Ardını oxu...
Əməkdar artist Qoçaq Əsgərov “Kərkük” türküsünü ifa edib.

“Qafqazinfo” xəbər verir ki, xanəndənin duet ortağı türkəsilli Aliyə Əziz olub.

Qeyd edək ki, ABŞ-da yaşayan Aliyə Əzizin atası Kərkükdən, anası isə yamaykalıdır. Musiqi ilə həvəskar səviyyədə məşğul olan A.Əziz Türkiyədə jurnalistika üzrə təhsil alır.

Həmin ifanı təqdim edirik:

 
 
 
Ardını oxu...
“Elmin köməkçisi, elm ölkəsinin şahı.
Dövrün anası hələ belə oğul doğmayıb”.
(Nəsirəddin Tusinin məzarı üzərində yazılıb)
Fəlsəfə tarixində mübahisəsiz şəkildə qəbul edilir ki, Nasirǝddin Tusi "Azərbaycan Məktəbinə" aid bir filosof və elm adamı olmuşdur. Sovet dövrü İslam fələsəfəsi tarixi kitablarında da Nəsirəddin Tusinin Azərbaycan Məktəbinə aid olduğu ciddi şəkildə vurğulanır.
Nəsrəddin Tusinin əsl məşhurluğu 1259-cu ildə onun Azərbaycanda Marağa şəhərində məşhur rəsədxananın qurulmasına Hülagü xanı inandırması ilə başlayır. Tusi, monqolların hər tərəfi darmadağın edə biləcək gücünün qarşısını ala bilmişdir. O düşma nın qarşısında realist bir filosof olaraq hərəkət etmişdir. Monqollar müəyyən elmi baxış tərzləri olmadığına görə Tusi Hülagü xan vasitəsi ilə onlara yol göstərdi. Məhz Hülagünu astronomik müşahidələr aparmaq üçün razı saldı və rəsədxana qurulması üçün lazımı dəstəyi ondan aldı.
Digər tərəfdən İbn Sinanın məşşai (peripatetik) fəlsəfəsini açıqlayan və mudafiə edən Tusi eyni zamanda sufi dəyərlərlə əlaqədar olaraq "Övsafu'l-Əşraf' adlı bir kitab da yazmışdır. Onun məşhur bioqrafiyasını yazan ve şərhçilərindən olan Şəmsəddin əl-Şəhrəzuri (ö. 1281) ondan böyük sitayişlə bəhs edər ve onun iki hikməti, yəni irfan elmi ilə rasionallığı birləşdirən YEGANƏ müəllif olduğunu bildirir.
Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Əlǝmut" ("Qartal yuvası") qalasına aparılırmışdır.
O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan isti- fadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladığı məşhur “Şərh əl-İşarət” (Əbu Əli İbn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi❞.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülagü xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülagu xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
Tusi, 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiǝlərinin 7-ci imamı Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.
İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
Teref.azArdını oxu...
“Elmin köməkçisi, elm ölkəsinin şahı.
Dövrün anası hələ belə oğul doğmayıb”.
(Nəsirəddin Tusinin məzarı üzərində yazılıb)
Fəlsəfə tarixində mübahisəsiz şəkildə qəbul edilir ki, Nasirǝddin Tusi "Azərbaycan Məktəbinə" aid bir filosof və elm adamı olmuşdur. Sovet dövrü İslam fələsəfəsi tarixi kitablarında da Nəsirəddin Tusinin Azərbaycan Məktəbinə aid olduğu ciddi şəkildə vurğulanır.
Nəsrəddin Tusinin əsl məşhurluğu 1259-cu ildə onun Azərbaycanda Marağa şəhərində məşhur rəsədxananın qurulmasına Hülagü xanı inandırması ilə başlayır. Tusi, monqolların hər tərəfi darmadağın edə biləcək gücünün qarşısını ala bilmişdir. O düşma nın qarşısında realist bir filosof olaraq hərəkət etmişdir. Monqollar müəyyən elmi baxış tərzləri olmadığına görə Tusi Hülagü xan vasitəsi ilə onlara yol göstərdi. Məhz Hülagünu astronomik müşahidələr aparmaq üçün razı saldı və rəsədxana qurulması üçün lazımı dəstəyi ondan aldı.
Digər tərəfdən İbn Sinanın məşşai (peripatetik) fəlsəfəsini açıqlayan və mudafiə edən Tusi eyni zamanda sufi dəyərlərlə əlaqədar olaraq "Övsafu'l-Əşraf' adlı bir kitab da yazmışdır. Onun məşhur bioqrafiyasını yazan ve şərhçilərindən olan Şəmsəddin əl-Şəhrəzuri (ö. 1281) ondan böyük sitayişlə bəhs edər ve onun iki hikməti, yəni irfan elmi ilə rasionallığı birləşdirən YEGANƏ müəllif olduğunu bildirir.
Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Əlǝmut" ("Qartal yuvası") qalasına aparılırmışdır.
O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan isti- fadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladığı məşhur “Şərh əl-İşarət” (Əbu Əli İbn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi❞.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülagü xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülagu xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
Tusi, 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiǝlərinin 7-ci imamı Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.
İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
Teref.az

