Ardını oxu...
Türkiyənin "Diriliş Ertuğrul" serialında oynayan aktyor Nurettin Uçarın həyat yoldaşı və qızı İstanbulda baş verən terror aktı nəticəsində vəfat edib.

Teleqraf.com xəbər verir ki, aktyorun həyat yoldaşı 38 yaşlı Arzu Özsoy, qızı Yağmur Uçar da İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayışda dünyasını dəyişənlər sırasındadır.

Aktyor sosial şəbəkədə qızının fotosunu paylaşaraq "Qəbrin nur, məkanın cənnət olsun, qızım",-deyə vurğulayıb.

Qeyd edək ki, Nurettin Uçar "Diriliş Ertuğrul", "Arka Sokaklar", "Arıza", "Hay Sultan", "Yasak Elma" kimi seriallarda rol alıb.
Ardını oxu...Ardını oxu...
 
Ardını oxu...
Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.

Bu barədə müğənni Roza Zərgərli instaqramda məlumat yayıb.

Xalq artisti ilə xəstəxanadan foto paylaşan müğənni ona şəfalar diləyib. Bildirib ki, musiqiçinin vəziyyəti yaxşıdır, bir neçə gün sonra evə buraxılacaq.
Ardını oxu...
 
Ardını oxu...
 
62
Dünən, 22:58

 
Xalq artisti Gülyanaq Məmmədova Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə səhnə alıb.

 

Sənətçi Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxəstan və Türkmənistan Prezidentləri qarşısında “Şuşanın dağları” mahnısını ifa edib.

Həmin görüntüləri təqdim edirik:

 

XalqXeber.Az
Ardını oxu...
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

"Report"un xəbərinə görə, ölkə Konstitusiyası 26 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Ətraflı
Ad - 00:17

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
 
Ardını oxu...
Azərbaycanlılar bu dəfə də bizi Moskvanın mərkəzində biabır etdi. Bunu da kiçik bir məğlubiyyət kimi qiymətləndirmək olar. Azərbaycanın növbəti uğuru Ermənistanın - növbəti rusvaçılığı...

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“9 noyabrda Moskvanın mərkəzində VDNX-nın Azərbaycan pavilyonunda işğaldan azad olunmuş Şuşa haqqında “Şuşa, sən azadsan!" filminin nümayişi təşkil olundu. Filmin banneri günlərcə Moskvanın bir çox yerində reklam olundu. Rusiyadakı Ermənistan səfirliyi və erməni lobbisi filmin nümayişinə mane olmaq üçün əllərindən gələni etdilər. Notalar yazıldı, şikayətlər verildi, amma heç bir nəticə olmadı. Ermənistanın təcavüzkar olduğunu nümayiş etdirən filmin baxışı rahatlıqla təşkil olundu. Bu, ermənilər üçün yeni bir məğlubiyyətdir. Artıq bizim Rusiyada da güclü diasporumuz yoxdur. O da Bakıya məğlub oldu”, - deyə o qeyd edib.
Ardını oxu...
“Hər bir şəxs valideyninin sözünə qulaq asmalıdır. Qulaq asmayanda sonradan elə acı peşmanlıq çəkir ki. Mən bəzən bu peşmanlığı yaşayıram. Əslində hərbçi, hüquqşünas olmaq istəmişəm. Ola bilsin ki, mən sənətdə nələrsə etmişəm, amma hesab edirəm ki, mən hərbçi olsaydım vətənə daha çox faydalı ola bilərdim. Bəlkə də unikal bir hüquq işçisi olardım. Mən heç vaxt düşünməmişəm ki, gəlib tanınıb, filankəs olacağam. Mən sadəcə işimlə məşğul olmuşam, çalışmışam ki, heç kim mənə minnət etməsin. Həyatımı, ömrümü, gəncliyimi bu sənətə verdim, əldə edə biləcəyim çox şeylərdən imtina etdim, amma əvəzində də Nurəddin Mehdixanlı adını qazandım”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı deyib. O, daha sonra əlavə edib.

“Bəzən hansısa proqramlarda Azərbaycan qadınını ailəsini dağıdan, azərbaycanlı kişisi ailəsinə baxmayan, azərbaycanlı qızı vəfasız və s. göstərirlər. Niyə bu cür göstərməliyik?! Bunu bir millətin xarakterik xüsusiyyəti kimi təbliğ etmək olmaz. Bu millətin gözəl ailələri, gözəl qızları, etibarlı, igid oğulları var, canını ailəsi, vətəni üçün düşünmədən qurban verən igidləri, ağsaqqalları, ağbirçəkləri var. Gəlin televiziya kanallarında bunu göstərək, bunu təbliğ edək. Gəlin ailəni, sevgini, mədəniyyəti təbliğ edək. O zaman boşanmalar da olmayacaq. Biz yaxşılıqları, yaxşı xüsusiyyətləri önə çıxarmalıyıq” deyə sənətkar bildirib.

Xalq artisti zaman-zaman tamaşaçıların onu obrazlarının adı ilə çağırdığını bildirib.

“Oynadığım rollar müəyyən mənada, müəyyən vaxtlarda insanlar üçün sənin adını unutdurur, səni obrazın adı ilə çağırıb, o cür müraciət edirlər. Gedəndə arxadan o adı deyirlər, mesaj ötürürlər ki, səni tanıdıq. O vaxt Akademik Milli Dram Teatrında “Unuda bilmirəm” tamaşasında Kamran obrazını oynamışdım. Məni əslində Azərbaycan tamaşası o rolla qəbul edib. “Pəncərədə işıq” televiziya tamaşasından sonra yolda məni görəndə deyirdilər ki, “Allah sənə insaf versin ay Toğrul, sən o gəlinə niyə zülm edirsən?”. Mən də deyirdim ki, gəlin yalan danışmazdı, zülm etməzdim. Son illərdə mənim sevdiyim bir qəhrəman da “Cavad xandır”. Bu obrazdan sonra mən gəncəlilər və bir çoxları üçün Cavad xan oldum. Məktub yazırlar ki, bizim Cavad xanımıza eşq olsun. Bu o qədər xoş duyğudur ki. Hər bir rol sənət adamının taleyində nələrisə dəyişir. Öz adını belə sənə unutdurur, səni yaratdığın obrazın adı ilə çağırırlar. Aktyorlar başqa peşə sahiblərindən fərqli olaraq başqa insanların da taleyini yaradırlar, yaşayırlar. Aktyor sənətinin böyüklüyü ondadır ki, o insanı və dünyanı öyrənən sənətdir. Bəzən bizə bu insanları tanımaqda kömək edir. 5 dəqiqə söhbət edib, danışandan sonra bilirsən ki, qarşındakı insan kimdir?! Bundan sonra ona ya bağlanırsan, ya da uzaqlaşırsan” deyə sənətkar bildirib.
Ardını oxu...
Rusiyalı aktyor Andrey Stoyanov vəfat edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, narkotik maddələrdən həddindən artıq istifadə etdiyinə görə ürəktutmadan ölüb.

48 yaşlı aktyorun meyitini ailə üzvləri Moskvadakı evində tapıblar.

Qeyd edək ki, Stoyanov "Dıldı", "Kritik dövr", "Hamısını sev", "Köçəri quşlar", "Qonşular-3", "Phantom" filmlərində və "Sklifosovski" serialında rol alıb.
 
 

Ardını oxu...
Müsahibimiz Qazaxda yaşayan şair Bəxtiyar Hidayətdir. Onunla ötən həftə söhbələşəcəkdik, alınmadı. Gah şairin, gah da mənim işlərim araya «hava» saldı. Nəhayət bu gün söhbətimiz baş tutdu. Əslində suallarım da başqa idi, intonasiyam da. Amma şair nədənsə, sərt başladı, söhbəti elə o minvalla da başa çatdırdıq.

Müsahibəni təqdim edirik:

-Bəy, söhbətləşəkmi?
-Mən hazır, amma bir şey var ki, «Sherg.az» hökumətin saytıdır, ədəbiyyat barədə fikirlərim veriləcəkmi?

-A bəy, dövlətin saytıdır...

-Dövlətdəkilər dövləti də hökumət bilir.

-O ayrı məsələ, malı-malı qatmayaq, Biz dövləti də, hökuməti də anlayırıq. Fikilərinizi olduğu kimi dərc edəcəyik.

- Onda sualları gözləyirəm...

- Elə burdan başlayaq ki, dünya informasiya və ya media məkanında mətbuatla bağlı bu sayaq ayrımçılıq-iqtidar, müxalifət mediası anlayışı- yoxdur, amma bizdə sanki insanlar özləri mətbuatı sinifləşdirirlər. Siz də belə etdiniz. Mediadan narazılığınız aydın sezilir, səbəb nədir?

-Media bizdə komediyadı, bəlkə də, tragikomediya. Baxın xəbərlərə, şou, zorlama, qarət... İşıqlı bir şey yox. Adını unutduğum bir şairin sözüdür:

-Boğulduq informasiya dənizində
Bir damla həqiqət verin

Bax o bir damla həqiqət yoxdu.

-Bəy, bir ədəbi dərgi, sayt yaradın, dərcini başqasından gözlədiyiniz həqiqətlərinizi yazın. Bunu niyə etmirsiniz?

-Vaxt yoxdu, ikinci də vaxt itkisidir. Qazanc yoxdu, gərək çılpaq şəkil qoyasan ki sayt oxuna. Və sonra sayta reklam verələr.
Yəni:

çılpaqlıq baş alıb getsə də qardaş
Çılpaq həqiqətə yer yoxdu indi

-Jurnalist sənətkarlığı və yazıçılıq bir az cəmiyyətə və sosial tələbə bağlıdır. Bu gün, tutalım, Bəxtiyar Hidayətin təcnislərinə lüzum görülmürsə, niyə yazsın? Təsəvvür edin, adam var, tində piştaxtanın üzərində meyvə-tərəvəz satır, gileylənir, hətta mənə eyham vurur ki:- Jurnalistlər də yazmırlar, yaza bilmirlər. Telefonu çıxarıram ki, dərdini «ağla», izhar elə, çəkim, üzünü ovcuna büküb qaçır. Vətəndaş etirazı pıçıltı ilə edir. "Dişsiz" cəmiyyətin "dişli" mediası ola bilərmi? Yazıçısını yaşada bilməyən cəmiyyət üçün yazıçı nə edə bilər ki? Axı ədəbiyyat da, media da cəmiyyətin güzgüsüdür, cəmiyyət necədirsə, nədirsə, media da, ədəbiyyat da ondan o tərəfə deyil...

-Ədəbiyyat cəmiyyətin güzgüsüdür. Amma evdə ölü düşəndə güzgünün üzərini pərdələyirlər. Ölü cəmiyyətin pərdəli güzgüsü kimidi ədəbiyyat. Amma bəlkə də belə deyil, axı ədəbiyyat var, yaranır. Sadəcə ədəbiyyatın yiyəsi olüb. Tənqid yox, təbliğat yox, kitab sənayesi yox, ədəbi inhisar meydan sulayır. Tərcümə Mərkəzi yalnız biznes kimi işləyir, xaricilərin tərcümə edirlər. Özümüzü xaricilərə təqdim etmirlər. Amma Şusikəndin bir ermənisini Qarabağ erməniləri Amerikada çap etdirir. Məsələ budu. Bizdə istedadlar da «n» qədərdir, əngəllər də...

-Ədəbiyyatın yiyəsi kimdir? Bu problemlərin həllini kimdən və ya kimlərdən tələb etməliyik?

-Bilmirəm! Gürcü, erməni müəlliflər Avropaya çıxır, dilləri ayrı, əlifbaları ayrı. Sayları da az. Amma bizdə bu yoxdu. Onlarda bunu yoluna qoyanlar dolayısıyla ədəbiyyatın yiyəsidir. Yoxsa bizdə necədi? AYB nə işə yarayır? Dövlətin 203 minini bir gündə sovurdular. Yenə də köhnə hamam, köhnə tas. "Pitiminutka" da olsa bir" azadlıq fonu yaradardılar. Halbuki mən 150-200 manat artırıb bir hekayəmi tərcümə etdirə bilmirəm. Mənim kimi də nə qədər yazar var. Bir sözlə Azərbaycanda yazar olmaq, könüllü dəlilikdi. Axı bunun sənə heç bir xeyri, köməyi yoxdu. Heç öləndən sonra da kimsənin vecinə olmayacaq.

-Amma Ramiz Rövşən əksini düşünür, deyir. Son müsahibəsində Azərbaycanda oxucunun olduğunu, kitabın da, kitab sənayesinin də mövcudluğunu ifadə etdi. Bir yanda 200 manat tapa bilməyən şair, digər yanda hər şeydən razı qalan qələm adamı. Necə olur bu?

-Ramiz ədəbiyyatın təhqiramiz üzüdür. Özündən sonra kimsəni qəbul etmir. Əli Kərim ucalığından şeiri başı kəsilən kötüyünü ucalığına qaytardı. Halbuki ağacın başı yox, ayağı kəsilir. Frazeoloji birləşmələri, idiomları hərfi mənasında vermək şairlik deyil. Deyir:

Nə çoxdu kefinə soğan doğrayan
Kefindən xörəkmi bişirəcəklər.

Birinci soğan ayrılıqda bişiriləndə çiban üçün bişirilir. Soğan bişirilməsi nə demək? Özündən sonra da bu ənənə oldu. Salam "ana məni ağlayarsan, boyumu soxduğun yerdə" yazdı. Biri yazdı:

- Mən sənin eşqindən sərxoş olmuşam,
əgər inanmırsan itlə ağzımı.

Başqası yazdı:

Gözlərim yol çəkir,
asfalt qırağında dəfnə ağacları bitib.

Bu, poeziya deyil. Və dilin üstündə saxtakarlıq edəndə axır belə olmalıydı. Bir dəfə Əli Kərimin bir tədbirində çıxış edirdi- yalnız "Qayıt yerinə qoy ayı, günəşi" bu şeirdən danışdı. Əli Kərim ucalığının qabağında kötük ucalığı neyləyə bilər?!

- Deyirsiniz ki, ədəbi tənqid yoxdur və yaz öləziyir. Bəzən belə fikirlər eşidirəm ki, bir hinduşqa kababına həll eləmək olur, tənqid məsələsini. Burada da "bazar açıblar?"

-Bu bazar da örtülü bazardır. Amma öz ayıblarını və AYBlarını örtürlər. İstəmirlər millətin istedadlıları üzə düşsün.

-AYB-dən söz düşmüşkən bu təşkilatın ötənlərdə baş tutan qurultayı və növbəti 5 il nə vəd edir?

-Heç nə, it otu, bağayarpağı. Mənimçün lazımsız bir qurumdur. Amma bu qurumu süpürgənin qabağına vermək olmur. Hörümçək burda tor qurmayıb, karkas toxuyub.

-Qeyd etdiniz ki, 150-200 manat artıra bilmədiniz, kitab satılmır, şeirlə qarın da doymur. Dolanmanı necə təmin edirsiniz?

-Müəllim işləyirəm. Şükür idarə edirik. Əvvəllər mal saxladım, dana bordadım. Amma o da əldən çıxdı, vəhşi kapitalizm imkan vermədi. Bir qarış örüş qalmadı. Hər yeri aldılar.

Artırıb bir- iki inək elədim.
Yaman dara düşdü yüzünün yeri
İki yol örüşü bir naxır basdı
Qaldı ot yerinə izinin yeri

Mənnən ötrü həftə qara, ay ara
Payız qara, bahar qara yay qara
Daş yeridi, mal yeri döy çayqara
Heç yoxdu qoyunun, quzunun yeri

Burda mal otarmaq çox işgəncədi
Örüş yeri bircə, qoruq oncadı
Bu yan süpürgədi, bu yan yoncadı
O yan da kartofun, pazının yeri

Mən dedim dolanım üçünnən babat
Qurd yedi ağacı içinnən babat
Qorunur Şuşadan, Laçınnan babat
Buraxma tulanın, tazının yeri

Görən yaraları kimlər qanatdı
Hər gün sındırılan qoldu, qanaddı
Pres beş manatdı, süd bir manatdı
Odlanır bağrımın közünün yeri

Sözünü qaytardım sözü dəyənin
Yalanı dəyənin, düzü dəyənin
Mallara nəzəri, gözü dəyənin
Kalafa qalaydı gözünün yeri

Əyrilər düzləri hey danlar indi
Allahlıq eyləyir şeytanlar indi
Qalıb gədələrə meydanlar indi
Yoxdu Bəxtiyarın sözünün yeri

-Tam ifadə... Var olun, şair!

-Region ədəbiyyatında durum nə yerdədir? Axı ora bir az da gözdən uzaq, könüldən qıraqdır. Nələr baş verir?

-Maraqlı deyil mənimçün. Hərdən tədbir keçirirlər. Deyilənə görə istedadlar var. Mən yazdığımı Feysbukda, İnstagramda, Vatcapda, Tik-Tokda paylaşıram. Onlara ehtiyacım yoxdu.

-"Sosial medi ədəbiyyatı" deyimi yaranıb, bəzən də biraz aşağılayıcı intonasiya ilə ifadə edirlər. Sosial şəbəkə ədəbiyyatının nəyi və niyə pisdir?

-Niyə pisdir ki. O da olmasa gərək daşa divara yazaq. Bu son imkanımızdır. Kitab çıxartmaq yox, qəzet yox, jurnal yox, tərcümə yox. Bu da olmasa batdıq. Amma burda da şou, bayağılıq var. Di gəl bunsuz da olmur

-Xarici dilə tərcümə olunmaq işini AYB etmir, Tərcümə Mərkəzi də merkantil maraqlarını güdür. Bəs XXI əsrdə, yazarların dünya ilə dialoqa girməli çağında xarici dilə tərcümə olunmama, xarici ədbiyyat mühitinə çıxa bilməməyin zərbələri nələrdir?

-Çatlamaq. Təsəvvür et əlində bahalı nəsə var, amma satılmır. Ölmüş kapitaldır. Nə etmək olar? Bunu işləyən yoxdur. Dövlət əl qoysa da, alınmayacaq. Çünki məmur yazarları imkan verməz. Axı əvvəlcə onlardır, biz qara camaatıq. Elə sovet vaxtı da beləydi. Yaxın sosialist ölkələr üçün tərcümələr vardı. Amma yenə Anar, Elçin. Çıxış yolu yoxdu, pis də çıxmasın, çıxış yolu əl çəkməkdir. Bu işi həyatından rədd etməkdir. Amma məndə alınmır. Öz-özünə gəlir şeirlər. Yazmamaq da olmur.

-Qazaxda rəhmətlik Mövluda baş çəkirsinizmi, neynir, necədi?

-Hərdən baş çəkirəm, gülümsəyir. Dünya vecinə deyil.

-Həmişə üzü gülsün !

-Nəinki rayonlarda, elə paytaxtın özündə də kitab mağazaları azdır və ya yoxdur. Bu məsələ rayonlarda daha məşəqqətlidir. Kitab tapmaq olmur, hər rayona gedəndə dosta-tanışa gücüm çatandan alıram, niyə ləğv olundu ki?

-Vəhşi kapitalizm kitabxanaları kababxanaya çevirdi.

Qələmdaşı Aqşin Yenisey sual verir:

- Bəxtiyarın şairi hansıdır, Səməd Vurğun, yoxsa Hüseyn Cavid?

-Mənim ən çox sevdiyim şair Əli Kərimdir. Qaldı Cavid və Vurğun məsələsinə, yalnız dilə görə Vurğun. Amma qətiyyətə, şəxsiyyətə, idealogiyaya, ədəbi taleyə görə əlbəttə ki Cavid.


Şair Taleh Mansurun sualı :

O gün tanımayıb keçdi Əzrayıl,
Hələ də axtarır baxışı məni,
Nə yaxşı tanıdın, nə yaxşı, məni..."- deyən şairin adamlar daha çox üzünü tanıyır, özünü, ya sözünü? Necə deyərlər, adı Bəxtiyar şair bilər düzünü. Sonu qafiyəli bu sualımı mənim tanıdığım Bəxtiyar Hidayət qafiyə ilə də cavablaya bilər, qafiyəsiz də, lap elə cinasla da. Hər bir halda, əminəm ki, sərbəst və sərrast cavablayacaq.

Bəxtiyar Hidayət:

Yusif İlhamoğlu üçün

Düzü deyə-deyə düzdə qalmışam,
Sözümü qoymuşam söz yerinə mən
Əlimnən o təhər dağlar çıxıbdı,
Kaş dağda qalaydım, düz yerinə mən.

Yormuşam yolları, yola salmışam
Gedilən yolları gedib- gəlmişəm
Mən dağlar oğluyam, düzdə qalmışam
Onçu sayılıram toz yerinə mən

Mənə can əvəzi söz verib Tanrı
Bildim hər vəzini, hər cürə janrı
Kazım Körpüsünü keçsəydim anrı
Üzümü sürtərdim yüz yerinə mən

Gözüm gördü Qazançının başını
İşğal etdi sinəmi qəm qoşunu
Xəzəllinin torpağını, daşını
Mal kimi yalaram duz yerinə mən

Varmı Bəxtiyara bu halında bab
Ürəyim köz oldu, ciyərim kabab
Yolum gedərgəlməz, izim iztirab
Sözümü qoyuram iz yerinə mən

Yazıçı Ayxan Ayvaz bilmək istəyir:

-Bəxtiyarın həyatdakı ən böyük peşmanlığı nə olub?
-Gücsüzlüyüm. Məcburi susqunluğum. Əlacsızlığım.


Şair Emil Rasimoğlu soruşur:

-Çağdaş ədəbi prosesin problemlərini, problemlərin əsasındakı səbəbləri və mövcud problemlərin həlli yolunu necə təsəvvür edir?

-Mən adi bir insanam. Mənim işim problemin ədəbiyyatını yaratmaqdır, ədəbiyyatın problemini həll etmək deyil. Buna nə gücüm nə vaxtım var. Kimlər 100 minləri yeyir onlar maraqlansın.

-Amma Anar deyir Çingiz bilir, Çingiz də jurnalisti və Azərbaycan dilini təhqir edir. Xalq yazıçısı xalqın dilində danışmağı bacarmır, amma milli valyutasını xərcləməyi bacarır.

-Bizim pul tanıdığı ən sonuncu puldur. Xarici volyutalardı onlarınkı. Onlar ədəbi inhisarı bilirlər. İstedadları məhv etməyi bilirlər. Şaiq Vəli və övladları o binada aksiya keçirdi. Sonu necə oldu, faciə. Şaiq üçün bir qəpik tapılmadı, amma özləri komfort həyat yaşayırlar. Qulbeçələri elə, xoruzları elə. Mövludun sağ əli bizim kimilərinin başına.

-Məncə, yaşama zamanı...


Hə, yalnız uşaqlara görə, vəssalam

-Sizin mənə sualınız varsa, buyurun!

-Sağ olun, minnətdaram !
 
 
 

Ardını oxu...
“Bəzən deyirlər ki, bu fəxri adlar nədir? Kimə lazımdır? Niyə yığışdırılmır? Xeyr, bu bir dəyərdir. Təbii ki, hər kəs şəxsiyyət vəsiqəsindəki adla yaşayır. Bu böyük stimul, sevincdir. Fəxri ad alanda mən də sevinmişdim. O vaxt ulu öndər Heydər Əliyev soruşmuşdu ki, bunun fəxri adı var? Deyiblər ki, yox. Verilişdə olmuşam, çıxıb evə gələnə qədər mənə fəxri ad vermişdilər. “Əməkdar artist” fəxri adını onun imzası ilə almışam”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev deyib. O daha sonra müğənnilərin toy sənətindən danışıb.

“Bu günə qədər toylarda olmamışam. Təbiətim imkan vermirdi. Rəşid Behbudov da demişdi ki, ya oranı seç, ya da buranı. Həyatımda belə bir şey olmayıb ki, stoldan-stola qaçım, cibimə kimsə pul bassın. İndi də deyirlər ki, sən vaxtilə o yolla getsəydin divarların da qızıldan olardı. Normal həyat sürürəm, problem yaşamıram. Hər adam bizim dövrdə belə etmirdi. Təbii ki, toylara gedib, toylardan məşhurlaşanlar da az deyildi. Mənim repertuarım toy repertuarı deyil. İndi çox gecdir, gərək o illərdə imicimi dəyişib, 6-8-ə başlayardım (gülür)” deyə müğənni deyib.

Xalq artisti bildirib ki, sənətdə iz qoymaq elə də asan deyil.

“Sənətkar özündən sonra bir iz qoymalıdır. Vay o günə ki, desinlər ki, filankəs ölüb getdi, bir iz qoymalıdır. Sənətçi üçün bundan böyük faciə ola bilməz. Bu ölümdən də betərdir. Gənclərə də tövsiyyəm odur ki, sənəti sevib gəlsinlər. Müğənni, məşhurluq üçün bu sənəti seçməsinlər. Zaman-zaman mənə də müğənni olmaq üçün müraciət edənlər olur. Mənim buna vaxtım olmur, çünki başqa işlərim də olur. Bir dəfə müğənni olmaq üçün müraciət edən gəncə dedim ki, gəl bir ifa et, görüm səndə nə var, sonra söhbət edərik. Başladı oxumağa, gördüm ki, onda heç nə yoxdur. Dedim ki, sən indiyə qədər oxumalı idin. Soruşdum ki, niyə müğənni olmaq istəyirsən? Dedi ki, ay Mübariz müəllim, bir az işsizlikdir. Elə bil başımdan qaynar su tökdülər. Demək ki, müğənnilik bu qədər asandır ki, işi olmayan gəlib müğənni ola bilər” deyə sənətkar bildirib.

Mübariz Tağıyev mahnıların səviyyəsinin aşağı düşdüyünü bildirib.

“Bu bizim günümüzün bəlalarından biridir. Efirdə səslənən mahnıların səviyyəsi çox aşağıdır. Nə qafiyə bir-birinə uyğun gəlir, nə də musiqi sözə. Səs də yoxdur. Təbii ki, səsi olan gənclərimiz də var. Amma onları da efirlərə çox az dəvət edirlər. Səsdən başqa hər şeylə gündəmə gəlirlər” deyə sənətkar bildirib.
Ardını oxu...
Uzun illərdir ki, İran Azərbaycana qarşı qərəzli, bəd niyyətə xidmət edən fikirlər irəli sürür. Dövlət məmurlarına və Azərbaycanın ali rəhbərliyinə böhtanlar yağdırılır. Dövlətçiliyimizə və milli kimliyimizə qarşı düşməınçilik münasibəti nümayiş etdirilir. Milli şəxsiyyətlərimizi, liderlərimizi və tarix-ənənəmizi təhqir edir, ərazi bütövlüyümüzə qarşı ciddi təxribatlar törədir.

Belə bir məkrli siyasət yeridən Səhər TV İran dövləti tərəfindən maliyələşdirilən rəsmi dövlət kanalıdır. Münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, Səhər TV daim Azərbaycana qarşı düşmən mövqe sərgiləyir. Bu kanal Azərbaycanda yerli problemləri qabardaraq ölkədə etnik problemlər çıxarmağa çalışır. Bəzən şəhidlərimizi və qələbəmizi gözdən salmaq üçün şər-böhtan yağdırır. Azərbaycan Ordusunun əməliyyatlarını və Zəfərini hər gün küçümsəyir. Ordumuzun 44 gündə əldə etdiyi böyük Zəfəri isə az qala İranın hesabına yazmaq cəsarəti göstərir.

İslamdan, dindən danışır, amma dini nifaq yaratmağa çalışır. Azərbaycanda şiə-sünni qarşıdurması yaratmağa cəhd edir və dini fanatizmi dəstəkləyir. Məzhəb dəyərlərini İran dəyərləri kimi təqdim etməklə, xalqın dini düşüncəsini istismar edir. Bu kanalın verilişlərinə baxanda İranın Azərbaycana qarşı nə qədər düşməncəsinə siyasət yürütdüyünü müşahidə etmək mümkündür.

