Ardını oxu...
“Baharın on yeddi anı” filminin aktrisası Natalya Drojjinanın halı həbs olunma ehtimalı fonunda pisləşib.

75 yaşlı rusiyalı aktrisa nəfəs darlığı və tez yorulmaq şikayətləri ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər ona ürəyin işemik xəstəliyi və yüksək qan təzyiqi, həmçinin yuxu arteriya sindromu diaqnozu qoyublar. Hazırda qan təhlillərinin nəticələri gözlənilir, bundan sonra onun müalicəsi davam edəcək.

Son zamanlar Drojjina həmkarı Aleksey Batalovun mirası ilə bağlı qalmaqal fonunda stres yaşayır. 2023-cü ilin mayında o, aktyorun ailəsinin əmlakını oğurlamaqda təqsirli bilinib; Drojjina 4 il şərti cəza, əri Mixail Sivin isə 5 il həbs cəzası alıb.

Müstəntiqlərin fikrincə, Drojjina və əri mərhum aktyor Batalovun dul arvadının və qızının etibarını qazanaraq 2019-2020-ci illər ərzində cari hesablarından 20 milyon rubldan (təqribən 340 min manat) çox pul çıxarıblar. Batalovun Moskvanın mərkəzindəki mənzili və başqa bir mənzildəki payı da onların mülkiyyətinə çevrilib. Ümumi zərər 57 milyon rubldan (968 min manat) çoxdur.

Aleksey Batalovun dul arvadı Qitana Leontenko Drojjinanın real cəzaya məhkum olması üçün mübarizə aparır.


Qeyd edək ki, sovet və Rusiya kino aktrisası, Rusiyanın əməkdar artisti Natalya Drojjina “Baharın on yeddi anı” filmində ofisiant rolu ilə tanınıb. Bundan başqa o, “İnterqız”, “Böyük bacı”, “Balzaminovun evliliyi”, “Başsız atlı” və sair filmlərdə də rol alıb.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Novıye İzvestiya
 
Ardını oxu...
“Heç kimin bizi qınamağa haqqı yoxdur. Xocalı faciəsində düşmənlərin bizim vətəndaşlarımıza necə zülmlər, işgəncələr verdiyini bütün dünya bilir. Amma görün biz nə etdik? Onların bizim əzəli torpaqlarımızdan rahat çıxmağına şərait yaratdıq. Hətta qocalarına, arvad-uşaqlarına ürəyimiz ağrıdı. Bizim mülki əhali ilə işimiz yoxdur. Yaxşı olardıkı bizim humanistliyimizi bütün dünya görsün. Yaxşını gözü götürməyən çox olar. Hər zaman pisin tərəfini saxlamaq ən asan məsələdir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O daha sonra əlavə edib.

“Bilirsiniz ki, Alim müəllimlə bütün dünya ölkələrinə səfərlərimiz, orada çıxışlarımız olur. Təbii ki, iştirak edəcəyimiz konsertin proqramını öncədən bizə verirlər və biz proqramla tanış oluruq. Elə konsert olub ki, proqrama sonradan üzdəniraq ermənilər də əlavə edilib. Alim müəllim həmin an qərar verərək, konsert proqramından adımızı çıxarıb və belə bir şeyin heç vaxt mümkün olmayacağını bildirib. Belə hallarla çox üz-üzə qalmamışıq. Çünki xarici ölkələrdə məsuliyyətli menecerlərlə çalışmışıq. Onlar da işlərini çox gözəl görüblər” deyə əməkdar artist bildirib.

Fərqanə Qasımova konsertdən öncə özünün də, atasının da həyəcanlı olduğunu bildirib.

“Səhnədə biz özümüz də tamaşaçı oluruq. Bütün insanlar kimi gözləyirik ki, görək nə oxuyacağıq?! Çünki planlaşdırılmış ifalar çox vaxt olmur. Bəzən improvizə edirik. Alim müəllim də, mən də hər konsertdən öncə böyük həyəcan yaşayırıq. Sanki imtahan veririk. Konsertdən sonra Alim müəllim anama zəng edib, öz təəssüratlarını bölüşür” deyə sənətkarın qızı deyib.
 
Ardını oxu...
Azərbaycanda araşdırma ehtiyacını yox edən milli və kütləvi bir klişe var: "Çox dərinə getmə!"
Dəfələrlə yazı və çıxışlarıma irad tutulub; çox dərinə gedirsən, yorursan adamı.
Bir dəfə zəhləmgetmiş tədbirbazlıq ayinlərinin birində seçilmiş qurban olaraq millilik və dünyəvilik mövzusunda danışırdım. Mövzuya ən yaxın tarixdən qoca Da Vinçi ilə gənc Mikelancelonun arasındakı konfliktin səbəblərindən başlamışdım ki, ön sırada oturan xarizması müdrik, özü cahil ağsaqqal bir yazıçımız ayağa qalxıb zalı nümayişkar şəkildə tərk etdi.
Tədbirin sonunda yaxnlaşdı ki, bilirsən, niyə qulaq asmadım sənə, çünki çox dərinə gedirsən, yorursan adamı. Da Vinçi ilə Mikelancelonun süpürləşməsindən mənə nə?
Yenə də cavabımı gözləməyib çıxıb getdi.
Dünən yenə də bu "dərinə getmə" azarımın qınağı ilə üzləşdim. Jurnalist xanım sual verir ki, sizcə, Azərbaycanda ailə institutunun dağılmasının səbəbi nədir?
Etiraf edim ki, bu dəfə həqiqətən ağ elədim, nə az, nə çox, tarixin düz 6 min il dərinliyinə getdim.
Cavabıma Mis dövründən başladım ki, bəs misin kəşfindən sonra metal silahlarla silahlanan kişilər dünyanı işğal etdilər, matriarxal dövrə son qoydular, qadınları əsir götürdülər. Və altı min ildir ki, qadınlar dünyada kişilərin əsiri olduqlarını düşünürlər, bu əsirlikdən qurtulmağın yollarını axtarırlar. Bunun isə bir yolu var; azadlıq istəyən qadın önünü kəsən kişini öldürməlidir! Həm də fiziki mənada öldürməlidir.
Qadın önündəki kişi səddini aşmalıdır ki, azad mühitə çıxıb özünü təsdiq edə bilsin. Önündəki kişi də kimdir? Əksər hallarda həyat yoldaşı. Hətta bir xeyli qadın bu kişi səddini aşıb azadlığa çıxmaq üçün hər hansı bir kişini bəri başdan "həyat yoldaşı" adı altında özünə qurban seçib onunla müvəqqəti izdivaca girir. Qurbanvermə anı yaxınlaşanda qadın üçün hər şey bəhanə ola bilər.
Məsələn, ən yayğın olan bəhanələrdən birini deyim: diqqətsizlik!
Hər gecə eyni yataqda yatan cütlük diqqətsizlikdən necə şikayət edə bilər? On santimetr var komutanla aranda, bəzən heç o da olmur.
Dərinə getməsən heç bir zaman bu diqqətsizlik bəhanəsinin kökünün "məbəd fahişəliyindən" gəldiyini öyrənə bilməyəcəksən. Diqqət cəlb etmək və bu alınmadıqda məyus olmaq ailəyə soxulmuş qədim peşə instinktidir.
"Gilqamış" dastanını oxuyanlar bilir, özünü "ən yaxşı fahişə" adlandıran tanrıça İnanna kral Gilqamışa eşq elan edir. Gilqamış isə işim-gücüm var deyib tanrıçanı rədd edir. Tanrıça İnanna bunun qisasını almaq, Gilqamışı öldürmək üçün bütün Ziggurat tanrılarını onun üstünə qaldırır.
Günümüzdəki bütün məsələlərinin şifrələri özümüzü yormaq istəmədiyimiz dərinlikdə aydın göstərilib. Əksinə, onlar səthi qatda bulanıqdır.
Açıq cəmiyyət dəyərlərinə sahibləndikcə ailədaxili ölüm-dirim mübarizəsi də açıq müstəviyə çıxır; qadın öz azadlığı uğrunda önündəki kişini öldürmək istəyir, kişi hakimiyyəti əldən verməmək üçün müqavimət göstərir. Müharibə meydanı isə ailədir.
Və bu proses müddətindən asılı olmayaraq tamamilə fiziki, bioloji inkstinktlərlə idarə olunur. Azadlıq və hakimiyyət istəyən vəhşiləşməlidir!
Bu yerdə yenicə mis dövründən tunc dövrünə keçid etmək istəyirdim ki, xanım jurnalist sözümü kəsdi: müəllim, çox dərinə gedirsiniz e, sözün açığı, yorursunuz adamı...

Aqşin YENİSEY - DİA.AZ
 
Ardını oxu...
Gənclərimiz sürətlə gürcüləşdirilir, öz keçmişindən, tarixindən, mədəniyyətindən uzaq salınır

Ötən nömrəmizdə Gürcüstandakı soydaşlarımızın İran molla rejiminin və qatı radikalizmlə bəzədilmiş, din donuna bürünmüş xürafatın mürudlərinə çevrilməsindən danışmışdıq. Onu qeyd etmişdik ki, Gürcüstan hökumətinin də qəribə “səssiz” yanaşması (daha çox bu səssizlik razılığa oxşayır) ilə proses təhlükəli həddə çatmaqdadır.

Maraqlıdır ki, Avropa ölkəsi olmaq yönündə irəliləyən Gürcüstan, öz öhdəliyinə əməl etməyərək, Ahıska türklərinin qayıdışına əngəl olur, sanki bu tarixi zərurətin fəryadını “qulaqardına vurur”, insan hüquqlarının təmin olunması labüdlüyü qarşısında özünü “gözməməzliyə” vurur, amma azərbaycanlıların milli kimlik duyğularına “zəhər” təsiri göstərən dini xürafata qapılarını “taybatay” açır.

Xatırladaq ki, bir neçə il öncə Gürcüstandakı azərbaycandilli məktəblərin bağlanması məsələsi ilə bağlı bir qrup gənc ölkənin baş nazirinə açıq məktub ünvanlamışdı. Məktubda Azərbaycan məktəblərinin bağlanması məsələsinə etiraz edilmiş, orta məktəblərdə azərbaycan dilinin hər gün tədris olunması xahiş yox, tələb kimi qoyulmuşdu.

Azərbaycan məktəblərinə dogma münasibət Gürcüstan hökumətinin öz azərbaycanlı vətəndaşlarının cəmiyyətə inteqrasiyasına müsbət təsir edərdi. Əlbəttə, əgər pərdəarxasında assimilyasiya planı yoxdursa. Gəlin statistikaya nəzər salaq: 2008-2009-cu illərdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayı 124 idisə, 2017-2018-ci illərdə bu say 82-yə düşdü (sektor məktəblər xaric), 2026-2027-cı illərdə isə Azərbaycan məktəblərinin sayının 40-dək azalacağı ehtimal olunur...

Məlumat üçün bildirək ki, Gürcüstanda orta təhsil 12 ildir. Ölkədəki bütün təhsil ocaqlarında bu müddət ərzində hər gün gürcü dili tədris edilir, dərs saatları 15-20 il bundan əvvəlki şəraitlə müqayisə olunacaq dərəcədə artırılıb. Dövlət 1-ci sinfə gedən bütün şagirdlərə, şəhərdə, ucqar kənddə yaşamasından asılı olmayaraq, netbook verir. Amma bu kompüter şagirdlərə “Facebook”-da qeydiyyatdan keçib, şəkillər yükləyib “like”ları saymaq üçün verilmir. Kompüterdə gürcü, ingilis, riyaziyyat, rəsm və s. fənləri daha dərindən və daha asanlıqla mənimsəmək üçün xüsusi proqramlar yüklənib.

Sovet İttifaqı dağılandan sonra ölkədə iqtisadi, sosial, siyasi böhran yaşanırdı, dərsliklər bir nəfərə çatanda digərlərinə verilmirdi. İndi isə dərsliklər pulsuz paylanılır, azərbaycan dilində tədris olunan fənlərlə (tarix, coğrafiya, riyaziyyat və s.) bağlı dərsliklərin 30 %-i gürcü dilindədir. Yəni şagird 12 il ərzində gürcü dilini dövlət dili kimi öyrənir, üstəlik azərbaycan dilində öyrəndiyi digər dərsliklərin 30 %-i gürcü dilindədir (tarix, coğrafiya, riyaziyyat və s. dərsliklər sırf azərbaycan dilində deyil, gürcü dilində qısa xülasəsi də verilib). Bir sözlə, Gürcüstanın aborigen əhalisi olan Azərbaycan türkləri öz tarixini, keçmişini, mədəniyyətini gürcü dilində öyrənir. Əlbəttə, o da təhrif olunmuş şəkildə.

Azərbaycan məktəblərində ən narahatedici məsələlərdən biri kadr çatışmazlığıdır. Belə ki, bü gün riyaziyyat, fizika, kimya, azərbaycan dili və ədəbiyyatı və s. fənləri azərbaycan dilində tədris edən kadrların əksəriyyəti yaşlı insanlardır. Bu yaşlı müəllimlər 90-cı illərdə aylarla maaş almadıqlarına baxmayaraq (aldıqları bir aylıq maaşa bir çörək almaq mümkün idi), məktəbdə təhsil-tədris prosesini dayandırmamışdılar, bütün çətinliklərə rəğmən fədakarcasına elin-obanın çətin günlərində azərbaycanlı övladlarımızın təhsil almasına çalışmış, məktəbdən ayrılmamışdılar.

Bəla burasındadır ki, gürcüstanlı soydaşlarımızın verdikləri məlumatlara görə, bəzi valideynlər övladlarını bilərəkdən gürcü məktəblərinə qoyurlar. Onlar düşünürlər ki, belə olan halda gələcəkdə övladlarının iş tapması daha asan olacaq.

Deyəsən, Azərbaycanın içində rus dilinə qarşı özünü yarımçıq, natamam hiss etmə kompleksi Gürcüstandakı soydaşlarımızdan da yan keçməyib. Ancaq təcrübə onu göstərir ki, gürcü məktəbində təhsil alan azərbaycanlıların çoxu məktəbi bitirdikdən sonra nə gürcü dilində normal danışa bilir, nə də elm öyrənirlər (istisnalar var, amma əksəriyyətdə vəziyyət bərbaddır). Valideynlər özləri gürcü dilində bilmədikləri üçün gürcü məktəblərində təhsil alan övladlarının təhsili ilə məktəbdən sonra məşğul ola bilmirlər, kitabda yazılanları övladlarına anlada bilmirlər, müəllimlərin verdiyi tapşırıqların həllində övladlarına yardımçı ola bilmirlər. Valideynlər düşünmürlər ki, Azərbaycan məktəblərini bitirənlərin də öz üstünlükləri var. Çünki bu gün Gürcüstana ən çox investisiya qoyan şirkətlərin əksəriyyəti Türk və Azərbaycan şirkətləridir və həmin şirkətlərdə əsas tələblərdən biri də Azərbaycan və Türk dillərində səlis, qrammatik, səhvsiz yazıb və danışmaq əsas şərtlərdən biridir. Azərbaycan məktəbini bitirənlər bir neçə dildə səlis danışmaqla, iş tapmaqda daha çox üstünlüklərə malik olacaq.

Gələk Gürcüstan hökumətinin qərəzli təhsil siyasətinə. Gürcüstanın “qayğıkeş” təhsil nazirliyi etnik azlıqlar üçün orta məktəblərdə gürcü dilini daha yaxşı öyrənmək üçün başqa bir yol da fikirləşib. Xüsusi treyninq keçmiş, gürcü dili müəllimləri orta məktəblərə gürcü dili tədrisini təkmilləşdirmək üçün göndərilir (həmin müəllimlər adi müəllimlərlə müqayisədə yüksək maaşla da təmin edilir).

Maraqlıdır ki, 12 il ərzində gürcü dilininin tədrisinə və dərs saatlarının artırılmasına, dərsliklərin 30 %-nin gürcü dilində olmasına, xüsusi treyninq keçmiş müəllimlərin səyinə baxmayaraq yenə də gürcü dilini öyrənə bilməyən abituriyentlər üçün qayğıkeş dövlət “1+4” proqramını fikirləşib hazırladı. Yəni tələbə 1 il müddətində yalnız gürcü dilini öyrənir, ardınca bakalavr pilləsində təhsilini digər gürcü tələbələrlə eyni masa arxasında, eyni auditoriyada davam etdirir. “SOCAR Gürcüstan” da tək bakalavr pilləsində 4 il ərzində oxuyanların deyil, hazırlıqda oxuyanların da təhsil haqqını ödəyir. Əslində çox böyük köməklikdir, Gürcüstanda sosial vəziyyəti çətin olan, bununla belə övladını ali təhsilli görmək istəyən, ancaq təhsil haqqını ödəməyə imkanı olmayan ailələr və belə ailələrdə savadlı, potensial gənclər də çoxdur.

Yeri gəlmişkən, SOCAR bu xeyirxah əmələ imza atırsa, Gürcüstandan Azərbaycana təhsil almaq üçün gəlmək istəyən tələbələri maliyyələşdirməni də öz-üzərinə götürə bilər ki, bu da Gürcüstanda axsayan azərbaycandilli ali təhsili müəyyən qədər kompensasiya edə bilər. Bu məqsədlə Azərbaycan dövləti tərəfindən Gürcüstanda tətbiq olunmaq üçün təhsil konsepsiyası hazırlanmalıdır.

Hazırda Gürcüstan dövlətinin bu səylərinin “parlaq” nəticələri var. Belə ki, gürcü dilini gürcüdən də gözəl bilən, imtahanlarda gürcüdən də yaxşı nəticə əldə edən gənclərimiz var, gürcü dilində danışanların sayı gənclər arasında ilbəil artır. Amma gürcü cəmiyyətinə inteqrasiya baxımdan gürcü dilinə vaqif olmaq vacib olsa da, milli kimliyin qorunması baxımından Azərbaycan məktəblərinin saxlanılması, ana dilində təhsil hava-su qədər vacibdir. Fədəkar ziyalımız Həsən bəy Zərdabi demişkən: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir".

Öz dilimizi qoruya bilməsək, gürcüdilli azərbaycanlıya dönüşün ardınca düşüncənin gürcüləşməsi baş verəcək. Çünki öz dilinin itirməyin əvəzində hansı dilin hökmünə düşürsənsə, o dildə düşünürsən, anlamlarına o dil hakim olur, milli dediyin dəyərlər yadlaşır, addım-addım özündən uzaqlaşırsan. Dilinə, tarixinə özgələşən hər bir kəs ölümə məhkumdur.

Gürcüdilli elm, bilik, savadla silahlanıb, kimliyini itirmək çıxş yolu deyil. Aborigen əhali olmağmıza baxmayaraq bu ögey münasibət sovet Ermənistanında da bizə rəva görülüb. İndi qarşılaşdığımız ögeyliyin Ermənistandakından fərqi odur ki, geosiyasi durum dəyişib və Gürcüstan bizə nəyisə diqtə edəcək vəziyyətdə deyil.

Azərbaycan məktəblərində kadr çatışmamazlığını həll etməyin bir sıra yolları var. Qeyd etdiyimiz kimi, bir variant azərbaycandilli orta məktəblərin Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsidir. Həmçinin, Gürcüstanlı məzunların Azərbaycan ali məktəblərində ödənişsiz əsaslarla təhsil almasını təmin etmək olar. 20-30 il əvvəlki kimi. 20-30 il əvvəl Borçalıdan Bakıya ali təhsil almağa gələn gənclərimiz ödənişsiz təhsil ala bilirdilər, indi isə onlar da “əcnəbi” çətiri altında nə qədər yüksək bal toplasalar da, pullu təhsil almağa məcbur edilirlər. Zənnimizcə, soydaşlarımızın Bakı ilə elm-təhsil bağlarının qırırlmasında bu amil də rol oynayır. “SOCAR Gürcüstan”ın fəal olmalı olduğu daha bir seqment də burdadır. Ölkənin milli sərvəti olan netf-qaz sahəsini idarə edən bu dövlət şirkəti Borçalıdan olan soydaşlarımzın milli kimlik mücadiləsinə bu cəhətdən mütləq töhfə verməlidir. Yəni tələbələr Azərbaycanın maliyyə dəstəyi ilə Qazax və ya Bakıda təhsil alıb, yenidən Gürcüstana qayıtmalıdırlar.

Amma bu versiyanın bir əmması da var - həmin tələbələr 4-6 il Gürcüstandan uzaqda gürcü dilində bildiklərini də unudacaqlar, geri Gürcüstana qayıtdıqdan sonra gürcü dilini bilmədikləri üçün yeni problemlərlə qarşılaşacaqlar. Bu səbəbdən, ən optimal variant Azərbaycandilli məktəblərin Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsidir. Azərbaycan dövləti 30 il əvvəlki durumda deyil, indi çox dəyişib və dəyişməyə doğru da gedir. Azərbaycan dövləti Fransada bizə tam yad bir kilsənin təmirinə vəsait ayıra bilirsə, Ukraynanın İpren şəhərində xəstəxana inşasına külli miqdarda vəsait ayrılırsa, Fələstində məktəb tikə bilirsə, böyründəki qonşusunda əz qanından olanların assimilyasiyasının qarşısın almaqdan ötrü də maliyyə ayıra bilər. Xüsusilə də ona görə ki, bu Azərbaycanın milli təhlükəsizlik məsələsidir.

Azərbaycan məktəblərində kadr çatışmamazlığını həll etmək üçün təklif olunan variantlardan biri Gürcüstanda hansısa bir dövlət universitetinin nəzdində kiçik bir bölüm və ya departamentin yaradılmasıdır, ancaq bu effektiv nəticə verməyəcək və problemi köklü həll etməyəcək. Deməli, yeganə yol Gürcüstanda tez zamanda milli məktəblərimizin Azərbaycan vəsaiti hesabına ayaqda saxlanılması, üstəlik də Azərbaycan-Gürcüstan müştərək universitetinin əsasının qoyulmasına nail olmaqdır. Yalnız Azərbaycan dövlətinin dəstəyi ilə bunu reallaşdırmaq olar.

Gürcüstanda əsası qoyulmuş Azərbaycan pedaqoji universitetində isə tələbələr 4 il ərzində ixtisas fənlərini azərbaycan dilində öyrənməklə yanaşı, gürcü dilini də öyrənəcəklər. Tələbələri Azərbaycana göndərmək əvəzinə, Azərbaycandan müəllimləri Gürcüstana dərs deməyə dəvət etmək daha məqsədəuyğun olacaq.

Bu gün ən çox diqqət yetiriləsi məsələ odur ki, Gürcüstanda Azərbaycan məktəblərinin sayı azaldığından ana dili ölmək üzrədir, kadr çatışmamazlığı ucbatından bu problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq. İndidən həyacan təbilini çalmaq və hərəkətə keçmək mütləqdir.

Prezident İlham Əliyevin deyimi ilə desək, Azərbaycan bütün düynadakı soydalarımızın vətənidir, Prezident isə bütün azərbaycanlıların prezidentidir. Deməli, dünyanın istənilən ölkəsindəki soydaşımız üçün Azərbaycanda təhsil və digər haqlar pulsuz təmin olunmalı, əlçatan olmalı, dövlətimiz isə dünyanın istənilən nöqtəsindəki azərbaycanlının himayədarı kimi özünü göstərməlidir.

Ülviyyə ŞÜKÜROVA,

Hurriyyet.az
Ardını oxu...
Son çağlar Azərbaycanın ilk xalq artistinin erməni kökənli Ovanes Abelyan olduğu vurğulanır. Bu, yanlış bilgidir. Viki-ensiklopediya ilk xalq artistimizin ünlü tar ifaçısı Qurban Primovun olduğunu doğrulayır. Sözügedən fəxri adın 1928-ci ildə təsis edildiyi, ilk mükafatçısının Qurban Primov olduğu qaynaqlardan bəlli edir. Ovanes Abelyan və Hacağa Abbasov isə 1932-ci ildə “xalq artisti” adına layiq görülüblər. Onu da vurğulayaq ki, Abelyan 1925-ci ildə Ermənistan SSR-in xalq artisti adını alıb.
Onu da vurğulayaq ki, Qurban Primov 1880-ci ilin oktyabrında Ağdamın Abdal (Abdal Gülablı) kəndində doğulub, 1965-ci ilin avqustunda 85 yaşına 2 ay qalmış dünyasını dəyişib; Fəxri Xiyabanda uyuyur. Ruhu şad olsun!
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
Türkiyənin Kapadokya bölgəsindəki Derinkuyu yeraltı kompleksi yalnız 1970-ci illərdə isveçrəli araşdırmaçı və yazıçı Erich von Dänikenin "Tanrıların Qızılı" əsərində onu dünyaya tanıdarkən məlum olsa da, Derinkuyu uzun müddətdir ki, xüsusilə də öz ölkəsindəki arxeoloqlar arasında sual doğurur.
Bir kişi özünü zirzəmisinin divarına bağlayan zaman təsadüfən aşkarlanıb. Gələndən sonra arxeoloqlar şəhərin 18 mərtəbəli dərinlikdə olduğunu və yeraltı həyat üçün lazım olan hər şeyin, o cümlədən məktəblərin, kilsələrin və hətta anbarların olduğunu aşkar etdilər.
Türkiyənin yeraltı şəhəri Derinkuyunun yaşı 3000 ilə yaxındır və bir vaxtlar 20.000 insanı qəbul edib.
Teref.az

Ardını oxu...
DİA.AZ: - "Bu gün Azərbaycanda iş adamılarının və bizneslə məşgul olanların əksəriyyəti vəzifədə olanlardır".

DİA.AZ bildirir ki, bu sözləri xalq artisti Şeyx Əbdül Mahmudbəyov söyləyib.

"Prezident bütün gücünü səfərbər edib ki, son mərhələni sona çatdırıb bölgədəki düşmənləri təmizləsin, sonra daxildəki düşmənləri də təmizləyəcək"- deyə, o əlavə edib.
Ardını oxu...
Hollivudun məşhur aktyoru, rejissor Tarantinonun filmlərinin əsas qəhrəmanlarından biri Kit Cefferson vəfat edib.

Bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıblar.

53 yaşlı aktyorun uzun müddətdir mədə xərçəngi xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
musavat
Ardını oxu...
Ermənistanda, xüsusən Qarabağda, artıq görbagör olmuş separatçı qurum tərəfindən simvol kimi istifadə olunan bu abidəni tanımayan yoxdu.
Bəs bu tikilinin haylara aidiyyatı varmı və harda yazılıb ki, bu abidə mütləq qarabağın erməni əhalisinə həsr olunub? Erməni "mənimdi" dedi deyə onunmu oldu?
Abidənin nə Ermənistan SSR, nə Ermənistan Respublikası, nə də tarixə gömülmüş qondarma "Artsaxa" aidiyyatı olmayıb.
Diqqət edin:
1967-ci ildə Xankəndinin yaxınlığında Əskəran rayonu ərazisində heykəltaraş Çərkis Baqdasaryanın “Biz və bizim dağlar” adlı abidəsi açıldı. Qısa zamanda heykəl kompleksi məşhurlaşdı və hal-hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsidir.
Əsərin erməni əsilli müəllif tərəfindən yaradılması heç də onu Ermənistanın mədəni sərvəti hesab etməyə imkan vermir. Çünki, əsər Azərbaycanın büdcəsindən ayrılan vəsait ilə Azərbaycan vətəndaşı tərəfindən Azərbaycan ərazisində yaradılıb. Dünyanın hər yerində bütün sənət əsərləri yerləşdiyi ölkənin sərvəti sayılır.
Özüdə Vikipediyada həyasızcasına yazırlar ki, guya Azərbaycan SSR höküməti buna qarşı da çıxmışdı.
MARAQLI FAKT:
“Pravda” qəzetinin 31 dekabr 1976-cı il tarixli, 365 nömrəli sayında “Biz və bizim dağlar” memarlıq obyekti haqqında yazılır:
"Abidə dünyada uzunömmürlülərin şərəfinə ucaldılmış ilk abidədir."
Bu sitata, Ş.Mkrtçyanın 1988-ci ildə nəşr olunmuş “Dağlıq Qarabağın tarixi və memarlıq abidələri” kitabında da rast gəlmək olar.
Abidənin açılışı, 1817-ci ildə Qarabağ xanlığında anadan olmuş ən məşhur Qarabağ uzunömürlüsü, Şirin Həsənovun 150 illik yubileyinə həsr olunmasına dəlalət edən faktlara nəzər yetirək:
1. 1967-ci il 1 yanvar - Şirin Həsənovun 150 yaşı tamam olur
2. 1967-cı il avqust ayı - "Oqonyok" jurnalının 32 sayında Şirin Həsənov haqqında məqalə dərc edilir.
3. 1967-cı il, 1 noyabr - “Biz və bizim dağlar” abidəsinin açılışı olur.
4. 1976-cı il 31 dekabr - “Pravda” qəzetində bu abidənin uzunömürlülərin şərəfinə ucaldılması qeyd olunur.
İndi siz düşünün, bu abidə kimin səbəbinə ucaldılıb və kimə aiddi.
Milli Kimlik
Teref.az
 
Ardını oxu...
Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova “Ən yaxşı qadın aktrisa”, “İnanıram” monotamaşasının yaradıcı heyəti isə xüsusi mükafata layiq görülüb.

DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən sənətçi bu uğuru bütünlükdə Azərbaycan teatrının uğuru hesab etdiyini bildirib.

“Qırğızıstanın paytaxtı Bişkek şəhərində xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunan festivalda “İnanıram” monotamaşası ilə çıxış etdik. Biz səfərə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, TÜRKSOY-un xətti ilə dəvət olunmuşduq. 26 sentyabrda ilk tamaşamızı oynadıq. Tamaşa Ülviyyə Heydərovanın “İnanıram” pyesi əsasında Elşad Rəhimzadənin quruluşunda və mənim ifamda təqdim olundu. Təsəvvür edin, tamaşaçılar bizim teatrlardan fərqli olaraq zalda yox, səhnədə oturmuşdular. Səhnədə hardasa 300-400 oturacaq var idi. Tamaşaçıların qarşısında, çox yaxın məsafədə üz-üzə, göz-gözə çıxış etdim. Hətta 200 nəfərdən çox tamaşaçıya yer olmadı. Səhnə artıq dolmuşdu. Ayaqüstə qalanlar da var idi. Tamaşaçılar o qədər təsirlənmişdilər ki, mənimlə birlikdə onlar da eyni həyəcanı keçirirdilər. Əsərin mövzusu müharibədir, mən də şəhid anası rolunu oynayırdım. Müharibədə yeganə övladını şəhid verən ananın həyatını canlandırırdım. Mənim özüm üçün də çox ağır, çətin anlar idi. Hər dəfə bu hissləri yaşadıqca özüm haldan-hala düşürdüm. O ananın yaşadıqlarını, həyəcanını, sarsıntılarını sözlə ifadə etmək həqiqətən də çətindir. Elşad Rəhimzadə də əsərə gözəl quruluş verib. Səhnə tərtibatı həqiqətən də gözəl idi, mövzunu tamamlayırdı. Tamaşa 46 dəqiqə gedirdi. Tamaşa boyu neçə dəfə alqışlanırdım. Zəhmətimiz öz bəhrəsini vermişdi. Teatrımızın adına görə çox sevinirəm” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, oynadığı obraz əcnəbi sənətçilərin də diqqətini çəkib.

“Orada çox professional, keyfiyyətli tamaşalar nümayiş etdirilirdi. Həmin festivalda yer tutmaq, mötəbər səhnəyə qalxmaq həqiqətən də çətin idi. Biz bu qələbəni, uğuru əldə etdik. Qazaxıstan, Qırğızıstan teatrları o qədər gözəl tamaşa göstərdilər ki. Biz düşünürdük ki, qələbə asan olmayacaq. Nə gözəl ki, bizim uğurlu tamaşamız bütün münsiflər heyəti tərəfindən müzakirə edildi, hamı bəyəndi. Hətta Özbəkistanın xalq artisti olan bir xanım mənim ünvanıma bu sözləri dedi: “Baxdım, səhnəyə bir balaca qadın çıxdı. Düşünmədim ki, o böyük enerji sahibi ola bilər, böyük iş göstərə bilər. Artıq 5 dəqiqə keçmişdi.. Ağzımı açıb heyrətlə o qadına baxdım. Göz yaşlarımı saxlaya bilmirdim. Onun oyunundan çox təsirlənmişdim. O balaca qadın böyük bir iş ortalığa qoydu”. Bir də xanım aktrisalar onu qeyd etdilər ki, bu yaşda belə bir rol oynamaq hər bir aktrisanın arzusudur. Nə gözəl ki, siz bunu professional şəkildə həyata keçirə bilirsiniz, öhdəsindən gəlirsiniz” deyə aktrisa bildirib.

Aktrisa arzularından da söz açıb.

“Həm teatrda, həm də filmlərdə gözəl rollarda oynamaq, istedadlı rejissorla çalışmaq istərdim. Rejissor güclü olanda aktrisanın da işi, öz işi də görünür. Zəif rejissorla çalışmaq istəməzdim” deyə aktrisa bildirib.
 

Dünyapress TV

Xəbər lenti