|
Almaniyanın Potsdam şəhərindəki muzeydə eko-aktivistlər Klod Monenin “Les Mueles” (Ot tayaları) silsiləsindəki 110 milyon dollarlıq əsərlərindən birinə kartof püresi atıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Letzte Generation” (Son nəsil) ekoloji təşkilatının mətbuat xidməti öz “Twitter” səhifəsində məlumat yayıb.
Hadisə oktyabrın 23-də günorta Barberini Muzeyində baş verib. Belə ki, parlaq jiletlər geyinmiş iki fəal müəssisəyə daxil olaraq sənət əsərinə kartof püresi atıblar. Daha sonra isə əllərini yerə yapışdırıblar.
Təşkilat nümayəndəsinin sözlərinə görə, bu hərəkət Monenin yaradıcılığını səhnəyə, ziyarətçiləri isə tamaşaçıya çevirib. Onlar, bununla qlobal istiləşməyə və mədənçıxarma sənayesinin prosesə verdiyi təkana diqqət çəkmək istədiklərini bildiriblər.
Brandenburq Polis Departamentinin sözçüsü Mario Heinemann bildirib ki, hadisə ilə əlaqədar iki nəfər saxlanılıb və barələrində mülkə müdaxilə və ziyan vurmaq ittihamı ilə istintaq başladılıb.
Barberini Muzeyindən verilən açıqlamada, şüşə ilə örtüldüyü üçün tablonun zədələnmədiyi və oktyabrın 26-da yenidən sərgilənəcəyi bildirilib.
Üç ölkə gələn il Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək Eurovision 2023 Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini açıqlayıb.
Yeniavaz.com “The Manila Times”a istinadla xəbər verir ki, bunlar Balkan ölkələri – Bolqarıstan, Şimali Makedoniya və Monteneqrodur.
Bolqarıstan rəsmiləri açıqlayıblar ki, onlar müsabiqəyə marağı itiriblər.
“Bolqarıstan “Eurovision 2023”də və çox güman ki, gələcək buraxılışlarda da iştirak etməyəcək”, – onlar Yunanıstandakı Eurovision Fans Ümumi Təşkilatına (OGAE) verdikləri açıqlamada bildiriblər.
Monteneqronun ictimai yayım şirkəti RTCG maliyyə səbəblərinə və şou üçün Böyük Britaniyada qalmanın yüksək xərclərinə, həmçinin sponsorlarının “maraqsızlığına” görə gələn ilki şoudan imtina etdiyini açıqlayıb.
Şimali Makedoniya da maliyyə səbəblərindən müsabiqədən imtina edib.
Bolqarıstan və Monteneqroda gələn ilki şounun yayımlanacağı bəlli deyil, lakin Şimali Makedoniya iştirak etməməsinə baxmayaraq, 2023-cü il üçün bütün şouları yayımlayacaq və ölkənin iqtisadi vəziyyətindən asılı olaraq 2024-cü ildə geri dönüşü gözlənilə bilər.
34 ölkənin gələn il Liverpulda Ukrayna adından Böyük Britaniyada keçiriləcək şousunda iştirak edəcəyi təsdiqlənib. Ermənistan, Moldova və Çexiya gələn ilki şouda iştirakını hələ təsdiqləməyib.