Səhər TV-dən fərqli olaraq, İrandan Ermənistan üçün yayımlanan erməni dilində TV kanalı yoxdu. Sadəcə, bəzi erməni dilində xəbər saytları və Teleqram kanalları mövcuddur ki, onlar da ancaq Ermənistan Respublikasının “nailiyyətləri” və rəsmi mövqeyini əks etdirir.

İran rəsmiləri Səhər TV-nin yayımlarını bəzən Güney azərbaycanlılarla əlaqələndirirlər, lakin bunun İranda olan Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdu. Hətta Səhər TV Güney Azərbaycan şəhərlərinin heç birində göstərilmir. Kanalın ferekansları yalnız Azərbaycan Respublikası üçün nəzərdə tutulub.

Maraqlı olan budur ki, İran rejimi bu siyasəti illərdi davam etdirir, amma rəsmi Bakı daim qonşuluq münasibətlərini nəzərə alaraq İrana qarşı təxribatlara icazə verməyib. Hətta beynəlxalq səviyədə İrana qarşı təzyiqləri, bəyanatları və qətnamələri də İranın mövqeyinə ziyan gətirəcək tərzdə dəstəkləməyib, İranı pisləyəcək heç bir sənədə səs verməyib. Buna baxmayaraq, İranın Azərbaycana qarşı münasibəti bütün pərdələmə cəhdlərinə baxmayaraq, açıq-aydın ortadadır.

Azərbaycanın müsəlman ölkəsi olmasına rəğmən, İran Ermənistanla münasibətlərini az qala müttəfiqlik səviyyəsinə qaldırıb. Təbii ki, İranın belə siyasəti Azərbaycan xalqında ona qarşı nifrət hisslərini oyadacaq. Bu tərz rəftarlarla düşmənçiliyini bundan artıq gizlədə bilmir. Səhər TV-nin son günlər yayımlanan verilişləri bunu tam açıq şəkildə ortaya qoyur. İranın Ermənistanın Qarabağda bütün cinayətlərinə göz yumub, Xocalı soyqırımını heçə sayıb, məscidlərimizə donuz bağlamalarını görməzdən gəlib, erməni terrorçularını dəstəkləyərək, din və məzhəbdən danışmağa mənəvi haqqı yoxdu.

Səhər TV Azərbaycana qarşı təbliğat mexanizmini ancaq məzhəb və din üzərində qurub. Azərbaycan Respublikasının dövləti, xalqı, ictimai qurumlarının Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı haqsızlıqlar qarşısında susmamağa, onların səsi və dayağı olmağa həm mənəvi haqqı var, həm də soydaşlıq vəzifəsi daşıyırlar. Vətənimizin müstəqil olan hissəsində həm dövlət, həm də millət müstəqil olmayan soydaşlarını bütün imkanları ilə dəstəkləməlidir. Bu, təkcə vətəndaşlıq borcu deyil, həm də milli missiyadır, vəzifədir. Harada yaşamasından asılı olmayaraq, azərbaycanlıların haqq və hüququndan danışmaq, onları müdafiə etmək, Azərbaycan dilini, ədəbiyyatını, tarixini, mənəviyyatını, incəsənətini təbliği etmək, soydaşlarımıza tanıtmaq heç bir ölkəyə qarşı düşmənçilik demək deyil. Azərbaycan Respublikası Səhər TV-dən fərqli olaraq bu istiqamətdə daha böyük fəaliyyətlər həyata keçirməlidir. Müxtəlif saytlar, TV-lər, sosial şəbəkələrdə yaradılan hesablarla güneyli soydaşlarımızı onların rahat başa düşəcəyi dillə, əlifba ilə maarifləndirməlidir. Bu, azərbaycanlıları separatizmə meyilləndirmək deyil, onların hüquqlarını, milli kimliklərini, mənəviyyatlarını onlara bir daha xatırlatmaqdır. Bu, həm də bizim öz hüququmuz, mənəviyyatımız və milli kimliyimizdir. Özümüzü təbliğ etmək beynəlxalq qanunlara görə başqa ölkəyə qarşı düşmənçilik etmək deyil.
 

Dünyapress TV

Xəbər lenti