“Son zamanlar teatrlardan müraciətlər çoxdur. Yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. Millət vəkili bildirib ki, sənətkarın yaşı olmur: “Şairə demək olar ki, 85 yaşdan sonra şeir yazma? Sənətkar, aktyor yaradıcı adamdır. Xüsusilə Gənc Tamaşaçılar Teatrı və başqa teatrlarda. Mədəniyyət Nazirliyi bu işə əncam çəkməlidir.

Teatr direktorları özlərini ağa kimi aparırlar. Tariyel Qasımov Azərbaycanın ən böyük aktyorlarından biridir. Onu istefaya göndəriblər. Eləcə də başqalarını. Seyid Şuşinski, Xan Şuşinski neçə yaşına kimi oxuyub? Onda onlara deyərdik oxuma?! Teatrları veriblər direktorların əlinə, onlar da istədiyi kimi davranır. Mədəniyyət Nazirliyi bu məsələyə diqqəti artırsın”.


Ardını oxu...
Bir neçə gün əvvəl Bizim.Media Yasamal qəbiristanlığında nakam bəstəkar Asəf Zeynallının qəbirüstü abidəsinin bərbad halı barədə və buradakı qüsurlar haqqında videomaterial hazırlamışdı.

Məsələnin həll yollarını əvvəlcə, Mədəniyyət Nazirliyində axtardıq. Amma nazirlikdən qəti şəkildə bildirildi ki, qəbirüstü abidənin ucaldılması Mədəniyyət Nazirliyinin səlahiyyətləri xaricindədir.

Niyəsini başa düşmədik, amma çıxış yolunu başqa qurumda tapmağa çalışdıq. Dedik bəlkə, Bakı Şəhər İcra Hakimiyyəti bu işə bir əncam çəkə bilər. Amma bu qurumun da mətbuat xidmətindən bildirildi ki, qəbisiristanlıqlar onların balansında deyil.

Əlimiz üzümüzdə üz tutduq Yasamal Bələdiyyəsinə. Axır ki, bir insaflı tapıldı. Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri Rizvan Mahmudov Bizim.Media-ya açıqlamasında ərz etdi ki, qəbiristanlıqda bütün məzarlar kimi Asəf Zeynallının da qəbri nəzarətdədir:

“Qəbiristanlıqda təmizlik işləri görülür, səliqə-sahman yaradılır. Asəf Zeynallının qəbirüstü abidəsinin üzlük daşı çat verib. Bunun da həllinə çalışacağıq”.

Abidənin üzərində bəstəkarın adının səhv yazılması və bunun düzəldilməsi ilə bağlı suala gəlincə, bələdiyyə nümayəndəsi bildirdi ki, abidənin bərpası və müəyyən dəyişikliklər üçün yuxarı orqanlar tərəfindən məsləhət görülərsə, nəsə etmək olar:

“Bildiyiniz kimi bələdiyyə büdcəsini özü formalaşdırır. İndiki halda hansısa xərclərimizdən azaldaraq abidənin bərpası üçün əlimizdən gələni edəcəyik”.
Ardını oxu...
İraq ölkədən qeyri-qanuni çıxarılmış 18 min mədəni irs nümunəsini geri qaytarıb.

Bunu bazar günü xarici işlər naziri Fuad Hüseyn Qədim Sivilizasiyalar Forumunun açılışında çıxış edərkən bildirib.

O, bəşəriyyətin mədəni irsinin qorunması və qaçaqmalçılığın qarşısının alınması üçün beynəlxalq mexanizmin yaradılmasına çağırıb.

Qaytarılan qədim dövr əşyaları arasında Mesopotamiya tarixinin müxtəlif dövrlərinə aid saxsı qablar, mixi yazısı olan gil lövhələr, silindir möhürlər var.

Mənbə: TASS
 
Ardını oxu...
48-ci “Altın Kelebek” mükafatının qalibləri müəyyən olunub.

APA “CNN Türk”ə istinadən xəbər verir ki, əsas mükafatlar aşağıdakı nominasiyalar üzrə sahiblərini tapıb:

Ən yaxşı aktrisa - Pınar Deniz
Ən yaxşı aktyor - Kaan Urgancıoğlu

Ən yaxşı serial – “Yargı”
Ardını oxu...
 
Ardını oxu...
1974-cü il. Soyuq müharibənin ən sərt dövrü, SSRİ-də dəmir pərdənin daha “tünd və qalın” olduğu çağlar. İran və Türkiyə ilə sərhəd olan Naxçıvan MSSR-ə getmək üçün xüsusi icazə tələb olunan vaxtlar. İnternetdə axtarış edərkən təsadüfən qarşımıza həmin ildə çəkilmiş sənədli film çıxdı. “Qədim diyarın gəncliyi” adlı filmdə Naxçıvanın həyatından bəhs edilir.
Avtosfer.az bildirir ki, filmdə maraqlı bir səhnə də yer alır. Naxçıvan yanğınsöndürənlərinə İrandan çağırış daxil olur. Araz SES ətrafında yanğın baş verib. İran tərəfi işin öhdəsindən tək gələ bilmədiyi görüb köməyə muxtar respublikadan olan həmkarlarını çağırır. Naxçıvan yanğınsöndürənləri bir an belə tərəddüd etmədən qonşu ölkəyə yardıma yollanır. Filmdə deyildiyi kimi insanın qurub-yaratdıqlarını qorumaq üçün.
Burada maraqlı bir məqam da var. 1992-ci ilədək Sovet ittifaqından xaricə birbaşa telefon rabitəsi mümkün deyildi. Bütün zənglər Moskva vasitəsi ilə aparılırdı. Həm də ciddi nəzarət altında. Filmdə isə uzaq 1974-cü ildə İrandan birbaşa Naxçıvana yanğın çağırışı edilir. Yanğınsöndürən komanda bir an belə tərəddüd etmədən (Bakıya xəbər vermədən, Moskvadan icazə almadan) xarici dövlətə köməyə yollanır.
Belə bir sual da yaranır: necə olur ki, şah İranı kiçik bir sovet şəhərindən yardım istəyir? Cavab birmənalıdır: həmin dövrün Azərbaycanı elm, texnika və təhsil baxımından bütün Şərq ölkələrini üstələyirdi. Həm də ərazi və əhali baxımından onlardan qat-qat kiçik olmasına rəğmən. Azərbaycanın bir parçası olan Naxçıvan da istisna deyildi.

Qeyd edək ki, həmin kadrlar videonun 4.59 – 5.48 dəqiqələrində əksini tapıb.
avtosfer.az

 

Ardını oxu...
Görkəmli bəstəkar və dövlət xadimi Rauf Hacıyevin 100 illik yubileyi münasibəti ilə dekabrın 6-da Heydər Əliyev sarayında böyük tədbir keçiriləcək. Tədbirə kimlərin dəvət alması haqqında isə cəmiyyətdə yenə ziddiyyətli fikirlər dolaşır. Bir çox tanınmış ziyalı və mədəniyyət xadimlərinin bu şöləndən xəbəri belə yoxdur. Tədbirin ənənəvi olaraq tanışların dəvəti və bilet satışı ilə keçirildiyi bildirilir.

Öncə Mədəniyyət naziri Anar Kərimova vacib xatırlatma

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılan Raufu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova götürüb saxlayıb. Raufun bəstəkarlıq sahəsində formalaşmasında dahi Üzeyir Hacıbəyovun böyük rolu olub. Belə ki, Raufun fortepiano üçün pyeslərini dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyir.Bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və digər mahnıları çox populyar olub.

Rauf Hacıyevin əsərləri

O, 15-ə qədər filmə musiqi yazıb. "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar", “Romeo mənim qonşumdur” və digər filmlərinin böyük auditoriya qazanmasında Rauf Hacıyevin musiqiləri də az rol oynamayıb. Rauf Hacıyev 7 operetta, 3 simfonik poema, 1 kantata, fortepiano üçün 3 əsər yazıb.

Lakin, onun yaradıcılığında bir dənə də olsun caz musiqinə rast gəlinmir. Dediklərimizə şübhəsi olanlar Vikipediada Rauf Hacıyevin həyat və yaradıcılığı ilə çox yaxından tanış ola bilər.

Rauf Hacıyev təkcə görkəmli bəstəkar olmayıb. O həm də ictimi və dövlət xadimi idi. Beləki, o, 1965-ci ildə Mədəniyyət naziri təyin olunur. 1971-ci ildə isə SSRİ hökümətinin tapşırığı ilə Rauf Hacıyev xaricə işləməyə gedir. O, Əlcəzair Respublikasında işləyən mədəniyyət qrupuna rəhbərlik edir.

Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar bəstəkar digər həmkarları ilə Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Əlcəzairdə işlərkən o eyni zamanda bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. O, bir müddət Azərbaycan Bəstəkarlar İttifaqının katibi də işləyib.

Rauf Hacıyev niyə caz musiqisi yazmayıb?

Dahi bəstəkar caz musiqisinə heç bir töhvə verməyib. Çünki, Sovetlər vaxtı cazı kapitalizmin tör-töküntüsü, yüngül musiqi hesab edirdilər. Rauf Hacıyev kimi böyük musiqiçinin və dövlət xadiminin Sovet ideyalarının əksinə getdiyini söyləmək isə sadəcə qeyri-ciddilikdir.

Ona görə də, cənab nazir Anar Kərimovun Rauf Hacıyevi “caz sənətinin əfsanəsi” adlandırması qeyri-ciddilikdən xəbər verir. Üstəlik caz musiqinin bir növüdür, sənət deyil. Amma nədənsə Anar Kərimov cazı da xüsusi sənət adlandırıb?!

Təsadüfi deyil ki, nazir Anar Kərimovun məşhur paylaşımından sonra qurumun mətbuat katibi Nuridə Allahyarova bunu texniki səhv adlandırdı.

Yubiley tədbirinə kimlər dəvət alıb?

Rauf Hacıyevin 100 illik yubileyi münasibəti ilə dekabrın 6-da Heydər Əliyev sarayında keçiriləcək festivala dəvət və dahi bəstəkarın yaradıcılığı ilə bağlı tanınmış ziyalıların mövqeyini öyrəndik.

AKİ-nin sədri, Xalq artisti Rasim Balayev Bizim.Media-ya açıqlamasında yubiley tədbirinə qatılmayacağını dedi:

“Dəvət almamışam. Baxmayaraq ki, Rauf Hacıyevin sənətinin vurğunuyam. Gəncliyimiz onun musiqiləri ilə yaşanıb. Məsələn, “Romeo mənim qonşumdur” filminə onun yazdığı musiqiləri mən indi də sevə-sevə qulaq asıram. Çox təəssüf ki, onunla heç zaman təmasda olmamışam. Amma onun caz musiqisi yazdığını da xatırlamıram. Çünki, vaxtilə caza pis baxılırdı. Ona görə də hər tanınmış bəstəkar sovetlər vaxtı risq edib caz yazmırdı. Caz yazanlara başqa cür baxırlardı. Rauf Hacıyev də çox ciddi və özünə hörmət eliyən adam idi”.

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Aqil Abbas da yubiley tədbirinə dəvət olunmadığını bildirdi:

“Rauf Hacıyevə bir azərbaycanlı və görkəmli vəstəkar kimi böyük hörmətim və ehtiramım var. Onun Azərbaycanın xalq və klassik musiqisinin inkişafında müstəsna rolu var. Onun dövründə Azərbaycanda caz musiqisi yeni-yeni təşəkkül tapırdı. Xatırlamasam da Rauf Hacıyevin caz əsəri yazdığına əminəm. Ona görə də Mədəniyyət naziri Anar Kərimovun onu caz sənətinin əfsanəsi adlandırmasında qeyri-adi bir şey görmürəm. Deyib də, noolsun”.
Bizim.Media
Ardını oxu...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakultəsinin Azərbaycan tarixi kafedrasında "Şuşa ili" çərçivəsində Elmi Seminar baş tutub. Seminarda yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib. Tədbirdə ADPU-nin rəhbərliyi, TCF-nin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri açan ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədova Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman haqqında məlumat verib. N.Əhmədova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında seminar iştirakçılarına məlumat verildikdən sonra professor Xəqani Məmmədov, dosent Şubay Nuruzadə və dosent Zakir Kərimov "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. Tədbirdə yazıçı-publisist Yunus Oğuz tələbələrin suallarını cavablandırıb, iştirakçılara yazıçının "Cığır" romanı hədiyyə edilib.

Sonda "Sözün bitdiyi, həyatın başlandığı yer!" adlı sənədli film nümayiş etdirilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənin əleyhinə çəkilən "Odda-İki bacı” filmi Bakıda nümayiş etdirilməyəcək.

CivilAzerbaijan.com xəbər verir ki, bu barədə bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Facebook səhifəsində qeyd edib:

"Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Film uzun illərdir bir-birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə-biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu filmin nümayişinin təşkilatçısı deyil”, - deyə bildirilib.
Ardını oxu...
"Odda – İki bacı” filmindən fraqment

Mədəniyyət Nazirliyi də Türkiyəyə qarşı çəkilmiş "Odda – İki bacı” ("Sisters apart”) filmi ilə bağlı açıqlama yayıb. Nazirliyin yaydığı açıqlamada deyilir:

"Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. "Odda – İki bacı” filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.

