İki hikməti birləşdirən, İmamların yanında dəfn olunmuş -
“Elmin köməkçisi, elm ölkəsinin şahı.
Dövrün anası hələ belə oğul doğmayıb”.
(Nəsirəddin Tusinin məzarı üzərində yazılıb)
Fəlsəfə tarixində mübahisəsiz şəkildə qəbul edilir ki, Nasirǝddin Tusi "Azərbaycan Məktəbinə" aid bir filosof və elm adamı olmuşdur. Sovet dövrü İslam fələsəfəsi tarixi kitablarında da Nəsirəddin Tusinin Azərbaycan Məktəbinə aid olduğu ciddi şəkildə vurğulanır.
Nəsrəddin Tusinin əsl məşhurluğu 1259-cu ildə onun Azərbaycanda Marağa şəhərində məşhur rəsədxananın qurulmasına Hülagü xanı inandırması ilə başlayır. Tusi, monqolların hər tərəfi darmadağın edə biləcək gücünün qarşısını ala bilmişdir. O düşma nın qarşısında realist bir filosof olaraq hərəkət etmişdir. Monqollar müəyyən elmi baxış tərzləri olmadığına görə Tusi Hülagü xan vasitəsi ilə onlara yol göstərdi. Məhz Hülagünu astronomik müşahidələr aparmaq üçün razı saldı və rəsədxana qurulması üçün lazımı dəstəyi ondan aldı.
Digər tərəfdən İbn Sinanın məşşai (peripatetik) fəlsəfəsini açıqlayan və mudafiə edən Tusi eyni zamanda sufi dəyərlərlə əlaqədar olaraq "Övsafu'l-Əşraf' adlı bir kitab da yazmışdır. Onun məşhur bioqrafiyasını yazan ve şərhçilərindən olan Şəmsəddin əl-Şəhrəzuri (ö. 1281) ondan böyük sitayişlə bəhs edər ve onun iki hikməti, yəni irfan elmi ilə rasionallığı birləşdirən YEGANƏ müəllif olduğunu bildirir.
Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Əlǝmut" ("Qartal yuvası") qalasına aparılırmışdır.
O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan isti- fadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladığı məşhur “Şərh əl-İşarət” (Əbu Əli İbn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi❞.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülagü xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülagu xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
Tusi, 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiǝlərinin 7-ci imamı Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.
İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
Teref.azİki hikməti birləşdirən, İmamların yanında dəfn olunmuş -

Teref.az

Dünyapress TV

Xəbər lenti