hücum imkanları ilə təmin etməyin müharibədə “həlledici” olacağına inanmır.

Transatlantik əlaqələr üzrə eksperti Dalibor Rohak deyib ki, ictimai müzakirələr və administrasiyanın müxtəlif hissələrindən gələn ziddiyyətli şərhlər siyasətdə dəyişikliyin ola biləcəyinə işarə edir.

“Düşünürəm ki, biz elə bir nöqtəyə gələcəyik ki, ukraynalılar Rusiya ərazisinin dərinlilklərində raketlərdən istifadə edəcəklər,” deyə o, Amerikanın Səsinə bildrib. “Burada sual odur ki, bu, müharibənin faktiki gedişatı üçün bir fərq yaradacaqmı?”

Moskva xəbərdarlıq edib ki, Kyivi uzunmənzilli silahlarla təchiz etmək münaqişəni Ukraynanın hüdudlarından kənarda eskalasiya edəcək. Rusiya Prezidenti Vladimir Putin cümə axşamı deyib ki, uzunmənzilli zərbələrə icazə vermək “o deməkdir ki, NATO ölkələri, Birləşmiş Ştatlar, Avropa ölkələri Rusiya ilə müharibədədir…Əgər belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq və bizim üçün yaradılacaq təhdidlərə əsaslanaraq, müvafiq qərarlar verəcəyik" deyə, xəbərdarlıq edib. ”

Rusiya prezidentinin NATO-ya qarşı xəbərdarlığı ilə bağlı suala cavabında isə Bayden “Mən Vladimir Putin haqda çox düşünmürəm” deyib.
 
 
 
Ardını oxu...
Sentyabrın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Bayramov, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

“Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb”, Xarici İşlər Nazirliynin məlumatında deyilir.

Səfir Serdar Kılıçın Azərbaycana səfəri ABŞ Dövlət katibi Antoni Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan-Ermənistan sülh proesini müzakirəsindən bir gün sonraya təsadüf edir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında deyilir ki, ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb və Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib.

“Dövlət katibi Blinken tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası qaydalarına dair razılaşmanı alqışladı. Dövlət katibi Blinken və baş nazir Paşinyan ABŞ və Ermənistan arasında əlaqələrin genişləndirilməsi, o cümlədən enerji, ticarət və investisiya, təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər. Dövlət katibi ABŞ-ın Ermənistan xalqına və bütün Qafqaz regionuna fayda verəcək firavan, demokratik və müstəqil Ermənistanı dəstəkləmək üçün davamlı səylərə sadiqliyini bir daha təsdiqləyib”, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Rusiya Baş nazirnin müavini Aleksey Overçuk isə sentyabrın 14-də Ermənistana səfəri zamanı jurnalistlərlə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini şərh edib.

“Demək istəyirəm ki, blokun açılması üç dövlətin liderlərinin əldə etdiyi və 9-10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa hazırdır və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, o qeyd edib.

Xatırladaq ki, son günlər Azərbaycanın Ermənistanın ərazisi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına quru yolunun açılması barədə üçtətəfli bəyanatda yer alan “Zəngəzur dəhlizi” məsələsi ətrafında İran, Rusiya, Azərbaycan və Ermənistan tərəfindən ziddiyyətli fikirlər səslənməkdədir. İran bu yolun açılmasının əleyhinə, Rusiya və Azərbaycan isə lehinə çıxış edir. Bu arada Ermənistan həmin yolda daşımalara nəzarətin bu ölkənin təhlükəzilik qüvvələrinin nəzarətində olmasını istəyir.
 
Ardını oxu...
2018-ci ildən, yəni Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya-Ermənistan münasibətləri nəzərəçarpacaq dərəcədə pisləşməyə başlayıb. İki ölkənin siyasi ritorikasında və mediasında qarşılıqlı ittihamlar, qınaqlar üstünlük təşkil etməyə başlayıb və tərəflər sərt bəyanatlar verməkdən çəkinməyiblər. Lakin diqqətlə baxsaq, əslində planlaşdırılmış tamaşanın şahidi olarıq. Onun ssenari müəllifləri bütün dünyanı Rusiya ilə Ermənistan arasında guya dərin ziddiyyətlərə inandırmaq istəyirlər. Halbuki iki ölkə arasında münasibətlər nəinki korlanmayıb, əksinə, möhkəmlənmənin yeni mərhələsini yaşayır. Ölkələr arasındakı ticarət dövriyyəsi son 4 ildə 4 dəfəyə yaxın (2020-ci ildəki 2.3 milyard dollardan cari ilin ilk yarısındakı 8.3 milyard dollara) artıb. Bu artım Ermənistanın Rusiyaya ABŞ və Aİ sanksiyalarından yayınmağa kömək etdiyi üçün baş verib. Qərb isə Ermənistanın bu əməllərinə sadəcə göz yumur və İrəvana hərtərəfli yardımları artıraraq onu silahlandırır. ABŞ, Rusiya və Fransanın - ATƏT-in Minsk qrupunun hər üç həmsədrinin Ermənistana qarşı belə səbirli münasibəti təəccüblü deyil. Bu ölkələr ənənəvi olaraq İrəvanı dəstəkləyiblər. Onların regionda nüfuz və mövcudluğunu saxlamaq üçün "Ermənistan" adlı layihəyə ehtiyacı var. Ona görə də Paris, Vaşinqton və Moskvanın hər biri ayrı-ayrılıqda və ya birlikdə Cənubi Qafqazda bu layihəni dəstəkləmək üçün addımlar atması tamamilə başa düşüləndir. Qarşılıqlı tənqid və təhdidlərə, o cümlədən nüvə ritorikasına baxmayaraq, Ermənistandan söhbət gedəndə Rusiya ilə Qərbin mövqeləri təəccüblü şəkildə üst-üstə düşür. Qərblə bağlı hər şey aydındır: Onun köməyi ən azı İrəvanın elan etdiyi "qərbyönlü" kurs ilə izah olunur, baxmayaraq ki, reallıqda Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. O, hələ də KTMT və Aİİ üzvü olaraq qalır və onun ərazisində Rusiya hərbçiləri və sərhədçiləri yerləşməkdə davam edir. Rusiya ilə vəziyyət bir qədər mürəkkəbdir. Moskva ilə İrəvan arasında Zaxarova, Simonyan və digər rəsmilərin fəal iştirak etdiyi ictimai çəkişmə ikitərəfli münasibətlərdə gərginlik illüziyası yaradır. Ancaq bu, sadəcə bir görüntüdür. Praktikada Rusiya öz forpostuna sadiq qalır. Söhbət təkcə Overçukun ticarət dövriyyəsini artırmaq planlarından getmir. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana silah tədarükünü bərpa edib. Xüsusilə, söhbət bir neçə il əvvəl alınması üçün müqavilələr bağlanmış "Smerç" tipli raketlərin tədarükündən gedir. Ermənistana Rusiya silahlarının tədarükü bu günə qədər davam edir. Eyni zamanda, 2022-ci ildən başlayaraq Rusiya Azərbaycana bir dənə də olsun patron göndərməyib və bunu Ukrayna ilə müharibə ilə izah edib. Yəni, Azərbaycanla dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri və 2022-ci il fevral tarixli Müttəfiq əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etdirilməsi ilə bağlı müqavilələri olan Moskva Ukrayna cəbhəsində baş verən hadisələrə görə mahiyyətcə "gözləməyi" təklif edir. Bununla yanaşı, münasibətləri pozulmaq ərəfəsində kimi görünən Ermənistan sanki heç bir gərginlik yoxmuş kimi Rusiyadan istənilən növ silahları almağa davam edir. Bu gün dünya şiddətli münaqişələrlə əhatə olunduğu zaman dövlətlər arasında etimad böhranı yaşanır. Amma hər şeyə baxmayaraq, rəsmi Bakı beynəlxalq münasibətlərdə öz mövqeyinin açıqlığına əsaslanan daimi yanaşma nümayiş etdirir. Və təbii ki, ona da oxşar yanaşmanın tətbiq olunmasını istəyir. Rusiya-Ermənistan münasibətləri yalnız Rusiya ilə Ermənistanın məsələsidir. Amma bir şərtlə ki, bu, ölkəmizin maraqlarına və təhlükəsizliyinə toxunmasın. Rusiya və Qərb Ermənistanı silahlandırmaqla, iqtisadi göstəricilərini gücləndirməklə sülh perspektivini ləngidir və regionumuzun təhlükəsizliyinə xələl gətirir. Artıq Ermənistan hakimiyyəti bir neçə il əvvəlkindən qat-qat "cəsarətlə" davranır. Bu tendensiya hər alınan yeni patron və təkrar ixracdan qazanılan dollarla daha da güclənəcək. Yavaş-yavaş, lakin əminliklə dünya erməniləri məğlubiyyət şokundan uzaqlaşır və erməni məsələsi üzrə ənənəvi müttəfiqlər yenidən regiondakı geosiyasi layihələrini dəstəkləməkdə birləşirlər. Rəsmi Bakı buna səssiz qala bilməz və qalmayacaq da.

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin süni olduğu həmişə qeyd olunub. Analitik vurğulayıb ki, bunu iki ölkə arasında olan mal dövriyyəsi sübut edir:
"Mal dövriyyəsinin həcmi 8,5 milyard dolları keçib. Rusiyanın sanksiyalardan yayınmasının təmin edən əsas ölkə Ermənistandır. Məlum məsələdir ki, bu dövriyyədən Ermənistan milyardlar qazanır. Həmişə demişik ki, Ermənistan iki stulda oturur. Rusiya onsuz da Ermənistanı dolandırır. Ermənistan bundan arxayındır. Qərbdən də nəsə qoparmağın heç bir ziyanı yoxdur. Ermənistan hər iki tərəfə ümid verməklə məşğuldur. Onsuz da Ermənistan həmişə kimlərinsə hesabına dolanıb. Bu imitasiyalarda Ermənistan qarşı tərəflərin maraqlarından öz maraqları üçün məharətlə istifadə edir. Ermənistan bilir ki, nə qədər vəziyyət qeyri-müəyyən qalacaq, onun tərəflərdən istifadə etmək şansları həmişə olacaq. Ona görə də Ermənistan konkret hansı tərəfə getdiyini bəyan etmir. Hər dəfə bir tərəfə müəyyən jestlər etməklə onların ümidlərini diri tutur. Hesab edirəm ki, Ermənistanın bu oyunu hələ bir müddət də işləyəcək. Amma Ermənistan gec-tez seçim qarşısında qalacaq. Tərəflərdən birini seçməli olacaq. Hələlik o dövrə kimi kimdən nə istifadə etsə, özünə qənimət bilir".

Ardını oxu...
Yaxın və Orta Şərqi özünün proksi-qüvvələri, terror çətələri ilə əhatələmiş İranın Azərbaycana qarşı təhdidləri, hədələri ara vermir. Son günlər Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi isə İranın Azərbaycana qarşı aqressiyasının daha da artmasına səbəb olub. Zəngəzur dəhlizinin mühüm geosiyasi rıçaqlardan birinə çevrilməsi rəsmi Tehranı ciddi şəkildə narahat edir. İranın xarici işlər naziri Abbas Əraqçinin və digər diplomatların, deputatların Zəngəzur dəhlizi əleyhinə ard-arda bəyanatlar verməsi də məhz bu əsassız narahatlıqdan qaynaqlanır. Molla rejiminin sözçüləri hesab edirlər ki, Zəngəzur dəhlizi İranın “qırmızı xətti”dir. Rusiyanın Tehrandakı səfirinin İran XİN-nə çağırılması və ona Zəngəzur dəhlizi ilə bağlı sərt xəbərdarlığın edilməsinin ardınca, İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, “Zəngəzur dəhlizi” deyilən layihə reallığa çevrilə bilməz və Ermənistanın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir. İranın xarici işlər naziri Abbas Əraqçi də oxşar açıqlama ilə çıxış edib. O, özünün “X” hesabında bildirib ki, qonşu dövlətlərin sərhədlərindəki hər hansı dəyişiklik İran üçün "qırmızı xətt" deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. Həmçinin İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi də ötən gün Zəngəzur dəhlizini əleyhinə çıxış edib. O, "Mehr" agentliyinə açıqlamasında deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək. Görünən budur ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı pozucu mövqeyindən heç cürə əl çəkmək fikrində deyil. Lakin reallıq hissini itirən molla rejimi anlamalıdır ki, Zəngəzur dəhlizi İranın əngəlləyə biləcəyi sıradan bir layihə deyil. Zəngəzur dəhlizi qitələrarası əhəmiyyətə malik olan meqa-layihədir. Bu dəhliz Avropa və Asiya bazarları arasında mühüm ticarət marşrutu kimi böyük potensiala malikdir. Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çindən Avropaya böyük həcmdə yüklərin daşınmasına şərait yaradacaq. Çindən və Avropa Birliyindən əlavə, ABŞ və Rusiya kimi qlobal aktorlar da sözügedən dəhlizin açılmasına xüsusi maraq göstərir. Bu mənada iranlı diplomatların və parlamentarilərin isterik açıqlamaları suyu bulandırmaqdan başqa bir şey deyil. İran rəsmiləri “qırmızı xətt”in yerini səhv salıblar. Zəngəzur dəhlizi İranın “qırmızı xətti” ola bilməz. Molla rejiminin süni maneələrinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi, regional müstəvidən beynəlxalq geopolitik maraqların toqquşması mərkəzinə çevrilib. Ekspertin sözlərinə görə, İranın Zəngəzur dəhlizinə qarşı olmağı əsasən, Türkiyə və Azərbaycan tandeminin Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeyinin güclənməsi, həmçinin nəqliyyat-lojistika marşrutları üzərində tam nəzarətindən irəli gəlir:

