Ardını oxu...
“Şövkət xanım heç vaxt pul ilə toylara gedib oxumayıb. Çox yaxın qohumlarının, rəfiqəsinin məclisinə gedərdi. Ora müğənni kimi yox, qohum, yaxın adam kimi gedirdi, hətta iştirak edib, pul da yazdırırdı. Ola bilsin ki, ondan xahiş edərdilər ki, bir ağız oxu, o da heç kimin qəlbinə toxunmazdı, oxuyardı. Toylardan maddiyat qazanmayıb. Sovet dövründə hamı necə yaşayırdısa, biz də elə yaşayırdıq. Şövkət xanımın qazancı sırf təqaüdü və müəllimlik məvacibi idi”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib.

“15 ildir ki, Tofiq Quliyevin adını daşıyan musiqi məktəbinin direktoruyam. Mənə elə gəlir ki, bu təsadüf deyil. Bəzən mənə sual verirlər ki, siz niyə bu qədər tədbirlər keçirirsiniz, bu qədər çalışırsınız?! Başqa cür ola bilməz axı! Mənim çiynimdə iki ad var-biri Şövkət xanım Ələkbərova, digər isə Tofiq Quliyev. Mən böyük bir məktəb keçmişəm. Bunu heç bir universitetdə, konservatoriyada görmək mümkün deyil. O vaxt texnika yox idi, olsaydı, biz bunları lentə alsaydıq çox gözəl kadrlar ərsəyə gələrdi. Tez-tez də olmasa anım və doğum günlərində Şövkət xanımın ocağına yığışırıq. Bizim hər zaman yığışdığımız ev Şövkət xanımın həyat yoldaşı, görkəmli kinorejissor Lətif Səfərovun evidir. Şövkət xanıma hər zaman deyərdilər ki, niyə istəmirsən ki, dövlət sənə ev versin?! O da həmişə deyərdi ki, mənim evim var, bax bu mənim evimdir. Bu çox maraqlı evdir. Stolun üstü hər zaman açıq idi, süfrə yığışdırılmazdı. Təsəvvür edin, Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu və s. görkəmli insanlar bizim evimizə gələrdilər. Cahangir Cahangirov da bizim binada yaşayırdı. Şövkət xanım bir gün mənə dedi ki, Cahangir gözəl bir əsər yazıb, məşq etməyə gələcək. Bu da “Fizuli kantatası” əsəri idi. Bir dəfə də mənə dedi ki, bizə Bəxtiyar Vahabzadə gələcək, amma onun yanında rus dilində danışma, mən də rus sektorunu bitirmişəm. Dedim ki, yaxşı, danışmaram” deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova Şövkət xanımın yaşadığı ağır hadisəni də bizimlə bölüşüb.

“Şövkət xanım çox çətin günlər yaşayıb. Buna görə də bütün insanlara, ələxsus da tələbələrinə hər zaman əl tuturdu. İkinci dünya müharibəsi zamanı cəbhədə konsert proqramı ilə çıxış edəndə yanında bomba partlamışdı, kontuziya almışdı. Bu hadisə ona stress yaşatmışdı. O hər zaman özü danışırdı ki, müharibə bitəndən sonra Azərbaycanın bütün kəndlərini qarış-qarış gəzirdik” deyə Gülnarə Səfərova deyib.

Ardını oxu...
"Elə vaxtlar olub ki, çamadanla pul qazanmışam. Amma onları paylaşmağı bacarmışam. Elə olub ki, bir manat pulum olmayıb, onu da paylaşmağı bacarmışam. Mənəvi kimliyinin balansını mütləq qoruyub, saxlamalısan. Çünki ondan gözəl şey yoxdur".

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Açıq söhbət" verilişində deyib. Müğənni qazandığı pullardan danışıb. Qasımova gənc ifaçıları da tənqid edib:

"Əgər bir müğənni hamiləliyini, dəniz kənarında çimərlik geyimində özünü nümayiş etdirirsə, ona "həyasız" deyirlər. Yəni həyası olmayan deyirlər və ya fotosessiya edir, cürbəcür pozlarda bunun adı nədir? Gözəl geyinən müğənnilərimizi öpürəm. Amma müəyyən şeylər var ki, əndazəni keçməmək, qorumaq lazımdır".

Ardını oxu...
Tanınmış dramaturq Firuz Mustafanın “Neytral zona” əsəri Türkiyədə səhnəyə qoyulacaq.

DİA.AZ bildirir ki, Yenicag.az-a açıqlama verən yazıçı pyesin Trabzon Sənət Teatrı tərəfindən səhnələşdiriləcəyini bildirib:

“Bu əsər Azərbaycanda da səhnələşdirilib, amma müəyyən səbəblərə görə cəmi bir dəfə təqdim olunub. Amma Rusiya və Ukraynanın məşhur teatrlarında səhnəyə qoyulub və tamaşa anşlaqla keçib. Türkiyənin tanınmış rejissoru Nesati Zənginin istəyi ilə bu əsərim qardaş ölkədə də səhnə həllini tapacaq. Özləri mənə müraciət etdilər və razılığımı aldılar. Artıq məşqlərə başlanıb. Bu əsər bəşəri mövzuya həsr olunub. Pyesin əsas xəttini insan faktoru təşkil edir. Bütün dünyada insana olan laqeydlik, insan tənhalığı, insan faciəsinə diqqət yönəlib”.

F.Mustafa bir arzusunu da dilə gətirib:

“Azərbaycanda demək olar ki, bütün dünya dramaturqlarının əsərləri səhnələşdirilib. Fransanın elə bir dramaturqu yoxdur ki, onun əsəri teatrlarımızda tamaşaya qoyulmasın. Bir çağırış etmək istərdim ki, qardaş Türkiyənin də yazarlarının əsərləri mütəmadi olaraq Azərbaycan səhnəsində yer alsın”.
Ardını oxu...
Ceyms Kemeron "Avatar: Su Yolu" filminin nümayişinə bir neçə gün qalmış Fransanın "20 Dəqiqə" agentliyinə müsahibə verib.

Sfera.az bildirir ki, ikinci "Avatar"ın yaradılması beş il çəkib. Hələ adı olmayan üçüncü filmin isə 2024-cü ildə ekranlara çıxması planlaşdırılır.

Filmin davamında Jake Sully, onun sevimli Neytiri və uşaqları bir daha qazanc üçün Pandoranın təbiətini məhv edən acgöz dünyalılarla vuruşur. Burada filmin rejissoru Kemeron okeanın dərinliklərinə olan həvəsini qeyd edərək, Pandoranın su dünyasını və Metkayina Na'vi qəbiləsini göstərib. Görünüşlərini yaradarkən Kemeron Havay adalarının yerli xalqlarından ilhamlanıb.

"Biz məhv edilməkdə olan sualtı fauna və floranın öz versiyasımızı yaratmalı idik. Biz mərcan qayalarından, bir dalğıc həvəskarı kimi mənə tanış olan mühitdən ilham aldıq. Nəyə əsaslanaraq bir kainat yaratmaq istədim”- Kemeron müsahibəsində deyib.

Amma “Avatar”ın üçüncü hissəsindən gözlənilməz süjet dəyişikliyi gözləmək lazımdır. Meşə və okeanın ümumən müsbət və xeyirxah qəbilələrindən köklü şəkildə fərqlənən Pandora qəbiləsi nümayiş etdiriləcək.


"Alovu Ash Tribe təmsil edəcək. Mən Navini fərqli tərəfdən göstərmək istəyirəm. Çünki hazırda onların yalnız yaxşı tərəflərini göstərmişəm. İlk filmlərdə çox mənfi insan nümunələri və çox müsbət Navi nümunələri var. “Avatar3”də biz bunun əksini edəcəyik” - deyə Kemeron bildirib.
Ardını oxu...
"Əsas personajların hekayəsini davam etdirərkən yeni yerləri də kəşf edəcəyik. Deyə bilərəm ki, son hissələr ən yaxşısı olacaq. Qalan hissələr giriş idi, yemək verməzdən əvvəl süfrə açmaq üçün bir üsul idi. Amma açıq-aydın hər şey “Avatar 2” nin necə qarşılanacağından, öz tamaşaçısını tapıb-tapmamasından asılı olacaq"-deyən rejissor, “Avatar” üçün Disneydən istədiyi böyük sərmayəyə görə şəxsi məsuliyyət hiss etdiyini qeyd edib.


"Gələcək haqqında düşünməliyəm: xəstələnsəm və ya yaxınımdan biri xəstələnsə və mən təqaüdə çıxmalı olsam nə olacaq? Mən hər şeyi planlaşdırmalıyam ki, hekayə mənsiz də davam etsin. Bu kainatın ən xırda təfərrüatlarını bilən yalnız mənəm. Mən idarəçiyəm və nəzarətdən imtina etmək mənim təbiətimə uyğun deyil” - deyə Kameron müsahibəsini yekunlaşdırıb.


Yeri gəlmişkən, Kameron bir qədər əvvəl qeyd etmişdi ki, o, artıq “Avatar”ın üçüncü və dördüncü hissələrini işə salıb və materialın bir hissəsini sürətlə böyüyən kollektivdə gənc aktyorlarla lentə alıb.
Ardını oxu...
 
Ardını oxu...
TV8-in rəhbəri Acun Ilıcalı sahibi olduğu İngiltərənin “Hall Siti” klubunun azarkeşlərinə jest edib.

“Qafqazinfo” “NTV Spor”a istinadən xəbər verir ki, türkiyəli iş adamı mövsümün sonuna qədər komandanın bütün səfər oyunlarında azarkeşlərin xərcini üzərinə götürüb.

O, bununla bağlı klubun rəsmi saytına açıqlamasında deyib: “Bura gəldiyim ilk gündən azarkeşlərin möhtəşəm dəstəyini görürəm. Biz də bu dəstəyə biganə qala bilməzdik”.

Qeyd edək ki, “Hall Siti” Çempionşipdə 26 turdan sonra 33 xalla 24 komanda arasında 16-cı pillədə qərarlaşıb.
 
Ardını oxu...
Müğənni Billi Ayliş ilk dəfə “Vogue” jurnalının üz qabığı videosunda yer alıb.

İfaçı jurnala bədəni ilə münasibəti və mübarizəsi barədə danışıb.


“Yeniyetməlikdə özümə nifrət edirdim. Bunun çoxu bədənimə olan qəzəbdən, mənə yaşatdığı ağrıdan irəli gəlirdi”, - Ayliş bildirib.

Məşhurun sözlərinə görə, o bir zamanlar rəqslə məşğul olub, lakin omba zədəsi karyerasını davam etdirməsinə imkan verməyib.

“Mən bədənimin özüm olduğunu başa düşmək prosesindən keçməli oldum. Mənim torba paltarlarım bədənimə görə utancımın nəticəsidir, onlar mənim üçün bir növ zirehdir”, - deyə Ayliş vurğulayıb.

Lakin o, 2021-ci ildə “Met Gala” gecəsində dar tül don geyinərək bədəninə yanaşmasını yenidən nəzərdən keçirmək qərarına gəldiyini deyib.
 
Ardını oxu...
Hollivud aktrisası Ancelina Coli Londonda irlandiyalı aktyor, “Normal İnsanlar” serialının ulduzu Pol Meskalla birlikdə görüntülənib.

Məlumata görə, Coli qızı Şaylo ilə birlikdə restoranda Meskalın yanında oturub söhbət edib.

Bundan əvvəl aktrisa aktyorun oynadığı Almeyda Teatrında tamaşaya qatılıb. Məşhurların görüşünün digər təfərrüatı açıqlanmayıb.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Yeni il gecəsi Kiprdə səhnəyə çıxan məşhur müğənni Tarkan konsert zamanı 19 mahnı ifa edib. Pərəstişkarlarına unudulmaz gecə yaşadan meqastar hər mahnıya görə 475 min TL qazanıb.

Bu barədə Türkiyənin “Akşam” qəzeti məlumat yayıb.

Müğənninin konsertdən ümumilikdə 9 milyon TL qazandığı deyilir.

Mənbənin yazdığına görə, Tarkanın konsertində iştirak edən pərəstişkarları bilet üçün ödənişdən əlavə də xeyli xərcə düşüblər. Belə ki, konsertin keçirildiyi hoteldə 3 gecə qalmaq adambaşına təxminən 91 min TL edib.
 
Ardını oxu...
Xalq artisti Aygün Kazımova qara bəbirlə yeni fotosessiya etdirib.

"Qafqazinfo" xəbər verir ki, müğənni görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Sənətçi fotosessiya zamanı çətin anlarla üzləşib.

Həmin videonu təqdim edirik:

 
Ardını oxu...
İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan barışıb.

DİA.AZ manset.az-a istinadla xəbər verir ki, N.Dostəliyeva evinə qonaq gələn E.Seyidcanla qucaqlaşıb. Həmin anlar "Günaydın, Azərbaycan" verilişində izləyicilərə təqdim olunub.

"Küsmək deyildi... Allah eləməsin! Düşmən deyilik. Üz-üzə gəldik, həmkarıq. İllər boyu Elzanın mahnıları olub. Onların üzərində çalışmışıq. Elza hər zaman mənə əziz olub" deyə, Nazpəri bildirib.

Qeyd edək ki, Nazpəri və Elza arasında qalmaqal "Azərbaycanın səsi" yarışmasında başlayıb. Münsif kürsüsündə oturan ifaçıların sözləri çəpləşib və bir-birini tənqid ediblər.

Dünyapress TV

Xəbər lenti