Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinə yekun vurulub.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqə 2 mərhələdə keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib elan edilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə, ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş etdirilib.
Bayramsayağı bəzədilmiş “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi təşkil edilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.
Məktəblilərin müxtəlif mövzularda təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən 3 qalibə pul mükafatı, 7 nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya təşəkkürnamə və digər mükafatlar təqdim edilib.
Tədbirin qonaqları, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzmiş, parkdakı sərgi və məktəblilərin çəkdikləri rəsmlərlə tanış olmuş və məktəblilər, gənc rəssamlarla səmimi söhbətlər etmişlər.
Rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinlərinin diqqətini cəlb etmişdir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
 
Ardını oxu...
Ötən il Sədərək rayonu ərazisindəki Kültəpə qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar nəticəsində Cənubi Qafqazda Dəmir dövrünün ən böyük və ən qədim şəhər yeri aşkarlanıb. AMEA və ABŞ-nin Pensilvaniya Universitetinin arxeoloqları tərəfindən ərazidə bu il də arxeoloji qazıntılar aparılır, aşkar olunan qədim şəhər strukturları öyrənilir.

“Report” xəbər verir ki, AMEA-nın müxbir üzvü, ekspedisiya rəhbəri Vəli Baxşəliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və ABŞ-nin Pensilvaniya Universitetinin birgə arxeoloji ekspedisiyası bu il ikinci ildir ki, Sədərək Kültəpəsi adlanan yaşayış yerində arxeoloji tədqiqat işləri aparır. Onun sözlərinə görə, tədqiqat işləri nəticəsində olduqca önəmli maddi mədəniyyət nümunələri üzə çıxarılıb:

“Yəni, indiyə qədər Naxçıvan Muxtar Respublikasında şəhər tipli yaşayış yerlərinin olması ilə bağlı xeyli fikirlər deyilmişdir. Naxçıvan şəhəri yaxınlığında olan II Kültəpədə şəhər tipli yaşayış məskəninin vaxtı ilə qalıqları aşkarlanıb. Amma arxeoloji tədqiqatlar göstərdi ki, şəhər tipli yaşayış yerləri bütün dövrlərdə Naxçıvan üçün xarakterik olub. Bu gün isə burada tədqiqat apardığımız Sədərək Kültəpəsi dəmir dövrünə aid olan şəhər tipli yaşayış yeridir. Ekspedisiya rəhbəri həmçinin bildirib ki, indiyə qədər məlum olduğu kimi burada yaşayan tayfalarla bağlı Azərbaycan tarixinə aid müxtəlif yanlış fikirlər deyilmiş. Hal hazırda aparılan tədqiqatlar bu ərazidə Manna mədəniyyətinə məxsus tayfaların yaşadığını deməyə imkan verir. Çünki, Sədərək Kültəpəsi öz planına görə, demək olar ki, Manna ərazisində mövcud olan Həsənli yaşayış yerini memarlıq xüsusiyyətlərinə görə, tamamilə təkrar edir. Ola bilsin ki, Manna dövlətinin sərhədləri Naxçıvana qədər uzanmışdır. Əlbəttə ki, bu, bizim ilkin fikrimizdir. Aparılan tədqiqatlar zamanı biz bunu ümumiləşdirəcəyik”.

Arxeoloji ekspedisiyaya həm də Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin professoru Lauren Ristvet rəhbərlik edir.

Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin professoru bildirib ki, Sədərək ətrafındakı qədim yaşayış məskəni çox vacib yerdir:

“Böyük ehtimal dəmir dövründən qalma bir şəhərdir. Təqribi eradan əvvəl 1000-ci ildən bir şəhərdir. Cənubi Qafqazda, şimal-qərbi İranda və şərqi Türkiyədə bu dövrə aid məlumatımız olduğu yeganə şəhərdir. Bu dövrə aid olan başqa şəhərlər olsa da, hamısı dağılıb.
Amma biz çox şanslıyıq ki, biz bu qədim şəhəri aşkarlaya bildik. Siz mənim arxamda böyük bir tikili görürsünüz, hansı ki, o çay daşı ilə döşənib. Bu yer bu böyük tikiliyə gələn yol sisteminin bir parçası ola bilər, bəlkə də, bir saraydır və yaxud bir növ hərbi baza. Burada tövlə və yaxud yollar ola bilərdi, bunu görmək üçün daha çox qazıntı etməliyik. İndi biz binadan daha çoxunu tapmaq üçün 3 əlavə yer qazmalıyıq. Binanın yanında biz çoxlu fərqli şeylər tapmışıq, böyük saxsı qab parçaları, qədim fincanlar və qazanlar. Biz bunu insanların 3000 il əvvəl neçə yaşadığını öyrənmək üçün edirik”.

Onun sözlərinə görə, ötən il və bu il aparılan qazıntılar zamanı qədim şəhər qalıqları, eyni zamanda xeyli sayda maddi mədəniyyət nümunələri aşkarlanıb: “İlkin araşdırmalar Sədərək Kültəpəsi ilə Cənubi Azərbaycanda, Həsənli yaşayış yeri arasında sıx bağlılığın olduğunu sübut edir. Əldə edilən arxeoloji tapıntıların və bu şəhər yerinin tədqiqinin Azərbaycan tarixinin öyrənilməsi üçün olduqca böyük əhəmiyyəti var”.

Qeyd edək ki, aparılan tədqiqatlar həm də tariximizi saxtalaşdırmaq istəyənlərə tutarlı cavabdır. Beləliklə, bu ekspedisiyalar vaxtilə sovet tarixşünaslığında yazılan - “Naxçıvan ərazisi vaxtilə Urartu dövləti tərəfindən işğal olunub və onlar burada yaşayıblar” fikirlərini alt-üst edir. Həm Oğlanqala, həm də Sədərək yaşayış yerində aparılan araşdırmalar sovet tarixşünaslığında möhkəmlənən bu və digər fikirləri rədd etməyə imkan verir”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Fransız aktyor və musiqiçi Jan-Lui Murad vəfat edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı sənətçi Overn şəhərindəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Murad karyerası ərzində 20-yə yaxın albom çıxarıb. Onun bəstələri dəfələrlə Fransa hit-paradlarının zirvəsinə yüksəlib. Ən böyük populyarlığı isə Maylen Farmer ilə “Regrets” duetində qazanıb. O, İzabella Huppertlə birlikdə “Qadının qisası” filmində də rol alıb.
Ardını oxu...
Məşhur müğənni Tina Törner vəfat edib.

Onun uzun sürən xəstəlikdən sonra 83 yaşında Sürix yaxınlığındakı evində dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, musiqi aləmində Törner rokun kraliçası kimi tanınırdı.

Ardını oxu...
Ardını oxu...
Mənbə: TASS
 
Ardını oxu...
“Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir:
“Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atların, silah-sursatın qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib”.
Ardını oxu...
“Televiziyalardan ümumilikdə narazıyam. Bədii şuralar yox dərəcəsindəri. O vaxt bədii şuraların üzvləri Tofiq Quliyev, Rauf Atakişiyev, Cahangir Cahangirov kimi bəstəkarlar idilər. Onlar hər adamı da səhnəyə çıxarmazdılar. Ağadadaş Ağayevin bir müddətdən sonra səhnədə çıxış etməyinə razılıq verdilər. O vaxt Ağadadaş artıq məşhur idi. Bu gün Aztv və Mədəniyyət kanalları cəmmiyyətə böyük xeyir verir. Digər kanallar məndən inciməsinlər, çox bayağıdırlar. Şit-şit gülməklə, qalmaqalla, kimisə evləndirməklə gündəmə gəlirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə deyib.

“Əvvəl yaxşı bildiyim aparıcıları izləyirəm, görürəm ki, onlar da dəyişiblər. Nə var, nə var ki, reytinq gəlsin. Bunun bizə ziyanı var, xeyri yox. Telekanallar bizim həyatımızı formalaşdıran mənbədir. Gərək onlar tərbiyəvi mövzulara toxunsunlar. Müğənni çıxır əcaib bədən quruluşu ilə oynayır, bizim uşaqlar axı bilmir bu yaxşıdır yaxud pis?! Bizə axı bütün ölkələrdən baxırlar. Niyə ölkəmiz haqda ayrı-ayrı insanların beynində mənfi rəy formalaşmalıdır? Qalmaqal yaradırlar, sonradan kütlə də onların səviyyəsinə düşür. Qalmaqal əvvəl də olub, guya bizi qalmaqala salmaq istəməyiblər? O vaxtı da bir-birləri ilə küsülü olanlar var idi. Bunu heç kim efirə çıxarmırdı. İncəsənət sahəsi ömür boyu intriqalarla dolu olub” deyə o bildirib.

Sənətkar Şuşa təəssüratlarını da bizimlə bölüşüb.

“Sonuncu dəfə Şuşada 1974-cü ildə olmuşdum. Qastrol səfəri idi, Natəvan xanım da orada iştirak edirdi. Ondan əvvəl “Qaya” kvarteti ilə bir yerdə getmişdik. Şuşa bizim ölkəmizin ən gözəl yerlərindən biridir. Oranın təbiəti kimi mənə elə gəlir ki, dünyada təbiət yoxdur. Heç ağlıma da gəlməzdi ki, illər sonra yenidən Şuşanı görə bilərəm. Natəvan xanımla birgə 3-cü “Xarıbülbül” festivalında iştirak etdik. Fizuli aeroportunda biz endik, Şuşaya avtobuslarla getdik. Mənim ürəyim ağrıdı. Elə bil ki, Fizulidə atom bombası partlayıb, Naqasaki onun yanında yalandır. Bütün kəndlər dağıntılar içərisində idi. Artıq böyük bərpa işləri gedir. Əlbəttə ki, buna uzun müddət lazımdır. Çox yüksək səviyyədə konsert keçdi. Hava bir az sərt idi. Şuşanın abu-havasından idi ki, bütün Cıdır düzünü rəqs, musiqi bürümüşdü. Dostlarımızı görüb sevindik. Rasim Balayevlə qol qaldırıb, sevincimizdən oynadıq. Çox gözəl tədbir idi, yüksək səviyyədə təşkil olunmuşdu” deyə sənətkar bildirib.