"Tehran açıq şəkildə təhdid dilində danışır və Turan birliyinin bir layihəsi kimi avantürist çıxışlar edir. Türkiyənin susqunluğu fonunda Rusiyanın dəhlizlə bağlı mövqeyi Tehranla Moskva arasında siyasi böhrana gətirib çıxarıb. Zəngəzur dəhlizi açılarsa, Çin və Mərkəzi Asiyadan gələn yüklər İran ərazisindən deyil, bu yoldan keçəcək. Bu da İranın maliyyə imkanlarının əlindən çıxması deməkdir. Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı Ermənistana "Kalininqrad variantı"nı təklif edib. Halbuki bu, dəhliz deyil, Azərbaycan vətəndaşlarının və yüklərinin maneəsiz Naxçıvana daxil olmasıdır. Bu təklif Ermənistan tərəfindən qəbul edilərsə, dəhliz variantı gündəmdən düşəcək və İranın "narahatlıqları" aradan qalxacaq. Ermənistan Rusiya və İran arasında gərginliyin inkişafında maraqlıdır. Yerevan İranla Azərbaycan və Türkiyə ilə münasibətlərinin korlanmasında maraqlıdır. Bununla öz oyununu oynamaq istiqamətində siyasət həyata keçirir".
Analitik vurğulayıb ki, 40 km. Zəngəzur yoluna nəzarət uğrunda ABŞ və Rusiya kəskin rəqabət aparır: "İran isə ümumiyyətlə etiraz edir. Türkiyə hələlik prosesləri izləyir. Azərbaycan bu məsələni sülh müqaviləsindən sonraya saxlayıb. Rusiya Azərbaycanın Zəngəzur dəhlizini zorla açmasında maraqlıdır. Yəni Azərbaycan Ordusu Zəngəzura daxil olur və bölgəni sabitləşdirmək məqsədilə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərəkətə keçərək, Zəngəzur dəhlizində dayanır. Rusiyanın planı bundan ibarətdir. Amma Azərbaycan üçün risklidir və rəsmi Bakı belə bir planda yer almayacaq. İran Rusiyanın yola nəzarət etməsində maraqlı deyil. Çünki Türkiyə və Azərbaycanla birgə koordinasiyalı fəaliyyət göstərəcək. Zəngəzur dəhlizi regional məsələdən beynəlxalq geopolitik maraq dairəsinə daxil olub. Bu dəhlizə nəzarət etmək uğrunda mübarizə aktiv fazaya keçib. Azərbaycan və Ermənistan sülh müqaviləsini tezliklə bağlayarsa, Zəngəzur dəhlizi "Kalininqrad variantı" ilə açıla bilər".
 
Ardını oxu...
Türkiyənin İYİ Partiyasında kütləvi istefalar baş verib.
Bakupost az xəbər verir ki məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, Kayseri üzrə millət vəkili Dursun Ataş və İzmir üzrə millət vəkili Ümid Özlalənin istefasından sonra daha 41 siyasətçi sözügedən partiyadan ayrılıb.
Onların arasında İYİ Partiyasının Şırnak filialının rəhbəri Mehmet Yılmaz İlçi də var.
Qeyd edək ki, İYİ Partiyasının sədri Müsavat Dərvişoğludur.
 
Ardını oxu...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Ardını oxu...
Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan daha bir deputat ayrılıb.

Partiyanın sədr müavini, İzmir deputatı Ümit Özlale istefa verib.

O, qərarını sosial şəbəkə hesabında açıqlayıb:

"Bu gündən etibarən partiyadakı vəzifələrimdən və partiyamdan istefa verdiyimi ictimaiyyətə elan edirəm".

Beləliklə, Ümit Özlalenin istefasının ardından İYİ Partiyanın deputat sayı 30-a düşüb. Xatırladaq ki, ötən həftə də partiyanın Kayseridən seçilən deputatı Dursun Ateş istefa verdiyini açıqlayıb.
 
 
 
Ardını oxu...
Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. XİN rəsmisi qeyd edib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Vurğulanıb ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt Konstitusiya və digər sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır: "Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə, bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil". Həmçinin A.Hacızadə bəyan edib ki, Ermənistan tərəfinin "sülh sazişində daxili qanunvericiliyə istinad edilməməsi" iddiası tamamilə əsassızdır: "Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Almatı bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik. Kommunikasiyaların açılması məsələsində də Ermənistan baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb". Nazirlik rəsmisi vurğulayıb ki, hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil: "Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub".
Politoloq Abutalıb Səmədov "Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişində yer alan 16 bəndin 13-nün tam razılaşdırıldığını, 3 bənddə isə qismən razılıq olduğunu deyir.
Ekspert vurğulayıb ki, İrəvan hökumətinin başçısı bunun yetərli olduğunu düşünür və təklif edir ki, əldəki razılaşmalara dayanaraq sülh imzalansın: "Azərbaycanın bunu qəbul etməməsi təbiidir. Hətta 16 bəndin 15-i belə razılaşdırılsa, sadəcə, 1 mühüm məsələnin qalması, sazişdə yer almaması ortadakı sənədin imzalanmasını qeyri-mümkün edəcək. Azərbaycanın mövqeyi odur ki, qalıcı sülhü təmin edəcək sənəd imzalansın. Güman edirəm ki, İrəvan konstruktiv yanaşma sərgiləyərsə, yerdə qalan 3 bəndi də qısa müddətdə razılaşdırmaq olar. Ancaq konstitusiya ilə bağlı dəyişiklik mütləq həllini tapmalıdır. Erməni tərəfinin iddia etdiyi ki, preambulanın dəyişdirilməsi üçün referenduma getməyə ehtiyac yoxdur. Bunu parlament üçdə iki səs çoxluğu ilə reallaşdıra bilər. Ermənistan konstitusiyasının 202-ci maddəsində referenduma çıxarılacaq maddələrin siyahısı var və preambula orada yoxdur. Paşinyanın rəhbərlik etdiyi partiyanın parlamentə üçdə iki səs çoxluğu var. 107 yerdən 71-i hakim partiya təmsilçisidir. Yəni istək olsa, Ermənistan Bakının tələbini rahatlıqla yerinə yetirə bilər. Mübahisəli məsələləri qısa müddətdə həll edib sülh sazişini imzalamaq olar".
Siyasi şərhçinin qənaətincə, Paşinyanın natamam sülh sazişi sənədini imzalamaqla bağlı israrının kökündə müəyyən məqamlar dayanır: "Baş nazir yaxşı bilir ki, Azərbaycan yarımçıq sənədə imza atmayacaq. Bu da Ermənistana özünü "sülhpərvər tərəf" kimi göstərməyə imkan verəcək. Guya, əslində, İrəvan hökuməti sülh istəyən, hətta bunda israr edən tərəfdir, Azərbaycan isə buna yaxın durmur. Ancaq bu, qeyri-konstruktiv və uğursuz gedişdir. Qərb ölkələri də Ermənistanın niyyətini başa düşməli və İrəvan hakimiyyətinə zəruri təlimatlar verməlidirlər ki, yaxın aylarda sülh sazişini imzalamaq mümkün olsun. Paşinyanın özünü "sülhsevər" şəxs kimi göstərmə cəhdləri də nəticəsiz qalacaq. Təxribatlardan, pozucu fəaliyyətindən və ikiüzlü siyasətdən əl çəkmədən normal dövlətə çevrilmək, regional əməkdaşlıq qurmaq mümkün olmayacaq".

Dünyapress TV

Xəbər lenti