Ardını oxu...
Dekabrın 21-də qədim türk xalqalrı "Kara tun" - "Uzun gecə" bayramını qeyd edərdilər.
Təqvimin bu günündə il boyu ən uzun gecə olur.
Dini inanclara görə bu gecə ölülərlə dirilər arasındakı pərdə götürülür. Aruaki adlı mələk öz doğmalarını ziyarət edir. Bəzən qara ruhlar da gəlib ocağın içərisinə girə bilər.
Elə buna görə də Kara tun- əslində işıq ilə qaranlığın mübarizəsidir. Bu mübarizədən qalib çıxmaq, qaranlıqları aldatmaq üçün müxtəlif ayinlər və rituallar keçirilir ki, Günəş gecəyə qalib gəlsin.
Təqvimin 21 dekabr günü evi təmiz saxlamaq lazımdır. Təzə paltar geyinməli, köhnə işlərini yekunlaşdırmalısan. Gecəni isə evində oturub tonqal, və ya şam yandırmalısan. Bu ayini keçirməklə Günəşin qalib gəlməsinə imkan yaradırsan.
Ardını oxu...
Macar qardaşlarımız bu bayramı elliklə qeyd edirlər. Madyar qardaşlarımız deyirlər ki, Qara tun gecəsindən sonra göy üzünə çıxan günəş 3 gün eyni yerdə dayanır. Yalnız dekabrın 25-dən başlayaraq, qaranlığı azaldır. Yəni gümnlərimiz uzanmağa başlayır. Yəni Yeni ili Yeni Günəşlə, yeni istiliklə qəbul edirlər. Bu günə həm də Kun tuulqan!, Kün janqıran! - Gün doğdu, Gün yandırdı- deyirlər. Planetin bu hərəkətində günlərin hesabı belə aparılır: 3 gün günəş hərəkətsiz dayanır, buna Kün ölü- Ölü gün deyirlər. Sonrakı 1 gün aradakı boşluğa kün arası- gün arası deyirlər. Və bundan sonrakı 3 gün də Günəşin istiliyi çoxalmağa başlayır ki, buna da Kün toğdu- , yəni Gün doğdu deyirlər. Beləliklə türk mifolojisindəki 7 müqəddəs rəqəm alınır.
Əslində bizim yurd insanları da bu günü böyük çillənin gəlişi kimi qeyd edirlər. Və adına da Nardoğan, Nurdoğan deyirlər!
21 dekabrda Kara tun gedir, 22 dekabrda Nurtoğan gəlir!
Aida Eyvazova
Teref.az
 