Rafiq Seyidzadə bu gün də musiqi ilə məşğul olduğunu deyib.

“Mən həmişə musiqi sənəti ilə məşğulam. Başıma, yaşıma baxmayaraq musiqi ilə daim ünsiyyətdəyəm. Son 5-6 ildir ki, nisbətən ara vermişəm. Bəzən götürüb saksafonu ifa edib, cavanlığımı, gənclik illərimi yada salıram” deyə sənətkar bildirib.
Ardını oxu...
Hindistanın Dehli şəhərindəki “Skin Decor” klinikasının baş dermatoloqu və direktoru Monika Çahar piylənmə və keçəllik arasında əlaqəni aşkar edib.

Lent.az xarici mətbuata istinadla bildirir ki, artıq çəki hormonal balanssızlığa səbəb olur, xüsusən də androgenlərin istehsalını artırır. Öz növbəsində, onların artan səviyyəsi kövrəklik və saç tökülməsinin əmələ gəlməsini təhrik edir.

Çahar izah edib ki, artıq çəki olan qadınlarda insulin müqaviməti yaranır və bu da polikistik yumurtalıqların inkişafına səbəb ola bilər. Öz növbəsində, bu xəstəlik keçəlliyin artmasına səbəb olan amillərdən biridir.

Mütəxəssis bu problemlərin qarşısını almaq üçün ilk növbədə meyvə, tərəvəz və yağsız ətdən ibarət qida rasionunuzu tənzimləməyi məsləhət görüb. Bundan əlavə, menyuda A, C və E vitaminləri, həmçinin biotin, sink və dəmirlə zəngin qidalar üstünlük təşkil etməlidir. Həki həmçinin stresdən uzaq durmağı, idmanla məşğul olmağı və saç qulluğuna baş masajını da daxil etməyi təklif edib.
Ardını oxu...
“Forsaj 10” filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb.

Toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub.

Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür.

Filmin süjeti Dominik Toretto (Vin Dizel) və onun yarışçı ailəsinin hekayəsini davam etdirir. Bu dəfə qəhrəmanlar narkobaron Dantenin yaramaz oğlu (Ceysin Momoa) ilə qarşılaşırlar.
Filmdə həmçinin Mişel Rodriqes, Bri Larson, Şarliz Teron, Con Cena, Helen Mirren, Dueyn Conson və Qal Qadot çəkilib. Ekran əsərinin rejissoru Luis Leteryedir.

Mənbə: gazeta.ru
Ardını oxu...
“44 illik teatr, bir az ondan az kino təcrübəm mənə bunu deyib: bizdə həmişə yaxşı ssenari yazanlar olub. Yaxşı rejissorlar, yaxşı aktyorlar da həmçinin... Sadəcə pulumuz az olub”.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında rejissor, aktyor, ssenari müəllifi, xalq artisti Vidadi Həsənov deyib.

O qeyd edib ki, Azərbaycan filmləri son illər bir çox festivallarda uğur qazanır:

“Kim deyir ki, yaxşı ssenari yazanlarımız yoxdur, onlara inanmayın. Azərbaycan filmi yoxdur deyənlərə də inanmayın. Azərbaycan gəncləri son festivallarda çox uğurlar qazanıblar. Bəyəm onlar bizimkilər deyil? Bizimkilərdir, onların uğuru da bizim, Azərbaycan kinosunun uğurudur”.
 

Ardını oxu...
Jurnalist Ülviyyə Alovlu Binəqədi Rayon Məhkəməsinin onu axtarışa verməsi ilə bağlı qərarına reaksiya göstərib.

DİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Ülviyyə Alovlu İnstaqramda video paylaşaraq bu sözləri deyib:

“Sabah Murad Arifin ilk solo konsertidir, ora getməyə hazırlaşıram. Heç kim məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə çalışır. Amma özündən başqa hamı gündəmdə oldu. Mənim də gündəmdə qalmağıma səbəb oldu. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verdi.

Mən burdayam, bundan sonra getdiyim hər yeri sosial şəbəkədə işarələyəcəm. Sabah Heydər Əliyev Sarayında olacam, kimsə axtarırsa gəlsin aparsın. Hakim Abbas Rzayevə yazıram, o mənə deyir ki, belə bir şey yoxdur”.

Qeyd edək ki, xalq artisti Flora Kərimova Ülviyyə Muradovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Dünyapress TV

Xəbər lenti