Ardını oxu...
Xəbər verdiyimiz kimi bu günlərdə xalq artisti, görkəmli sənətkar Arif Babayev Milli Konservatoriyada Muğam sənəti kafedrasından səhhətinə görə ayrılıb. Xalq artisti Mənsum İbrahimov sözügedən kafedraya onun yerinə təyin olunub.

DİA.AZ-ın məlumatına görə, moderator.az-a açıqlama verən xanəndə Mənsum İbrahimov bildirib ki, əslində bu onun üçün böyük məsuliyyət, ağır bir yükdür.

“Muğam kafedrası elə bir yerdir ki, uzun müddət bu işin içində olmaq lazımdır ki, oranı idarə edə biləsən. Mən 2011-ci ildən bu kafedranın professoruyam. Ondan əvvəl dosenti olmuşam. Gənc yaşlarımdan müəllimliyə başlamışam. Mən bu işi onsuz da tədris edirdim. Kafedra müdiri belə baxanda böyük bir vəzifə də deyil. Bu böyük məsuliyyətdir. Mən muğamın ağır yükünü, böyük məsuliyyətini öz çiyinlərimə götürmüşəm. Mən muğam sənətinin əsgəriyəm. Heç vaxt vəzifəyə üstünlük verməmişəm, vəzifə istəsəydim çoxdan gedərdim. Məni sənət düşündürüb. Bu vaxta qədər azad bir insan idim. Öz dərsimi deyib, çıxıb işlərimin arxasınca gedirdim. Bu yükün altından qaça bilmərəm. Əgər məsləhət görüblərsə çalışacam ki, muğamın inkişafında mənim də bundan sonra kafedra müdiri kimi töhfəm olsun. Arif müəllim yaşlı olsa da böyük təcrübəsi var. Onun səhhəti imkan versəydi bu gün də işləyəcəkdi. Sadəcə olaraq hazırda onun səhhəti işləməyə imkan vermir. Muğam sahəsində böyük-kiçik ən-ənəsi var. Həmin gün Arif Babayevin evinə gedib onun halallığını aldım. Vaxt gələcək, zaman yetişəcək məndən sonra da kafedra müdirləri olacaq. Sizə bir misal çəkim. Mən son 5 ildir ki, Opera və Balet teatrında fəal səhnədə deyiləm. Hamı bilir ki, mən gənclərə nə qədər böyük diqqət göstərirəm. 20 gənci, Muğam müsabiqəsinin işçilərini mənim tövsiyyəmlə orada işə götürüblər. Hamısı da baş rolları oxuyur, onları hazırlaşdırıram, kömək edirəm. Özüm də ildə bir dəfə onlarla birlikdə ustad dərsi kimi tamaşa oynayıram. Amma fəal səhnəni onlara vermişik. Heç bir zamanda bu qədər gənc muğam sahəsinə gəlməyib. Onların hamısını biz müsabiqələrdən seçib ortalığa çıxarmışıq” deyə sənətkar bildirib.

Nuriyyə Hüseynova saytımıza açıqlamasında Mənsum İbrahimovun təyinatına sevindiyini bildirib.

“Arif Babayev mənim də müəllimim olub. Böyük sənətkarımızdır, korifeydir, ustaddır. Azərbaycan milli musiqisinə illərdir təmənnasız əmək sərf edib, xidmətlər göstərib. Allah ona şəfa versin. Təbii ki, səhhəti ilə bağlı işindən ayrıldı və onun yerinə gözəl sənətkarımız Mənsum müəllim gəldi. Bu belə də olmalı idi. Çünki yaş, sənət, təcrübə yol verir ki, Milli Konservatoriyada Muğam kafedrasının müdiri Mənsum İbrahimov olsun. Çox ideal bir namizəddir. Konservatoriyada yaşı nəzərə alsaq o işin başına keçəcək insan olaraq mən onu görürəm. Ümumiyyətlə bu həyatda heç nə əbədi deyil. Bir işin başına keçirsən, müəyyən bir vaxt çərçivəsində onu icra edirsən və bir müddət keçir sən gedirsən və başqası gəlir. Mənsum müəllimə uğurlar arzu edirəm. Allah ona can sağlığı versin və həmişə də işinin başında olsun” deyə sənətkar bildirib.

Əməkdar artist Sevinc Sarıyeva isə saytımıza açıqlamasında sənətkarın yaşının olmadığını vurğulayıb.

“Arif Babayev xəstə olmasaydı bu yaşına qədər kafedra müdiri vəzifəsini yerinə yetirərdi. Çünki sənətkarın yaşı yoxdur. Sənətkar əslinə qalanda elə 50 yaşından sonra yetişir, olğunlaşır. Sənətkar sənətdə, səhnədə yaşayır. Biz dərdimizi səhnədə unuduruq. Arif Babayev xəstəliyinə görə kafedra müdiri vəzifəsindən gedib. Mənə elə gəlir ki, Arif Babayevdən sonra kafedra müdiri elə Mənsum müəllim olmalı idi. Mənsum müəllim ora layiqdir. Savadı, intellekti, dünyagörüşü onu bu vəzifəyə layiq bilir. Mənsum müəllimə heç 62 yaş vermək də olmur. Elə bil ki, 35 yaşında gəncdir. Ona uğurlar arzu edirəm. Bu təyinata çox sevindim. Çünki Mənsum müəllimin necə zəhmətkeş, muğamımız üçün hansı töhfələri verdiyini, necə tələbələr yetişdirdiyini bilirik. Bunlar göz qabağındadır. Onu ürəkdən təbrik edirəm” deyə əməkdar artist bildirib.
Ardını oxu...
İNİ - türkcə yuva, məcazi mənada, məskən salınan yer deməkdir. Avropa ədəbiyyatında azacıq deformasiyaya vardırılıb. Dediyim kimi Urartuya yaxınlaşdırmaq məqsədilə.
TARKUİNİ - TARKU türklərinin yuvası adlı bir şəhər də qədim Etrusk türklərinin məskən saldıqları İtaliyanın Florensiya (qədim Etruria) vilayətindədir. O da Ete Elindən getmiş kumıkların ikinci adıdır. Kumkların əsas aparıcı tayfasına və ya hamısına bu gün də həm də TARKİ, TARKU deyirlər.
NAXÇIVAN da ETE türklərinin ini - yuvası olub. Bunu təsdiqləyən ətraf yerlərin materialı aşağıda verdiyim xəritədə öz təsdiqini tapır.
Sorağını gil yazılardan aldığımız Kilikiya dənizi sahillərində indiki Türkiyənin İsgəndərun və Antalya və Suriyanın Türkməneli əyalətlətinin qərb hissəsini əhatə etmiş ərazi o zamanlar da TÜRK ölkəsi olub. 2500-800 illər bundan əvvəl oradan köç başlayıb. Əhalinin böyük hissəsi dənizləri aşaraq Apenninə gedib, orada Etrusk kimi tanınıblar (xəritədə qalın qırmızı xətt).
Bir hissəsi quru yolla Şəqrə gəlib və indiki Qərbi və Şərqi Azərbaycanda (QA) (indki Ermənistan, Naxçıvan, Qarabağ, Zəngəzur və Gədəbəy) oturuşub. Bir hissəsi buralarada məskən tapa bilməyib, Dərbənd bəndin aşaraq Orta Asiyaya, Sibirə gedib (xəritədə tünd qırmızı - abı xətt). Onlar oralarada ETEBİÇİ, İT PEÇENEQ, yəni ETE PEÇENEQLƏRİ adı alıblar.
QA-da vaxtilə olmuş İTİLKÖY (ETE EL KÖY), İTİLLİCƏ (ETE ELLİCƏ), ETİL (ETE EL), ETEKURAN, yəni ETE OBASI və s. (indi onlar yoxdur) və Xocəvəndin EDİLLİ (ETE ELLİ) kəndləri və Gədəbəydə EDİLLİ (ETE ELLİ) tayfası hamısı qədim Azərbaycan torpaqlarında məskunlaşmış ETE ELİ kökündəndirlər. Axtarsan, Naxçıvan ərazisində də ETE-, EDE- sözönü ilə toponimlər aşkar olunar.
Elə dediyiniz ETİUNİ bütün Naxçıvan - Sünik ərazisində yaşamış ETE adlı TÜRK xalqının adıdır.
Aşağıdakı xəritələr Ete eli və Caria (KARİA - Qədim TURAN) türklərinin* şərqə miqrasiyasının xəritəsidir.
Şübhə yoxdur ki, Karakaçanlar, Karakalpaklar, Karapapaxlar, Karaçaylılar, Karabağlılar da kökləri tarixöncəki adlandırılan PELASQ türkrlərinin vətəni sayılan CARİA (KARİA) vilayətindəndirlər.
Bax xəritəyə.
***
Onları (xəritələri), Mutrad bəy, bu yazı ilə birgə Cənab Baxşəliyevə də ver. Apardığı xeyirxah missiyadakı sirrlərin açılışında əlindən tutar hər halda... O, mən dediyim bu azman miqrasiyanın izinə düşüb.
Elə Ordubadda qazıntılar aparan arxeolog dostumuz Bəhlul müəllim də.
O da Ordubadda vaxtilə Babildə türkün düzəltdiyi basmaqəlib şəkilli lövhələr aşkar edir.
***
TÜRKÜN ERADAN ƏVVƏLKİ İZLƏRİNİ QƏDİM TURANDA (ARALIQ DƏNİZİ SAHİLLƏRİ) VƏ BURALARDA TAPAN HAMIMIZA UĞURLAR!
***
"Bu tapıntıları AMEA Nizami ad. Ədəbiyyat isntitutunda vaxtilə
"Az. dilində erməni budaq cümlələri" mövzusu üzrə doktorluq dissertasiyaları müdafiə etmiş bəzi propessorlarına, müxbir üzvlərinə itihaf edirəm."
Tariyel Azerturk
Teref.az
Ardını oxu...
Ardını oxu...
 

 

Ardını oxu...
 
Türkiyəli rejissor Nuri Bilge Ceylanın Kannda "Qızıl Palma budağı" üçün yarışan "Kuru Otlar Üstə" filmi Türkiyənin Oskar namizədi olub.
Nuri Bilge Ceylanın Kann festivalında "Qızıl palma budağı " üçün yarışan və aktrisa Merve Dizdarla mükafat alan "Kuru Otlar Üstə" filmi Türkiyəni "Ən yaxşı beynəlxalq film " kateqoriyasında təmsil edəcək .
Kino sahəsində peşəkar təşkilatların nümayəndələrindən ibarət 15 nəfərlik seçim komissiyasının qiymətləndirməsi nəticəsində “Kuru Otlar Üstünə” filmi Türkiyənin 96-cı Oskar Mükafatlarına (Oskar) namizədi olaraq müəyyən edilib.
Kino Peşəkar Dərnəkləri Güc Birliyinə müraciət edən 7 filmin qiymətləndirildiyi yığıncaqda rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Kuru Otlar Üstünə” filmi Türkiyənin “Ən yaxşı beynəlxalq film” namizədi seçilib.
ABŞ- da keçiriləcək mükafatlandırma mərasiminin gələn ilin martında keçirilməsi planlaşdırılır. 
Ardını oxu...
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev ana dilində yazmadığına görə ona irad tutanlara cavab verib.

Hurriyyet.Az-ın məlumatına görə, Xalq yazıçısı deyib ki, bu məntiqlə yanaşanda onda Nizami, Füzuli kimi dahiləri də Azərbaycanda qadağan etmək lazımdır:

“Belə çıxır ki, yad dildə yazmış “özgə müəlliflər”in hamısının əsərlərinin ləğv etmək lazımdır. Nizamini (fars dilində yazıb) tamamilə yığışdırmaq, Fizulinin əsərlərini aradan götürmək (ərəb və fars dillərimdə yazdıqlarını, Azərbaycan dilində olanları saxlamaq olar) lazımdır, İsmayıl Bəy Qutqaşınlının da (fransız dilində yazırdı) əsərlərini həmçinin.

Rus dilində yazanlara da qadağa qoyaq: Çingiz Aytmatovu, Oljas Süleymanovu, Fazil İskəndəri, İmran Qasımovu, Maqsud və Rüstəm İbrahimbəyovları, Ramiz Fətəliyevi, Mənsur Vəkilovu və təbii ki, Çingiz Abdullayevi.

Hər ehtimala qarşı bütün rus dilində təhsil almışların – Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı, Nəbi Xəzri, Cabir Novruz, Fikrət Qoca, Nəriman Həsənzadə, Qabil, Anar, Yusif və Vaqif Səmədoğlular, Ramiz Rövşən, Kamal Abdulla, Elçin Hüseynbəyli və daha 43 müəllifin kitablarına da qadağa qoymaq lazımdır”.

Yazıçı istehza ilə bildirib ki, vaxtilə Azərbaycan dilində yazmış Telman Çalyan və Aşot Saturyan kimi erməni müəlliflərə qadağa təcili olaraq götürülməli, onların əsərləri çap olunmalıdır.

“Əlbəttə, ölkənin və xalqın əsas dili – Azərbaycan dilidir. Əgər yazıçılarımız başqa dilləri bilirlərsə, bu, bizim ölkəmizin, mədəniyyətimizin palitrasını göstərir…

…Dövlət dilini bilmədən heç bir ölkədə yaşaya bilməzsən, bu, ümumiyyətlə, müzakirə olunmur. Amma demək ki, xarici dilləri bilmək vətənə xəyanətə bərabərdir və başqa dillərdə yazanlar bizim yazıçı deyil, bu, sadəcə olaraq axmaqlıqdır. Yalnız axmaqlar bilməyə borclu olduqları ana dilinin əleyhinə danışa bilər!”, – Ç.Abdullayev deyib.\\Metbuat.az
 
Ardını oxu...
Azərbaycan adının mənasını izah edən 12 fərziyyə
Yazırlar – 24 oğuz boyundan biridir. Fəzlullah Rəşid əd-Din (1247–1318) “Came ət-Təvarix” adlı əsərində yazırdı: “Yazır tayfası öz mənşəyini Oğuz xanın 24 nəvəsindən biri olmuş Yazırdan götürmüşdür. Bu adın mənası belədir: O, çoxlu ölkəyə hakim olacaq”.
Özbək tarixçisi Əbu əl-Qazi Bahadur xan (1603–1664) isə “Şəcəreyi tərakimə” adlı əsərində yazır adının mənasını “elin böyüyü” kimi izah etmişdir.
Sovet arxeoloqu və tarixçisi Sergey Pavloviç Tolstov (1907–1976) 1947-ci ildə "Советская этнография" jurnalında dərc olunmuş “Города Гузов (историко-этнографические этюды)” adlı məqaləsində türkmənlərin yazır tayfasını saka xalqının as–alan tayfası ilə eyniləşdirmişdir:
“Yazır adı ilə yas–alan adı arasında, şübhəsiz ki, onomastik oxşarlıq mövcuddur. Ancaq, bu, əlbəttə ki, hansısa etibarlı bir nəticəyə gəlmək üçün yetərli deyildir. Bununla belə, bir məsələni xatırladım: Tarixi mənbələrdən açıq-aydın şəkildə görünür ki, yazır boyu oğuz xalqının ən cənub-qərb tayfası olmuşdur. Durun bölgəsinə köçməzdən əvvəl yazırlar Cənubi Üstyurt və Manqışlak bölgəsində, yəni burada yaşamışlar. XI əsrin əvvəllərində əl-Biruni qarışıq xarəzm–peçeneq dilində danışmış alanları və asları da məhz burada lokallaşdırmışdır. Bu fakt onomastik əlaqəni artıq mühüm tarixi-etnoqrafik sənədə çevirir”.
Türkmən arxeoloqu və tarixçisi Ovez Gündoqdıyev (1966–2013) “Прошлое туркмен” adlı əsərində yazırdı: “Yazır tayfasının latın S hərfi şəkilli damğası Altın-Depedə (e.ə. II minillik, Cənubi Türkmənistan) və Qədim Mərvdəki kiçik heykəllərdə (e.ə. II minillik) aşkarlanmışdır”.
Yenə də Sergey Tolstov “По следам древнехорезмийской цивилизации” adlı əsərinin 153–160-cı səhifələrində yazırdı: “Kuşan dövrü Xarəzmindən bir sıra abidələr qalmışdır. Onlardan ən xarakterik olanı Ayaz–Qala kəndinin xarabalıqlarıdır. Oradakı bir evin mədəni təbəqəsindəki quyudan və ətrafdakı təndir yerlərindən Şah Kanişka və kuşan xalqına (I əsrin sonu, II əsrin əvvəlləri) aid çoxlu sikkə tapılmışdır. Sikkələrin hamısının hər iki tərəfinə latın S hərfi həkk olunmuşdur”.
Qeyd. Hər iki tərəfinə latın S hərfi həkk olunmuş sikkələrin tapıldığı qədim kəndin adına diqqət yetirək: Ayaz–Qala. Böyük ehtimalla, bu toponim özündə as (yas, yazır) etnonimini əks etdirir. Oğuz elinin yazır boyunun damğası isə məhz latın S hərfi şəklində idi.
Türkmənistanın Axal və Balkan vilayətlərində Tak-Yazır və Yazır-qala adlı şəhərlərin xarabalıqları qalmışdır. Türkiyənin Qaziantep ilində isə Yazır adlı şəhər vardır.
Orta əsrlərdə yazır tayfasının bir hissəsi qaradaşlı adlanmışdır. Gürcüctan Respublikasının Bolnisi rayonunda əzəldən azərbaycanlıların yaşadığı kəndlərdən birinin adı Qaradaşlı olmuş, 1991-ci ildə Gürcüstan hökuməti həmin kəndin adını dəyişərək, onu İtsria adlandırmışdır.
Bugün Azərbaycan Respublikasında, Ermənistan Respublikasında (Qərbi Azərbaycanda), eləcə İran İslam Respublikasının azərbaycanlılar yaşayan ostanlarında Qaradaş adlı məntəqələr mövcuddur. Amma həmin toponimlərin qaradaşlı (yazır) etnonimi ilə əlaqəli olduğunu birmənalı şəkildə iddia edə bilmərik.
Qaradaş – Azərbaycanın Tovuz rayonunda kənd.
Qaradaş – Azərbaycanın Sədərək rayonunda dağ.
Qaradaş – Ermənistanın İcevan rayonunda kənd.
Qaradaş – İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanında kənd.
Qaradaş – İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanında kənd.
Qaradaş – İranın Zəncan ostanının Mahnişan şəhristanında kənd.
Qaradaş – İranın Qəzvin ostanının Takistan şəhristanında kənd.
Qaradaş – İranın Qəzvin ostanının Avəc şəhristanında kənd.
Qaradaş – İranın Mərkəzi ostanının Şazənd şəhristanında kənd.
Qaradaş – İranın Rəzəvi-Xorasan ostanının Nişapur şəhristanında kənd.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az

 
Ardını oxu...
 
Amerikalı aktyor, 70-ci illərin şou ulduzu Denni Masterson iki qadını zorladığı üçün ömürlük həbs cəzasına məhkum edilib.
Masterson bu cəzanın ən azı 30 ilini çəkəcək. 
Məhkəmədə dinləmə zamanı heç danışmayan aktyor ən yüksək səviyyədə cəzalandırıldığı açıqlananda həyat yoldaşı ilə birlikdə göz yaşlarını saxlaya bilməyib. Masterson əvvəllər də mühakimə olunub, lakin münsiflər heyəti 2022-ci ildə onun barəsində qərar verə bilməyib. Yenidən məhkəmə araşdırması nəticəsində o, 2022-ci ilin mayında təqsirli bilinib. Cəza elan edildikdən sonra Masterson həbs edilib. Məhkəmə nəticəsində Mastersonun bu qadınlardan ikisinə təcavüz etdiyi qərara alınıb.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad edilib.

"DogruXeber.az"ın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov Muğam kafedrasının yeni müdiri təyin olunub.

Dünyapress TV

Xəbər lenti