Bu günkü ədəbiyyata yanaşmanın kökü 1930-cu illərdən gəlir:
Diqqətlə oxuyun, görün, bugünkü ədəbiyyata aid nəsə görə bilirsiniz? 1930-cu illərdə ədəbiyyata yanaşmanı araşdırıram...
1934-cü ildə sovet Yazıçıların birinci qurultayının qəbul etdiyi Nizamnamədə deyilirdi ki, "Sosialist realizmi" sovet bədii ədəbiyyatı və ədəbi tənqidinin əsas metodu olub, sənətkarlardan gerçəkləri doğru-düzğün, tarixən konkret, inqilabi inkişafda təsvir etməyi tələb edir. Elə həmin illərdə repressiya başladı və yazıçılar gerçəkliyi əks etdirə bilmədi. Özü də tələb olunurdu ki, romantika-filan olmasın ədəbiyyatda. Olsa da, sosialist romantikası olsun...
Sonra nə oldu? “Qlavlit” yaradıldı və o senzura rolunu oynayaraq təftiş işlərinə baxdı... Həm də ədəbiyyatda "asayişi", “təmizliyi”, əksinqilabçılığa qarşı mübarizəni tənzimlədi.
Ədəbiyyat sahəsinin idarə olunması bir siyasi xarakterli qurumu idarə etmək kimi bir şey oldu. Sonra yazıçıları saf-çürük edib (proletar yazıçıları, burjua-qolçomaq və cığırdaşlar) təşkilatlanma işi apardılar.
Yaltaq və qorxaq kadrlar, daima asılı olan strukturlar, öz sözü olmayan idarə heyətləri, katibliklər, rəyasət heyətləri...
Diktələri təkrarlayan plenumlar, qurultaylar, əsl ədəbiyyatdan, sənətdən uzaq senzuralı jurnallar, qəzetlər və onların qorxaq, müti, yaltaq redaktorları...
Daha sonra isə bütün bu anti-ədəbiyyat, anti-sənət təşkilat, qurum və rəhbərlərin mükafatlandırılması...
Redaksiya heyətlərinə qəbul olunma, ordenlər, medallar, fəxri fərmanlar, xatirə hədiyyələri, mənzil, maşın, xarici səfərlərə ezamiyyətlər...
Stalin mükafatlarının üç dərəcəsinin verilməsi isə bir özgə məziyyət idi...
P.S. Yazıçıya ev, maşın və təqaüd və s. verilməsinin "ənənəsi" var, elə belə söhbət deyil!!!
Iradə Musayeva
Teref.az
 

Dünyapress TV

Xəbər lenti