Ardını oxu...
Amerikalı məşhur müğənni, aktyor, bəstəkar və aktivist Harri Belafonte 96 yaşında vəfat edib
Pravda az xəbər verir ki, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Harri Belafonte 1956-cı ildə buraxdığı “Calypso” adlı albomu ilə şöhrət qazanıb. Albom 1 milyon nüsxə satılmaqla o dövrün rekord göstəricisinə sahib olub.
Müğənni ötən əsrin 50-ci illəri üçün Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriyaya çıxaran əsas şəxs hesab olunur.
O, həmçinin bir neçə filmdə, o cümlədən “Carmen Jones” (1954), “Island in Sun”(1957) və “Odds Against Tomorrow” kimi (1959) filmlərdə rol alıb.
Harri Belafonte 3 dəfə "Qremmi" mükafatını da qazanıb./APA
Ardını oxu...
“İllərdir sənətdəyəm, teatr və kino sahəsindəyəm, amma özümə sənətkar demirəm. Qoy onu xalq, insanlar desinlər. Əgər layiqəmsə o qiyməti mənə xalq verəcək. İki gündür efirə çıxır, deyir ki, “mən sənətkaram”. Özü də elə-belə sənətkar yox, böyük sənətkar. Mən həmişə demişəm ki, adi aktrisayam. Komediya ilə təlxəkliyi, şitliklə yumoru səhv salıblar. Yaxşı gənclərimiz var, amma təlxəklər daha çoxdur. Biri var, sənətinlə insanı güldürəsən, biri də var ki, onlara təbii gülüş bəxş edəsən. Soruşursan ki, “Nəyə gülürsən?”. Deyir ki, “filanləs təlxəklik edir, mən də gülürəm”. Gülüş də normasında olmalıdır ki, insanlar, tamaşaçılar bezməsin. Xalq səni qoy ürəkdən sevsin, dediklərinə ürəkdən gülsün. Bu gülüş bilirsiniz nəyə oxşayır? Biri var sən ürəkdən kiminsə danışdığına güləsən, biri də var ki, səni yerə yıxıl qıdıqlasınlar”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktrisası Fatma Mahmudova deyib.

“Bəzən də görürsən ki, kimisə yamsılayırlar. Ondansa götür elə parodiya et, de ki, filankəsi yamsılayıram. Yamsılayıb, ad çəkməmək doğru deyil. Öz dəst-xəttin olmalıdır. Məni də bu gün yamsılayanlar az deyil. Əlbəttə ki, onlar heç vaxt mən ola bilməzlər. Bu gün durub deyə bilmərəm ki, mən Nəsibə Zeynalovayam. Xeyr, mən özüm kimi olmalıyam” deyə aktrisa bildirib.

Xalq artisti oynadığı bəzi rollara görə peşman olduğunu dilə gətirib.

“Bəzən elə rollarım olub ki, çəkildiyimə görə peşiman olmuşam. Təbii ki, bunu maddiyatı nəzərə alıb getmişəm. Maddiyata görə olub. Sonra da özümü qınayıram ki, mən niyə getdim? Gərək borc edərdim, amma gedib o rolda çəkilməzdim. Heç kimin haqqı yoxdur ki, sənətkarın illərdir zərrə-zərrə yığdığı hörməti ayaqlar altına atsın. Artıq özümə qadağa qoymuşam, ehtiyacım olsa belə gedib o cür rollarda çəkilmərəm” deyə xalq artisti bildirib.

Fatma Mahmudova xalq artisti Amaliya Pənahova ilə bağlı da etiraf edib.

“Amaliya xanım Pənahovaya Allah rəhmət etsin. Onu həqiqətən də çox sevmişəm. O qədər ondan xoşum gəlirdi ki, Ağdamdan qatara minib, gəlib onun tamaşasına baxıb, geri qayıdırdım. Mən də 12 yaşımda səhnəyə çıxmışam. O vaxtlar özüm də professional teatrda çalışırdım. Ona böyük sevgim, hörmətim var idi. Ümumiyyətlə, sənətdə dəstək, dostluq yaxşı şeydir” deyə sənətkar bildirib.
Ardını oxu...
Cəlilabadın Musalı kəndinin şimal-şərqində, Talış dağlarının şimal qutaracağında yerləşən Qazanköşkü abidəsinin yaxınlığında tapılan küp uzun illərdir qorunub saxlanılır.

Təsadüf nəticəsində aşkarlanan bu küp tapıldığı ərazidən götürülərək Soltan kənd sakini Amil Ağayevin həyətində yerləşdiriblər.

Sakinlərin sözlərinə görə, sözügedən küp 12 il əvvəl su arxından tapılıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
DİA.AZ: - "Şikayətim" Cinema Plus"dandır". DİA.AZ bildirir ki, bu barədə "Şimayətim Var" adlı sosial qrupdakı paylaşımında Nail Gözəlov adlı istifadəçi giley edir.

Narazı vətəndaş yazır: "21 aprel 2023-cü il tarixində saat 23:45-də Gəncə şəhərində yerləşən Gəncə Mall-da Cinema Plus kinoteatrın “Большой прыжок” filminin seansında olarkən seans yarısından kəsildi və zalın işıqları yandırıldı. Bununla bağlı seyredicilərə heç bir xəbərdarlıq edilməyib və problemlə bağlı müraciət ediləcək məsul bir şəxs də olmayıb. Bu dərəcədə məsuliyyətsizlik halları nədən baş var siz qiymət verin!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Aprelin 22-i Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür. “Kulis.az” aktyor haqqında maraqlı faktları təqdim edir.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir insan kimi görmək idi. Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha sonra Ağahüseyn Cavadov Bakıda, “Səadət” məktəbinə daxil olur. 1919-cu ildə həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir yanında işləməyə başlayır.
Ardını oxu...
İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.

1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Ac həriflər”, Soltanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", Mirmahmud Kazımovskinin “Molla Cəbi”, “Daşım-daşım” pyes və vodevillərinin tamaşalarında iştirak edir.
Ardını oxu...
1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada “Bəxtsiz cavan”, “Pepo”, “Namus”, “Morqanın qohumu” adlı tamaşalarda çıxış edir.

1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını xilas edə bilir.

1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o, “Nişanlı qız”, “Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Həyat”, “Yadigar”, “Əcəb işə düşdük”, “Müfəttiş”, “Canlı meyit”, “Şeyx Sənan”, “Mənim günahım” tamaşalarında maraqlı rollar yaradır.
Ardını oxu...
Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük oldu.

Filmlərdə yaddaqalan rollar yaradıb. “Bəxtiyar”da Rza, “Görüş”də Əbülfəz rolu tamaşaçılar tərəfindən çox sevilir.

Sonralar o, "O olmasın, bu olsun", “Qızmar günəş altında”, “Əhməd haradadır?”, “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şərikli çörək”, “İstintaq davam edir”, “Mən ki gözəl deyildim”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.
Ardını oxu...
Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: “İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər”.

Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.
Ardını oxu...
Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalat barədə yazır:

“Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər. Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:

- Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır”.

Ardını oxu...
Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim Cavadov babasını belə xatırlayır:

“Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı - üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi”.

Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə mübtəla olur.

1981-ci ilin 20 iyununda Bakıda dünyasını dəyişir.
 

Ardını oxu...
20-21 aprel tarixlərində Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu baş tutub.

Forumda ölkənin mədəni-ictimai xadimləri, xarici qonaqlar və media nümayəndələrinin iştirak etməsinə baxmayaraq, kino sahəsinin məhşur siması və peşəkarlığı ilə öz sənətinin möhürünü vuran Orxan Mərdan diqqətdən kənarda qalıb. Uzun illər kino sahəsində çalışan O.Mərdanın belə bir foruma dəvət olunmamasının səbəbi bəlli deyil.

Baş tutan forumda iştirakçılar tərəfindən bir çox məsələlər tənqid olunub. Xarici dildə filmlərin yayımlanması, dövlət sifarişli filmlərin keyfiyyətinin aşağı olması, kinoprodüserlərin bu cür forumlarda iştirakının məhdud olması, kinotetrların sayının az olması və ağır şərtlərin olması, bəzi bürokratik əngəllərin olması tənqid olunan məsələlər arasında əsas yer tutub.

Tədbirdə tanınmış kinoprodüser Orxan Mərdanın foruma dəvət olunmaması isə ayrıca sərt tənqid edilib. Bu tənqid iştirakçılar tərəfindən alqışla qarşılanıb və tənqid kütləvi hala çevrilib. Beləliklə, Orxan Mərdanın diqqətdən kənarda qalması sonda böyük etiraza səbəb olub.

Bir çox incəsənət nümayəndələri və ictimaiyyət nümayəndələri öz sosial şəbəkə hesablarında Orxan Mərdana qarşı bu cür biganə münasibətin olmasına etiraz ediblər.

Qeyd edək ki, O.Mərdan “Xoxan”, “Naxox”, “İkinci Pərdə”, “Qaragöz”, “Zəhər tuluğu” və s. kimi filmlərin baş prodüseri olub. “Xoxan” filmi ilə insanların kinostudiyalara getməsinin təməlini qoyub. Baş prodüseri olduğu “Zəhər tuluğu” filmi isə son ilin ən çox baxılan filmi olub. Eyni zamanda Orxan Mərdan Azərbaycanın 30-dan çox bölgəsində filmlər nümayiş etdirib.

Məqaləyə dair fotomateriallar:

Zaur Qənbərov
Sarkazm.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bir çox türkiyəli məşhur Ramazan Bayramı münasibətilə sosial şəbəkə hesabında uşaqlıq fotosunu paylaşıb.

BAKU.WS xəbər verir ki, sözügedən tanınmışlar arasında müğənni Teoman da yer alıb.

55 yaşlı ifaçının qəmli arxiv fotosu izləyicilərini xeyli kədərləndirib. Teoman isə şəkilinə "Bədbəxtlikdən öləcəm" qısa şərhini əlavə edib.

İzləyicilərindən biri isə onun fotosuna "Sən uşaq vaxtı da xoşbəxt deyilmişsən" sözlərini yazıb.
Ardını oxu...
 
Ardını oxu...
Bu gün və sabah İslam dünyasında,o cümlədən Azərbaycanda Ramazan bayramı qeyd olunur. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Bu gecə “leylətül-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 21-də qılınacaq.

Bayram namazı “Təzə Pir”, Göy məscid, Məşədi Dadaş Məscidində saat 09:00-da, Xanım Fatimeyi Zəhra və İlahiyyat məscidində saat 08:00-da qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-dən başlayıb.
 

Ardını oxu...
“Müğənni ayrı şeydir, oxuyan ayrı şey. Müğənni müğənni olmalıdır, oxuyan da oxuyan. Bunların bir-birindən çox böyük fərqi var. Müğənni professional, təhsilli, dünyagörüşlü olmalıdır. Kim əlinə mikrofon alırsa, studiyaya gedib mahnı oxuyur. 90 faiz estradamızdakı müğənnilərin səsi yoxdur. Hətta başqalarının səsi ilə oxuyanlar da var. Elələri var ki, düşünür ki, qoy efirə çıxım, məni görsünlər, bəlkə kimsə mənə sponsorluq edəcək? Heç vaxt həyatım boyu acından ölməmişəm, ucuz musiqinin də arxasınca qaçmamışam. Məqsədim odur ki, insanlar düzgün musiqini dinləsinlər. Mən milyoner olmaq, villalar qazanmaq arzusunda deyiləm. İstəyirəm ki, düzgün sənətlə məşğul olum, belə də yaşayım. Mən toy oxuya bilməzdim ki?! Savadlı musiqini dinləyən yoxdur. Mən öz repertuarımı oxuyuram toylarda. Toy sənəti televiziya sənətindən ayrılmalıdır”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İntiqam Kərimov deyib.

“Mən xalq artisti tanıyıram ki, iki sözü ard-arda oxuya bilmir, oxuduğu da başdan-ayağa xaricdir. Xalq artisti olmaq, sənətkar olmaq demək deyil. Elə xalq artistləri var ki, onlar ümumiyyətlə efirə çıxmamalıdırlar. Vaxt var idi ki, indi xalq artisti olmuş bəzi sənətkarlara studiyada vaxt vermirdilər ki, zapis etsin. Mən amma opera tamaşaları oxuyurdum. Beynəlxalq müsabiqələrdə çıxış edib, Azərbaycana diplomlar gətirmişəm. Onların mənim yanımda sənətdən danışmağa, oxumağa üzləri yoxdur. Yeni bir şey meydana çıxıb. Bir sözdə 4 dəfə nəfəs alırlar. Sözdə nəfəs almaq olmaz. Cümlə var, cümlənin qurulması var. Biz axı azərbaycanlıyıq. Cümlə quruluşu var, vurğunun yeri var. Mən istədiyim kimi oxuyuramsa, o nədir elə? İlk növbədə mən Azərbaycan dilini zəhərləyirəm, pis günə qoyuram, sonra da musiqisini” deyə sənətkar bildirib.

İntiqam Kərimov vaxtilə Rusiyada fəaliyyət göstərdiyini də bildirib.

“Hərbi xidmətdən əvvəl də qrupumuz var idi, orada oxuyurdum. Hərbi xidmətdə olanda geyimimi geyindim, öz-özümə Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısını oxumağa başladım. Bir də gördüm ki, məni hərbi orkestrin solisti ediblər. 2 il oxudum. Bir dəfə oradakı konsertdə o vaxtkı Mədəniyyət Nazirimiz Zakir Bağırov mənim səsimi eşidib, dedi ki, “oğlum milli kadrsan, gəl, səndən ötrü bütün şərait yaradacağıq”. Azərbaycana gəldim, bir müddət keçdi Zakir müəllim özü rəhmətə getdi. 1982-ci ildə artıq efirlərə çıxırdım” deyə müğənni bildirib.

“Hansı məşhur müğənnilərlə çalışmısınız?” sualına isə müğənni belə cavab verib.

“Samir Piriyev, Ceyhun Bakinskiyə müəllimlik etmişəm. Sevda Yəhyayevanın səsini 3-4 ay cilalayıb, yerinə oturtmuşam. Yanıma elə insan gəlib ki, danışmağı bacarmayıb, həkimin məsləhəti ilə vokala dərsə gəlib. O insan bu dəqiqə bütün toylarda master-klass göstərir” deyə İntiqam Kərimov bildirib.

Ardını oxu...
“Son iki il, yəni pandemiya bizi 100 il dala atdı. Qoymadı ki, işləyək, yaradaq, oxuyaq. Gənclər bunu dərk etmir, amma bizim beynimiz yatdı. 2 il azdır ki? Harada iş var? Mən xalq artistiyəm, prezident mənə ev bağışlayıb, “prostoy” adam deyiləm ee, kralam. Mən Cavan Zeynallıyam! Sənətkara hörmət etmək lazımdır, indiki cavanlar nə bilir ki, hörmət nədir? Çünki bizim dövrün insanları getdi, qaldı gənclər. Heç mənim efirlərə qayıtmağımı istəmirlər. Mən yüksək professional musiqiçiyəm, cazmenəm, pianoçuyam. O müğənnilər sadəcə 1-2 mahnı oxuya bilirlər. Ona görə də deyirlər ki, Cavan efirlərə çıxmasın, lazım deyil. Mənə paxıllıq edirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib.

“Bir neçə il bundan əvvəl ölüm xəbərimi yaymışdılar. Mənim də heç nədən xəbərim yoxdur, evdə yatırmışam. Bilirəm ki, bütün bunları edənlər paxıl insanlardır. Hamı Röya xanıma zəng edib soruşurdu ki, “Cavana birdən-birə nə oldu ki, rəhmətə getdi?”. Röya xanım da o anda yolda olub, tez mənə zəng edib, hal-əhval tutdu. Bir dəfə də şəkilimi qara çərçivəyə saldırıb, paylaşmışdılar. Bu artıq mənə sataşmaqdır. Bütün bunlar mənim uzun ömürlü olmağıma işarədir. İnşallah” deyə sənətkar bildirib.

Xalq artisti həyat yoldaşının ölümündən də danışıb.

“Yazırlar ki, “Cavan Zeynallının həyat yoldaşı rəhmətə getdi”. Başlıqlar yazıb, olanı da şişirdirlər! Nə oldu?! 27 il birlikdə yaşamışıq. Heç vaxt aramızda inciklik falan olmayıb. Elə mahnılarım var ki, sözlərini Röya xanım yazıb. O mahnıları yoldaşım üçün səsləndirirəm. Artıq özümə gəlirəm. Həyatdır, nə deyəsən? Belə oldu! Evlilik üzüyümü hələ də barmağımdan çıxarmamışam. O üzük ölənə qədər barmağımda qalacaq. Cavanlıq illərimdən tək yaşamışam, indi də mənə tək yaşamaq çətin deyil. Həyat yoldaşım sən demə vəsiyyət edibmiş ki, mənə nəsə olsa Qusarda dəfn edin. Mənim onun bu vəsiyyətindən xəbərim olmayıb. Elə də oldu! Onu Qusarda dəfn etdik. Həyatsevər xanım idi. Allah bizə övlad verməsə də, biz xoşbəxt illər keçirdik” deyə sənətkar bildirib.

“Kiməsə vəsiyyət etmisiniz?” sualına sənətkar belə cavab verib.

“Heç kimə vəsiyyət etməmişəm. Hələ ölməyi düşünmürəm. Mən 150 il yaşayacam. Mən bunu bilirəm. Siz hamınız dünyadan köçəcəksiniz, amma mən yaşayacam. Mən özümə çox yaxşı baxıram” deyə xalq artisti bildirib.

Cavan Zeynallı pedaqoji fəaliyyətlə məşğul olduğu Mədəniyyət və İncəsənət universitetindən çıxdığını da bildirib.

“Orada vəziyyət çox pisdir. Ona görə də universitetdən çıxmışam. Musiqiyə fikir vermirlər. Musiqi heç kimə lazım deyil” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti