Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanı dəstəkləyən məşhur Hollivud ulduzu Şon Penni qəbul edib.

Demokrat.az bildirir ki, məşhur qonaq bir zamanlar qazandığı "Oskar" mükafatını Ukrayna Dövlət başçısına təqdim edib.

Ukrayna prezidenti isə Penni aktiv mövqeyinə görə üçüncü dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edib.
Ardını oxu...
Avstraliyalı aktrisa Erika Xoy avtomobil qəzasi nəticəsində vəfat edib.

Sfera.az xəbər verir ki, hadisə 26 yaşlı aktrisa aktyorluq məşqindən qayıdarkən baş verib. Onun maşını yük maşınına çırpılıb. Qəzanın ardınca sükan arxasında əyləşən 38 yaşlı Karli Eylin Riçards qaçmağa cəhd göstərib.

O, polis tərəfindən saxlanılıb, və təhlükəli avtomobil idarə etmək, hadisə yerini tərk etməyə cəhd də daxil olmaqla üç maddə ilə ittiham olunub. Buna baxmayaraq, Karli hüquq-mühafizə orqanlarına hadisənin təfərrüatlarını verməkdən və maşını idarə edənin özü olduğunu təsdiqləməkdən imtina edib.

Maşında aktrisanın əkiz bacısı Liza və sevgilisi də olub. Onlar da xəstəxanaya yerləşdiriliblər.
 
 
 
Ardını oxu...
.Dünən sosial platformada xeyriyyəçi şair kimi təqdim edilən, əslən Astaradan olan Gülağa Tənha-Qənbərovun Türk dünyasının ustad şairi Bəxtiyar Vahabzadənin ruhuna sayğısızlıq ifadəli videomüraciəti yayımlanmışdır...

Gülağa Tənha siyasi intriqalarından bəhs etməkdə ikən ustad Bəxtiyar Vahabzadə haqqında bəzi hallarda təhqiramiz və aşağılayıcı faktlar sadalamış, şairin ailəsini təhqir ruhunda biabır edən əsassız ifadələr işlətmişdir. Gülağa Tənhanın Videoçıxışından belə anlaşılır ki, guya o, Azərbaycanın poeziya ünvanı olan ustad şair Bəxtiyar Vahabzadəni himayə edirmiş, kitablarının çapına maddi vəsait verirmiş, hətta dava-dərmanına kimi...

Bu videoçıxış Azərbaycanın dəyərli ziyalıları tərəfindən ciddi ictimai narazılıqla qarşılanmışdır. Sosial mediada Gülağa Tənha sərt tənqidə məruz qalmışdır...

XXX

...Xalq şairi, "İstiqlal" ordenli ustad Bəxtiyar Vahabzadə 1993-cü ildən "Təzadlar" qəzetinin Yaradıcı Heyyətinin baş tacı olmuşdur, bu gün də qəzetin fəxri səhifəsində ustadın adı xatirə olaraq qalmaqdadır.

Bu yaraşmaz açıqlamalarla bağlı "Təzadlar"ın 1993-cü ildən baş redaktoru olan, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilidən mövqe öyrəndik. Baş redaktorun sözü qısa oldu: "...Gülağa Tənha özünə şair deyirsə, özündə ictimai məsuliyyət hiss edib Bəxtiyar Vahabzadə kimi ustad şairin haqqlnda belə aşağılayıcı çıxış yayımlamamalı idi... Videoçıxışında deyir ki, guya o, şairin bütün ev bazarlığını, dava-dərmanını, kitab çapını... ödəyirmiş. Mən şairin ailə üzvləri ilə əlaqə saxladım, oğlu İsfəndiyar Vahabzadə dedi ki, "Atam Bəxtiyar Vahabzadənin akademikliyinə, BDU professorluğuna, Fəxri adlarına və Dövlət mükafatlarına, Xalq şairliyinə və s. görə ay ərzində aldığı mükafat və müavinətləri təxminən 6-7 min manat edirdi. O vaxt bu məbləğ böyük pul vəsaiti idi. Üstəlik, Bəxtiyar Vahabzadənin mən oğlu səfir idim, digər oğlu Azər Vahabzadə Baş Prokurorluğun Baş İstintaq İdarəsinin rəisi idi, kürəkəni Ziya müəllim isə böyük bir xəstəxananın baş həkimi idi. Yəni, Gülağa Tənha kimdir, tanımıram, bu adam danışığındakı məntiqi başa düşməli idi, böhtan və yalan danışmamalı idi...".

Xatırladırıq ki, "Təzadlar"ın baş redaktoru Asif Mərzili "TEZADLAR TV" nin canlı efirində Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanlarına aydınlıq gətirəcək. Bizi izləyin, günü və saatı elan edəcəyik, sensasion açıqlamalar var... Suallarınız və mövqeyiniz olduqca vacibdur... araz.az

Ardını oxu...

 

Ardını oxu...
“Yenə də yazıblar ki, Arif yoxdur, ölüb gedib. Tamaşaçılara və oxuculara sizin vasitənizlə demək istəyirəm ki, lap sağ-salamatam. O xəbəri yazan da sağ olsun, yazmayan da. O jurnalistin də işi yazmaqdır da. Eybi yoxdur, bunu yazmaqla 5-10 manat qazanacaqsa qoy yazsın”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Arif Babayev deyib. O daha sonra əlavə edib.

“Hər dəfə jurnalistlər mənə zəng edib, müsahibə alır, bəzən isə özlərinə sərf edəni yazırlar. Doğru xəbər yazmayanda mənə təsir edir. Bəzən elə şey yazırlar ki, o mənim həyatımda ümumiyyətlə olmayıb. Yenə də olsa fikirləşərəm ki, orasını-burasını bəzəyib deyirlər. İnsan həqiqəti deməlidir. Həqiqət elə bir şeydir ki, adam deməsə darıxar” deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, ölümdən qorxmur.

“Ömrümün yarıdan çoxunu yaşamışam. Sənətdə hər şeyə nail olmuşam. Dövlətimin, prezidentimin, tamaşaçılarımın hörmətini, izzətini qazanmışam. Bundan sonra ölsəm də təəssüflənmərəm. Çünki muğam sənətimiz etibarlı əllərdədir. Görün ildən-ilə nə qədər xanəndələrimiz meydana gəlir. Meydan heç vaxt boş qalmır, qalmayacaq da. Gənclərimiz bu gün muğamı dünyanın o biri başına kimi aparır” deyə sənətkar bildirib.

Uzun illər Opera və Balet teatrının səhnəsində çalışan sənətkar operanın bu günki vəziyyətindən də danışıb.

“30 il Akademik Opera və Balet teatrında çalışmışam, zəhmət çəkmişəm. Opera sənəti bu gün də var və yaşayır. Allah rəhmət etsin dahi Üzeyir Hacıbəyliyə. Milli ruh olmalıdır. Hər dəfə “Leyli və Məcnun” oynanılanda elə bilirəm ki, yenidir, bu dəqiqə yazılıb. Əlbəttə ki, müasir musiqilər də lazımdır, yazılmalıdır. Yeni-yeni bəstəkarlar yetişməlidir, meydana gəlməlidir” deyə sənətkar bildirib.
Ardını oxu...
Tanınmış aktyor Hikmət Rəhimovla Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov arasında qalmaqal yaşanıb.

TEREF.AZ pravda.az-a istinadla xəbər verir ki, aktyor iştirak etdiyi “Həyat, deyəsən, gözəldir” adlı filmin Türkiyədə keçirilən nümayişinə dəvət olunmadığı üçün şöbə müdirini tənqid atəşinə tutub:

“Türkiyənin Bursa şəhərində festivalda "Həyat, deyəsən, gözəldir" filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma ora mən dəvət olunmadım, oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə kinoya heç bir aidiyyəti olmayan adamları yığıb apardı. Təkrar edirəm, 2-3 nəfərdən başqa oradakıların kinoya qətiyyən aidiyyəti yoxdur. "Kruq məsələsi" bu qədər. İnanın ki, dəvət etsəydilər də, getməyəcəkdim. Sadəcə qanacaqları bu qədərdir. Haqqım çatırdımı orada olmağa? Bəli, çatırdı”.

Aktyor R.Həsənovun vəzifəsindən sui-istifadə etdiyini iddia edib:

“Sənə və sənin nazirinə hələ “xod” gedən vaxtınızda sözlərimi dedim. Sənlə üz-üzə oturub danışdıq və sənə bu cameənin hansı vəziyyətdə olduğunu dedim və vecinə almadın. Şahidin adaşın və müavinin orda idi. Sənlə son görüşümüzdə sənin bədən dilin mənə başqa şey deyirdi. Sən artıq incəsənət adamı yox, ... məmuru oynayırdın mənə. Yadındadır, sənlə son görüşümüzdə səni qucaqlamaq istədim, dedin ki, xəstəyəm, üzrlü say. Sənlə 1 saat söhbətdən sonra ayrılanda qucaqlaşdıq, sual etdim "xəstəliyin keçdi"? Və sənə son olaraq bunu dedim: “Bu bizim son görüşümüzdür”.

H.Rəhimov şöbə müdirinə təhdid xarakterli ultimatum da yollayıb:

“Sənin bu cameə ilə necə məzələndiyini, nələr etdiyini bilirəm, hamısından xəbərim var. Sadəcə, sənin evində çörək yemişəm, əgər çörək bilirsənsə nə deməkdir. Bu sənin üçün Bostonda oxumaq deyil. Təki bu işlərdə başın ağrımasın, amma sən səndən əvvəlkilərə rəhmət oxutdurdun. Məmur eqon imkan vermədi sənə. Bakı balaca şəhərdir bir gün rəngli corab geyinib ansız qapını döyəcəm.

Mən sənə maddi durumum pis olanda ssenarimlə gəldim dedim qəpik-quruş ver bunu çəkim, yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb dirilsələr də, kinoya heç bir aidiyyətləri yoxdur.

Səndən nə mükafat, nə də fəxri ad istədim. Amma sənin gözlərində bir yolaverdi və laqeydlik vardı. Bax, o gözlərə mən zamanı gələndə yenə baxacam. Bu karmadı, bu kainatdır, bu Tanrının ədalətidir. Sona qalan qalib olur, foto adam…”
Ardını oxu...
“Mədəniyyət nazirliyində rüşvət almaq deyəsən adətə çevrilib”.

TEREF.AZ yazır ki, bu fikirləri manset.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Mədəniyyət Nazirliyində hüquq muhafizə orqanlarının keçirdiyi əməliyyat və həbslər barədə danışarkən deyib:
“Bundan qabaq da həbslər olmuşdu, ikinci hadisədir. 44 günlük müharibədən sonra mən düşünürdüm ki, bu hallar azalar. Amma hər gün eşidirik ki, müxtəlif nazirliklərdə və qurumlarda əməliuyyat keçirilir, rüşvət alan şəxslər həbs olunur. Sanki bunu adi adət formasına çeviriblər. Çox ciddi addımlar atılmalıdır. Hesablama Palatası artıq öz hesabatlarını bir az şəffaf aparmalıdır ki, hər şey göz qabağında olsun. Sərt hesablamalar getməlidir, sərt yoxlamalar aparılmalıdır. Dövlət büdcəsindən mənimsəmə adi hala çevrilib. Bu, əslində çox ciddi məsələdir. Bu, dövlətin təhlükəsizliyi ilə əlaqədar bir məsələdir, adi məsələ deyil. İstənilən şəxs gəlsin 1-2 il işləsin, çıxsın getsin. Sonra da tuturlar, salırlar içəri, həbs edirlər. Sonra orada bir az-1 il, il yarım, 2 il yatandan sonra azadlığa çıxırlar. Sonra da taladıqları buldan kifayət qədər vəsaitləri qalır.Ümumiyyətlə bu hallar yaxşı hallar deyil, dövlətin təhlükəsizliyinə şiddətlə mane olan hadisədir. Dövlət başçısı nə qədər bu məsələ ilə əlaqədar tövsiyələr və tapşırıqlar verib. Daxili işlər orqanları, Dövlət Təhlükəsizliyi Xidməti, digər yoxlayıcı orqanlar nə qədər yoxlamalar aparır, həbslər həyata keçirilir. Çox ciddi planlar həyata keçirilir. Amma görünən odur ki, rüşvətxor məmurlar bu tədbirlərdən nəticə çıxarmır”.

Millət vəkili əlavə edib ki, adıçəkilən nazirlikdə əvvəllər də korrupsiya faktları olub:

“Bu, nazirlikdə ilk hal deyil. Hələ Azərbaycanda müstəqillik dövründə də, Polad Bülbüloğlu nazir olan vaxt nə qədər qədim miniatür məhsulları var idi və hamısı xaricə satıldı. Ümumiyyətlə Mədəniyyət naziri çox unikal bir vəzifədir. Bu nazirlikdə elə adamlar işləməlidir ki, onlar gərək kifayət qədər təcrübəyə malik olsunlar, Azərbaycanın mədəniyyətini anlasınlar, mədəniyyət qoruyub saxlamağa nail olsunlar. Amma bu nədir? Hər gün həbs, həbs, həbs...O vaxtı çıxardılar xaricdə satdılar, kimlərə payladılar və s. Onun da heç üstü açılmadı, cinayət işi açılmadı, heç nə olmadı. İndi də belə hadisələr davam edir”.
 
 

Ardını oxu...
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və
müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub.
İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona
görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu
mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm
dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni
zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.
Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini
bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir
varlıqdır.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin
iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz
yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.
70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu,
yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən
bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik.
17 noyabr 1990–cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə
üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli
bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi
haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis
noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.
Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın
dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub.
Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər
sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi
Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli
bayrağımız da daim zirvələrdə dalğalanacaq.
Nəhayət ki, 30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma
Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə,
Qubadlıda, Laçında dalğalanır.
Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa
Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var
millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Ardını oxu...
Türkiyənin 76 yaşlı məşhur muğənnisi Ajda Pekkanın çanaq sümüyü sınıb.
Tribuna.Az xəbər verir ki, bu barədə müğənninin meneceri onun İnstaqram səhifəsində məlumat paylaşıb. Xəstəxanakıq olan müğənninin bütün konsertləri ləğv edilib.
Müğənninin menecerinin sözlərinə görə, o, A.Pekkan evində yıxılıb:
” Ajda Pekkan səhər saatlarında evində yıxılması nəticəsində çanaq sümüyü çatlayıb. Əməliyyata alınıb. Noyabr ayında nəzərdə tutulan konsertləri ləğv edilib”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Mədəniyyət naziri Anar Kərimov xalq artisti, bəstəkar Vasif Adıgözəlovun ölümündən xəbərsiz imiş.

Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov feysbukda yazıb.

Hətta tədbirlərin birində nazir Anar Kərimov Vasif Adıgözəlova oğlu Yalçın Adıgözəlov vasitəsilə salam göndərib:

"Olmuş hadisədir. Görün, ölkənin mədəniyyət sahəsinə necə biliksiz və səriştəsiz bir adam rəhbərlik edir.

Musiqi tədbirlərinin birində Mədəniyyət naziri Anar Kərimov Yalçın Adıgözəlova yaxınlaşaraq, ondan atasının hal-əhvalını xəbər alıb. Qeyd edim ki, Yalçın Adıgözəlov 2006-cı ilə dünyasını dəyişən Xalq artisti Vasif Adıgözəlovun oğludur. Nazir Yalçından atası Vasif müəllimə çoxu salamlar çatdırmağı da xahiş edib.

Təsəvvür edin, ölkənin Mədəniyyət naziri A.Kərimov elə bilir ki, V.Adıgözəlov sağdır və ona oğlu vasitəsilə salam da göndərir.

Nazir A.Kərimovun yerində olmadığını isbatlayan o qədər ciddi dəlillər var ki... Bütün rayon idarələri korrupsiya yuvasına çevrilib.

Nazir rayon məktəblərində işləyə bilməyən ən savadsız musiqi müəllimlərini qanunsuz köçürmələr və qeyri-şəffaf üsullarla Bakıdakı musiqi məktəblərinə gətirib. İclasda bu məsələyə etiraz edənlər də olub, amma nazir yumruğunu stola vuraraq deyib ki, "bu, mənim əmrimdir, həmin adamları tam dərs yükü ilə təmin edin!".

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət nazirliyində əməliyyat keçirib. DTX-nin keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyevin saxlanıldığı deyilir.
 
 
 
Ardını oxu...
Xalq artisti Emin Ağalarov dələduzluqla üzləşib.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə şəxsi instaqram hesabında bildirib. İfaçı Emin Ağalarov Fondunun dəstəyi ilə investisiyalarla bağlı təlim kursunun görüntüsünü yayımlayaraq bunu yalan olduğunu bildirib.

Görüntüdə "Məqsədim hər bir Azərbaycanlıya öz adamım kimi kömək etməkdir" sözləri qeyd edilib.

Xalq artisti həmin görüntünün saxta olduğunu deyib.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti