Ardını oxu...
Bu gün aktyor Ramiz Novruzun dəfn mərasimi olub.

Gununsesi.info bildirir ki, Ramiz Novruzun dəfn mərasimi İTV-də canlı yayımlanırdı.

Canlı efir zamanı aktyor Əli Nur Mədəniyyət Nazirliyini sərt tənqid edib. Deyib ki, xalq artistinə yaraşmayan dəfn keçirilir, ayıbdır.
Canlı yayım tez bir zamanda kəsilib və Youtube-dan silinib. Bir neçə dəqiqə sonra Əli Nurun tənqidi fikirləri qayçılandıqdan sonra yenidən Youtub-a yüklənib.

Əli Nurun canlı efirdə danışdığı, İTV-nin kəsdiyi fikirlər:

– Sovet dövründə adicə əməkdar artist rəhmət gedəndə, onu Akademik Milli Dram Teatrın səhnəsindən götürürdülər. Ən kiçik formada, Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorun qədrini bilirdi, sənətin qədrini bilirdi, sənətə qiymətə verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Arif Quliyev rəhmətə gedəndə, qalmışdı qapının ağzında, asfaltın üstündə. Mən nazirliyi qaldırdım ayağa, Mədəniyyət Şöbəsini qaldırdım, İcra Hakimiyyətini qaldırdım ayağa.

– Ayıbdır axı! Bu boyda sənətkar ölüb. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı var, nə bir təşkilatçı var. Ramiz Novruz dınq eliyib, yersən çıxıb?! Ramiz Novruz xalq artistidir, prezidentin fəxri təqaüdçüsüdür. O, nə yollar keçib gəlib, 50 ildən artıq səhnədə can qoymuş adamdır, dövlətə xidmət eliyən adamdır, quru maaşa baxan adamdır. Bunun qədrini bilmək lazımdır.

– Nə vaxta qədər bu respublikanı caynağına alacaq məmurlar, qanını soracaq dövlətin?! Sənət adamına qiymət verin də! Aktyorun qitməti yox, sənətin qiyməti yox, noldu daha bu?
 
Ardını oxu...
“Sovet dövründə adicə əməkdar artist dünyasını dəyişəndə belə onu Akademik Milli Dram Teatrının səhnəsindən və yaxud kiçik formada aktyorlar evindən götürürdülər. Yəni, dövlət aktyorun, sənətin qədrini bilirdi, sənətin qiymətini bilənləri dəyərləndirirdi. Amma indi elə bil dünya heç bunların vecinə deyil”.
Bakupost.az xəbər verir ki, bu sözləri Xalq artisti Əli Nur həmkarı Ramiz Novruzun vəfatı ilə bağlı açıqlamasında deyib.
Xalq artisti qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən Ramiz Novruzun dəfni heç də layiqli şəkildə təşkil olunmayıb:
“Təsəvvür edin, saat 4 radələridir, bizə hələ indi dəfnə toplaşmışıq. Bu məsələ əvvəldən layiqli şəkildə təşkil olunmalı, Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil. O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Onlar Azərbaycan mədəniyyətinin ideologiyası, tribunasıdır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli, mədəniyyət nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”

 
 
 
Ardını oxu...
"Nahidə Orucovanı məhkəməyə verəcəm"
Jurnalist Şəfəq Ağacan Nahidə Orucovanın iddialarına cavab verib.

O, redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, əməkdar artistin dedikləri şər-böhtandır:

"Nahidə Orucova yalan informasiya yaydığına görə məsuliyyət daşıyır. Onu məhkəməyə verəcəm".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Nahidə Orucovanın televiziyada səsləndirdiyi müraciəti ilə bağlı araşdırma aparılır.

***

Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq edilib.

"Unikal" xəbər verir ki, bu barədə aktrisa "Təsir dairəsi" verilişində danışıb. Sənətçi gül qabının içinə yığdığı 1650 manatdan çox məbləğin oğurlandığını bildirib:

"On beş gün evdə olmadım, evimə etibar etdiyim bir xanımı buraxmışdım. Ona demişdim ki, yataq otağıma girmə və yad adamı evimə gətirmə".

O, şübhələndiyi şəxsin jurnalist Şəfəq Ağacan olduğunu deyib.

Qeyd edək ki, Şəfəq Ağacan 2019-cu ildə narkotik satarkən həbs olunmuşdu. O, 2021-ci ildə azadlığa buraxılmışdı.

Ardını oxu...
 
 

Azərbaycanın Xalq artisti Ramiz Novruz vəfat edib.

 

Bu barədə mərhumun sənət dostları sosial şəbəkələrdə paylaşım edib. 

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

 

XalqXeber.Az
Ardını oxu...
Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

APA-nın məlumatına görə, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.

Qeyd edək ki, Od çərşənbəsi 28 fevral, Yel çərşənbəsi 7 mart, torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.

Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.
 
Ardını oxu...
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda dağıntılar altındakı binalardan gələn piano səsləri izləyənlərə “Pianoçu” filmini xatırladıb.

Bu görüntülər sosial şəbəkədə gündəm olub.

Hatayda dağıntılar arasından yüksələn piano sədaları izləyənləri duyğulandırıb. Müəllim olan Ozan Can Alkaya dağılan məktəbdə piano arxasına keçib. O, Erik Satyenin “Gnossienne 1 notes” əsərini ifa edib.

 
 
 
Ardını oxu...
Nə qədər ki, ölkədə haqsızlıq, qanunsuzluq, rüşvət, korrupsiya meydan sulayacaq , o qədər də bədbəxt olacağıq, səmimiyyət olmayacaq, milli-mənəvi böhran dərinləşəcək, yalan, yaltaqlıq və riyakarlıq ətrafı bürüyəcək, xırda və ya yekə oğurluqları sığortalamaq üçün süni vətənşüvənlik, dilşüvənlik, millətşüvənlik təmayülləri baş alıb gedəcək...
Nəşriyyat direktoru Şahbaz Xuduoğlunun yanlış fikri haqlı narazılıqlara səbəb olsa da, əslində, təhqirsiz-filansız bir neçə sanballı arqumentlərlə narazılığın bildirilməsi kifayət idi, çünki onun hisslərə qapılıb irəli sürdüyü təklif qətiyyən ağlabatan deyildi və düzü, bunu çox adam heç təklif də saymadı, kitab alveri getməyən naşirin çarəsiz vurnuxmaları kimi səciyyələndirdilər. Bütün hallarda anlaşılmazlığa görə xalqdan üzür istəyəcəyi halda onu başa düşmək olar. Bununla yanaşı nəşriyyat direktorunun söylədiyi fikrə təhqirlərlə cavab verilməsi qəbuledilməzdir.
Təhqirin, hiddətin tək səbəbinin Xuduoğlunun fikri ilə əlaqəlndirilməsi də sadəlövhlük olardı. Onun həyata keçmək şansı sıfır olan təklifi bəlkə də çoxunu maraqlandırmır. Adam əlində yüksək səlahiyyəti olan nazir deyil, deputat deyil, yüksək səlahiyyətli bir administrasiya rəhbəri deyil. Olsa-olsa, ictimai fikrə təsir edə bilərdi, o da alınmadı.
Digər tərəfdən, eşitdiyim qədər şəxsin elə bir ikrahdoğurucu xarakteri, ya fizionomiyası da yoxdur ki, işini-peşəni buraxıb gecə-gündüz ona ikrah edəsən. Adam kitab çap edir, satışından az, ya çox gəlir götürür ki, bu da onun doğal haqqıdır. Yəqin inanır ki, dövlət dilini Anadolu türkcəsi etsək, kitabları yaxşı satılacaq və yaxşı qazanacaq. Buna hətta nəşriyyat direktorunun qazanc sərgüzəştləri, yaxud "bir naşirin nakam arzusu" da demək olar.
Bəs münşirə qarşı bu qədər qəzəb və hiddət nədəndir? Əslində, bu, hiddət üçün səbəb yox, bir bəhanə ola bilər. Sosial zülmdən, haqsızlıqdan cana-boğaza yığılmış insanlar dərdlərini çırpmağa, qəzəblərini ifadə etməyə yer axtarırlar.
Gözlərinin qabağında baş verən haqsızlıqlara etiraz etməkdən qorxub çəkinən zavallılar təhlükəsiz, sadə və ucuz başa gələn bir fürsət axtarırlar ki, özlərini ifadə edib azacıq yüngülləşsinlər. Bu mənada Şahbaz müəllim işə yaradı
Ardını oxu...
Dilimizin bugünkü vəziyyəti eynən eramızdan əvvəl I əsrdəki latın dilinin vəziyyətidir. Eramızdan əvvəl I əsrdə latın dili şimaldan qall, etrusk, cənubdan yunan dilinin mühasirəsində can verdiyi kimi bu gün Azərbaycan dili də şimaldan rus, qərbdən Anadolu türkcəsinin və ingilis dilinin təhdidi altındadır.
Latın dili mühasirəyə təxminən 200 il dözə bildi və bir gün tab gətirməyib hiss olunmadan canını tapşırdı. Görək bizimki nə qədər dözəcək.
Meyxana dilində siyasət!
Meyxana dilində media! (Dünən dövlət qəzetlərinin birində belə bir başlıq oxudum: "Ağcəbədi çörəkli rayondur". Bu, küçə səviyyəli bir meyxana qafiyəsidir).
Dükanlarda ən çox satılan ədəbiyyat meyxana dilində!
Kino meyxana dilində!
Hətta hamının təriflədiyi o serial da, sadəcə, meyxananın dilini və mövzularını seriala gətirdiyi üçün uğur qazandı.
Azərbaycan dilinin rəsmi statusu var: "Dövlət dili". Dilimizin bu acınacaqlı vəziyyətindən vətəndaşlardan daha çox dövlət narahat olmalıdır, çünki ölüm ayağında olan bu dil onun rəsmi dilidir.
Bir şeyi də unutmayaq ki, dillərin xilaskarı da, qatili də uşaqlardı.
Məsələn, etrusk dilini romalılara sevdirən də balaca romalılar idi, unutduran da onlar oldu.

Aqşin YENİSEY - DİA.AZ

Ardını oxu...
İlbər Ortaylının "Azərbaycan türkcəsi dilimizin (Anadolu türkcəsinin) gəncliyidir" fikrini çoxları Azərbaycan türkcəsinə verilən dəyər kimi paylaşır. Bir dilə "gənc" deyirlərsə, o dilin mənsubları bundan qürur deyil, utanc duymalıdırlar. "Gənc dil" nə deməkdir? Yəni o dildə hələ kamilləşmə prosesi getməyib, "həyatı" səhvlərlə doludur. "gənc dil" fikri dolğun ifadə edə bilməyən dil deməkdir. "Gənc dillə" böyük mətləbləri izah etmək olmaz və s.
Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil “langue” və Nitq “parole”. Nitq danışma aktıdır, fərdidir, xəttidir, mexanikidir. Dil nitqin daxili aləmidir, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi olandır, dil yazılı olan. Danışa bildiyin nitqindir, yaza bildiyin dilin.
Bir dilin "gəncliyi" onun şifahi mərhələsdir. Azərbaycan türkcəsi məhz bu mərhələdə ilişib qalıb. Nitq (söz) mərhələsindən, dil (anlayış) mərhələsinə keçə bilməyib. Çünki sovet ideoloqları Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər. Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq elitarlaşıb folkloru diriltdilər. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı. Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Bu gün hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus, Anadolu türkcəsinə şığıyır ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur.
Çağın ölüçüləri ilə yanaşsaq, əslində, biz bu gün ölü bir dillə sahibik. Dünyada elə bir xalq yoxdur ki, şifahi nitqi olmasın, amma yazılı dili olan cəmi 78 xalq var.
Beynəlxaq ədəbi mühitdə artıq belə bir fikir hakimdir ki, əgər bir roman ingiliscə yazılmırsa, o bəri başdan roman deyil, ona vaxt ayırmaq olmaz. Çünki çağı ifadə edən əsas dil ingilis dilidir. Dilimiz "gənc" olduğu üçün çağı ifadə etmək imkanlarından məhrumdur.
İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub. Texnologiyalar çağında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, nə bilim, kiber uzmanlar yaradır.
Siz əgər otuz il ərzində öz uşaqlarınıza öz dilinizdə bircə dənən "Maşa və Medved" kimi cizgi filmi çəkməyibsinizsə, inciməyin, öz vətəninizdə başqa millətlər üçün uşaq böyütmüsünüz.

Aqşin YENİSEY - DİA.AZ
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən bir sıra televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı yardım kampaniyası çərçivəsində ortaq yayım ediblər.

Teref.Az bizim media-ya istinadən xəbər verir ki, qardaş ölkənin bir sıra məşhur simalarının yer aldığı canlı efirə aktyor Kıvanç Tatlıtuğun studiyaya gəlməsi gündəm olub.

Aktyor studiyada əyləşmək üçün bir neçə dəqiqə ayaq üstə qalmalı olub. O, bu müddətdən istifadə edərək önündə əyləşən həmkarları ilə söhbət edib.

Daha sonra özünə yer tapan Kıvança canlı efirdə söz verilib. Tatlıtuğ ölkəsində baş verən təbii fəlakəti bu sözlərlə ifadə edib:

"Başınız sağ olsun. Bu bir fəlakətdir. Həyatım boyunca ürəyim fiziki olaraq bu qədər heç zaman ağrımayıb".

Sənətçinin bu sözlərinə isə aparıcı "Canlı bağlantımız kəsiləcək, lütfən rəqəmi açıqlayın" kəlməsini dilə gətirib.

Həmin anlar isə sosial şəbəkələrdə paylaşılaraq "trend" olub.

Qeyd edək ki, K.Tatlıtuğ birinci dəfə 200 min lirə, ikinci dəfə isə 950 min lirə "AHBAP" dərnəyinə pul köçürüb.

 
 
 

Dünyapress TV

Xəbər lenti