Ardını oxu...
II hissə
Şah İsmayıl dağıdıcı deyil, qurucu idi.
Etibarlı mənbələrdən söz düşmüşkən.. Həsən bəy Rumlunun “Əhsən ət təvarix” əsərində belə bir məlumat vardır: “Bakı əyanlarından təxminən yetmiş nəfər əllərində Qurani-Məcid əl-aman fəryadı qaldırdı. İsgəndər şanlı Xaqan (Şah İsmayıl) onların təqsirindən keçdi.
Şəhər sakinləri dövlət xəzinəsinə qanbahası olaraq min tümən ödədilər. Əzəmətli qazilər Həzrəti Sultan Cüneydi (1429–1460) şəhidlik izzətinə çatdırmış Şirvanşah Mirzə Xəlilullahın (1417–1465) qəbrini açdılar və onun cəsədini çıxarıb yandırdılar”.
Beləliklə, qızılbaşların qəbirlərlə düşmənçilik etdiklərini Səfəvi tarixçisi də təsdiqləyir. Amma gəlin hökm verməyə tələsməyək. Çünki bu məsələnin davamı maraqlıdır. Belə ki, “1945–1947-ci illərdə Şirvanşahlar sarayındakı türbədə aparılmış arxeoloji tədqiqatlar zamanı açılmış qəbirlər həmin məlumatın doğru olmadığını göstərmişdir” (Ş.K.Məmmədova. “Xülasət ət-təvarix Azərbaycan tarixinin mənbəyi kimi”, səhifə 65).
Bir sözlə, məlum olmuşdur ki, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın nə məzarına, nə də qalıqlarına toxunmuşdular. Onları heç kim dağıtmamış və yandırmamışdır. Bəs görəsən məşhur Səfəvi tarixçisi Həsən bəy Rumlu belə bir yalan məlumatı öz kitabına nə üçün daxil etmişdir? Bununla bağlı yalnız müəyyən fərziyyələr irəli sürə bilərik:
- Ola bilsin ki, bu kimi məlumatları “Əhsən ət təvarix” kitabına Səfəvilərin düşmənləri sonrakı əsrlərdə salmışlar;
- Mümkündür ki, Həsən bəy Rumlu həmin məlumatları Səfəvilərin bədxahlarının sifarişilə yazılmış əsərlərdən götürmüşdür;
- Bəlkə də müəllif ağızdan-ağıza gəzən şayiələri də gələcəkdə onların doğruluğunu yoxlamaq ümidilə qələmə almışdır;
- Qanlı səhnələr əsərin dramatizmini artırıb onu oxucuların bir hissəsi üçün daha maraqlı və cəlbedici edə bilərdi;
- Orta əsr insanlarının bir qismi düşünə bilərdi ki, hökmdar öz düşmənlərini nə qədər çox öldürüb onlara ağır fiziki və mənəvi əzab versə, bir o qədər də zəhmli və əzəmətli görünər;
- Sözügedən yalanlar sonrakı padişahların müəyyən əməllərinə haqq qazandırmaq, onları guya ənənənin davamı kimi qələmə vermək məqsədilə uydurulmuşdur.
Amma istənilən fərziyyə məntiqi cəhətdən bir qədər əsaslandırılmış ehtimaldır. Nəzərə alınması vacib olan faktların sayı isə ikidir:
- Şah İsmayıl Səfəvini əsasən iki nəfərin qəbrinin təhqir olunmasında daha çox ittiham edirlər. Bunlardan biri Şirvanşah Xəlilullahın, digəri isə İmam Əzəm Əbu Hənifənin məzarıdır. Arxeologiya elmi həmin ittihamlardan birinin puç olduğunu artıq sübuta yetirmişdir. Qalır ikincisi..
- Səfəvi dövrünə dair əsas mənbələrdə – “Əhsən ət təvarix” və “Tarixi aləm arayi Şah Abbas” əsərlərində, Osmanlı sultanları II Bəyazidin və I Səlimin, eləcə də özbək xanları Şeybəkin və Ubeydullahın məktublarında İmam Əzəm Əbu Hənifənin məqbərəsinin dağıdılması barədə heç bir məlumat yoxdur.
Daha bir maraqlı detala diqqət yetirək: Bağdad şəhəri 1508-ci ildən 1535-ci ilədək Səfəvilər dövlətinin, 1535-ci ildən 1624-cü ilədək Osmanlı imperiyasının, 1624-cü ildən 1639-cu ilədək yenidən Səfəvilər dövlətinin, 1639-cu ildən 1917-ci ilədək isə Osmanlı imperiyasının tərkibində olmuşdur. Tarixçilərin yazdıqlarına görə, 1508-ci ildə Şah İsmayılın guya dağıtdığı türbəni osmanlılar 1535-ci ildə bərpa etmişdilər. Bununla əlaqədar bir məsələni də vurğulamaq lazımdır:
İmam Əzəm Əbu Hənifənin türbəsinə münasibət hər iki dövlət üçün həqiqətən də prinsipial məsələ olsaydı, Şah I Abbas 1624-cü ildə Bağdadı yenidən ələ keçirdikdən sonra yəqin ki, onu təkrarən uçurtdurardı. Lakin tarixdən məlumdur ki, o, bunu etməmişdi.
Həmçinin qızılbaşlar İmam Əzəm Əbu Hənifənin qəbrilə belə sərt rəftar etsəydilər, yəqin ki, Bağdad osmanlıların əlinə keçdikdən sonra – XVI əsrin birinci yarısında Osmanlı dövləti icazə verməsəydi belə, yerli hənəfilər qisas almaq üçün şiə alimlərinin İraqdakı bəzi türbə və məqbərələrini uçurmağa cəhd göstərərdilər. Onlar bunu etsəydilər, sözsüz ki, ən azı Səfəvi qaynaqlarında bu barədə məlumat olardı. Amma tarixi mənbələrdə belə bir informasiya yoxdur.
Qızılbaşların ən üstün keyfiyyətlərə malik rəhbəri Şah İsmayıl olmuşdur. Gözəl tarixçimiz, professor Anar İsgəndərovun sözləri ilə desək, “Şah İsmayıl yalnız ölkələrin deyil, qəlblərin, könüllərin də fatehi idi. Şah İsmayıl qurucu, Şah İsmayıl hökmdar, Şah İsmayıl sərkərdə, Şah İsmayıl döyüşçü, Şah İsmayıl mürşid, Şah İsmayıl filosof, Şah İsmayıl şair idi..”
Çaldıranda gecə hücumuna icazə verməmiş, düşmənləri ilə həmişə mərdi-mərdanə döyüşmüş belə bir uca şəxsiyyət 741 il əvvəl vəfat etmiş böyük bir İslam aliminin məzarı ilə düşmənçilik aparardımı? Amma o da var ki, bir el məsəlində deyildiyi kimi, “od olmayan yerdən tüstü çıxmaz”.
Qızılbaş döyüşçüsü və diplomatı Oruc bəy Bayatın (1560–1604) məşhur əsərində maraqlı bir məlumata rast gəldik: “Anadolu problemini uğurla həll etdikdən sonra Şah I Təhmasib (1514–1576) İrana qayıtdı. Bəzi tarixçilərimiz bundan sonra baş vermiş məzəli bir əhvalatı da qələmə almışlar. Onu nəql etməyi lazım bilirik.
Beləliklə, Şah I Təhmasib Qoyunçayda Sultan I Süleymanı (1494–1566) dəf edən kimi geri dönüb Bağdad üsyançıları ilə mübarizə aparmaq üçün İraqa getdi. Orada öyrəndi ki, Sultan I Süleymanın başına tac qoymuş baş müfti bir neçə gün əvvəl vəfat etmişdir. Əmr etdi ki, onun qəbrini qazıb cəsədini oradan çıxarsınlar və yerinə it leşi qoysunlar. Açığı, mən başa düşə bilmirəm ki, bu cür hadisələrdən sonra onlar – Şah və sultan sülh münasibətlərini necə qoruyub saxlaya bildilər”.
Xatırladaq ki, Osmanlı imperiyasının əsas fiqhi məzhəbi hənəfilik olmuşdur. Bəzi hənəfi fəqihləri İmam Əzəm Əbu Hənifəyə hörmət əlaməti olaraq öz adlarına Hənəfi təxəllüsünü də əlavə edirdilər. Yeri gəlmişkən, Bağdad şəhəri bugün də hənəfi məzhəbinin əsas mərkəzlərindən biri sayılır.
Mümkündür ki, Oruc bəy Bayatın əsərində xatırlanan Bağdad müftisinin də ləqəbi Hənəfi olmuş, bu da öz növbəsində İmam Əzəm Əbu Hənifənin məqbərəsi haqqında məlum əfsanənin yaranmasına gətirib çıxarmışdır.
Zənnimizcə, böyük İslam alimi İmam Əzəm Əbu Hənifənin məqbərəsinin guya 1508-ci ildə dağıdılması barədə rəvayət illər sonra (böyük ehtimalla, 1528–1529-cu illərdə) eyni məkanda baş vermiş, əslində, məzhəbi deyil, siyasi xarakter daşımış bir hadisənin əsasında quraşdırılmışdır. Bununla yanaşı, istisna etmirik ki, heç ikinci hadisə də reallıqda olmamış, beləliklə, bir yalan digər yalanı doğurmuşdur.
P.S. Şah İsmayılın özbək xanı Şeybəkə yazdığı məktubdan: “Məktubunuzda məscidlərin və ziyarətgahların təmiri üçün bənnalar istəmişdiniz. Biz belə xeyirli işləri günəş tək uca hümmətinizə vacib və zəruri əməl saydığımız üçün, inşallah, İraqın (İraqi-Əcəmin) böyük şəhərlərinə yetişən kimi dünyada tayı-bərabəri olmayan ustaları seçib göndərəcəyik”.
Beləliklə, aydın olur ki, Şah İsmayılın dağıdıcı deyil, qurucu olduğunu onun rəqibləri də təsdiq etmişlər.
Müəllif: Araz Şəhrili
Rəsm : Farid Zakiyev
Teref.az
 

Ardını oxu...
“Hər zaman qalmaqallardan uzaq gəzmişəm. Bəzi hallarda istəmədən qalmaqalların mərkəzində olmuşam. Belə olub ki, kimsə bostanıma daş atıb, ona cavab vermişəm. Susa bilmərəm axı. Susanda da deyirlər ki, yəqin ki, günahkardır. Deyir abırlı mədəniyyətindən susdu, abırsız da elə bildi ki, o susdurub. Sənətlə gündəmə gəlmək lazımdır. Sənətiniz varsa, gəlin göstərin. Bu meydan, bu da şeytan. İnanın, bəzən elə şeylər eşidirəm ki. Bəzi qalmaqallar da qurma olur. Məsələn, biri həmkarına deyir ki, sən məni söy, mən də səni. Belə də onlar gündəmə gəlirlər. Bəs siz tamaşaçıların üzünə necə baxacaqsınız?”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O, daha sonra əlavə edib.

“Dərd gələndə birdəfəlik gəlir deyib atalarımız. Ötən il atam dünyasını dəyişdi, daha sonra koronavirusa yoluxdum, bir az ailəmdə problemlər yaşandı. Stress keçirirdim, gücsüz idim. Belə olduğu halda da yeyirdim, kökəlirdim. Bu mənim özümdən asılı deyildi. Bir də gördüm ki, qabağını alıb, yığışdıra bilmirəm. 107 kilo idim, indi 30 kilodan çox atmışam. Amma bu hələ son deyil, hədəfim hələ qarşıdadır. Tamaşaçılar da deyir ki, Mətanət xanım, bu çəkiniz əladır, o illərə qayıtmısınız. Allah düşmənimə də mənim yaşadığım stressləri yaşatmasın” deyə sənətkar bildirib.

Müğənni hər zaman gənc həmkarlarına dəstək olduğunu bildirib.

“Sənətdə yeni addımlayan gənclərə hər zaman dəstək olmuşam. Onları hətta özümlə birlikdə qonaq olduğum verilişlərə də çıxarmışam. Heç kim deyə bilməz ki, Mətanət xanımdan kömək istədim, mənə kömək etmədi. Bir neçəsinə hətta mahnılarımı oxumasını da icazə vermişəm. Demişəm ki, götürün oxuyun. Mahnılar bizim övladlarımızdır. Bu gün Şövkət Ələkbərovanın, İlhamə Quliyevanın mahnılarını hamı oxuyur. Mən də arzu edərdim ki, dünyamı dəyişəndən sonra bütün müğənnilər mahnılarımı oxuyub, xatirəmi yaşatsınlar” deyə əməkdar artist bildirib.
 
Ardını oxu...
Korkut Ata olarakta bilinen Dede korkut 570-632 yılları arasında yaşadığı rivayet edilmiş, Orta Asya’da Kopuz, Anadolu’da saz diye bilenen çalgının mucidi Türk, Altay ve Oğuz efsanelerinde, masallarda ve halk hikayelerinde adı geçen bilinen ilk Türk Ozanı’dır.
Bazı kaynaklarda Dede Korkut’un Kara Hoca’nın oğlu olduğu 100 veya 295 yıl yaşadığı kaydedilmektedir.
Dede Korkut, tüm Türk kavimlerinin atasıdır ve dahisidir. Türk destanlarında ve halk hikayelerinde, Dede Korkut adına ve onun mucizevi sözlerine rastlamak her zaman mümkündür.
Türk hükümdarlarının akıl hocası ve veziri olduğu bilinen Dede Korkut, bütün Türklüğün yegane temsilcilerinden ve bugün de yaşatılmaya çalışılan atalarındandır.
Korkut kelimesi kor ve gor kökünden türemiştir. Korkut kelimesi “Çok büyük, ulu, heybetli, korku veren” anlamlarına gelmektedir. Ayrıca korkutucu düş anlamında da kullanılır.
Dede korkut’un kişiliği
1. Kutsal Kişiliği
2. Bilge Kişiliği
3. Devlet adamı Kişiliği
Dede Korkutun yaygınlıkla bilinen hikâyeleri;
-Dirse Han Oğlu Boğaç Han
-Salur Kazanın Evinin Yağmalanması
-Kam Büre Beg Oğlu Bamsi Beyrek
-Kazan Beg Oğlu Uraz Beg’in Tutsak Olması
-Duha Koca Oğlu Deli Dumrul
-Kanlı Koca Oğlu Kan Turali
-Kadılık Koca Oğlu Yegenek
-Basatın Tepegöz’ü Öldürmesi
-Begel Oğlu Emren
-Usun Koca Oğlu Seğrek
-Salur Kazanın Tutsak Olması
-Dış Oğuzun iç Oguz’a Asi Olması
Dede Korkutun hayatı ve onun hikâyeleri, geçmişten geleceğe uzanan mücadelede varlığımızın, birliğimizin ve dirliğimizin ne kadar önemli olduğunu ortaya koymakta, kahramanlık ruhumuzu coşkun bir üslupla dile getirmekte ve geleceğe ümit ve sevgiyle bakmamızı sağlamaktadır..
 
 
 
Ardını oxu...
“İndiki komediyalar əvvəlki illərlə müqayisədə cılızlaşıb. Bunun da səbəbləri var. Aktyor plastilin kimidir, onu yönləndirmək üçün yaxşı rejissor lazımdır. Amma hər rejissor bunun öhdəsindən gələ bilmir. Rejissorlarımız bunu istəmir və çox tənbəldirlər”.

Bunu “Bugünkü komediyalar əvvəlki illərdə olduğu kimi tamaşaçını güldürməklə bərabər düşündürə bilirmi?” sualını cavablandırarkən tanınmış aktyor, Əməkdar artist Çingiz Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor hesab edir ki, keyfiyyətli gülüş üçün ilk növbədə səhnə əsərləri yazılmalıdır:

“Keyfiyyətli komediya üçün ilk növbədə ssenarilər yazan yazıçılar olmalıdır. Sovet dönəmində Seyfəddin Dağlı, Salam Qədirzadə və digər məşhur dramaturqlar var idi və gözəl səhnə əsərləri yazırdılar. O səhnə əsərləri əsasında da keyfiyyətli komediyalar təqdim olunurdu. Bu gün teatrda o komediyaları görə bilmirik. Çünki bunun üçün səhnə əsərləri yazılmalıdır. Amma indi bu sahədə yazan yazarlar barmaqla sayılacaq qədər azdır. Vaxtilə gözəl səhnə əsərləri var idi, tamaşalar hazırlanırdı. Tamaşaçılar o səhnəcikləri istər efirdən, istərsə də teatrda, görüşlərdə maraqla izləyirdilər. Mən Hacıbaba Bağırovun teatrında çalışanda o, mənə komediyanın bütün incəliklərini öyrədirdi. Hətta yadımdadır ki, bir dəfə Musiqili Teatrdan küsüb getdim, amma Hacıbaba müəllim məni yenidən teatra qaytardı. Çünki mənə çox inanırdı”.
 
Ardını oxu...
Taştaki Türkler kitabıyla 2008 yılında Sedat Simavi Sosyal Bilimler Araştırma Ödülü’nü alan Servet Somuncuoğlu, dünya tarihinin yeniden yazılmasını gerektirecek yeni eseri ‘Saymalı Taş Gökyüzü Atları’nı tamamladı.Uludağ Grup organizasyonuyla gerçekleşen ‘Saymalı Taş Gökyüzü Atları’ kitabının tanıtımının yapıldığı gecede konuşan araştırmacı yazar Servet Somuncuoğlu eserin oluşum sürecinden bahsetti.
"2005 yılında tesadüfen gittikleri Saymalı Taş’ın Türk tarihi için bir kırılma, dönüm noktası olduğunu söyleyen Somuncuoğlu sözlerine şöyle devam etti:
“Kırgızistan’da Tanrı Dağları’nın kollarından Aladağlar üzerinde bulunan ‘Saymalı Taş’a 11 bilim adamıyla birlikte gittik ve burada başka birşey var düşüncesiyle 12 ayrı ülkede çalışma imkânı elde ettik. Geçen yıl 20 gün Kanada, Toronto, Ottowa, Montreal bölgesinde çalıştık. Saymalı Taş’ta 10.000 kaya üzerinde yapılmış 100 bin resim var ve biz bunların 6.000 tanesini fotoğrafladık.” Ders kitaplarından gördüğümüz kadarıyla bizim tarihimiz Orhun Anıtları’yla başlar.
Oysa ki Orhun Anıtları Türklerin taşlar üzerindeki son sözüdür. Asla Türk tarihinin önsözü değildir.
Peki 5000 yıl öncesine kadar uzanan zaman dilimlerinde yapılmış resimlerin bugün ne faydası olacaktır?
Bugün dünya milletleri ya da dünya devletleri evrensel kültüre yaptıkları katkı çerçevesinde dünyanın kaynaklarını paylaşıyorlar. Çünkü evrensel kültüre yaptıkları katkıyı çocuklarına aktarıyorlar. Böylece çocukları özgüven içerisinde, hiçbir kompleksin etkisinde olmadan yetişiyorlar."
ANADOLU TÜRK TARİHİ YENİDEN YAZILMAK ZORUNDADIR !..
"Sonuçta Türklerin M.Ö 3000 yıllarından beri orada olduğunu ispatladık.Böylece mevcut paradigmayı yıkmış olduk.Maalesef Türk Tarihini Türkler Yazmamıştır.
Saymalı Taş bize neyi öğretti, bizi nereye getirdi?
Eski çağ kültürlerine dair 5 büyük kültür sayılır: Çin, Hint, Mısır, Yunan ve Mezopotamya. Oysa Türk kültürü eskiçağ kültürleri içinde, insanlığın kurduğu ilk kültürler arasında çok özel ve önemli bir yere sahiptir.
Bugün batıdan baktığımız zaman çoban, atlı, göçebe Türkler olarak tanımlanan Türkler coğrafik olarak hemen yanına Çin, altında Hint, Mısır’a rağmen, Mezopotamya ve Yunan kültürlerine rağmen kültürlerinden ödün vermemiştir. Biz hâlâ Türkçe konuşuyoruz. Bu kültürün basit bir şey olması mümkün değildir.
Bu cevapları bize insanlığın ilk mabetlerinden, Gök tanrı dininin mabetlerinden biri olan Saymalı Taş verdi. Bu kitap yaklaşık 5 yıl süren bir çalışma sonucu ortaya çıkmıştı. Buradaki resimler içinde 100 bin resimden 6 bin kadarını fotoğraflamıştık
. 6 bin kadar fotoğrafı defalarca analiz ederek tamamıyla nesnel bir kurguyla, hiçbir şekilde duygusallığa ve hamasete kaçmadan kitap haline getirdik. Türkler kendine ait alfabesi olan entelektüel milletlerden biridir. Dünya evrensel kültürüne, insanlık kültürüne olağanüstü katkıları vardır. Bu sadece Saymalı Taş’la sınırlı değildir.
8 farklı alanda 5 binden fazla kaya resmi, binden fazla eski Türk mezarı kurgan ve şu ana kadar tespit ettiğimiz 50 civarında yazıta rastladık.
Bu ilk olarak şunu gösterir:
Anadolu’da Türklerin varlığının tartışılamaz tarihi M.Ö 3000 yılıdır ve belgelenmiştir. İkinci olarak Türk’ler tarihin en eski çağlarından beri Anadolu’ya gelip gitmişler, göçler yatay ve dikey olarak devam etmiştir. Üçüncü olarak da Anadolu Türk tarihi baştan yazılmak zorundadır.
“Damgaların Göçü” belgeseli, Anadolu Türk tarihinde yeni bir çığır açacaktır, işte bu çığırın açılmasına ise danışman kadrosunda yer alan Prof. Dr. Yusuf Halaçoğlu, TDK Başkanı Prof. Dr. Şükrü Haluk Akalın, Prof. Dr. Ahmet Taşağıl, Prof. Dr. Yaşar Çoruhlu, Doç. Dr. S.Yücel Şenyurt, Doç. Dr. İsmail Doğan, Dr. Mustafa Aksoy, Dr. Cengiz Saltaoğlu, Öğr. Gör. Atakan Akçay, Arkeolog Yunus Ekim, Tarık Emre belgesele katkıda bulundular, bizzat saha çalışmasına katıldılar."
"Batı 1774′ten beri Türkleri kültür, uygarlık, tarih ve insanlık dışına itmek için geleneksel Türk karşıtı çabalarında adım adım ilerlemektedir.
Asya’da, Türk tarihini M.Ö 220′de Hun İmparatorluğu ile başlatıp, Türklerin tarihte geç kaldıklarını kafalara yerleştirmek amaçlı bilinçli propagandalarını sürdürmektedirler.
Yine Anadolu’yu, Sevr’e uygun olarak parçalayabilmek için atalarımızın Anadolu’ya ilk defa 1071′de TOKUZ OĞUZLAR’la geldiklerini inatla ileri sürmektedirler. Ve maalesef bu konuda büyük başarı sağlamışlardır.
Yurtdışında çalışmalarım Türkiye’de olduğundan da fazla ilgi görüyor. Japonya’dan Almanya’ya kadar tüm ülkelerin bu işlerle uğraşanları tarafından çalışmalarım ve ben yakından takip ediliyoruz. Batılı arkeologların Yunan veya Frig olarak tabir ettiği alanı Türk olarak belirledik. Burayı iyice inceleyebilmek için çalışmalarımı 3 yıl gizledim. Bozkırın kucağında duruyordu bu resimler. Sonuçta Türklerin M.Ö 3000 yıllarından beri orada olduğunu ispatladık. Böylece mevcut paradigmayı yıkmış olduk.
Fakat bizim hukuk fakültelerimizde hâlâ Roma Hukuku ile başlatılır. Oysa damga hukukun ta kendisidir.
Kültür tek bir alanda gelişmez, topyekun gelişir. Kayalar üzerindeki resimler, yazılar, damgalar bize şunu öğretir: M.Ö 5000′de, 10.000′de bunu yapan insanın, bir medeniyet kurgusu, evren anlayışı, dili, dini, ekonomisi ve hukuk sistemi vardır. Fakat bizim hukuk fakültelerimizde hala Roma Hukuku ile başlatılır. Oysa damga hukukun ta kendisidir.
Damgaların felsefesine girildiğinde, bunlar bireysel mülkiyettir. Bireysel mülkiyetle birlikte hak, hukuk ve adalet kavramları başlar.
Bu yapay Türk Tarihi, Batının kendi çıkarlarına uygun olarak yine kendileri tarafından kaleme alınmış ve bizim akademis-yenlerimiz tarafından bilimsel şüpheyle incelenmeden kabul edilmiştir. Dünya tarihi de bu şekilde yazılmıştır.
Bu tarihe ilk başkaldıran Atatürk’tür.
1930 yılında 2000′den fazla kitabı incelemiş bir “kurmay subay” kafası ve “mobil zekâsı” ile durum tespiti yapmış; Orta Asya’da bir Anayurt olduğunu ortaya çıkarmış ve bunun tarihinin çok eskilere dayanıyor olması gerektiğine işaret etmiştir. Anadolu’nun en aşağı 5.000- 7.000 yıl öncesinden beri TÜRK YURDU olduğunu ifade etmiştir.
Değeri yavaş yavaş ortaya çıkan ve gelecekte tüm dünyanın minnettar olacağı büyük araştırmacı Kâzım Mirşan bu konuda hayatının büyük bir bölümünü adayarak çok önemli araştırmalar yapmış, batı merkezli çıkarlara uygun hazırlanmış emperyalist tarihe baş kaldırmıştır.
Maalesef Kâzım Mirşan’ın, Türk Tarih Kurumu’na gönderdiği çalışmalarının dikkate alınmamasına sebep olan bazı akademisyenlerimiz sayesinde SEVR şartlarının bir kere daha çöpe atılması engellenmiştir.
Bu çalışmalar 1970′lerde dikkate alınmış olsaydı; ortada ne üst kimlik, alt kimlik yutturmaları, ne 48 etnik kışkırtmaları ne de Ermeni-Kürt iddiaları kalacaktı. Anadolu’daki dip kültürün bize ait olduğunun bilinmesiyle, emperyalistlerin “insan hakları”, “demokrasi” oyunlarıyla süsleyerek yutturmaya çalıştıkları propagandalarına kat’i- sağlam yıkılmaz bir set çekebilecektik.
Bugün 1970′den beri, maalesef 40 yıllık bir gecikmeyle de olsa Damgaların Göçü belgeseli ile Sevr’e gerekli olan set bir kere daha çekilmiştir. Şimdi sorun bu “SET” in gerçekleşmesi için çalışmaktır."
Servet SOMUNCUOĞLU
GÖKTÜRK
Teref.az
 
Ardını oxu...
У Эльдара Aлександровича Pязанова в жизни была одна история принципиального значения, которую он собирался, но не успел опубликовать, но которую нельзя не знать. Это история про письмо из Алма-Аты. Во время интервью речь зашла о том, что его лучшие фильмы реально спасали людям жизни. Haчал он с того, о чем уже писал в «Неподведенных итогах»:
«Koгда «Иронию судьбы» показали в первый раз, уже через несколько минут мне стали приносить первые телеграммы о том, как этот фильм изменил жизнь многих людей: кто-то обрел надежду, кто-то снова поверил, что в жизни возможны чудеса. И было письмо от женщины, которая хотела уйти из жизни, даже все уже приготовила: снотворное, прощальную записку. Но на экране телевизора шла «Иpoния судьбы». Может быть, она уже хотела выключить телевизор, но задержалась на несколько секунд, а в результате досмотрела фильм до конца. В письме она благодарила, что передумала сделать страшный шаг. И остановила ее именно «Иpoния судьбы».
Но однажды в почте кинорежиссера появилось письмо от других людей. Из Алма-Аты.
Там снова были слова благодарности.
Heзнакомая женщина, Татьяна Григорьевна, писала: «Уважаемый Эльдар Рязанов, ваш фильм сумел сохранить жизнь моему сыну...» И рассказала свою историю:
— Двадцать лет назад не знала, как поступить: ее пятилетнему сыну нужна была операция на сердце. А как обратиться в институт, который находится в Hoвосибирске, если она с сыном жила в Алма-Ате? Интернета тогда не было. Электронной почты не было. А надо было узнать фамилию врача, который оперирует именно эти случаи, записаться к нему в очередь на прием. У нее просто была паника: ребенок умирает, ничего поделать невозможно. Идею подсказала все та же «Ирония судьбы»: это было как озарение: почему же не послать письма с просьбой о помощи по тем адресам, которые есть в каждом городе.
Татьяна Григорьевна написала три письма. Одно на улицу Ленина, другое на улицу Мира и третье на улицу Правды. То есть она по внутреннему посылу, который был заключен в «Иронии судьбы», написала на те улицы, которые обязательно были в каждом советском городе. С улицы Ленина ей ответили. Хорошие простые люди, бывшие фронтовики Евтюхины.
Teперь у Татьяны Григорьевны и ее сына Павлика было у кого остановиться, было с кем поделиться своей болью, были родные люди в чужом городе, к которым можно было приезжать, когда Павлик нуждался в новой операции. А таких операций в Новосибирске за двадцать лет ему пришлось сделать три.
Эльдар Pязанов попросил свою жену принести это письмо. Я думал, что она его будет долго искать, но Эмма Валериановна вернулась буквально через минуту. Оказывается, Эльдар Александрович все годы хранил этот конверт, как самую дорогую реликвию. Хотя зрители ему писали мешками, а на всю жизнь осталось именно это письмо:
— То, что мой фильм помог этой семье — это невероятно. И когда читаешь такие письма, то понимаешь, что стоило родиться и работать в том искусстве, в котором я работаю.
А в письме был их адрес.
Я решил, что поеду к этим людям, сделаю о них репортаж. И это будет репортаж пpo чудо.
По адресу и фамилии через интернет разыскал их телефон. И накануне Рождества улетел туда, чтобы сделать репортаж о том, какие чудеса встречаются в нашей жизни.
Павел и его мама Татьяна Григорьевна накрыли для нас стол, даже шампанское выставили. Все-таки Новый год! А я набрал на телефоне номер Эльдара Рязанова, чтобы они могли лично поговорить с человеком, который им подсказал идею, спасшую мальчику жизнь. Я помню, как Татьяна Григорьевна плакала и кричала в трубку:
— Благодаря вам и вашему фильму мой сын 20 лет жив. И когда перед Hoвым годом начинается «Ирония судьбы», мое сердце переполняет благодарность, что в наших городах существуют улицы с типовыми названиями.
А pacтерянный Эльдар Александрович ей отвечал по телефону: «Да я особенно здесь ни при чем, просто вы оказались умными и сообразительными зрителями».
(Александр Казакевич – журналист, киновед, путешественник, сценарист, телеведущий на канале «Культура»)
Teref.az
 
 
 
Ardını oxu...
...14 dekabr dünya şöhrətli alim Xudu Məmmədovun doğum günüdür...

Xudu Məmmədov 14 dekabr 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub... 1988-ci il oktyabrın 15-də Bakıda vəfat edib...

Xudu Məmmədovun haqqında əfsanəvi xatirələr söylənilir. Amma o, gerçəkdən sadə olduğu qədər də dərin-mürəkkəb xarakterli insan idi. Daha dəqiq desəm, zənnimcə, o, onu başa düşüb dərk edənlər üçün sadə, anlaya bilməyənlər üçün isə mürəkkəb... insan idi!

“Təzadlar” qəzeti olaraq ermənilərin Xudu Məmmədovu necə məhv etmək istədiklərinə dair sensasiyalı sənədi təqdim edirik:

...Dünya şöhrətli alim Xudu Məmmədov barədə çoxsaylı fikirlər və mülahizələr var. Onun elmlə sənətin, insanlıqla mədəniyyətin və mənəviyyatın vəhdəti barədə fikirləri həmişə aktual olub. Mən Xudu müəllimin barəsində deyilməmişləri deməmişdən əvvəl onun yazıb-yaradan, həm də yaradıb-yazan bir alim, ictimai xadim kimi həyat fəlsəfəsi barədə danışmaq istəyirəm. Çünki biz adətən Xudu Məmmədovu alim kimi tanıyırıq. Amma Xudu müəllim nə qədər böyük alim idisə, bir o qədər də böyük ürəyə sahibli bir vətənpərvər, millətini və xalqını, dövlətini, torpağını sevən sadə bir insan idi. Onun vətən, dövlət sevgisinin sərhədi yox idi-Azərbaycanı azad və müstəqil görmək arzuları kimi... Fikirlərimi izah etmək üçün Xudu müəllim haqqında Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadədən eşitdiyim bir xatirəni bu məqamda xatırlamaq, məncə, lap yerinə düşər. Bəxtiyar müəllim danışırdı:
...70-ci illərin əvvəllərində Xudu Məmmədov və Nurəddin Rza bizə gəlmişdilər... Novruz bayramı günləri idi. Bayram süfrəsi ətrafında hərəmiz ürəyimizdə tutduğumuz bir arzu barədə bir-bir danışmağa başladıq. Əvvəlcə mən danışdım. Dedim, ən böyük arzum budur ki, Azərbaycan İstiqlalına daha tez qovuşsun, Türk dünyasının birliyi bərqərar olsun... Sonra Nurəddin danışdı... Dedi ki, ən böyük arzum Azərbaycanı azad və müstəqil, o taylı, bu taylı bütöv görməkdir...
Nəhayət, Xudu danışdı. Dedi ki, ən böyük arzum budur ki, bir də görüm günlərin birində qapımız bərk döyülür... Gedib açanda görüm ki, qapının ağzında əlində süngülü tüfəng tutmuş türk əsgərləri dayanıb. Desinlər ki, əfəndim, bu mənzil Xudu Məmmədovundurmu? Deyim ki, bəli, Xudu Məmmədovundur! Soruşsunlar ki, kommunist Xudu Məmmədov sizsiniz? Deyim ki, bəli, mənəm... Sonra tüfəngi mənə tərəf çevirsinlər və desinlər ki, əllər yuxarı, biz gəlmişik Azərbaycandakı sonuncu kommunist Xudu Məmmədovu güllələməyə...
***
...Məncə əlavə şərhə ehtiyac yoxdur. Çünki Xudu müəllim bəlkə də bu kiçik görünən arzısunun içində böyük bir siyasi anlamda Allahdan diləyirdi ki, bir gün SRRİ dağılmış olsun, sərhədlər açılsın, türk əsgərləri Azərbaycana gəlsin, Bakıda əli silahlı sərbəst gəzsinlər və Bakıdakı sonuncu kommunisti güllələsinlər... Onda kimin ağlına gələrdi ki, bundan neçə illər keçəndən sonra Xudu müəllimin həmin arzuları çin olacaqdı-SSRİ dağılacaqdı, kommunist partiyası süqut edəcəkdi, Azərbaycan Müstəqillik Aktını qəbul edəcəkdi... Amma heyiflər olsun ki, Xudu Məmmədov bunları görmədi, lakin bunları görən bizlərdən fərqli olaraq bizdən neçə illər əvvəl arzulamış və bununla da o günlərin tezliklə gələcəyinə ilahi bir işarə vurmuşdu...
***
...Xudu Məmmədovla eyni kənddən idik, qohumluğumuz var idi... Onun Mərziliyə hər gəlişi bir bayram idi. Ən maraqlısı budur ki, kəndə gəlişi ilə gedişindən kimsənin xəbəri olmazdı, quş kimi uçub yox olurdu. Gəlişini kimsəyə qabaqcadan xəbər yetirib əziyyət verməzdi, amma hamının əziyyətini çəkməyə gəlirdi, qayğısı ilə maraqlanırdı. Onu Bakının elmi fəaliyyətdən ayırıb Qarabağın adi bir kəndinə çəkib gətirən qüvvə torpağa və bu yurda-Azərbaycana olan dəlicəsinə sevgisi idi. Onun həyatı sonralar da elə bu sevginin qurbanı oldu.
“Təzadlar” qəzetinin adını da Bəxtiyar Vahabzadə, Famil Mehdi, Məmməd Araz və Xudu müəllimin yaxın qohumu, dostu, tələbəlik-gənclik dostu Yusif Səmədov, professor İlham Rəhmov, mərhum komandir Rövşən Cavadov qoymuşdular... Xudu müəllimin ən çox sevdiyi bir ifadə, ad idi-təzadlar!
Qarabağ hadisələri başlayanda isə Xudu müəllimin özündən asılı olmayan bir həyacanlı günləri başlamışdı. Mən həmin dövrdə Dövlət Neft Akademiyasının tələbəsi olaraq Xudu müəllimlə tez-tez görüşürdüm və hər dəfə də onun Ağdamda olduğunu eşidirdim... Həmin dövrlərdə təxminən 150 il əvvəl Azərbaycana Türkiyə və İrandan köçürülmüş ermənilər Xankəndində etirazlara qalxıb müstəqil dövlət qurmaq istəyirdilər. Kütləvi etiraz tədbirləri başlamışdı. Xudu müəllim onların bu yersiz və əsassız iddialarını, həmçinin ermənilərin Qarabağ bölgəsinə köç tarixini və s. sənəd və sübutlarla izahlayan məqalələrlə ölkə və İttifaq mətbuatında çıxışlar edirdi. Ermənilər yaxşı başa düşürdü ki, Xudu müəllim dünyada tanınan bir alim və söz sahibi idi. Və onun adi bir tarixi faktı ortaya qoyması ermənilərin sərsəm iddialarını alt-üst edə bilərdi. Odur ki, xain ermənilər onun fiziki məhvinə hazırlıqlar görməli idilər. Sən demə, görürmüşlər də.

Təbii ki, biz həmin dövrlərdə bunları bilə bilməzdik... Bu yaxınlarda ermənilərin Xudu müəllimi necə fiziki cəhətdən məhv etmək üçün hazırlıq gördüyünü və planlar cızdığını sübut edən olduqca unikal bir sənəd əldə etdik. Belə ki, Rusiya EA-nın həqiqi üzvü, görkəmli kimyaçı alim, akademik Yuri Timofeyeviç Struçkova həsr olunmuş və 2005-ci ildə Moskvada nəşr edilmiş “Çelovek, kotorıy ne umel bıtğ ravnoduşnım” (“Biganə qala bilməyi bacarmayan insan”) kitabında görkəmli Azərbaycan alimi Xudu Məmmədovun haqqında indiyədək bilmədiyimiz sensasiyalı faktlar var. Kitab Rusiya Elmlər Akademiyasının sifarişi əsasında çap olunub. Kitabda dünyanın bir çox tanınmış alimləri və onların elmi fəaliyyəti haqqında yazılar yer alıb, o cümlədən Xudu Məmmədovun da haqqında. Kitabın ayrı-ayrı səhifələrində Xudu Məmmədovun elmi fəaliyyəti, onun Azərbaycan elm və ictimai fikrində tutduğu yer və s. haqqında indiyədək bilmədiyimiz olduqca maraqlı faktlar da açıqlanır.
Budur, Y.Struçkovun həyat yoldaşı, xanım İ.S.Axrem ərinin yazıb çap etdirə bilmədiyi, indi özünün redaktorluğu ilə nəşr olunmuş (Y.Struçkov sağlığında yazsa da, tərtib edərək kitab şəklində sona çatdıra bilməmişdir) kitabının 464-cü səhifəsində həyat yoldaşından bəhs edən xatirəsində yazır: “...Yuranın Azərbaycanda çoxlu dostları və alim yoldaşları var idi. O, Xudu Surxay oğlu Məmmədova xüsusi rəğbət bəsləyirdi. Bu bəstəboy insan öz xalqını və ölkəsini dəlicəsinə sevirdi. O, vaxtilə Azərbaycan EA-nın prezidentinə müxalif mövqedə olmuşdu. Onu bu mövqeyinə görə faktiki olaraq elmi fəaliyyətdən məhrum etmişdilər. Lakin şükürlər olsun ki, Azərbaycan EA-da rəhbərlik dəyişdikdən sonra onu laboratoriya müdiri vəzifəsinə bərpa etmişdilər... Yura çox maraq və istəklə danışırdı ki, “Xudu İngiltərəyə elmi ezamiyyədən qayıdanda özü ilə iki çemodan kitab gətirmişdi. O, Azərbaycan xalqının milli ornamentləri ilə maddələrin atom quruluşu arasında paralellik apararaq elmi bağlılıq axtarıb tapmışdı. Hansı ki, məşğul olduğu sahə də kristalloqrafiya idi. Mən şəxsən onun ornamentlərdən ibarət bir kitabını görmüşdüm, hansı ki, “Azərbaycanın Eşeri” olan Xudu Məmmədov tərəfindən yazılıb-tərtib olunmuşdu. Heç bir elmi məşğələ, heç bir inzibati qərar və ya ailə problemləri onu Azərbaycanın hansısa ən ucqar bir rayonunda xəstələnmiş və onu arzulayan qohumu ilə, yaxud bir çobanla belə görüşünün qarşısını ala bilməzdi... Xudu heç vaxt bu insanların ölümqabağı onu görmək arzularını gözündə qoymazdı... Onun yanına hər cür insanlar gələrdilər, kömək almağa, məsləhətləşməyə. Yeri gəlmişkən, Xudunun adı da rus dilinə tərcümədə “əl tutan, xeyirxah” mənasını ifadə edir...””.
Nəhayət, kitabın 466-cı səhifəsində Xudu Məmmədov haqqında daha bir maraqlı hissə var: 1980-ci illərin sonlarında baş verən hadisələrdən, milli münaqişələr haqqında danışan müəllif İ.S.Axrem, həyat yoldaşı, görkəmli alim Y.Struçkovun dilindən yazır: “...SSRİ məkanında və Qafqaz ölkələrində faciələr yaşanırdı... Dəhşətli hadisələr bizim alim dostlarımızdan da yan keçmədi. Xudu Məmmədovun adı “Erməni xalqının düşmənləri” siyahısına salınmışdı. Lakin ermənilər heç cürə onu öldürməyə macal tapa bilmədilər. Çünki Xudu Məmmədov 1988-ci ildə qəflətən ikinci infarkdan dünyasını dəyişdi...”.
Bu faktlar bir daha sübut edir ki, Xudu Məmmədov 1987-88-ci illərdə Rusiyada və Azərbaycanda rusdilli mətbuatda ermənilərin İrəvanda və Dağlıq Qarabağda qaldırdıqları milli münaqişələrə, əsassız torpaq iddialarına sərt tənqidi yazıları və tarixi-elmi əsaslandırmaları ilə cavab verdiyindən ermənilər onun adını “erməni xalqının düşməni” kimi ölüm siyahısına daxil ediblərmiş. Lakin göründüyü kimi, terrorçular onu məhv etməyə macal tapmamışdılar. Çünki Xudu Məmmədov öz əcəli ilə də düşmənə bu imkanı verməmişdir!
Allah rəhmət eləsin!
Sonda: bu dəyərli faktları özündə əks etdirən kitabı redaksiyamıza çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunun əməkdaşları, Xudu Məmmədovun tələbələri-İmaməddin Əmiraslanova və Vaqif Qasımova dərin minnətdarlığımı bildirirəm.
Asif Mərzili

 
Ardını oxu...
Türkiyəli məşhurlar "Bakı Türk Filmlər Həftəsi" ilə əlaqədar ölkəmizə qonaq gəlirlər.

TEREF.AZ xəbər verir ki, aktrisalar İpek Tuzcuoğlu, Didem Balçın, aktyorlar İlker Aksum, Umut Karadağ, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel Nizami Kino Mərkəzində baş tutacaq "Bakı Türk Filmlər Həftəsi"ndə iştirak edəcəklər.

"Bakı Türk Filmlər HəftəsBakı Türk Filmlər Həftəsi" Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Yunus Emre İnstitunun təşkilatçılığı ilə dekabrın 17-21-də baş tutacaq.

Açılış dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi ilə olacaq.
Dekabrın 19-da isə Nizami Kino Mərkəzində Semih Kaplanoğlunun master-klassı keçiriləcək və o, sektorun nümayəndələri ilə görüşəcək.

"Bakı Türk Filmləri Həftəsi"nin keçirilməsində məqsəd türk filmlərini Azərbaycan kinosevərləri ilə bir araya gətirmək, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görmək, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissorlar, aktyorlar və ssenaristlər arasında əlaqələr yaratmaq və iki ölkənin mədəniyyət sənayesinə töhfə verməkdir.

Dekabrın 17-21-də “Bağlılıq Həsən”, “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq.

Qeyd edək ki, Umut Karadağ və Didem Balçın "Kuruluş Osman" serialı, İlker Aksum "Yabancı Damat",
İpek Tuzcuoğlu isə "Asmalı konak" serialı ilə məşhurlaşıb. /starxeber.az/
 
 

Dünyapress TV

Xəbər lenti