Ardını oxu...
“Xanəndə gərək bütöv olsun. Həvəsin olmağı hər şey demək deyil. Dərs dediyim illərdə elə tələbələr olurdu ki, mənim dərslərimdə oturmaq istəyirdilər. İcazəsini alırdıq, oturub dinləyirdilər. Yalvar-xahişlə dərsimdə oturub, sonra gedib deyirdilər ki, mən Arifin tələbəsiyəm. Bax, buna dözə bilmirdim. Tələbə gərək 4-5 il həmin müəllimdən dərs alsın. Müəllimlik sənəti yaxşı sənətdir. Həm özün öyrənirsən, həm də öyrədirsən”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev deyib.

“Bir qızım həkim, digəri müəllimdir. Oğlum hüququ, iqtisadiyyatı bitirib. Onlar mənə çox yaxşı baxırlar. Amma həyat yoldaşım onlardan da yaxşı baxır. O evdə ki, qadın kişiyə yaxşı baxır, o kişi çox yaşayacaq. Amma yoldaşımı çox tərifləyə bilmərəm (gülür). Bir an olsun belə məni tək qoymur, gözümün qabağından getmir. 55 ildir ki, birlikdəyik. Gərək birinin sözü digərinin boğazından keçsin” deyə sənətkar bildirib.

Sənətkar Məcnun obrazından da danışıb.

“Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Flora Kərimova ilə “Leyli və Məcnun” tamaşasında oynamışam. Amma məni hər zaman Rübabənin Leylisi düşündürüb. Şamla söhbəti səhnəsində həqiqətən də ağlayırdı. İnsan axı ağlayanda səs kallayır. Onun səsinə bu təsir etmirdi. 30 il Məcnun oldum, sonra öz istəyimlə səhnədən ayrıldım. Hər şeyi dadında buraxmaq lazımdır. Mən indi heç oxumuram. İstəyirəm ki, tamaşaçılar məni əvvəl necə görüblərsə, onların yaddaşında da elə qalım” deyə sənətkar qalıb.
 
Ardını oxu...
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bir ildir ki, heç bir izahat vermədən mərhuç bəstəkar, xalq artisti Əlimusa Mirzəyevin adına olan torpaq sahəsinə arayış vermir...

Poliqon.info xəbər verir ki, belə bir iddia ilə vəkil Yusif Allahverdiyev çıxış edib.

Vəkil qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin 25 yanvar 2003-ci il tarixli fərmanına əsasən "Şöhrət” ordeni ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 31 yanvar tarixli, 2686 saylı Sərəncamına əsasən "Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının keçmiş üzvü, Respublikanın xalq artisti, professor, mərhum bəstəkar Mirzəyev Əlimusa Abdulla oğluna məxsus torpaq sahəsinə arayış verilməsinə dair müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən süründürməçiliklə, laqeyd şəkildə yanaşıldığından 2022-ci ilin fevral ayından bugünədək öz həllini tapmamışdır.

Vəkil bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5576 nömrəli bağ sahəsinin görkəmli bəstəkar mərhum Mirzəyev Əlimusa Abdulla oğluna məxsus olmasına dair arayışın verilməsi tələbi ilə vəkil Y. Allahverdiyev tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan qurum tamamilə əsassız şəkildə müraciətin icrasından yayınmaqdadır.

Qeyd olunan arayışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunsa da, cavabdeh tərəf öz qanunsuz hərəkətlərini bügünədək davam etdirməklə məhkəmə tərəfindən tələb olunan iş üzrə əhəmiyyət kəsb edən sənədlərin, mənfi və ya müsbət olmasında asılı olmayaraq tələb olunan mütəxəssis rəyinin təqdim edilməsini həyata keçirmir.

"Belə başa düşülür ki, Azərbaycan Respublikasının mədəniyyətinə olan qatqısı
Ardını oxu... və xidmətləri ölkə başçısı tərəfindən qiymətləndirilən mərhum Mirzəyev Əlimusa Abdulla oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin diqqətindən kənardadır və yaxud da qurumun başqa bir marağı var”, deyə vəkil Yusif Allahverdiyev bildirib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 29 yanvar 2022-ci il tarixində Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.
 
 
 
Ardını oxu...
“Mən bilmirdim ki, Şəfiqə bu qədər xəstədir! Bu kinoçuların ittifaqıdır, Şəfiqənin yox! Şəfiqəni bizə Fatma Abdullazadə kimi insanlar gətirib sırıyıb, çıxıb getdilər. Əslində bu ittifaqın kökündə Eldar Quliyev faktoru var idi, amma onun xəbəri də olmadan Şəfiqəni gətirib ora dürtdülər. Bizim ittifaqın rəsmi nizamnaməsi var. Bu nizamnamə rəsmi sənəddir. Bu sənəd Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, Prezident aparatına təqdim olunur. Onlar da Maliyyə Nazirliyinə təqdim edib, büdcədən bu təşkilat üçün pul ayırırlar. Jurnalistlər bu qadından həmin nizamnaməni ala bilmirlər, deyir ki, nizamnaməmiz yoxdur”.

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. Xalq artisti bildirib ki, Şəfiqə Məmmədova ittifaqın nizamnaməsini hamıdan gizlədir.

“Əgər nizamnamə yoxdursa, dövlət hansı əsasla sənə yer verib, büdcədən pul ayırıb, sənə möhür verə bilər?! Mən bütün jurnalistlərdən, müxbirlərdən xahiş edirəm ki, bu vəzifə xəstəsi olan, kəmsavad, əlifbanı axıra qədər bilməyən xanımdan nizamnaməni tələb etsinlər. O kinoya yad bir insandır. Bu yaşlı, qoca xanım çıxartsın nizamnaməni-rəsmi sənədi göstərsin. O nizamnamədə yazılıb ki, 5 ildən bir ittifaqda hesabatlar dinlənilməlidir, konfrans olmalıdır və sədr seçilməlidir. Bu qadın hələ də nizamnaməni ortaya qoya bilmir. Kinoya çəkilib, pulunu alıb çəkilmisən də. Sənin kinoya nə aidiyyatın var? Sən axı kino yaradıcısı deyilsən! Prezident büdcədən əlavə bütün ittifaqlara, həmçinin də kino ittifaqına yadım edir. Şəfiqə o yardımdan 5 manat da xəstə kino işçilərinə vermir. Elə bil ittifaq onun xüsusi sexidir. Çünki bu adam acdır, görməmişdir. Xalqın bütün təbəqələri bu dəqiqə Türkiyəyə kömək edir, yığdığı puldan 5-10 manat sən də xərclə də Şəfiqə! İmkanın yoxdur?! Niyə etməməlisən ki?! Bu insan mağar düşüncəsi ilə yaşayan qadındır” deyə xalq artisti bildirib.

Xalq artisti bildirib ki, bu söz-söhbətdən sonra Şəfiqə Məmmədova ilə heç cür əlaqə yarada bilmir.

“Hamıdan qaçır gizlənir, heç kəsə cavab vermir. O kimdir axı mənə batsın?! Mənə Allahdan başqa heç kim bata bilməz. Telefon götürmür, heç kimlə görüşmür. Mən onu bu dünyadan o dünyaya, o dünyadan bu dünyaya sürüyürəm. Bir cavab qaytarmır. Nə istəyir bu xanım bizdən?! Bilirsiniz ki, Kinematoqrafçılar İttifaqı “Azərtac”-ın keçmiş binasında, Nizami kinoteatrının yanında yerləşir. “Azərtac”-ın orada hökümət telefonu qalıbmış, hansısa yollarla o telefonu ələ keçirdib, otağında şkafa qoyub gizlədir. Qorxur ki, kino adamları gəlib həmin telefonla kiməsə dərdini, sərini deyər. Bu qadın xəstədir də, müalicə olunmalıdır. Mən respublikanın baş psixiatrına müraciət edirəm ki, onunla görüşüb, bizi bu Şəfiqə adlı bəladan, zəlzələdən, pandemiyadan, xəstəlikdən xilas etsin. Niyə əlaqədar orqanlar, dövlət strukturları indiyə qədər orada yoxlama aparmır?! Niyə qeyri-qanuni fəaliyyət göstərən bu idarə hələ də dövlət büdcəsindən maliyyələşir?! Hansı kinoya xidmət edir bu?!” deyə sənətkar bildirib.

Sənətkar Türkiyədəki zəlzələdən də danışıb.

“Bu böyük və dəhşətli bir faciədir. Allah elə bil ki, növbəti dəfə türk dünyasını silkələyib, ayağa qaldırır. Türk oğlu yatmamalıdır, daim at belində olmalıdır. Bunlar hamısı sınaqlardır. İnşallah Türkiyə bu dəfə də sınaqdan üzüağ çıxacaq. Türk belə şeylərdən nə sınan, nə qorxan, nə də çəkinən deyil” deyə o bildirib.
Ardını oxu...
Mədəniyyət Nazirliyinə tabe olan bölgə teatrlarında yanvar ayının maaşları hələki verilməyib.

DİA.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya teatrların özlərindən şikayət daxil olub. Bildirilib ki, fevral ayının ilk ongünlüyü olmasına baxmayarq hələ də ötən ayın maaşlarını almayıblar. Nazirliyə tabe olan qurumlarda əməkhaqqının gecikdirilməsinə səbəb rəhbərlikdəki kadr dəyişkliyi ilə əlaqələndirilir.

Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında gecikdirilən maaşların artıq verilməyə başlanıldığını deyib. Nazirlik rəsmisi əməkhaqqının gecikmə səbəbi barədə məlumat verməyib.

Qeyd edək ki, Mədəniyyət naziri vəzifəsini nazirin birinci müavini Adil Kərimli icra edir. O bu vəzifəyə ötən ilin dekabr ayında təyin olunub.
Ardını oxu...
"Möhtəşəm bir birlik nümayişidir bu. Ürəyinə sağlıq, mənim öz millətim".

Redaktor.az xəbər verir ki, bunu məşhur türk aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı paylaşımında yazıb.

“Belə bir birlik nümunəsi ancaq bu torpaqlara məxsusdur. Bütün bir ölkə, "buna AZƏRBAYCAN da daxil" zəlzələ bölgəsindəkilər qədər acı çəkir, ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməkdən utanırlar” - deyə aktyor qeyd edib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyə tarixin ən dəhşətli zəlzələlərindən birinin on minlərlə qurbanının ölüsünü-dirisini dağıntılar altında axtarmaqla məşğulkən, hətta qeyri-dost ölkələr düşmənçiliyi unudub yardıma tələsirkən, Fransanın “Charlie Hebdo” (“Gündəlik Çarli”) nəşri bu dəhşətli faciəni vəhşi bir gülüşlə qarşılayır. Fevralın 7-də jurnal “Türkiyədə zəlzələ” adlı karikatura dərc edərək, ona belə başlıqaltı qoyub: “Bizim heç tanklar göndərməyimizə də ehtiyac yoxdur”.
Ardını oxu...

Satirik dərginin iyrənc gülüşünü hətta Fransanın özündə əksəriyyət qəzəblə qarşılayib. Keçmiş polis, 2002-2011-ci illərdə iki dövlət başçısının cangüdəni işləmiş Aleksandr Boisson yazır: “Mənim həmkarım Frank Brinsolara sizi müdafiə etmək üçün həyatından keçib. Əgər sizin qələminiz yeni qurbanlara səbəb olacaqsa, nifrət yaratdığınız üçün məhkəmə qarşısında cavab verməli olacaqsınız”.

“Sizə terror hücumu olanda mən Parisdə idim, sizə dəstək nümayiş etdirərək, yürüşə qoşulmuşdum. Amma mənəviyyatsızlığınızı görəndə üzüldüm. Minlərlə insan dağıntılar altında hələ sağdır”, – türk əsilli fransız İgit Önger Twittet hesabında etirazını bildirib.

Fransalı politoloq Fransua Burqa isə Türkiyənin Anadolu agentliyinə belə bir şərh verib: “Bu, biabırçılıqdan başqa bir şey deyil”.

2015-ci ilin yanvarında Məhəmməd peyğəmbərin karikaturasını çəkdiyinə görə Kuaşi qardaşları “Charlie Hebdo”nun redaksiyasına basqın edəndə söz və ifadə azadlığının müdafiəçiləri “Biz hamımız Çarliyik” şüarı altında Paris küçələrinə tökülmüşdülər. Bir sıra ölkə liderləri əl-ələ verib yürüşün önündə gedirdilər.
Ardını oxu...
İndi onlar dəstək verdikləri şovinist nəşrin bu insanlıqdan kənar hərəkətini də müdafiə etmək üçün söz tapacaqlarmı? Avropanın, o cümlədən Fransanın nifrət yayan çıxışlara qarşı qanunvericiliyi bu aşkar “media vandalizmi” aktına görə nəşri cəzalandırmaq üçün tətbirq olunacaqmı? Karikatura onlayn-resurslardan sildiriləcəkmi?

Fransa siyasətinin illərdir körüklənən antitürk əhval-ruhiyyəsini nəzərə alsaq, bu suallara müsbət cavab vermək çətindir. Ancaq vicdan və mərhəmət hissini itirməmiş insanlar öz hökmlərini çıxarırlar. “Bu dəfə müdafiənizə qalxanlar çox olmayacaq, – deyə yerli oxuculardan biri redaksiyanı kəskin qınayır. – Siz artıq bütün hədləri keçmişiniz”.

Press Klub
 
Ardını oxu...
Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu dəyişə bilmir.. Təhsilimizin səviyyəsi ilə bağlı uzun-uzadı yazmaq üçün təhsil sahəsində ekspert olmağa ehtiyac yoxdur. Hətta sıravi vətəndaşlar da təhsil sahəsində baş verən problemlərdən xəbərdardır. Heç uzağa getməyək, bir neçə gün öncə məktəblərdən birinin qadın müəllimi az qala üsyan elədi. Belə ki, sən demə, məktəbin tualeti yoxdur. Şagirdlər, müəllimlər öz təbii tələbatlarını ödəmək üçün getməyə məkan tapmırlar. Xanım müəllimə, haqlı olaraq uşaqlara müraciət etdi ki, məktəbdə tualet olanadək dərsə gəlməyin. Və bu müraciəti sosial şəbəkədə paylaşdı. Bəlkə də son illər Azərbaycanda bu qədər izlənən xəbər olmamışdı. Və yazılan rəylər də dəhşətli idi. Doğrudan da, vəziyyət gör hara gəlib çatıb ki, məktəbin adi sanitar qovşağı, tualeti, el dilində desək subaşısı yoxdur. Bu etirazdan sonra nə baş verdi..? Müəlliməyə töhmət verdilər. Və sonra Elm və Təhsil Nazirliyinin rəhbərliyi həmin rayondakı məktəbə gedərək söz verdilər ki, yaxın zamanda məktəbdə tualet tikiləcək.
Görəsən, yaxın zaman deyəndə Təhsil Nazilriyi hansı vaxtı nəzərdə tuturdu..? Yaxşı, o vaxtadək bu uşaqlar və müəllim heyyəti özlərini rahatlamaq üçün hara getsin, bəs yazıq müəllimlər neyləsin..? Kişi müəllimlər harasa, divarın dibinə-zadına nəsə…bəs qadın müəllimlər..?
Bunu yazmaqda məqsədimiz odur ki, Azərbaycan təhsili, ölkə məktəbləri bərbad, biabırçı durumdadır..? Onda sual olunur ki, bəs dövlətin məktəblərə ayırdığı milyonlar kimlərin cibinə gedir..? Bir tualet tikdirmək bu qədərmi bahadır..? Nə isə, əsas və konkret mövzumuzdan yayınmayaq.
Söhbət Füzuli təhsilindən, daha doğrusu, Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovadan gedir. Yeri gəlmişkən, Ramella Məmmədovadan öncə Füzuli Təhsil Şöbəsində 400 min manatlıq yeyinti olmuşdu, ona görə sabiq müdir vəzifəsindən uzaqlaşdırıldı və onu Ramella Məmmədova əvəz elədi. Hamı düşünürdü ki, yəqin ki, Füzuli təhsilində müsbət dəyişikliklər olacaq. Amma atalar demiş, sən saydığını say, gör, Ramella nə sayır… Ramella hər şeydən öncə məktəblərin həyətyanı sahəsində otlayan qoyunları, quzuları, inəkləri, danaları və s sayır. Oxucular düşünə bilər ki, biz zarafat edirik, məgər məktəb örüş yeridir..?
Bəli, biz əbəs yerə yazmadıq. Ramella Məmmədova üçün məktəb təkcə örüş sahəsi deyil, həm də, rüşvət və korrupsiya bostanıdır. Belə ki, Ramella Məmmədovanın tabeçiliyində olan məktəb sahələrində qoyun-quzu, inək-buzov sürüsü otlayır. Və Ramella da bunun əvəzində hər ay məktəb direktorlarından pul alır. Həə, az qala onu unutmuşduq. Ki, Ramella müdir olan kimi açıq şəkildə deyib ki, qohumum 200 min manat verib məni bu vəzifəyə gətirib, mən pulumu tez bir zamanda çıxartmalıyam. Bəli, Ramellanın tabeçiliyində olan bəzi məktəblərdə tualet yoxdur. Ramella məktəb direktorlarına deyib ki, məktəbdə pullu tualet tikdirin, gündə bir dəfə getmək pulsuz, iknci dəfə pullu olsun, yəni limit qoyun.
İndi gördünüzmü, Ramella Məmmədova qohumunun verdiyi 200 min manatı necə çıxartmaq istəyir..? Ramellanın tabeçiliyində olan 82 məktəbdən uzun-uzadı bəhs etmək istəmirik. Çünki çox vaxt aparar. Bizdən əvvəl Azərbaycan mediasında yuxarıda qeyd olunanları və indiki fikirləri, yəni Ramella Məmmədovanın məktəb direktorlarından hər ay yığdığı pul, satdığı idman avadanlıqları, keçirdiyi saxta tenderlər, aldığı “otkat” barədə yazılıb. Keçək konkret olaraq Ramella Məmmədovanın diplom məsələsinə.
Bəli, barəsində bu qədər yazılmasına baxmayaraq Ramella Məmmədova bu günədək nə üçün diplomunu çıxardıb ortaya qoymur ki, bilək ki, onun diplomunun rəngi necədir..? Biz hətta Füzuli Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Alı müəllimə də deyirik ki, Ramellanı çağırın diplomunu bircə dəfə göstərsin və məsələ bitsin. Ramella Məmədovanın ən həssas yerlərindən biri də atasının adıdır. Media qurumları nə qədər təkid eləsə də Ramella Məmmədova atasının həqiqi adını demək istəmir. Biz hətta Ramella xanıma Şaumyanı gordan-gora təzsin, Şaumyanın goruna mıx çalaq, Şaumyanın goruna and vermişdik ki, bəlkə atasının adını açıqlaya…
Oxucular düşünə bilər ki, erməni Şaumyanın Ramellaya nə dəxli ola bilər..? Ağlınıza qara-qura fikirlər gəlməsin. Sadəcə, Ramella Məmmədova cavan çağlarında Şaumyan sevdalısı olub. İndi nə qədər qocalsa da, hər gecə yuxuda Şaumyanı görür. Yuxunun yozması sizdən, hörmətli oxucular. //gundelik-baku.com//
Ardını oxu...
TEREF.AZ yazır ki, 7 fevral 1940-cı ildə Hatti MakDaniel Oskar qazanan ilk qaradərili aktrisa oldu. Hatti heykəlciyi "Küləklərin apardığı" filmində ikinci planda qadın roluna (Mammy) görə layiq görülüb. Heç kim belə bir zəfər gözləmirdi, çünki iki ay əvvəl aktrisanı "Küləklərin apardığı" filminin premyerasına belə buraxmadılar: o və digər qaradərili aktyorlar dəvətlilər siyahısından silindi. Clark Geyble McDaniel-ə qarşı olan bu haqsızlığa qarşı mübarizə apardı və premyeranı boykot etməklə hədələdi, lakin aktrisa onu qalmaqal etməməyə inandırdı.
Hatti 1895-ci ildə keçmiş qul ailəsində anadan olub. Uşaqlıqdan səhnədədir: atası uşaqları ilə birlikdə çıxış etdiyi bir şou təşkil etdi.1920-ci illərin əvvəllərində Hatti qaradərili musiqiçilər ansamblında oxumağa başladı və sonra onu Denver radiosunda mahnılarını ifa etməyə dəvət etdilər. O, Amerika radiosunda mahnılarını ifa edən ilk qaradərili müğənni idi. 1930-cu illərin əvvəllərində MakDaniel 30 filmdə çəkilib. “Küləklərin apardığı" filminin çəkilişləri başlayanda Hatti artıq Hollivudda kifayət qədər tanınmış və axtarılan aktrisa idi. O, Clark Gable ilə dost idi və onun tövsiyəsi ilə Mammy rolunu aldı, baxmayaraq ki, rəqiblərinin sayı Scarlett roluna iddiaçılardan az deyildi.
Deyilənə görə, hətta Eleanor Ruzvelt də bu rolda qulluqçusununin çəkilmək istəyi ilə rejissora müraciət etdi, lakin MakDaniel buna baxmayaraq Mammy oldu.
Şəkildə əfsanəvi filmdən kadr və kubokla Hatti göstərilir. Yeri gəlmişkən, MakDaniel 300-dən çox filmdə rol alıb, lakin onların əksəriyyətində onun adı hətta kreditlərdə göstərilməyib.
Ardını oxu...
Teref.az
 
Ardını oxu...
İqlimşünaslar belə nəticəyə gəliblər ki, ilk vahid Şumer dövləti olan Akkad İmperiyası 4200 il əvvəl şəhərləri su ehtiyatlarından tamamilə məhrum edən güclü quraqlıq və qum fırtınaları səbəbindən qəfil dağılıb.
İngiltərənin Oksford Universitetindən Stacy Carolin və komanda; ABŞ Milli Elmlər Akademiyasının nəşr etdiyi PNAS jurnalında dostlarının dərc etdiyi məqalədə aşağıdakı ifadələr yer alıb:
“O zaman biz çoxdan şübhələnirdik ki, iqlim fəlakəti eyni vaxtda təkcə şumerləri deyil, həm də qədim Hindistan və Misir sivilizasiyalarını məhv edib. Ancaq Qırmızı dəniz sahillərində və Oman körfəzində tapdığımız bəzi ziddiyyətli qalıqlardan başqa, buna dair başqa sübutumuz yox idi”.
Ardını oxu...
Kral Sarqonun Mesopotamiyada Şumer şəhərlərini birləşdirərək qurduğu güclü məmur mexanizmi ilə idarə olunan Akkad İmperiyası, dövrünün ən güclü 'super dövlətlərindən' biri sayılsa da, qurulduqdan cəmi 200 il sonra dağıldı. . Paytaxt Akkad şəhəri izsiz yoxa çıxıb.
Bu parçalanmanın səbəbləri uzun müddətdir tarixçilər arasında mübahisə mövzusudur.
Bəzi tədqiqatçılar Mesopotamiyadakı köhnə nizamın tərəfdarlarının mərkəzi hökumətdən kifayətlənmədiyini düşünərək Sarqon və onun övladlarına qarşı müharibə elan etdikləri halda,
başqa bir hissəsi bu qüdrətli dövlətin süqutunu köçəri qutiların basqınları ilə əlaqələndirir.

İqlim Dəyişikliklərinin Səbəb Olduğu Quraqlıq Akkad İmperiyasının Sonunu Hazırladı
Ancaq bir müddət əvvəl bəzi tarixçilər, iqlimşünaslar və geoloqlar Şumer sivilizasiyasının fəlakətinin insanın əlində olmadığını iddia edirdilər. Bunun iqlim şəraiti ilə bağlı olduğunu dilə gətirməyə başladı. Çünki həmin bölgənin qonşusu olan Suriyada aparılan qazıntılar eramızdan əvvəl 2200-cü illərdə Yaxın Şərqdə güclü quraqlıq dalğasının başladığına və faktiki olaraq bütün böyük şəhərləri yerlə yeksan etdiyinə dair güclü ipuçları verdi.

İranın şimalındakı Dəmavend şəhəri yaxınlığındakı mağarada son 5000 il ərzində əmələ gələn stalaktitləri araşdıran Kerolin və onun komandası quraqlığın həqiqətən də imperiyanın məhvinə səbəb olduğuna dair birbaşa dəlillər tapdılar.
Ardını oxu...
Çünki mağara Akkad İmperiyasının şimal bölgələrinin yaxınlığında yerləşirdi, tədqiqatçılar
O, səltənətinin dağılması ilə üst-üstə düşən iqlim şəraitini aydın şəkildə bərpa etdi. Məlum olub ki, Mesopotamiyanın ilk “super dövlətini” məhv edən faktor həqiqətən də iqlim olub.

Çünki tədqiqatçılar; O, 4,26 min il əvvəl stalaktitlərin böyüməsinin kəskin şəkildə yavaşladığını və yağıntıların səviyyəsinin kəskin şəkildə azaldığını aşkar etdi.

Araşdırmalara görə, böyük quraqlıq 300 ildən çox davam edib və onun sonu Mesopotamiyanın yenidən doğulması və Babilin yaranması ilə eyni vaxta təsadüf edib.
Beyinsiz Çocuq
Teref.az
 
Ardını oxu...
Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov 77 yaşında vəfat edib.
Bu barədə tanınmış teleaparıcı Hacı Nuran məlumat verib.

O, sənətkarın ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil alıb. İlk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamıq məktəbində alıb. Sonra o Stroqanov Rəssamlıq məktəbində və 1969-1975-ci illərdə Moskva poliqrafiya institutunda öz təhsilini davam etdirdi. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri – Nardaran, Buzovna, Zağulba, Maştağa, Mardakan və başqaları buna misal ola bilər.

1987-ci ildə Fərhad Xəlilov Azərbaycanın rəssamlarının İttifaqının sədri seçilmiş, bu yaradıcılıq birliyinə rəhbərlik edir. Rəssamın əsərləri dəfələrlə qoyulurdu necə keçmiş SSRİ ölkələrində, Avropada, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilib. 2006-cı ildə Azərbaycanın xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şöhrət" və "Şərəf" ordeniylə mükafatlandırılıb.

Aııah rəhmət eləsin!
 
 
 
Посмотреть эту публикацию в Instagram

Публикация от Haci Nuran official (@hacinuran)

 
 

Dünyapress TV

Xəbər lenti