Ardını oxu...
Midia imperiasının eradan əvvəl "678-549-cu illərdə" mövcud olduğunu yazan ədəbiyyat, həm də onun əhalisinin əsasən irandilli (Qədim Azəri, Kürd, Beluc, Gilaki, Zaza-Gerani, Talış, Tat və əslində Türkdilli olmuş, lakin arianlar tərəfindən qətiyyətlə rədd edilib "İrandilli" sayılan Türükkü, Lullibey, Quti və Su və s.) tayfalarından ibarət olduğunu, oradakı dillərin də müvafiq olaraq bu etnosların dili olduğunu qabar-qabar qabardır. Dilinə qabar çıxmış.
Dünya ədəbiyyatında MİDİADA Türkə və Türk dilinə yer yoxdur.
İndi hər şey, yalnız 19-cu əsrdə sanki katakombadan birdən-birə göyərmiş "Ariyan və ya Hind-Avropa irqinin və dillər ailəsinin" mövcud olduğu və ondan kənarda heç nə yoxdur siyasəti oxu ətrafında formalaşdırılır. Bu siyasət içərisnidə Türkə nəinki yer yoxdur, hətta onun tarixdə olub-qalan izlərini silmək ideyası dominantlıq təşkil edir.
Massonların hökmü ilə Əhəməni dövr İran tarixi saxtakarlıqlarla doldurulur, onların yaratdıqları saxta ideyadan sonra Türkün eykumendə sərhədləri qəsdən daraldılır.
Bu mənada, əvvəllər, qədim Azərbaycan torpaqlarında təqribən 130 il hökm sürmüş MİDİA imperiyasında haradasa türklərin varlığından danışanlar da, sonralar tamam susduruldular. İndi bizim qədim ərazidə bizim izimizin belə olmadığından dəm vuranlar çoxluq təşkil edir.
Tat əsilli Ziya Bünyadovun yazdığı kimi, indi arianlardan danışanlar təkcə tarixçilər deyil, həm də əsasən sürücülər, müəllimlər, diş həkimləri, incinarlar, sünnət dəlləkləri sürüsüdür. Və onlar hamısı Türkü Altayda tapıb, 12-ci əsrdə buralara gətirir.
Ziya məllim mənim "Ariyanlar" terminim əvəzində bizi dibdən yandırmaq üçün "Türk" yazırdı, bizə yuxarıdan aşağı baxır və dalıynan gülürdü.
Amma 4 il "almanların Cənubdan hücümunun qarşısını almaq üçün" Sovet silahlı qüvvələrinin güclü bir qolunu Güney Azərbaycana yeritdirdiyi vaxt, İosif Stalin 1945-də `Midianı araşdırmaq və bu imperiyanın həqiqətən də Azərbaycan türklərinə məxsusluğu barədə samballı tarix yazmaq üçün` tarixçi alim Mixail Dyakonovu uzun müddətə Leninqraddan Bakıya, təzə yaranmaqda olan Azərbaycan Elmlər Akademiyasına ezam etdirirdi.
1945-ci ilin sonlarında həm ABŞ, həm İngiltərə, həm Kremldə qulağına sonsuz pıçıltılar Stalinin fikrin döndərdi, o da Dyakonovu təcili geri çağırdı. Leninqrada qayıdan Mixayıl dayı, burada topladığı materiallar əsasında `geniş MİDİA TARİXİ əsərini yazır və Az. EA hesabına böyük tirajla Neva sahillərində nəşr etdirir`.
Sonrakı xatirlərərində bu cür izah oluna biləcək formada qeyd edirdi o,
-Əşi, mənə nə, nə deyirlər mən də onu yazıram da. Azərbaycanlılar olmasın, olsun İrandillilər. Mən ağır cildli əsərimi yazdım və Neva sahillərində də Azərbaycan EA-nın büdcəsi hesabına nəşr etdirdim.
Mən burada, yuxarıda dediyim, `Türkün irsini tarixdən silmək zərurətdir !` - Masson - Arian siyasətindən bircə izi misal gətirdim. Belələri minlərlədir, ey, "DİL GÜNÜN" bayram edənlər...
Halbuki İranı parçalamaq, orada sosializm qurmaq lazım olanda, İosif Stalin bizə müraciətlə deyirdi:
"Siz Midiyadan gəlmələrsiz, gedin kökünüzü orada axtarın".
Müharibədən sonra, Hitlerə qarşı SSRİ ilə bir koalisiyada birləşmiş ABŞ və İngiltərə Stalindən tələb etdilər ki, İranda sosializm olmayacaq, qəti imkan vermərik (!), buyur, oruduvu səssiz-səmirsiz çıxar oradan. Və o da çıxarıb, Azərbaycan Bütövlüyünə hələlik 90 illik zərbə vurdu.
***
İndi Mixi yazıların Türk dilində olduğu sirrləri açılandan sonra, məlum olur ki, farsların Hindistandan oralara gəlib, Midianı, Türükkünü, Elamı, Babilanı və digər qədim ölkələri məhv etməmişdən qabaq, orada doğrudan da TÜRK dili dominant olub.
Mənbəələr hələlik bunlardır (Xəritəyə bax, onlar işarələniblər):
1. Türükkü dövlətinin paytaxtı Həmədanda yazıb-yaratmış BİDA
... HƏMMƏDANİNİN poeması;
2. Luristanın Kəbir Kuh dağında qaya səthinə həkk edilmiş .....TÜRÜKKÜ dövlətinin hökmdarı Aşşurun təzə gəlmiş pars
.....tayfasının lideri Haxameşə müraciəti;
3. Cənubi Muğanın Xudafərin kəndində məzardan tapılmış Kahin
.... Hadinin döşü üstündəki mixi yazılı mətnlər;
4. Elamdan aşkar edilmiş silindr möhürlə basmaqəlib üsulu ilə
....."nəşr edilmiş" hələlik 10-a qədər gil lövhə;
5. Naxçıvanın Culfa ərazisindəki məğrur İlandağ qayasəthi mixi yazılı
.....irihəcmli teksti; Naxçvan da Midianın tərkibində olub.
6. Kopiyası Tarki Tauda (Maxaçkala, Kumık) qayasəthinə qazılmış .....mətnin əsasının Haydl tərəfindən qədim Əhəməni paytaxtı .....Pesepolda (ad yunancadır - Pers şəhəri deməkdir, əslində Təxti
.... Cəmşid olub) 1699-da tapılıb İngiltərəyə aparılmış
.....mərmər lövhə üzərindəki originalı; U lövhənin Təxti Cəmşidə
.....Midianın süqutu zamanı gətirilməsi yəqin şübhə doğurmaz.
.....Bütün bu əski mənbəələr dünyadan gizlədilən Azərbaycan Türk dilindədir və onlar sübut edir ki,
MİDİADA DOMİNANT XALQ TÜRK XALQI OLUB və DİL DƏ BU GÜN DANIŞDIĞIMIZ HƏMAHƏNG AZƏRBAYCAN TÜRK DİLİ OLUB !!!
_Ardını oxu..._____________________________________
Xəritədə MİDİA imperiası və tərəfimizdən sirrləri TÜRKCƏ açılmış 9 Mixi yazılı mənbə.
Tariyel Azerturk
Teref.az
 
Ardını oxu...
Türk Dünyası sancılı bir uyanışın içinde iken Türkiye Cumhuriyeti adeta bir Arap devleti kalıbına sokulmaya çalışılmakta.
Kültür bazında bakılacak olursa Türkiye Cumhuriyeti sanki bir Arap Ülkesi olma yolunda hızla ilerliyor, sokaklarda fistanlı, entarili Arap erkekleri, kara çarşaflı Arap kadınları, karınca sürüsü gibi Arap çocukları dolaşmakta, tabelalarda hızla Arapça yazılar çoğalmakta Türkiye’de adeta işgal görünümü sergilenmektedir.
En koyu Türk Milliyetçilerinin dahi Türk-İslam Sentezi dayatması ile bakış alanları Suudi Arabistan’a yönlendirilerek, kendileri gibi dini inancı olmayan Türkleri ‘’Kafirlikle’’ hatta yabancılıkla etiketlendirip yok sayması durumuna gelinmiştir.
Kökü (10.000) lerce yıl gerilere giden şerefli Türk tarihi; Proto-Türkler, Hunlar, Sümerler, Göktürkler adeta unutturulmak istenmekte, yeni kuşak Türk gençliğinin hafızalarına dindarlık maskesi altında tarihi (3.000) yılı geçmeyen bedevi Arap kültürü yerleştirilmeye çalışılmaktadır.
Bir zamanlar Türkçü Fikir ışığında Turan İdeali ile yanıp tutuşan Türk Milletinin önüne konan Türk-İslam Sentezi dayatması ile;
‘’Hıristiyan olan Gagavuz Türk’ü’’
‘’Hıristiyan olan Yunanistan’a Mübadele kanunu ile gönderilen Karaman Türk’ü’’
‘’Hıristiyan olan ve bizde Atilla’nın torunlarıyız diyen Hun asıllı Macar Türk’ü’’
‘’Yahudi Dininin Karaim Mezhebinden Hazar Türk’ü’’
‘’ Gök Tengri inancındaki Altaylardaki yaşayan Türk’ler’’
‘’ Şaman inancındaki Yakut (Saha) Türkleri
‘’ Bir kısmı Müslüman, bir kısmı Budist olan Uygur Türk’leri’’
‘’ İslam’ın Şii Mezhebinden olan Azerbaycan Türk’ü (Azerbaycan ve Güney Azerbaycan Türkleri)’’
‘’Asırlarca Türk Kültürünü canlı tutmaya çalışan Alevi İnancındaki Anadolu Türkmenleri’’
Ötekileştirilmekte, adeta yok sayılmaktadırlar.
Bunca çeşitli dini inanç zenginliğine sahip Türk dünyasını dışlayarak tutucu Arap Kültür Emperyalizmi etkisindeki bir dünya görüşü ile ‘’Turan Birliği’ nasıl kurulacak.
Dünya üzerinde geniş bir coğrafyada yaşayan, kitleler halinde bu kadar çeşitli dini inanca sahip olup ta tek Millet olma bilincini koruyabilen başka bir millet yoktur.
Türk Milleti dini inancı ne olursa olsun binlerce yıl Milli duygularını koruyabilen tek millettir.
‘’Bir gün Türk devletleri ile Çin Seddinde buluşacağız’’ diyerek gelecekteki (Büyük Turan idealini) belirleyen Başbuğ Mustafa Kemal ATATÜRK askeri ve Politik alanda Türkçü, ‘’Sana aykırı gelse de gelmese de biz gene günün birinde bütün Türkleri birleştireceğiz.
Tarihte Türklerin olmuş olan her şey yine Türklerin olacak. Sayısı on binleri geçen subaylar, öğretmenler, doktorlar, memurlar ve talebeler hep Turancılık ülküsü ile tutuşmuş insanlardır.
Bu selin önüne sütü ve kanı bozuk birkaç serseri duramaz’’ diye Türk gençliğine ışık olan Hüseyin Nihal ATSIZ hoca ise Kültür, tarih ve fikir alanında Türkçü idiler.
Her iki büyük Türkçü önder kendi alanlarında tek ve rakipsiz olmalarına karşın asla kişisel hırslarının ve iktidar düşüncelerinin kaygısı ile Türkçülüklerinden taviz vermemişlerdir, Türkçü çizgilerinde kırılma olmamıştır. Türk Milletine ihanet etmemişlerdir
Dünyanın neresinde olursa olsun, hangi dini inanca sahip olursa olsun Türk kanı taşıyan her Türk insanı ‘’Türkçü’’ olmak zorundadır. Dünya genelinde hızla gelişen ekonomik ve siyasal çalkantılar biz Türk insanını ‘’Türkçü’’ olmaya zorlamaktadır. ‘’Türkçülük’’ bir siyaset veya menfaat değildir, ‘’Türkçülük’’ ekmek gibi, su gibi zorunlu olduğumuz bir yaşam gıdamızdır. Yaşamak için bedenimizin gıdasına nasıl önem veriyorsak ruhumuzun, milli kimliğimizin gıdasına da önem vermek zorundayız aksi takdirde tarih mezarlığında yok olmuş milletler arasında yerimizi alırız.
Bu zamana kadar; Teoman Han’lar, Mete Han’lar, Alper Tunga’lar, Tomris Han’lar, Çiçi Han’lar, Kül Tigin’ler, Bilge Kağan’lar, Atilla’lar, Alparslan’lar, Temur’lar, Fatih’ler, Mustafa Kemal ATATÜRK’ler, Dede Korkut’lar, İbn-i Sina’lar, Ahmet Yesevi’ler, Ahi Evran (Nasrettin Hoca)’lar, Yusuf Has Hacip’ler, Kaşgarlı Mahmut’lar, İmam Maturidi’ler, Hace Bektaş Veli’ler, Yunus Emre’ler, Ziya Gökalp’ler, Gaspıralı İsmail’ler, Yusuf Akçura’lar, Aziz Sancar’lar, Hüseyin Nihal Atsız’lar, Koca Yusuf’lar, Naim Süleymanoğlu’lar yetiştiren asil Türk Milleti bundan sonra da Devlet adamlığında, Ekonomide, Tıpta, Uzay Araştırmalarında, Sporda, Turizmde, Edebiyatta, Felsefe de, vs. her türlü alanda en iyileri yetiştirerek,’’Muasır medeniyetler seviyesinde’’ de en iyisi olmalıyız.
En iyisi olmak zorundayız.
Muasır Medeniyet demek Batı’nın aşağılık sömürgeci medeniyeti değildir. Muasır medeniyet; ‘’Bulunduğu çağın en mükemmeli olmak’’ demektir.
Eğer küresel işgalin acımasız oyunları karşısında yenilerek asimile olmak istemiyorsak, Türk Kültürünün şerefli mirasını aynı şerefle gelecek kuşak Türk Nesline aktarmak istiyorsak. En iyisi olmaya yani ‘’Türkçü’’ olmaya mecburuz.
‘’Ne Mutlu Türküm Diyene!..’’
Adil ÖZTÜRK
 
Ardını oxu...
Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-dən başlayır. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti ("Bibiheybətdə neft fontanı yanğını", "Qafqaz rəqsi" və s.) nümayiş etdirib.

1923-cü ildə ölkəmizdə “Azərbaycanfilm” kinostudiyası yaranıb. 1920-ci illərdə səssiz filmlər, 1936-cı ildə ilk səsli, 1950-ci illərdə isə rəngli filmlər çəkilməyə başlayıb.

Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust – ölkəmizdə kino işçilərinin peşə bayramı kimi elan olunub.

Bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in isə 100 illiyidir.

Tanınmış kino xadimləri kinomuzun bu günü, gələcəyi ilə bağlı fikirlərini, arzu, istəklərini Teleqraf.com-la bölüşüblər.


“İnanıram ki, kinomuz əvvəlki simasına qayıdacaq”

Xalq artisti Rasim Babayev: “Obyektiv və ya subyektiv səbəblərə görə Azərbaycan kinosu çətin günlər yaşayır. Amma bizim uzun illər yaxşı filmlərimiz olub. Artıq əlaqədar təşkilatlar, nazirliklər kino sahəsi ilə ciddi məşğuldurlar. İnanıram ki, Azərbaycan kinosu yaxın gələcəkdə özünün əvvəlki simasına qayıdacaq və ölkəmizdə yenidən yaxşı filmlər çəkiləcək.

Kino ittifaqlarının birləşməsinə gəlincə, mən hər zaman bunun tərəfində olmuşam. Düşünürəm ki, güc birlikdədir. Kino xadimlərimiz bir ittifaqda birləşsə daha səmərəli işlər görüləcək”.


“Film çəkilişlərinə həsrət qalmışıq”

Əməkdar artist Zemfira Sadıqova: “Arzu edirəm ki, tezliklə Azərbaycanda çoxlu bədii filmlər çəkilsin. İnsanları düşündürən, onları tərbiyəli yola çəkən filmlər... İstəyirəm ki, keçmiş retro filmlər kimi yenə də baxımlı filmlər ənənəsi davam etsin, kinematoqrafçılar tezlikle yeni, maraqlı filmlər çəkməyə başlasınlar. Çünki aktyorlar, rejissorlar və eləcə də kinonun müxtəlif sahəsində çalışan insanlar neçə illərdir ki, filmlərin çəkilişinə həsrət qalıblar.

Ümid edirəm ki, yeni nazirimiz bu işə əncam çəkər”.


“Dövlət strukturlarının kinomuza münasibəti ciddiləşib”

Əməkdar incəsənət xadimi Elxan Cəfərov: “Arzum budur ki, Azərbaycanda ciddi kino istehsalatına start verilsin. İnanıram ki, hazırda kinomuzda baş verən adminstrativ dəyişikliklərin bir xeyri olacaq. Biz – kino xadimləri çox ümidliyik ki, Azərbaycan kinosu bu ildən başlayaraq ciddi istehsal rejiminə keçəcək. Çəkdiyimiz filmlər həm xalqımızı sevindirəcək, həm də bizə dünyada şöhrət qazandıracaq.

Kino sahəsinin yeni eraya qədəm qoyması ölkəmiz üçün bilavasitə xeyirli olacaq. Bu o deməkdir ki, dövlət strukturlarının kinomuza, kinematoqrafçılara münasibəti daha da ciddiləşib. Bu, çox müsbət faktordur”.


“Kinoya ayrılan maliyyə daha keyfiyyətli filmlərin çəkilməsinə xərclənsin”

Aktrisa Zemfira Əbdülsəmədova: “İstəyirəm ki, aktyorların, rejissorların - kino adamlarının rifahı daha yaxşı olsun. Yəni, həm yaradıcılıq, həm də maddiyyat baxımından.

Düşünürəm ki, kino ittifaqlarının birləşməsi kinomuzun inkişafına gətirib çıxaracaq, artıq ikitirəlik yaranmayacaq, kinonun inkişafı naminə hamı birləşib eyni yerə çəkici vuracaq.

İndiyə qədər görülən işlər mənə görə qənaətbəxş deyil, amma bundan sonra inanıram ki, atılacaq addımlar kinonun rifahı naminə olacaq.

Hazırda kinoya müəyyən büdcə ayrılır, amma istəyirəm ki, bu büdcə daha keyfiyyətli filmlərin çəkilməsi naminə xərclənsin və bundan həm kino sahəsində çalışan yaradıcı insanlar, həm də tamaşaçılar böyük zövq alsınlar.

Aydın məsələdir ki, yaradıcılıq bir kənara, film yaxşı maliyyə tələb edir. Kinoya yaxşı maliyyə ayrılsa Azərbaycan reallığını, zəfərimizi əks etdirən yaxşı filmlər çəkə bilərik və çəkilməlidir. Həqiqətən də kəmiyyət və keyfiyyət bir-biri ilə uyğunlaşarsa bu çox gözəl nəticə verə bilər. İnanıram ki, bundan sonra bu kimi detallara diqqət yetiriləcək”.


“Bu il yeni kino erasının başlanğıcı olmalıdır”

Əməkdar artist Elnur Kərimov: “2023-cü il “Azərbaycanfilm”in 100, Azərbaycan kinosunun 125, ulu öndər Heydər Əliyevin də ildönümüdür. Düşünürəm ki, bunun özəl bir bağlılığı var. Kinomuzun ən çətin anlarında filmlərin çəkilməsində ulu öndərin böyük xidmətləri olub. “Nəsimi” filmi bunun bariz nümunəsidir. Eyni zamanda mən bunu “Uzaq sahillərdə” filminə şamil edə bilərəm, çünki Mixaylonun - Mehdi Hüseynzadənin böyük qəhrəmana çevrilməsini film vasitəsilə bütün dünyaya çatdıra bildik.

Sevinirəm ki, mən də Azərbaycan milli kinosunun kiçik bir hissəsiyəm. 5 il öncə mən kinomuzun 120 illiyində əməkdar artist adına layiq görüldüm.

Bu ilin aprel ayında ölkəmizdə keçirilən kino forumunda bir çox fikir və problemlər dilə gətirildi və bütün bunlar lazimi ünvanlara çatdırıldı.

Kinomuzun inkişafı, gələcəyi üçün atılan addımlardan biri də kino ittifaqlarının birləşməsi oldu. Bu bizim hər birimizin qəlbinə rahatlıq verdi. İstəyirəm ki, sizin vasitənizlə kinonun inkişafında xidmətləri olan gənclərə də öz minnətdarlığımı bildirim. Çünki bir qrup gənc rejissor, yaradıcı insan öz hesabına və ya dövlət dəstəyi ilə filmlər çəkirlər. Bu filmlərin bir çoxu beynəlxalq festivallarda nümayiş etdirilir və yaxşı nəticələr əldə edir. Geniş ictimaiyyət bundan xəbərdar olmasa da, mən aparıcısı olduğum “Gün başladı” verilişində mütəmadi olaraq bu mövzunu gündəmdə saxlamağa çalışıram. Həmin filmləri çəkən gəncləri, yaradıcı heyəti tez-tez verilişə dəvət edir, onları xalqımıza tanıtdırırıq.

İnanıram ki, kinomuzun tarixi kimi gələcəyi də şərəfli olacaq. Bu il yeni kino erasının başlanğıcı olmalıdır. Azərbaycan kinosu yaşamalıdır”.
 
Ardını oxu...
"Təəssüflər olsun ki, kino sənətində yaşlı nəsilin nümayəndələrinin əksəriyyəti dünyasını dəyişib. Biz isə barmaqla sayılası qədər qalmışıq”.

DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Ənvər Həsənov deyib. Aktyor kino sənətinin inkişaf edəcəyinə ümid etdiyini söyləyib:

"Sabah Azərbaycanın kinosunun 100 illiyi, eyni zamanda Milli Kino Günüdür. Mədəniyyət Nazirliyinin bayramla əlaqədar təşkil edəcəyi tədbirə mən də dəvət aldım. Çalışacağam ki, iştirak edim. Həmin tədbirdə biz bayramımızı qeyd edəcəyik. Amma kinonun problemləri danışmaqla bitməz, onları qurultaya saxlayacağıq. Sevinirəm ki, yeni nazir gəlib, bəlkə bu problemləri onun sayəsində aşa bildik. Naziri tanımıram, amma hiss edirəm ki, bu sahədə işlər görəcək. Həm nazirdir, həm də kinonu sevən biridir. Ona böyük bir ümid bəsləyirəm, əminəm ki, kino sənətində böyük dəyişiklik olacaq”.

Ənvər Həsənov kino ittifaqlarının birləşməsindən də söz açıb:

"Artıq iki ittifaq birləşib, bir birlik adı altında fəaliyyət göstərəcək. Bir ölkədə iki ittifaq olar? Bu hansı ölkədə var idi? Şəfiqə xanımı gətirib saldılar içimizə, bizi də böldülər iki yerə. Yaxşı ki, təşkilatlar birləşdi”.
Ardını oxu...
Osmanlı arxivlərində saxlanılan bu məktub İbrahimxəlil xan tərəfindən Çar Rusiyasına qarşı silahlı mübarizə aparmaq üçün hərbi yardım tələbi ilə hicri-qəməri təqvimlə 1204, miladi təqvimlə 1790-cı ildə Osmanlı padşahına yazılıb. Məktubda açıq qeyd edilir ki, Osmanlı dövləti hərbi yardım göstərmədiyi təqdirdə Xanlıq Moskva ilə sülh bağlamağa və tabe olmağa məcbur qalacaq.
Aşağıda məktubun bir hissəsini transliterasiya edərək yerləşdirirəm:
Ardını oxu...
“Şövkətlü, kəramətlü, məhabətlü, qüdrətlü, vəliyyi-nemətim, əfəndim, padişahım!
Şuşa və Qarabağ xanı Xəlil İbrahim Xan hələ Ərzurum valisi Abdulla Paşa qulları tərəfindən göndərilən məktuba cavab olaraq müşarun-ileyhə göndərdiyi məktubunda səfəri-hümayun zühurundan bəri xani-müma-ileyhi bil-cümlə Dağıstan əsakiriylə gərək Tiflis xanı və gərək Musquluya (Moskva) isali-xisərü-ziyan etməkdə bir türlü qüsur etməyib. Ancaq ibtidayi-səfərdən bəri tərəfi-Dövləti-Aliyədən ol tərəflərə əsakir irsaliylə kəndüyə i`anət olunmadığından ziri-hökümətində olan bəzi xanan, Musquya təbəiyyət etmələriylə bu sənəyi-mübarəkə də dəxi əgər Dövləti-Aliyə tərəfindən əsakir ilə kəndüyə imdad olunmazsa biz-zərur Musquvalı ilə musaləhəyə məcbur olacağını bəyan etməklə …”
Göründüyü kimi, bəzilərinin iddia etdiyi kimi Qarabağ xanlığı Rusiya çarlığına mübarizəsiz təslim olmamış, əksinə Rusiya ilə apardığı müharibələrdə Osmanlı Dövlətinə maddi və canlı qüvvə ilə dəstək nümayiş etdirmişdir. Məktubdan aydın olur ki, İbrahimxəlil Xan Moskvaya tabe olmamaq və mübarizə aparmaq üçün hərbi yardım göstərilməsinin zəruri olduğunu qeyd edir…
Məktubda Şuşa şəhərinin yazılışı da diqqətləri çəkir. Bir daha aydın və sübut olur ki, tarixi qaynaqlarda şəhərin adı “Şuşi” deyil, “Şuşa” (شوشى) kimi yazılırdı. “Şuşi” isə ermənilərin sonradan qondardığı deyiliş formasıdır…
Elnur Mustafayev
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Din və ictimai fikir şöbəsinin müdiri
 
Ardını oxu...
Məşhur müğənni Alla Puqaçovanın səhhəti yaxşı deyil.

Kult.az xəbər verir ki, bu barədə “7days.ru” saytı məlumat yayıb.

Bildirilir ki, müğənni iyulun ortalarında İsraildən Latviyanın Yurmala şəhərinə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmayıb. Həmçinin, rəfiqəsi Layima Vaykule də onun festivalına qatılmayanda Puqaçovanın xəstə olduğundan şübhələnirdi. Ərinin və qızı Kristina Orbakaytenin təcili onun yanına gəlməsi də bu şübhələri daha da artırıb.

Nəşr qeyd edir ki, Maksim Qalkin turunu dayandırmaq məcburiyyətində qalıb və qızı isə Avropa tətilini yarımçıq qoyaraq uşaqları ilə birlikdə Yurmaladakı villaya gəlib.

Ehtimal olunur ki, Puqaçova İsraildən gələrkən uçuşu yaxşı keçməyib və ürəyindəki problemlər ağırlaşıb.
 
Ardını oxu...
Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.

Bu barədə “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Vulkana doğru” (film, 1977), “Anın quruluşu” (film, 1980), “Bağlı qapı” (film, 1981), “Üzeyir ömrü” (film, 1981), “Gümüşü furqon” (film, 1982), “Asif, Vasif, Ağasif” (film, 1983), “Burulğan” (film, 1986), “Təxribat” (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.
O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin sözlərinə görə, iclasda ölkədə kino sahəsinə dəstək məqsədilə hər iki qurumun birləşməsi ilə bağlı qərar qəbul edilib: “Yeni təşkilat Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi (AKB) adlandırılıb. Hələlik sədrlik məsələsi düşünülməyib, çünki ayrılma prosesi bir müddət, təxminən bir ay, ay yarım çəkəcək. Ona görə də heç bir təklif yoxdur. Yəqin ki, bununla bağlı daha sonra addım atılacaq. Onsuz da hər iki qurumun işi eyni idi və yekun olaraq ittifaqlar birləşdi. Bəzi sənədləşmə işləri var, yekunlaşdıqdan sonra birliyə kimin rəhbərliyi edəcəyi müəyyənləşəcək”.

Xatırladaq ki, Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.

Şəfiqə Məmmədovanın bundan əvvəl rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilmişdi. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılar idi: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Siyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. Əməkdar incəsənət xadimi Ayaz Salayev ittifaqlar birləşərsə, istefa verəcəyini demişdi.

Bəs kino adamları bu birləşmə qərarından nə gözləyirlər? Yeni vahid quruma tamamən yeni, üçüncü bir şəxs rəhbər seçilə bilərmi?

Ayaz Salayev hələlik bu barədə danışmaq istəmədiyini dedi.

DİA.AZ-ın məlumatına görə, əməkdar incəsənət xadimi, kinoşünas Cəmil Quliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Hər iki ittifaq Azərbaycan kinematoqrafiyasına xidmət edir və hər iki ittifaqda dostlar, bir-birini sevən insanlar var və onlar daim əlaqədədir. Artıq birləşmək vaxtı çatıb və mən bunu dəstəkləyirəm. Sevinirəm ki, bu baş verdi. Qeyd edim ki, artıq yeni qurum yaranacaq, yeni sədr olacaq, çox səmərəli fəaliyyət başlayacaq. Arzu edirəm ki, yeni seçiləcək şəxs aktiv, fəaliyyətdə olan, ən əsası, kinematoqrafçıların inandığı adam olmalıdır. Həmçinin ümid edirəm ki, yeni ittifaqın heyətində də fəal şəxslər olacaq.

Bildiyiniz kimi, xalq yazıçısı Anar qurumun adının “Birlik” olması ilə bağlı çox gözəl təklif irəli sürüb. Ona görə “Birlik” ki, ölkədə bütün kinematoqrafçılar birləşir. Azərbaycan kinematoqrafçıların işi çoxdur. Çox maraqlı proseslər, işlər getməli və kino bu proseslərin mərkəzində dayanmalıdır. Ona görə də birləşmək çox vacibdir. Kinematoqrafçıların biri orada, biri burada olması yaxşı hal deyil, hamı birlikdə çalışmalı və əsas odur ki, bir-birini sevib, dəstək olmalıdırlar. Biz yaşlı kinematoqrafçılar çox az sayda, bir ovuc qalmışıq və ona görə də bir-birimizə münasibətimiz yaxşı olmalıdır. Çünki hamımız bir yerdə Azərbaycan Kinostudiyasında bir yerdə işləmişik, onun yaranmasında iştirak etmişik. Bu birlik həm də milli kinomuzun inkişafına təkan verəcək, beynəlxalq əlaqələr genişlənəcək, mübadilələr aparılacaq, festivallar təşkil olunacaq, müxtəlif masterklaslar keçiriləcək və sairə".

Xalq artisti Afaq Bəşirqızı isə məsələ ilə bağlı inamsızlığını qeyd etdi: “Bütün bu birləşmələr və sairə, bunların hamısı bir məsələ ilə bağlıdır - sədr kim olacaq... Məsələn, tutaq ki, mən bir nəqliyyat vasitəsinə minirəm, əgər sürücü onu düzgün idarə etmirsə, bir dayanacaqdan sonra onu tərk edirəm. Bu məsələ də buna bənzəyir. Hesab edirəm ki, yeni yaranacaq quruma mütləq şəkildə kinonu, onun tarixini bilən, aktyor və aktrisaları çox gözəl tanıyan adam olmalıdır.

Onu da qeyd edim ki, hazırda kinematoqrafiyamızda demək olar ki, kadr yoxdur. Olanlar da artıq qocalıb və həmin karvanı dartmaq mümkün deyil. O ki qaldı gənclər və ortayaşlılar, zamanında onları bir neçə müəssisəyə rəhbər qoydular, onlar isə həmin müəssisələri, o cümlədən telestudiya və kinostudiyanı dağıtdılar. Hansı ki, onların istedadlarına inanırdıq, əl qabiliyyətlərinə bələd idik. Lakin qeyd etdiyim kimi, gəldilər, vətənin bir parçasına xəyanət etdilər, zərər vurdular, nə var “yeyib” getdilər. Lakin yeni mədəniyyət nazirinə çox inanıram. Çünki onunla ünsiyyətdə olmuşam və bilirəm ki, bəli, incəsənəti bilir, məlumatı var. Düşünürəm ki, həmin ittifaqla bağlı seçimində səhv etməz".
Ardını oxu...
Uzun müddətdir ekranlardan uzaq düşən Türkiyənin sevilən aktrisası Özgü Namal yenidən səhnəyə qayıdır. O, məşhur müğənni və aktyor Özcan Dənizlə yeni layihəyə hazırlaşır.

Paparatsiyalar İstanbulda onun görüntülərini çəkiblər. Kadrlarda telefonla danışan məşhur aktrisanın yaxşı əhval-ruhiyyədə olduğu diqqət çəkib.

Qeyd edək ki, “Yeditepe İstanbul”, “Kurtlar Vadisi” kimi televiziya tarixində iz qoymuş aktrisa ərini itirdikdən sonra depressiyaya düşmüş və doqquz il ekranlardan uzaq qalmışdı.
Ardını oxu...
Mənbə: Haber Global
 
 
 
Ardını oxu...
İranlı tanınmış aktrisa Şöhrə Qəmər saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, aktrisiaya qarşı cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığı iddia isə cinayət işi açılıb.

Qeyd edək ki, Şöhrə Qəmər sosial media hesabından insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hazırkı hökuməti tənqid edən paylaşımlar edib.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti