Zelenski: "Avropa Trampın ölkəmizə dəstəyi dayandırmasından..."
“ABŞ-nin iştirakı olmadan verilən təhlükəsizlik zəmanəti gerçək deyil. Mən Avropanın ölkəmizin təhlükəsizliyinin əsas qarantı ola biləcəyi barədə fikirlər eşidirəm, lakin orada hər zaman buna “yox” cavabı verilir”.

Bunu “The Guardian“a müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Avropa ABŞ prezidenti Donald Trampın ölkəsinə dəstəyi dayandırmasından yaranan boşluğu təkbaşına doldura bilməyəcək.

V. Zelenski eyni zamanda ABŞ-dən olan şirkətlərə ölkəsinin bərpası və investisiyalar üçün sərfəli müqavilələr təklif edəcəyini açıqlayıb.

Ukraynanın dövlət başçısı tərəfdaşların onlara nüvə silahı və raketlər verməli olduğuna diqqət çəkib:

“Bizi hər növ raketlərdən yalnız “Patriot” xilas edə bilər. Lakin hətta o belə təhlükəsizliyimizi yetərincə təmin edə bilməz. Ukraynaya kömək edənlər onu yerli iş adamları ilə birlikdə bərpa etmək imkanı qazanır. Bütün bu məsələlərin müzakirəsinə hazırıq. Nüvə silahımızı qaytarın, bizə raketlər verin və milyonlarla şəxsi heyətə malik ordumuza maliyyə məsələlərində dəstək olun. Xalqımızın sabitlik içərisində yaşaması üçün öz kontingentinizi ölkəmizin buna ən çox ehtiyacı olan ərazilərinə yerləşdirin”, – deyə Ukrayna lideri fikirlərini tamamlayıb.
 

Bölmənin digər xəbərləri

20 Fevral 2025 İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı Sazişi təsdiq etdi
20 Fevral 2025 ABŞ, yoxsa Çin? - Avropa İttifaqı seçim qarşısında
19 Fevral 2025 Zelenski: Rusiyanın ultimatumlarına tabe olmadım və olmayacağam
19 Fevral 2025 Ərdoğan: Zelenskinin Krım tatarları ilə bağlı addımlarını yüksək qiymətləndirirəm
19 Fevral 2025 Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama...
18 Fevral 2025 Zelenski Türkiyədə səfərdədir
17 Fevral 2025 Azərbaycanla bağlı bu layihə TBMM-ə göndərildi
17 Fevral 2025 Ermənistan müharibəyə HAZIRLAŞIR: Hindistanda gizli görüş - VİDEO
17 Fevral 2025 Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağıq
16 Fevral 2025 “Abxaziyadakı qondarma seçkiləri tanımırıq” - Rəsmi Bakı
16 Fevral 2025 Zelenski: "Ukraynasız onun barəsində qəbul olunan sövdələşmələri qəbul etməyəcəyi
16 Fevral 2025 Putinin 18 il əvvəl müharibəni başladan mesajı: - Eyni məkanda təkrarlandı
16 Fevral 2025 “Putin-Tramp görüşünü keçirməyə hazırıq” – Səudiyyə Ərəbistanı
15 Fevral 2025 Ermənistanın iki stulda oturmaq cəhdi: Siyasi qumar nəyə gətirib çıxaracaq?
15 Fevral 2025 Kir Starmer Trampla ABŞ-yə planlaşdırılan səfərini müzakirə etdi
14 Fevral 2025 Ukrayna nizamlanma ilə bağlı danışıqlarda iştirak edəcək
14 Fevral 2025 Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyin təmin olunmasına töhfə verməyə hazırlığını ifadə edir
14 Fevral 2025 Avropa Parlamenti Gürcüstan prezidenti kimi Zurabişvilini tanıyır - Qətnamə
13 Fevral 2025 Zelenski Trampla danışığının detallarını açıqladı
13 Fevral 2025 TRAMP PUTUN VƏ ZELENSKİ İLƏ TELEFONLA DANIŞIB - Hər iki liderlə söhbəti uzun olub...

Dünyapress TV

Xəbər lenti