Qeyd edək ki, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda – İki bacı” ("Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib. Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark”da nümayiş etdirməyi planlaşdırmışdı.

CivilAzerbaijan.com "Landmark" Biznes Mərkəzi ilə bağlı maraqlı məlumat əldə edib.
Ardını oxu...
Nəsrullayeva Nərgiz Müdüroğlu

"Landmark" Biznes Mərkəzi ölkədə ilk biznes mərkəzlərindən sayılır. "Landmark" Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib. "Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.

Məlumata görə Nəsrullayeva Nərgiz Müdüroğlu 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. Onu da qeyd edək ki, Nərgiz Nəsrullayeva-Müdüroğlu Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Nərgiz Nəsrullayeva-Müdüroğlu bu təyinata qədər Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə direktoru, "Regus Business CentreTrading Ltd” Bakı filialında Biznes Mərkəzinin meneceri, "HSBC Bank Middle East” Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifələrində çalışıb.
Teref.az
 
 
 
Ardını oxu...
“Paramount Pictures” kinostudiyası Damien Şazellin “Babylon” filminin yeni rəsmi posterini dərc edib və uzun treylerini yayımlayıb.

Afişada Marqo Robbi açıq-saçıq geyimdə əks olunub.

Treylerdə Robbidən başqa Bred Pitt də görünüb.

Filmdəki hadisələr 1920-ci illərdə Hollivudda cərəyan edir. Ekran əsəri erkən Hollivudun pozğunluğun geniş yayıldığı bir dövründə bir çox qəhrəmanların yüksəlişini və süqutunu göstərir.

Film ilk nümayişi dekabrın 23-də baş tutacaq.

Mənbə: gazeta.ru
 
 
 
Ardını oxu...
““Təhminə” filminin sınaq çəkilişlərinə gedəndə dedilər ki, yataq səhnəsi də var, imtina etdim”

“Elə sirrlərim var ki, onları heç kimlə bölüşməmişəm. Aktrisadan aktrisaya dost ola bilər, amma sirdaş ola bilməz. Mənim sirdaşım yalnız bacılarım, öz ailəmdir. Başqa heç bir sirdaşım yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra əlavə edib.

““Evləri köndələn yar” televiziya tamaşasında Fəxrəddin Manafovun məni qəfildən öpməyi improvizə idi. Bir də “Bəyin oğurlanması” filmində Vidadi Həsənov da məni gözləmədiyim anda öpür. Mən buna pis də baxmıram. Onlar mənim sənət yoldaşlarımdır. Biz görüşəndə də bir-birimizi öpürdük. Filmdə bu lazımdırsa etməlidirlər. Heç vaxt demərəm ki, məni niyə öpdün?! Bir rola çəkilirəmsə hər şey çərçivə daxilində olmalıdır. Rasim Ocaqov o vaxt məni “Təhminə” filminə dəvət etmişdi. Fizuli Hüseynovla bir cütlük olmalı idik. Bizə dedilər ki, yataq səhnələrinin sınaq çəkilişidir. Türkiyəli aktrisa Meral Konrat da orada idi. Öz-özümə dedim ki, Təhminənin bu qədər dərd-səri var, niyə xüsusilə yataq səhnəsi?! Çəkilmədim, peşman da deyiləm. Fizuli Hüseynov Spartak obrazına çəkildi” deyə sənətkar bildirib.

Xalq artisti “Səni axtarıram” televiziya tamaşasından da danışıb.

“Yaşar orada mənə “sən yaxşı qızsan, Gülnar” sözlərini deyəndə mən ağlamalı idim. Mən gənc idim, ağlaya bilmədim, yerimə Yaşar ağladı. Amma o hissləri yaşayırdım. Yaşarın bu sözü dillərə düşdü. Mənim ordakı baxışımı bəlkə də 3 saata çəkdilər. Bu kadra görə böyük əzab çəkdim. Sonradan ən gözəl görüntülər də o oldu. İlk gündən kameralarla dostluq etmişəm. Kameralar məni sevir. Heç vaxt kameraları hiss etməmişəm. Necə varamsa elə də düşmüşəm. Artıq kameraların işığı yananda o mən olmuram, oynadığım obraz olur” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti