Məşhur Hollivud aktyoru Şon Penn Ukraynadan bəhs edən “Supergüc” adlı film çəkib.
Bizim.Media xəbər verir ki, artıq filmin ilk treyleri yayımlanıb.
Hollivud aktyoru və rejissoru genişmiqyaslı müharibə zamanı bir neçə dəfə Ukraynaya səfər edib və ölkə rəhbəri Volodimir Zelenski ilə, eləcə də ukraynalılarla ünsiyyətdə olub.
O, həmçinin Ukraynanın müxtəlif bölgələrində Rusiyanın hücumları nəticəsində baş verən dağıntıları qeydə alıb.
Qeyd edək ki, treylerin sonunda Penn “Ukraynalılar qalib gələcək. Yeganə sual isə “nəyin bahasına?””, - deyə qeyd edib.
“Xoşbəxt yaşamaq üçün çox böyük şeylərin arxasınca düşməyə ehtiyac yoxdur. Gün ərzində bir mənalı iş görə bilsən, o səni xoşbəxt edə bilir. Çox zaman xoşbəxtlik burnumuzun ucunda olur, biz onu görmürük. O bizi çağırır, biz onu eşitmirik. O bizlə danışmaq istəyir, biz ona vaxt ayırmırıq. O bəlkə də bizi bir mərtəbə yuxarıda gözləyir, biz liftdən tez düşürük. O bizi sağda gözləyir, biz sola dönürük. Ona görə də xoşbəxtliyimiz çox uzaqlarda deyil, əlimizin altındadır, burnumuzun ucundadır, qulağımızın dibindədir. Sadəcə onu görmək lazımdır. Baxmaqla görmək arasında çox böyük fərq var”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən aktrisa Dilarə Əliyeva deyib. Sənətçi uzun illər həm aparıcı, həm də serial və teatrda aktrisa olaraq çalışıb. Aktrisa teatr fəaliyyətinin ona digər sahələrdə cığır açdığını bildirib.
“Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında aktrisa kimi fəaliyyət göstərmişəm. Teatr bir aktyorun, aktrisanın formalaşmasında əvəzsiz rol oynayır. Səhnədə, teatrda olmaq insanı formalaşdırır. Qəribə bir yükləyir, səni iş texnikası ilə tanış edir. Səhnədə qazandığın təcrübəni sən həm kinoya, həm də efirə daşıya bilirsən. Teatr, aparıcılıq və serial çəkilişlərinin illər uzunu hər birinin öhdəsindən gəlmişəm. Bir müddət serial çəkilişlərinə başlayanda aparıcılıqdan ayrıldım. İndi hər ikisini birlikdə edə bilirəm” deyə aktrisa bildirib.
Dilarə Əliyeva həyat yoldaşı, mərhum prodüsser Oqtay Əliyevdən də danışıb.
“Həm biz ailəsi, həm də valideynləri üçün çox çətindir. Hər gün səhər saat 7, uzaq başı 8-in yarısı hər səhər Elmira xanımla zəngləşib danışırıq. O məni yığır, mən onu yığıram. Oqtay anasına çox bənzəyirdi. Bir də görürsən nəsə bir işi görəndə Elmira xanıma zəng edirəm. Elə hiss edirəm ki, Oqtayla danışıram, onunla bölüşürəm. Eynən Oqtayın reaksiyalarını görürəm” deyə sənətçi bildirib.
“Qarabağ” klubu Sloveniyada “Olimpiya”ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.
Klub bu barədə rəsmi feysbuk hesabından paylaşın edib.
“Hörmətli azarkeşlər, “Olimpiya” – “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, – deyə yazıda vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.
Ötən gün yazıçı Çingiz Abdullayevin Rəşad Məcidin doğum günündə feysbuk vasitəsilə ona yazdığı təbrik sosial şəbəkələrdə müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri Çingiz Abdullayevi Azərbaycan dilini bilməməkdə, cümlələri natamam yazmaqda ittiham ediblər.
Hurriyyet.Az xəbər verir ki, tənqidlərlə bağlı Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev News24.az-a açıqlamasında bildirdi ki, yazdığı təbrikdə tənqid ediləcək nəsə yoxdur:
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu verilişdə bu dəfə Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisinin Azərbaycan əleyhinə bəyanatı haqqında danışıb.
Millət vəkili BMT Təhlükəsizlik Şurasında Laçın yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhran”nın müzakirəsi zamanı, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Şuşaya səfəri ərəfəsində Azərbaycanın əleyhinə 100 nəfərə yaxın Türkiyə vətəndaşının imzaladığı belə bir bəyanatın yayılmasının təsadüfi olmadığını bildirib. Sözügedən bəyanatı "bayquş səsi"nə bənzədən S.Rüstəmxanlı qeyd edib ki, özünü aydın sayan, kimliyi bəlli olmayan bu dəstə ermənilərə havadarlıq edir: "Deyirlər ki, guya Azərbaycan erməniləri blokadada saxlayır. Baş verənləri soyqırımına bənzədir və bu kimi bir çox cəfəng iddialar irəli sürürlər. Xocalı soyqırımını yaşayan bir milləti bu cür ittiham etmək özünü Türkiyə vətəndaşı sayanlar üçün, - indi mən deyəcəm, onlar necə vətəndaşdırlar, - ayıbdır. Utanmalıdırlar bu sözü deməkdən. Türkiyə ən ağır günlərində daim Azərbaycanın yanında olub. Nuru Paşanı xatırlayaq, Osmanlının ən ağır vəziyyətində Qafqaz İslam Ordusu gəlib Azərbaycanda qardaşlarına yardım etdi, Bakını bolşevik-erməni işğalından azad etdilər. XX yüzilin dahisi Ataturk deyirdi ki, Azərbacanın sevinci sevincimiz, kədəri kədərimizdir. O zaman Naxçıvanla əlaqə kəsilməsin deyə Atatürk pulla İrandan ərazi aldı. Türkiyə Naxçıvana qarant durdu. 2020-ci ildə Türkiyə yenə öz qardaşlıq borcunu yetinə yetirdi, siyasi, diplomatik planda Azərbayacana dəstək verdi. Azərbaycan ordusunun yetişməsinə, silahlanmasına yardım edən bir dövlətin adını aydın, qəzetçi qoyan bir zümrəsi birdən-birə ortaya çıxıb Azərbaycanı ittiham edirsə, bu, gülüncdür. Mən əminəm ki, Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirən, camaatın sidqini sıyıran yarım cümlə söz deyənlərin nə Azərbaycan, nə də Türkiyə türkünə aidiyyatı yoxdur. Türkiyədə nə qədər istəyirsən türk soyadlı erməni, yunan, PKK-lı terroçular, FETÖ-nun davamçıları və söz terroru ilə məşğul olanlar var". Bu qüvvələrin Türkiyədə geniş fəaliyyət göstərdiyini vurğulayan millət vəkili bunun üçün münbit şərait olduğundan təəssüfləndiyini bildirib: "Çox təəssüf ki, mən Türkiyə siyasətinin bu tərəfini dəstəkləyə bilmirəm. Orada kitab evinə girəndə görürsən ki, Türkiyəni ittiham edən onlarla kitab var. PKK mövqeyindən yazılan, "erməni soyqırımı", uydurma erməni tarixi haqqında kitablar satılır. Bu kitablar hamısı Türkiyədə çap olunur. Bəs, görək orada onun yarısı qədər Azərbaycan haqqında kitablar var? Bu məsələdə Azərbaycan diasporunun da, Türkiyə dövlətinin də günahı var. Kitab ticarəti ilə məşğul olanların çoxunun adı türk olsa da, özü türk deyil. O dükanlara girəndə nəyin təbliğ olunduğunu görmək çox asandır. Məhz bu təbliğatı aparanlar deyirlər ki, Azərbaycan ermənilərin hüquqlarını tapdalayır. Hansı hüquqlardan söhbət gedir? Sən bu xalqa necə çirkab ata, necə yalan deyə bilərsən?" S.Rüstəmxanlı bədnam bəyanata kifayət qədər reaksiya verilmədiyindən də danışıb: "Düzdür, onlara cavab verənlər oldu, müəyyən səslər ucaldı. İlk cavab verənlərdən biri də Milliyətçi Hərəkat Partiyası oldu. Azərbacyanda da bəzi qəzet və saytlar fikir bildirdilər. Amma ümumiyyətlə, Türkiyədə yaşayan azərbacyanlıların, diasporumuzun səsi çıxmadı. Bu diaspor nə işə məşğuldur? Ancaq yubileylər keçirməklə, yas mərasimləri, Xocalı soyqırımının ildönümünü qeyd etməklə, müəyyən tarixi hadisələrlə bağlı bir araya gəlməklə iş bitmir. Belə olmaz. Bəs bu mətbuatda gedən məsələlər? Biz eşidənə qədər onlar eşidir, onlar oxuyur, onlar görürlər. Niyə cavab vermir, niyə səslərini ucaltmırlar? Biz, bizi sevməyənlərdən az deyilik, onlardan gücsüz də deyilik. Görünür, bu məsələdə çatışmayan cəhətlər var, təşkilatlanma zəifdir. Amma bu işi yoluna qoymaq, Azərbaycanın səsini türk mətbutına çatdırmaq olar. Bununla bağlı tədbir görülməlidir".
Sonda S.Rüstəmxanlı Azərbaycan əleyhinə bəyanat səsləndirən Türkiyə "ziyalı"larına çağırış edib: "Üzümü həmin başdanxarab, biqeyrət, şərəfsiz, Azərbayacana böhtan atan, kimliyi bilinməyən erməni, PKK cocuqlarına, Avropaya, Amerikaya iş verənlərə, cinsiyyəti bəlli olmayanlara, şüuru, düşəncəsi xəstə olanlara tutub deyirəm ki, siz su bulandıra bilməzsiniz. Azərbaycan-Türkiyə münasibətləri uzun tarixi yol keçib və elə bir səviyyədədir ki, sizin kimi qarışqalar, cırtdanlar buna heç bir təsir göstərə bilməz. Yaxşısı budur, gedin, öz işinizlə məşğul olun". Xatırladaq ki, Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisinin bu günlərdə yayılan bəyanatında guya, Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi, "bölgənin ağır humanitar böhran ərəfəsində olduğu"ndan bəhs edilir, hətta ermənilərə qarşı hansısa “soyqırımı” siyasəti aparıldığı iddia olunur.
Türkiyəli aktyor Olgun Şimşek avtomobil qəzasına düşüb.
Teref.Az olay-a istinadən bildirir ki, qəza səhər saatlarında Bodrumda baş verib. Hadisə nəticəsində aktyor yaralanıb.
Əraziyə Təcili Tibbi Yardın briqadası göndərilib. İlk müdaxilənin ardından xəstəxanaya aparılan Şimşek ambulator olaraq müalicə olunduqdan sonra evə buraxılıb. Qeyd edək ki, Olgun Şimşek Azərbaycanda da sevilən "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialında "kimsəsiz Yaşar" rolu ilə tanınıb. Məqaləyə dair fotomateriallar:
Aziz Nesin Türkiye Yazarlar Sendikası başkanlığını yaparken, sendikanın ikinci başkanlığı görevinde bulunan Demirtaş Ceyhun, "Yaşasın Aziz Nesin" başlıklı kitabında, Nesin'in çay düşkünlüğünü şöyle anlatır : "Aziz Bey, dehşetli düşkündür çaya.. Şeker çayın tadını bozuyor diye, şeker de koymaz içine. Çalışırken de çaydanlık kaynar durur ocakta. Akşama kadar bilmem kaç bardak şekersiz çay içer.." Yıllar önce Aziz Nesin, Moskova'dan Tiflis'e geçmiştir. Uçak erken kalktığı için de çay içememiştir. Uçak, Tiflis'e iner inmez mihmandara "Aman" der, "bana bir bardak çay bulun !" Mihmandar, "Çay goley" der, "Hele bir otele gidelim !" Otele gelirler. Nesin yine "çay" diye tutturur. Mihmandar yine, "Çay goley canım.. Hele sen odana çık, eşyalarını bırak gel !" Aziz Nesin, çaresiz odasına çıkar, eşyalarını bırakır, elini yüzünü yıkadıktan sonra lobiye iner. Bir de ne görsün ? Masada bir şişe şarap ve iki kadeh.. O "Yahu bir bardak çay !" dedikçe mihmandar "Canım çay goley, önce birer yudum şarap içip gelişini kutlayalım. Hadi hoş gelmişsen.." diye karşı çıkmakta.. Bir bardak, bir bardak derken şişe biter öğle olmadan.. Şişe bitince Nesin yine "çay" diye tutturur.. Mihmandar yine "Çay goley canım" der, "hele şöyle bir Tiflis'i gezip görelim de.." Fazla uzatmayalım, yolda önemli bir Gürcü yazarla karşılaşılır ve Nesin zorla göl kenarındaki bir lokantaya götürülür.. Tabii hemen şaraplar söylenir.. İkindi olmuştur. Gölde yüzerler, çıkarlar ve tabii hemen şaraplar söylenir.. Artık akşam olmuştur. Bu kez de akşam yemeğine gidilir. Ama bu kez kadehle de içilmez şarap, Gürcü törelerine göre boynuzla içilir. Hem de bir dikişte !.. Aziz Nesin sonrasını anlatırken, ne kadar içtiğini, gecenin kaçına kadar içtiğini anımsayamadığını itiraf ediyor. Tek anımsadığı, bir masanın başına oturmuş, karşısında bir dolu insan. Fotoğraflarını çekiyorlar. Sorular soruyorlar. Meğer gezi bitmiş artık dönüyormuş, dönmeden önceki basın toplantısıymış bu !.. Gazetecilerden biri, "Tiflis'i nasıl buldunuz ?" diye sorunca Nesin hemen cevabını yapıştırmış : "Tiflis benim için kocaman bir tavan !" Birden bir sessizlik olmuş salonda. Şaşırmışlar. "Anlayamadık" demişler. "Anlayamayacak ne var ?" demiş Aziz Nesin, "Arkadaşlarınıza sorun. Geldiğimden beri şarap içmekten başka bir şey yapmadım. Sizin törelerinize göre de şarap boynuzla içiliyor. Boynuzla da yudum yudum içilemiyor. Boynuzun içini de boş bırakamıyorsunuz. Habire boynuzu kafaya dikmekten, tavandan başka bir yere bakamadım ki.. Tiflis deyince gözümün önüne kocaman bir tavan geliyor.. Hepsi bu. (REFİK DURBAŞ, "Rakı İle Edebiyat Muhabbeti") Teref.az
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki buraxılışda məşhur aktyor Cim Kerridən bəhs olunub.
Bildirilir ki, C.Kerri 17 yanvar 1962-ci ildə Kanadanın Nyumarket şəhərində anadan olub.
Ailə yaxşı yaşamırdı. C.Kerri ehtiyac içində yaşamağı uşaqlıqdan görüb. Onun altı nəfərdən ibarət ailəsi var idi.
Ulduzun valideynləri musiqini sevirdilər. Anası evlənməmişdən əvvəl müğənnilik edirdi, atası isə saksofonçu idi. Onlar özlərini musiqi sahəsində reallaşdıra bilmədilər. Cimin böyük bacısı Rita isə Kanadada tanınmış ifaçıdır və öz qrupu ilə çıxışlar edir.
Kerri uşaqlıqdan səhnəyə çıxmaq arzusunda idi, 15 yaşında ilk dəfə “stand-up” ilə səhnəyə çıxdı. Uğursuzluqdan sonra yenidən çıxış etməsi iki il çəkdi. Kanadada məşhurlaşdıqdan sonra ABŞ-yə köçdü. 90-cı illərin ortalarından bəri o, on il ərzində ən çox axtarılan komedi və kino aktyorlarından biri oldu.
80-ci illərdən ABŞ-də filmləri nümayiş etdirilən Cim Kerri 2004-cü ildə Kanada vətəndaşlığını saxlayaraq bu ölkənin vətəndaşı oldu.
Aktyorun karyerasında əsl parlama 1994-cü ildə baş verdi.
C.Kerrinin “Axmaq və ondan da axmağı” filminə görə qonorarı yeddi milyon dollar təşkil edib. Bu da Cimi ilin ən uğurlu komediyaçılarından birinə çevirdi.
Bundan sonra aktyorun qonorarı kəskin şəkildə artmağa başladı. “Kabelçi” filmi Kerriyə 20 milyon dollar qonorar gətirdi. Lakin film ümidləri doğrultmadı. 2010-cu ildə aktyorun karyerasında “qara zolaq” başlayır. C.Kerrinin çəkildiyi ən yaxşı filmlər keçmişdə qalır. Ona televiziya seriallarının epizodlarında işləmək və böyük filmlərdə kiçik personajların rolunu oynamağı təklif edirlər.
O, 90-cı illərin əvvəllərində valideynlərini itirdi və ilk ağır depressiyasını yaşadı.
Aktyorun çox sevgi romanları olub. Onun ilk sevgilisi Melisa Vumer idi. O, “Comedy Store”da ofisiant işləyib. Onlar 1987-ci ildə evlənirlər. Melisa aktyorluq karyerasının başlanğıcında Cimə dəstək olub, valideynlərini itirdikdən sonra onun depressiyadan çıxmasına kömək etməyə çalışıb. Onların Ceyn Erin Kerri adlı bir qızı var. Cütlük 1995-ci ildə boşanıb.
2012-ci ildə Cim Katriona Uayt ilə münasibət qurur. O, əqli cəhətdən qeyri-sabit idi. Aktyorun həyatında “qara zolaq” başlamışdı. Cütlük ayrılıb barışırdı.
Katriona bir neçə dəfə intihara cəhd edib. 2015-ci ildə Uayt münasibətlərinə son qoydu. Tezliklə isə intihar etdi.
İntihar qeydində Uayt Cimi öz ölümündə günahlandırırdı. 2018-ci ilə qədər məhkəmə çəkişmələri Katrionanın qohumlarının iddiası əsasında davam edirdi. Məhkəmədə müttəhim kimi çıxış edən aktyor öz günahsızlığını sübut etdi.
Depressiya və şəxsi həyatındakı uğursuzluqlar Cimi karyerasına fasilə verməyə məcbur etdi. Aktyora təkliflər azaldı, yox həddinə gəldi. Ancaq təqsirsiz olduğu sübuta yetiriləndən sonra 2018-ci ildə o, “Sadəcə zarafat edirəm” serialına çəkildi və yeni romanı başladı. Cim həmkarı Ginger Qonzaqa ilə görüşməyə başladı.
C. Kerri 2013-cü ildə “Roland necə yuvarlanır” adlı uşaq kitabı, 2020-ci ildə isə “Xatirələr” kitabını nəşr etdi. “Xatirələr” kitabında 1999-cu ildə çəkiliş meydançasında tanış olduğu Reneni ən böyük sevgisi adlandırdı.
Ukrayna mədəniyyəti düşmən əli ilə növbəti itki verib.
Publika.az "Karavan"ya istinadla xəbər verir ki, “Kryposna” və “Zəng” də daxil olmaqla bir çox Ukrayna film və seriallarında rol alan aktyor və əsgər Aleksey Xilski Zaporojye vilayətində döyüşdə həlak olub. Onun 36 yaşı var.
Dəhşətli xəbəri Alekseyin həyat yoldaşı, aktrisa Nadiya Xilska sosial şəbəkələrdə yayıb:
"Mən yazıram, amma özüm buna tam inana bilmirəm. Lyoşa öldü. Döyüş tapşırığını yerinə yetirərkən həlak olub. O, tanıdığım hər kəsin ən yaxşısı idi. Ən mehriban! Ən gözəl! Ən istedadlı! Etdiyi hər şeyi ehtirasla edirdi. Və onun həyata susuzluğu var idi! O, həyatı çox sevirdi! Səni sevirəm, döyüşçüm".
Teref.az Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında maraqlı faktları təqdim edir.
Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub.
***
Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Yaradıcılığında “Quyu” tamaşasının musiqisi, “Qızıl oğlan” musiqili nağılı xüsusi yer tutur. O, “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olarsa” və bir çox pyeslərin müəllifidir. Filmoqrafiyasında 50-ə yaxın film vardır.
“Qonşu qonşu olarsa” tamaşasının çəkilişləri zamanı Ruhəngiz xanım rekvizitlərin çoxunu evindən gətirib. O, müsahibələrinin birində bu barədə deyir:
“Tamaşada masada yeyilən borşu mən bişirmişəm, evdən kotlet də gətirmişəm. Divardan asılan saatı, yapon qızlarının şəkli olan təqvimi, tamaşada iştirak edən aktrisa Səidə Quliyevanın əynindəki yapon xalatını da mən gətirmişdim”.
Bəstəkarın atası 54 yaşında dünyasını dəyişib. Atası vəfat edən zaman Ruhəngiz xanımın iyirmi yaşı olub. O, həmin günləri xatırlayarkən deyir:
“Bəlkə də, Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə, insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik”.
Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib:
“Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm.
Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.
***
Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın həyat yoldaşı Vasif Süleymanov 16 dekabr 2021-ci ildə vəfat edib.
Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Ruhəngiz xanımın vəfatı ilə bağlı danışarkən onun Honq-Konqda yaşayan qızının yanında vəfat etdiyini deyib:
“Təxminən, 20 gün öncə qızının yanına – Honq-Konqa getmişdi. İndi bilmirəm Honq-Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq bilirəm ki, Azərbaycanda deyil. Bilmirəm, orda dəfn olunacaq ya burda. Çünki yolun xərci çoxdur. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki! Ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar”.
***
Bəstəkar özü haqqında belə deyirdi:
“Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam”.