ABŞ İranla danışıqlara başlayır? (ŞƏRH)
"ABŞ üçün əsas məsələ İsrailin təhlükəsizliyidir. Bu çərçivədə razılaşmanın əsas motivi İranın nüvə silahı istehsal etməməsidir. Bunun qarşılığında İrana yönəlik embarqo, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması kimi proseslər gündəmə gələ, habelə, Tehrandan Livan, Fələstin, Suriyadakı proseslərə müdaxilə etməsinin dayandırılması tələb oluna bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy ABŞ prezidenti Donald Trampın İranla razılaşmanın əldə olunacağı barədə verdiyi optimist fikirlərini şərh edərkən deyib.

Nazim Cəfərsoy bildirib ki, Barak Obama adminstrasiyası dövründə əldə olunmuş razılığa əsasən, İran uranın zənginləşdirilməsindən vaz keçməli idi:

"Bunun qarşılığında İrana tətbiq edilən sanksiyalara münasibətdə yumşalmalar baş verməli idi. Bu istiqamətdə müəyyən proses gedirdi. Ancaq Tramp 2016-cı ildə birinci dəfə hakimyyətə gələndən sonra razılaşmanı ləğv etdi və ondan çıxdı. İranda bu fonda uranın zənginləşməsi prosesini davam etdirdi. Bayden adminstrasiyası dövründə də proses mövcud şəkildə davam etdi. Baydenin İran siyasəti daha çox müzakirələrdən yana idi. Trampın yenidən gəlişi ilə isə mənzərə dəyişib. Çünki Tramp biznesmensayağı müzakirə texnikasını ortaya qoyur. Onun bir tərəfdən əsas məqsədi İranın nüvə silahı əldə etməsinə qarşı çıxmaqdır. Bunun üçün də sanksiyalar başda olmaqla müxtəlif vasitələrdən istifadə etməyi qarşısına məqsəd olaraq qoyub".

Ekspert bildirib ki, məqsəd İranı nüvə silahı yaratmaqdan uzaqlaşdırmaq olduğundan, Tramp tərəfindən müzakirə taktikası da ortaya atılır:

"Yəni bununla demək istəyir ki, anlaşa bilsək proses irəliyə doğru gedə bilər. Anlaşma baş vermədikdə isə Tramp İrana yönəlik fərqli sanksiyaları tətbiq edəcəyini, təzyiqi artıracağını bəyan edir".

Həmsöhbətimiz bununla yanaşı bildirir ki, hələlik Trampın dediklərilə bağlı ortada hər hansı bir müzakirə yoxdur:

"Trampın bu açıqlaması ərəfəsində Xamenei də bildirib ki, müzakirələrin heç bir xeyri yoxdur və yaxşısı müzakirə etməməkdir. Yəni bu iki açıqlamalar iki məqamdan xəbər verir. Hələ ki, ortalıqda hər hansı bir müzakirə yoxdur. İkincisi, tərəflər müzakirə olacaqsa ona yönəlik öz mövqelərini gücləndirmək üçün manevr imkanlarını artırmağa çalışacaqlar".

Qeyd edək ki, "Fox News"un məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi ilə bağlı razılığa gələcəyinə inanır: "Düşünürəm ki, İranla bağlı razılaşma əldə edəcəyik. Onlara zərər dəyməyəcək".

ABŞ prezidenti hesab edir ki, İranın hava hücumundan müdafiəsi əsasən fəaliyyətsizdir və bu onu daha həssas edir və danışıqlar masasına əyləşməyə hazırdır: "Düşünürəm ki, onlar əsəbidir, qorxurlar".
 

Bölmənin digər xəbərləri

20 Fevral 2025 İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı Sazişi təsdiq etdi
20 Fevral 2025 ABŞ, yoxsa Çin? - Avropa İttifaqı seçim qarşısında
19 Fevral 2025 Zelenski: Rusiyanın ultimatumlarına tabe olmadım və olmayacağam
19 Fevral 2025 Ərdoğan: Zelenskinin Krım tatarları ilə bağlı addımlarını yüksək qiymətləndirirəm
19 Fevral 2025 Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama...
18 Fevral 2025 Zelenski Türkiyədə səfərdədir
17 Fevral 2025 Azərbaycanla bağlı bu layihə TBMM-ə göndərildi
17 Fevral 2025 Ermənistan müharibəyə HAZIRLAŞIR: Hindistanda gizli görüş - VİDEO
17 Fevral 2025 Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağıq
16 Fevral 2025 “Abxaziyadakı qondarma seçkiləri tanımırıq” - Rəsmi Bakı
16 Fevral 2025 Zelenski: "Ukraynasız onun barəsində qəbul olunan sövdələşmələri qəbul etməyəcəyi
16 Fevral 2025 Putinin 18 il əvvəl müharibəni başladan mesajı: - Eyni məkanda təkrarlandı
16 Fevral 2025 “Putin-Tramp görüşünü keçirməyə hazırıq” – Səudiyyə Ərəbistanı
15 Fevral 2025 Ermənistanın iki stulda oturmaq cəhdi: Siyasi qumar nəyə gətirib çıxaracaq?
15 Fevral 2025 Kir Starmer Trampla ABŞ-yə planlaşdırılan səfərini müzakirə etdi
14 Fevral 2025 Ukrayna nizamlanma ilə bağlı danışıqlarda iştirak edəcək
14 Fevral 2025 Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyin təmin olunmasına töhfə verməyə hazırlığını ifadə edir
14 Fevral 2025 Avropa Parlamenti Gürcüstan prezidenti kimi Zurabişvilini tanıyır - Qətnamə
13 Fevral 2025 Zelenski Trampla danışığının detallarını açıqladı
13 Fevral 2025 TRAMP PUTUN VƏ ZELENSKİ İLƏ TELEFONLA DANIŞIB - Hər iki liderlə söhbəti uzun olub...

Dünyapress TV

Xəbər lenti