“Alim Qasımova etiraz edib ermənilərlə oxumaqdan imtina etdi”
“Heç kimin bizi qınamağa haqqı yoxdur. Xocalı faciəsində düşmənlərin bizim vətəndaşlarımıza necə zülmlər, işgəncələr verdiyini bütün dünya bilir. Amma görün biz nə etdik? Onların bizim əzəli torpaqlarımızdan rahat çıxmağına şərait yaratdıq. Hətta qocalarına, arvad-uşaqlarına ürəyimiz ağrıdı. Bizim mülki əhali ilə işimiz yoxdur. Yaxşı olardıkı bizim humanistliyimizi bütün dünya görsün. Yaxşını gözü götürməyən çox olar. Hər zaman pisin tərəfini saxlamaq ən asan məsələdir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O daha sonra əlavə edib.

“Bilirsiniz ki, Alim müəllimlə bütün dünya ölkələrinə səfərlərimiz, orada çıxışlarımız olur. Təbii ki, iştirak edəcəyimiz konsertin proqramını öncədən bizə verirlər və biz proqramla tanış oluruq. Elə konsert olub ki, proqrama sonradan üzdəniraq ermənilər də əlavə edilib. Alim müəllim həmin an qərar verərək, konsert proqramından adımızı çıxarıb və belə bir şeyin heç vaxt mümkün olmayacağını bildirib. Belə hallarla çox üz-üzə qalmamışıq. Çünki xarici ölkələrdə məsuliyyətli menecerlərlə çalışmışıq. Onlar da işlərini çox gözəl görüblər” deyə əməkdar artist bildirib.

Fərqanə Qasımova konsertdən öncə özünün də, atasının da həyəcanlı olduğunu bildirib.

“Səhnədə biz özümüz də tamaşaçı oluruq. Bütün insanlar kimi gözləyirik ki, görək nə oxuyacağıq?! Çünki planlaşdırılmış ifalar çox vaxt olmur. Bəzən improvizə edirik. Alim müəllim də, mən də hər konsertdən öncə böyük həyəcan yaşayırıq. Sanki imtahan veririk. Konsertdən sonra Alim müəllim anama zəng edib, öz təəssüratlarını bölüşür” deyə sənətkarın qızı deyib.
 

Dünyapress TV

Xəbər lenti