Vəfat edən Xalq artisti bu xəstəlikdən əziyyət çəkirmiş İranə Tağızadə bir ilə yaxın idi ki, ağır nevroloji xəstəlikdən əziyyət çəkirdi”.
Teref.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında mərhum Xalq artisti, rejissor İranə Tağızadənin vida mərasimində aparıcı hacı Nuran Hüseynov deyib.
Onun sözlərinə görə, sağalacağına ümid yox idi:
“Bir il idi ki, ağır nevroloji xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik bütün hüceyrələrini öldürdü. Günü-gündən onu ölümə yaxınlaşdırdı. Yoldaşı Firdovsi mənim yaxın dostumdur. Ailəlikcə münasibətimiz var idi. Onu Almaniyaya müalicə üçün apardı. Lakin həkimlər ümid olmadığını bildiriblər”.
Hacı Nuran sonda İranə Tağızadənin ölümünə görə gecə Bakıya gəldiyini qeyd edib.
"Dil qoruyucuları" adı altında şəxsi ambisiyalar naminə qadağalar, məhdudiyyətlər, pisləmələr, lağlağılıqlarla Azərbaycan dilini etibarsızlaşdıranlar əfv olunmamalıdırlar... Musiqi zövqündəki müxtəlifliyin, tərbiyənin keyfiyyətinin dilin leksik-qrammatik, orfoepik, stilistik və ya sintaktik quruluşu ilə heç bir əlaqəsi yoxdur...
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Mahnılarımız monitorinq aynasında” tədbirinin müşayiəti ilə yazıçı Seyran Səxavət, Rəsul Rza üslubuna "xor" baxıb. O, şair-ədəbiyyatşünas, professor Vüqar Əhmədi bir növ top atəşinə tutub. Gəlin, diqqət və müqayisə edək: Vüqar Əhməd: “Şeir-sənət keşiyisən, Göy Xəzərin beşiyisən, Abşeronum mənim” ("Abşeronum mənim" şeiri) Rəsul Rza: "Hər qarışın şair qızın Natəvandan xəbər verir. Sən nəğmələr beşiyisən, sən muğamlar keşiyisən." ("Şuşam mənim" şeiri) Seyran Səxavət: "Bu nədir? Şeir-sənət keşiyi nə deməkdir? Abşeron elə Xəzər dənizinin içindədirsə, necə Xəzərin beşiyi olur?" S. Səxavət dolayısilə şairə "dərs" də verib: "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir, vəssalam". Belə ağıl və idrak sahibləri ilə təmasda olduqda adam XXI əsrdə yaşadığına inanmır. S.Səxavətin Monitorinq Mərkəzinin tədbirində asıb-kəsdiyi "Sən tel ol, mən daraq" misrası isə şairə, dramaturq, əməkdar incəsənət xadimi Kəmalə Ağayevaya məxsusdur! Təsəvvür edin, tədbirdə heç bir monitorinqçi və ya alim-akademik bu fikirlərə etirazını da bildirməyib. Biganəlik olan yerdə sakit ölüm var. Deyəsən, nəsibimiz sükut içində tənəzzülümüzdür! İndi yaradıcı insanlar nə etsinlər? Əllərinə qələm alanda Monitorinq Mərkəzini xatırlasınlar? Qadağa öfkəsi ilə od püskürən simaları hiss və duyğularına hakim kəsdirsinlər?! Yaradıcı insanlar kompleks yaşasınlarmı?! Bəlkə duyğu ümmanlarından ayrılıb təxəyyüllərini gölməçəyə atsınlar və başlasınlar monitorinqin "azman" fəaliyyətini nəzmə çəkməyə?! Bu qəbil iradlar yaradıcı insanların psixologiyasına depressiv təsir göstərmək, onların dilin zənginliklərindən geninə-boluna istifadə etmək imkanlarını məhdudlaşdırmaq və Azərbaycan dilinin qıt obrazını yaratmaq niyyətini ehtiva edir. Naşılıqdandır, ya nədəndir, bilmirəm. Bir onu bilirəm ki, çox zərərli və təhlükəli fəaliyyətdir. Heç sovet dövründə də dilimizə, yazı qaydalarımıza qarşı akademşəbəkənin yaşatdığı zilləti yaşatmayıblar, əksinə, dilimiz tam sərbəst olub, gözəlliyini, əlvanlığını və orijinallığını qoruyub saxlayıb. Hələ bu harasıdır? Dövlətin büdcəsindən maliyyələşən qurumun audio-vizual fona malik cazibədarlıqla dolu formal tədbirində müğənnilər önündə səlahiyyət nümayiş etdirmək, öz mənəm-mənəmliklərini diktə etmək naminə Azərbaycan dilini gözdən salmaq və etibarsızlaşdırmaq meyilləri açıq-aydın görünür. Hansısa akademşəbəkə üzvlərinin reklamı niyə Ana dilinin sıxma-boğmaya salınması və döyəclənməsi hesabına olmalıdır axı? Deliriyadan əziyyət çəkən bu "dil qoruyucuları" görün, dilimiz haqqında hansı təsəvvürü formalaşdırırlar?! “Azərbaycan dili bu gün reanimasiyadadır, can verir”. Bu nə həqarətdir? Qurum bu etibarsızlığı, ümidsizliyi reklam etmək üçünmü yaradılıb?! Dövlət bunun üçünmü böyük vəsaitlər ayırıb?! Reanimasiyada olan da, can verən də, başını itirən də, üstəlik, kliniki ölüm keçirən də sizsiniz! Uşaqlarınızı, nəvə-nəticələrinizi rus bölməsində oxudursunuz, oxudun, öz işinizdir, amma adamın vicdanı olar, dil təəssübkeşi cildində gözümüzü dikdiyimiz, yeganə varlıq səbəbimiz olan dil açdığımız doğma dilimizi gözdən və etibardan salmaq fəaliyyətinizə son qoyun! Gedin, öyrəndiyiniz dillər vasitəsilə faydalı işlərlə məşğul olun! Sizə heç kim mane olmur! Beş manatdan ötrü yuxarı instansiyanı belə bir qurumun mövcudluğunun zəruriliyinə inandırıb vəzifə və səlahiyyət əldə etmək, sonra şəxsi ambisiyalarınızı gerçəkləşdirmək cəhdlərinizdən əl çəkin! Hər şey göz qabağındadır! P. S. Təsisatın hər tədbiri, nəticə etibarilə, dilimizə həqarət motivlərini şirnikləndirirsə, deməli, rəqəmlərlə parıltı yaradıb gözə kül üfürən istənilən qurumun fəaliyyəti haqqında ciddi düşünmək və ölçü götürmək zəruridir!
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov
Xalq artisti Afaq Bəşirqızı qalmaqal yaşadığı və illərdir küsülü olduğu mərhum Azər Paşa Nemətov barədə danışıb. Teref.az OLAY-a istinadən xəbər verir ki, OLAY-a danışan sənətçi yaşadığı mübahisələrə görə peşman olmadığını bildirib: “Azər Paşanı 1-5 ildir deyil tanıyıram. Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu. Çox mütəəssir olmuşam. Amma mənə bir təskinlik var ki, şəxsi ambissiyamız üçün sözləşməmişdik, biz aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım. Təsəvvürümə gətirməzdim ki, Azər Paşa qəfil dünyasını dəyişəcək. İnanmazdım ki, xəstəliyə qalib gələ bilməyəcək, ölüm qarşısında əzmini qıracaq, amma deməli, var. Hərhalda səmimi insan olduğuma inanarsınız. Mənə heç kim bu sözləri dedirdə bilməz. Bir dənə heyfisləndiyim bir şey var. Uzaqdan da olsa, bu yaxınlarda onu bir dəfə görəydim. İndiki dostluğun çox fərqi var bizim zəmanənin dostluğu ilə. Həmişə sənətkarların arasında belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı”. Sənətçi sosial mediada A.P.Nemətov barədə status yazan həmkarlarına isə bu məsləhəti verib: “Heç bir peşmanlığım olmadı. Yenə də necə ki, mənim təklifimi eşidib Prezidentim maaşları qaldırdı, yenə də aktyorlara diqqət göstərəcəyinə əminəm. Peşman deyiləm, umacağım yoxdur. Hansısa hərəkəti edəndə özümə güvənirəm, başqasından heç nə güdmürəm. İctimai həyatda gördüyüm işləri müəyyən adamlar bilirlər. Heç vaxt belə müsahibələr verməmişəm, bundan zövq alıram. Heç birindən narazı deyiləm. Hikmət həddindən ziyadə istedadlı oğlandır. Ona qarşı haqsızlıq olub. Amma yenə deyərdim ki, Hikmət balam (Aktyor Hikmət Rəhimov - red.) elə status yazmazdı. Əgər mən halallıq verirəmsə, onlar da halallıq versinlər. Bu, onların böyüklüyüdür. Allah rəhmət eləsin. Öz halallığımı verdim. Əminəm ki, hər şey yaxşı olacaq!”.
Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib. Bu barədə teatrdan məlumat verilib. Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, uzun müddət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş və yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Bülbül adına orta musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1965-ci ildə isə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974–1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərib. 1977-ci ildə isə yenidən Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib. Azərpaşa Nemətov 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, 31 avqust 2015-ci ildən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 6 yanvar 2016-cı ildən etibarən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktorudur. 12 avqust 2022-ci ildə "Şərəf" ordenina layiq görülüb. Tanrı ruhunu şad etsin!
AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar.
QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən e-huquq.az-a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib.
Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.
Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.
Dünya şöhrətli aktyor Bred Pitt 105 yaşlı qonşusuna humanist jestilə insanların sevgi və rəğbətini qazanıb.
KONKRET.az xəbər verir ki, qonşuları bir müddət əvvəl evini 40 milyon dollara satışa çıxaran ünlü aktyorun insanlığından ağızdolusu danışıblar.
Məlum olub ki, bir müddət öncə aktyor 30 illik evini satışa çıxarıb. Keçmiş həyat yoldaşı Ancelina Coli və altı uşağı ilə 2016-cı ilə qədər bu evdə yaşayan Pitt bu illər ərzində evi demək olar ki, yenidən tikib. Ötən günlərdə evini 39 milyon dollara sata bilən Pittin orada yaşadığı müddətdə qonşularına qarşı son dərəcə səxavətli olduğu ortaya çıxıb. Keçmiş qonşulardan biri, aktrisa Kassandra Peterson Pittin 105 yaşlı qonşusuna milyon dollarlıq malikanədə illər boyu kirayə haqqı ödəmədən yaşamağa icazə verdiyini açıqlayıb.
Kassandra ünlü aktyorun həyat yoldaşını itirən yaşlı qonşusuna isti münasibətindən və qayğısından danışıb. Bildirib ki, Pitt ətrafdakı mülkləri satın almaqla öz malikanəsini tikmişdi: “Onlardan biri doxsan yaşlarında olan Con adlı kişiyə məxsus idi. Onun arvadı vəfat etmişdi və Bred Conun ölənə qədər heç nə ödəmədən orada yaşamasına icazə vermişdi”. Peterson qonşu olduqları müddətdə aktyor yoldaşının ona qarşı da həmişə mehriban və diqqətcil olduğunu deyib.
Qeyd edək ki, Pittin sözügedən malikanəsi qapalı bir icma daxilində yerləşirdi və 110 ildən çox zəngin bir tarixə malikdir. O, 1910-cu ildə neft baronu tərəfindən inşa edilib və rok əfsanəsi Jimmy Hendrixin 1967-ci ildə “May This Be Love” hitini qələmə aldığı yer kimi tanınır.
Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, “Molla Nəsrəddin” jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə “Molla Nəsrəddin” jurnalı ilə satirik jurnalistikanın əsasını qoyub. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Onun 1920-ci ildə qələmə aldığı “Anamın kitabı’’ dram əsərini oxuyan oxucu XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyətindəki Vətənə, xalqa, ana dilinə olan laqeydliyi açıq bir şəkildə görür. Bu laqeydliyin Azərbaycan ziyalılarında daha çox olması ziyalıların səhv yol tutduqlarının başlıca göstəricisi idi. Cəlil Məmmədquluzadə bu laqeydliyi tənqid etməkdən heç vaxt əsla çəkinməmişdir. Ədib “Anamın kitabı’’ dram əsərində xalqın nicat yolunu milli kimlikdə, vahid, azad Vətən ideyası ətrafında birləşməkdə görür.
“Anamın kitabı’’ əsəri üç qardaş olan: Rüstəm bəyin, Mirzə Məmmədəlinin və Səməd Vahidin geyimlərinin, danışıqlarının, həyata baxış tərzlərinin fərqlənməyi ilə bir ailənin daxilindəki uçurumu təsvir etməklə o dövrü oxucu gözündə canlandırır. Rusca ali təhsil almış və zehincə ruslaşmış Rüstəm bəy özünü “intelligent” sayır. O, geyim kimi pidjak, jilet və nişastalı yaxalı köynәk geyinir və çox zamanda eynәkdə və boğazında qalstuku olur. Onun digər qardaşı İranda oxumuş Mirzə Məmmədəli isə həm geyiminə, həm də danışdığı dil ilə qardaşlarından tamamilə fərqlənir. Onun başına uca İran börkü qoyur və əyninə isə uzun çuxa, gen şalvar, ağ corab geyinir. O, adəti üzrə başmaqlarını qapının ağzında çıxardıb yerdә diz üstә oturur və hәmişәdə әlindә tәsbeh vә gözündә eynәk olur. Onların ən kiçik qardaşları olan Səməd Vahid isə İstanbulda oxumuşdur. Onunda geyimi digər qardaşları kimi təhsil aldıqları yerin geyim tərzinə uyğundur. O, başına qırmızı fəs qoyur və әyninә pidcak, jilet, ağ yaxalı köynәk vә qalstuk geyinir.Gözlərində isə eynәk olur. Bu üç qardaşın geyimləri kimi zövqləri, dünyagörüşləri də bir-birinin tamamilə əksidir. Ataları mərhum Əbdüləzim oğlanlarından fərqli olaraq, vətənpərvər və milli ənənələrə bağlı bir kişi olmuşdur. Qardaşların milli ənənələrdən tamamilə uzaq düşmələri demək olar ki, onları biri-birinə tamamilə yadlaşdırdı. Onlar biri-birinə o qədər yadlaşdı ki, artıq bir ailədə, bir otaqda belə yaşaya bilməyəcək vəziyyətə çatdılar. Ədibin “Anamın kitabı’’ dram əsəri dörd mәclisdәn ibarətdir. Dramaturq bu üç qardaşın dostlarınında eynilə özləri kimi olduğunu təsvir edir. Əsərdə yaradılan Aslan bәy obrazı hәr cәhәtdәn Rüstәm bәyә oxşayır. Mirzә Bәxşәli obrazıda hәr cәhәtdәn Mirzә Mәhәmmәdәli ilə eynidir. Hüseyn Şahid də hәr cәhәtdәn Sәmәd Vahidә oxşayır. Müəllif bu obrazlarla cəmiyyətdəki uçurumun genişliyini oxucuya çatdırmışdır. Dramaturq əsərin əvvəlində Rüstәm bәyin, Mirzә Mәhәmmәdәlinin vә Sәmәd Vahidin ümumi kabinәsinin təsviri ilə üç hissəyə parçalanmış vətəni əlaqələndirir: “Bir tәrәfdә böyük yazı stolu, üstündә qırmızı mahutdan örtük, yanında neçә dәnә sandalya, kitab şkafı, stolun üstündә vә şkafın içindә kitablar. Stolun üstündә telefon, mürәkkәb qabı, qәlәmlәr, kağızlar vә qeyri yazı әşyası. Bu-Rüstәm bәyin yazı stolu. Bir tәrәfdә qoyulub kitab qәfәsәsi üstә kitablar, yanında bir dәnә sandalya. Bura Sәmәd Vahidin yeri. Bir tәrәfdә qoyulub sandıq, içindә vә üstündә yekә vә qara cildli köhnә müsәlman kitabları. Sandığın yanında döşәk. Bu da Mirzә Mәhәmmәdәlinin yeri”.
Dramaturq əsərin əvvəlindən sonuna kimi qardaşları məşğul, bir dəqiqə belə işlərindən ayrıla bilməyən insanlar kimi təsvir edir. Rüstәm bәy əsərin əvvəlindən başlayaraq, lüğəti üçün yeni söz axtarır. Hər üç qardaş heç bir məsələdə ortaq qərara gələ bilmədiyi kimi bacıları Gülbaharında evlənmək məsələsində bir qərara gələ bilmirlər. Rüstәm bәy Gülbaharı Aslan bәyә, Mirzə Mәhәmmәdәli Mirzә Bәxşәliyә, Səməd Vahid isə Hüseyn Şahidә verək deyir. Qardaşların bu işindəndə bir mәtlәb hasil olmur. Dramaturq əsərdə Gülbaharın sözləri ilə qardaşların nə dərəcə yola gedə bilmədiyini göstərir. “Sizin mәnim barәmdә çalışmağınız әbәsdir; çünki mәn bilirәm ki, mәn bir kәsi xoşlasam da, sәn razı olsan, Mәhәmmәdәli dadaşım razı olmayacaq; Mәhәmmәdәli dadaşım razı olsa, sәn izin vermәyәcәksәn; hәr ikiniz dә xoşlasanız, Sәmәd dadaşım bәyәnmәyәcәk. Bir yadınıza salın, görün indiyә kimi mәnim üstümdә siz üç qardaşın neçә dәfә dava-mәrәkәsinә qonşular yığışıb tamaşaya. Yox-yox, mәn heç kәsә getmәk istәmirәm. Kaş siz bir-biriniznәn yola gedin”.
Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ dramında vətəni, doğma yurdu təmsil edən Qurban, Qәnbәr, Zəhra bәyim, Gülbahar kimi obrazlar yaratmışdır. Ədib əsərdə cәmiyyәti-xeyriyyәnin iclasında iştirak edən Gülbaharın sözləri ilə öz mövqeyini oxucuya çatdırır. “Vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mәn bir söz başa düşmәdim”.
Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ dramında vətəninə, doğma yurduna layiqli olmayan üç qardaşın, yәni Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahidin mәnzilinin axtarılması, kitabxanalarının müayinә edilməsi, mәzmunlarının tәftiş vә tәhqiq edilməsi səhnəsində Rüstәm bәyin, Mirzә Mәhәmmәdәlinin vә Sәmәd Vahidin əsl simalarını açıb göstərmişdir. Ədib qardaşların soyadları ilə də onların əsl simasını ifşa edir. Rüstәm bәy özünü Rüstәm bәy Әbdülәzimof kimi, Mirzә Mәhәmmәdәli Mirzә Mәhәmmәdәli xәlәfi-mәrhum Ağa Әbdülәzim kimi, Səməd Vahid isə Әbdülәzimzadeyi Sәmәd Vahid kimi təqdim edir.
Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ dramında senzorun sözləri ilə müəllif mövqeyini ortaya qoyur. “Sizi belә qәlәmә veriblәr ki, siz üç qardaş söz bir vә hәmfikir olmusunuz ki, әvvәla, Rusiya islamlarını Türkiyә dövlәtinә tәrәf çәkib, ittihadi-müslimin cәmiyyәtinә iştirak edәsiniz. Saniyәn, axır zamanlarda Azәrbaycanda әmәlә gәlәn Hübbi-vәtәn vә Әdәmi-mәrkәziyyәt firqәsinin amalı yolunda çalışmaqdasınız ki, bir tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr tәrәfdәn İran Azәrbaycanını–ki, ibarәt olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran Kürdüstanı, Urmu vә qeyrilәrә–bu vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil Azәrbaycan hökumәti әmәlә gәtirәsiniz vә salisәn bu fikirdәn dә uzaq deyilsiz ki, müsavat vә hürriyyәt әsaslarını kәndli vә әhli-kәsәbә içindә müntәşir edirsiniz ki, min il yuxuda olan camaat hökumәtin әsarәt zәncirini qırıb, özlәri üçün bir nicat yolu tapsınlar vә hәmin niyyәtlәrinizi әmәlә gәtirmәk yolunda lazımi mәtbuat cәm elәyib, qәlәm ilә çalışmaqdasınız”.
Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ pyesində Rüstәm bәyin monoloqu ilə XX әsrin bir çox ziyalılarını ifşa edir. “Hәlә indiyә kimi xalq bir şeyi başa düşmürdü. İndiyә kimi xalq deyirdi: mәrhәba-Әbdülәzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm tәhsil edib, biri İstambulda, biri Nәcәfül-әşrәfdә. Üçü dә, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylәnәcәk ki, haman üç alimlәrin biri (Mirzә Mәhәmmәdәliyә işarә edir) xüsüf-küsuf duası yazır; biri (Sәmәd Vahidә baxır) mәfailün fәilatün; biri dә … (özünә baxır), vallah, mәn özüm dә heç başa düşmürәm ki, mәn nәçiyәm”.
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi yüksək ideyasına və dərin məzmununa görə bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlaya bilmişdir. Əsərdə qardaşlarının kitablarını yandıran Gülbahar qardaşlarının bir-birinə bu qədər yadlaşmalarına üsyan edirdi. Əsərdə öz milli köklərindən ayrılanların faciəsinə toxunulmuşdur. Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ əsəri üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın isə dramıdır. Əsər Azərbaycanın milli birliyinə həsr olunub. Həcər Atakişiyeva gununsesi
Bir müddətdir ki, məşhur türkiyəli sənətçilər Demet Özdemir və Oğuzhan Koçun evliliklərinin üzərində qara buludların dolaşdığı iddia edilir.
Müğənni-aktyor Oğuzhan Koç və aktrisa Demet Özdemirin evliliklərində problemlər yarandığı deyilir.
Demet Özdemirin Oğuzhan Koçla dava etdiyi və evdən çıxaraq bir həftə sonra geri qayıtdığı iddia edilib.
Hələ də aralarında soyuqluq hiss olunan cütlük sonunda peşəkar yardım almaq qərarına gəlib və bu təklif Demet Özdemir tərəfindən irəli sürülüb. Demet Özdemir həyat yoldaşı Oğuzhan Koça cütlük terapevtinə getməyi təklif edib. Oğuzhan Koç bu təklifi qəbul edib.
Evliliklərindəki problemləri həll edə bilməyən Oğuzhan Koç və Demet Özdemirin cütlük terapiyası almağa başladığı bildirilib. Onlar bir müddətdir ki, terapiyadan keçirlər.
Həmçinin nikah üzüyünü taxmayan Demet Özdemir yaxın ətrafına bunun boşanma ilə əlaqəsinin olmadığını deyib. “Onsuz da adətən üzük taxmıram. Bunun problemlər və ya boşanma ilə bir əlaqəsi yoxdur”, - deyə o qeyd edib. Mənbə: Haber Global
53 yaşlı P Diddi 1997-ci ildə yazdığı “I'll Be Missing You” mahnısında Stinqin 1983-cü ildə yazdığı “Every Breath You Take” sinqlından icazəsiz istifadə edib və hazırda təzminat olaraq ona hər gün 5000 dollar ödəyir.
Bu günlərdə Stinqin 2018-ci ildə “The Breakfast Club”a müsahibəsi internetdə yayılıb. Britaniyalı ifaçı P Diddidən gündə 2 min dollar aldığını bildirib.
Bundan sonra reper nağd ödənişlərin dəqiq dəyərini açıqlamaq qərarına gəlib. Sənətçi tvitində “Qardaşım Stinqə sevgilərlə” yazıb.
Qeyd edək ki, müsahibədə 71 yaşlı musiqiçi reperlə artıq çox yaxşı dost olduğunu deyib.
Xalq şairi Ramiz Rövşən Xalq artistləri Rasim Balayev, Alim Qasımov və mərhum Xalq şairi Zəlimxan Yaqubla maraqlı xatirəsindən danışıb.
“Sherg.az” xəbər verir ki, R.Rövşən bu mövzudan “Ötən günlər” verilişində qonaq olarkən söz açıb. O bildirib ki, əhvalat Türkiyədə olub:
“Nəsimi hər zaman Rasimlə olub. Bu rolla bağlı bir epizodu Alimin icazəsi ilə danışacam. Deməli, Türkiyədə idik. Rəhmətlik Zəlimxan Yaqub xanımına dəri gödəkcə almaq istəyirdi.
Çox adamdan, həmçinin Alimdən də soruşdu ki, sən dünyanı gəzmisən, burada da çox olmusan, bilərsən ki, yaxşı dəri gödəkcə harada olur? Alim də qayıtdı ki, onu məndən yox, Rasimdən soruş, onu bir dəfə soyublar, dərinin qiymətini o, bilər”.